L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

 
28 
Üzvü  əsasların  (məsələn,  xolin)  sekresiyası  da  üzvü  turşular  kimi 
nefronun  proksimal  şöbəsində  icra  olunur.  Üzvü  turşu  və  əsasların 
sekresiya  sistemi  bir-birindən  asılı  olmayaraq  fəaliyyət  göstərirlər;  üzvü 
turşuların  sekresiyası  kəskin  zəiflədiyi  şəraitdə  əsasların  sekresiyası 
pozulmur. 
Nefronlarda  kaliumun  transportu  natriumun  transportundan  onunla 
fərqlənir  ki,  K

ionları  yalnız  reabsorbsiyaya  məruz  qalmayıb,  həm  də 
sekresiya  olunurlar  və  bu  proses  nefronların  son  şöbələrinin  və  toplayıcı 
boruların  hüceyrələrində  icra  olunur.  K
+
  ionlarının  sekresiya  prosesi  bir 
neçə  etapdan  ibarətdir.  Kalium  kanalcıq  hüceyrələrinə  Na
+
K
+
ATF-azanın 
iştirakı ilə hüceyrəarası mayedən keçir. Bu ferment K
+
 ionların Na
+
 ionları 
ilə  mübadilədə  transport  etdirir  (kalium  sitoplazmaya  dazil  olur,  natrium 
isə  eyni  zamanda  hüceyrədən  də  xaric  olur).  Beləliklə,  kaliumun 
hüceyrədaxili konsentrasiyası yüksək səviyyədə saxlanılır. 
Kaliumun  hüceyrələrdən  kanalcıq  boşluğuna  sekresiya  amildən 
asılıdır;  hər  şeydən  əvvəl  hüceyrənin  apikal  membranının  kalium  üçün 
keçiriciliyinin artmasından. Apikal  membranda «kanallar» açılır və kalium 
konsentrasiya  qradiyentinə  görə  hüceyrədən  xaric  olur.  Kalium 
sekresiyasının  sürəti  hüceyrənin  apikal  membranının  elektrokimyəvi 
qradiyent  potensialından  da  asılıdır:  elektroneqativlik  yüksək  olduqca 
kaliumun da sekresiya səviyyəsi yüksək olur. Ona görə də, orqanizmə, zəif 
reabsorbsiya  olunan  anionlar,  məsələn;  sulfatlar  yeritdikdə  kaliumun 
sekresiyası  onun  hüceyrədaxili  konsentrasiyasından,  apikal  membranın 
kalium  üçün  keçiriciliyindən  və  o  membranın  elektrokimyəvi  qradiyent 
potensialından asılıdır. Onu da qeyd etmək lazımdır ki, orqanizmdə kalium 
defisiti  mövcud  olduqda  həmin  nefron  hüceyrələri  kaliumun  sekresiyasını 
dayandırır  və  yalnız  onu  kanalcıq  mayesindən  reabsorbsiya  etməyə 
başlayırlar.    Belə  halda  K

-ionları  kanalcıq  boşluğundan  apikal  plazmatik 
membrandan  hüceyrə  daxilinə  keçir,  sitoplazma  ilə  irəliləyib  bazal 
membrana çatır və diffuziya yolu ilə hüceyrəarası mayeyə və qana keçir.  


