L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   2   3   4   5   6   7   8   9   ...   74

 
19 
“məsamələri”  5-6  mkm-dən  böyük  həcmli  molekulların  keçməsini 
məhdudlaşdırır.  Nəhayət,  süzülən  maddələrin  həcmini  təyin  etməkdə 
podositlərin  ayaqcıqları  arasındakı  membran  yarıqlarının  mühüm  rolu 
vardır.  Bu  epitel  hüceyrələr  böyrək  yumaqcıqları  kapsulasının  boşluğuna 
yönəlmişdir.  Onlar  çıxıntıları  –  “ayaqcıqlar”-ı  vasitəsi  ilə  bazal  membrana 
bənd olunmuşdur.  
Bazal  membran  və  bu  “ayaqcıqlar”  arasındakı  yarıq  membranlarda 
diametri  6,4  mkm-dən  artıq  olan  maddələrin  filtrasiyasını  məhdudlaşdırır. 
Nefron  kapsulası  boşluğuna  insulin  (100%),  yumurta  albumini  22%-ə 
qədər,  hemoqlobin  3%,  zərdab  albuminləri  0,01%-dən  az  keçir.  Zülalların 
yumaqcıq  filtrlərindən  sərbəst  keçməsinə  bazal  membranda  mənfi 
yüklənmiş  molekullar  və  podositlərin  səthini  örtən,  onun  ayaqcıqları 
arasında  olan  membran  da  maneçilik  törədir.  Aydın  olur  ki,  qan  plazması 
zülallarının  filtrasiyasının  məhdudlaşması  onların,  yalnız  yumaqcıq  filtri 
məsamələrinə  nisbətən  kiçikliyi  ilə  deyil,  həm  də  zülal  molekullarının 
elektroneqativliyi  ilə  təyin  olunur.  Deməli,  filtratın  tərkibi  bazal  membran 
və  epitel  baryeri  ilə  müəyyənləşdirilir.  Ona  görə  də  adi  şəraitdə 
ultrafiltratda zülal fraksiyalarının ancaq izi tapılır. 
Buna  baxmayaraq,  yumaqcıqdakı  məsamələrin  qeyri-sabitliyi,  hətta 
sağlam  adamlarda  da,  ilk  sidiyə  az  miqdarda  böyük  molekullu  zülalların 
keçməsinə  imkan  yaradır.  Bu  cür  keçid  yalnız  molekulların  həcmindən 
deyil,  həm  də  konfiqurasiyasından  və  onların  məsamələrinin  formasına 
uyğunluğundan asılıdır. 
Mikropipet  vasitəsi  ilə  kapsuldan  götürülmüş  ultrafiltratın  (ilk 
sidiyin)  analizi  göstərir  