 
29 
Bu  deyilənlər  onu  sübut  edir  ki,  kanalcıqların  bu  şöbəsinin 
hüceyrələri  yüksək  plastik  xüsusiyyətə  malik  olub,  tənzimedici  amillərin 
təsiri ilə öz fəaliyyətini dəyişdirməyə, daşınmasının istiqamətini dəyişməyə 
malik olub ya sekresiya, ya da reabsorbsiya prosesinə qoşulurlar. 
Böyrəklərin homeostatik fəaliyyəti: 
Orqanizmin  daxili  mühitinin,  hər  şeydən  əvvəl  böyrəklər  vasitəsi  ilə 
qanın  həcmi  və  tərkibinin  sabitliyini  saxlamaq  üçün  xüsusi  reseptorlardan, 
afferent  yollardan  və  informasiyanı  qavrayan  sinir  mərkəzlərindən  təşkil 
olunmuş spesifik reflektor tənzim sistemi mövcuddur. Böyrəklərə impulslar 
efferent  sinirlərlə,  yaxud  humoral  yolla  daxil  olur.  Ümumiyyətlə 
böyrəklərin  işinin  dəyişdirilməsi,  onun  daima  dəyişilən  şəraitlə 
uyğunlaşması,  əsasən  qlomerulyar  və  kanalcıqlar  aparatına  müxtəlif 
hormonların – ADH, aldestoron, parathormon və bir çox digər hormonların 
təsiri ilə müəyyənləşdirilir. 
Böyrəklərin osmo – və volyumotənzimdə rolu: 
Böyrəklər  əsas  osmotənzimedici  üzvlərdirlər.  Onlar  orqanizmdən 
suyun  artıq  hissəsinin  hipotonik  sidik  və  su  artıqlığı  (hiperhidratasiya)  ilə 
qovulmasını  və  ya  suyun  qənaət  edilməsini,  qan  plazmasına  nisbətən 
hipertonik  sidik  (orqanizmin  susuzlaşmış  vəziyyətində  -  dehidratasiya) 
qovulmasını  təmin  edirlər.  Bədəndə  su  artıq  olduqda  qanda  həll  olunan 
osmotik fəal maddələrin konsentrasiyası azalır və qanın osmotik təzyiqi də 
azalır. 
Bu 
halda 
mərkəzi 
osmorepestorların 
fəallığı 
zəifləyir. 
Hipotalamusun  supraoptik  sahəsində  yerləşən  mərkəzi  osmoreseptorlarla 
birlikdə  qaraciyərdə,  böyrəklərdə,  dalaqda  və  bir  sıra  digər  üzvlərdəki 
periferik reseptorların da fəallığı zəifləyir.  Nəticədə ADH-nun ifrazı azalır 
və  böyrəklərdən suyun xaric olunması güclənir. 
Orqanizm  susuzlaşan  zaman  yaxud  damar  daxilinə  natrium  xlorun 
hipertonik  məhlulunu  yeritdikdə  qan  plazmasında  osmotik  fəal  maddələrin 
konsentrasiyası  artır,  reseptorlar  oyanır,  ADH-nın  neyrohipofizdən  qana 
ifrazı  güclənir,  suyun  fakultətiv  reabsorbsiyası  yüksəlir,  sidik  qovulması 
azalır  və  yüksək  osmotik  konsentrasiyalı  sidik  xaric  edilir.  Heyvanlar 


 
30 
üzərində 
aparılan 
eksperimentlərlə 
göstərilmişdir 
ki, 
ADH-nın 
sekresiyasının  yüksəlməsində  təkcə  osmoreseptorların  qıcıqlanması  deyil, 
həm  də  spesifik  natrioreseptorların  qıcıqlanmasının  rolu  vardır.  Ona 
görədir  ki,  baş  beynin  III  mədəciyi  nahiyəsinə  natrium  xlorun  hipertonik 
məhlulunu  yeritdikdə  antidiurez  qeyd  edildiyi  halda,  həmin  nahiyəyə 
şəkərin  hipertonik  məhlulunu  yeritdikdə  sidik  ekskresiyasının  azalması 
qeyd edilmir. 
Qanın  plazmasında  osmotik  fəal  maddələrin  konsentrasiya 
dəyişikliklərinə  osmoreseptorlar  çox  cəld  reaksiya  verirlər.  Qan 
plazmasında  osmopolyarlıq  1%  artdıqda  ADH-nin  konsentrasiyası  1  pq/ml 
(pq-pikoqram  mikroqramın  milyonda  1-nə  bərabərdir)  artır.  Sidiyin 
maksimal osmotik konsentrasiyalı olması üçün qanda ADH-nin miqdarının 
cəmi 10 dəfə artması tələb olunur. 
ADH-nin 
sekresiya 
səviyyəsi 
osmoreseptorlardan 
və 
natrioreseptorlardan  alınan  informasiyadan  əlavə,  damardaxili  və 
hüceyrədaxili 
mayenin 
həcminin 
dəyişilməsinə 
reaksiya 
verən 
volyumoreseptorların  fəallığından  da  asılıdır.  ADH-nin  sekresiyasının 
tənzimində  aşağı  təzyiq  sahəsindəki  damarların  gərginliyindən  qıcıqlanan 
volyumoreseptorların  böyük  əhəmiyyəti  vardır.  Belələrindən,  ilk  növbədə 
sol  qulaqcıqdakı  reseptorları  göstərmək  lazımdır.  Bu  reseptorlardan 
impulslar MSS-ə azan sinirin hissi lifləri ilə aparılır. Damardaxili mayenin 
həcminin artmasından qıcıqlanan volyumoreseptorlar natrium duzlarının və 
suyun  ekskresiyasını  artırırlar.  Volyumoreseptorların  və  osmoreseptorların 
eyni  vaxtda  fəallaşması  isə  əsasən  suyun  qovulmasını  gücləndirir,  onun 
reabsorbsiyasını zəiflədir. 
Böyrəklərin qanın ion tərkibinin tənzimində rolu: 
İon homeostazı sistemində böyrəklər ən mühüm effektor üzvdür. Yeni 
tədqiqatların  nəticələri  göstərir  ki,  orqanizmdə  hər  bir  ionun  balansını 
tənzim  edən  sistem  mövcuddur.  O,  ionlardan  bəzilərinin  spesifik 
reseptorlarının  olduğu  (məs.:  natrioreseptorlar)  məlumdur.  Son  zamanlar 
digər  ionların  balansının  reflektor  tənzimi  haqda  dəlillər  dərc  olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə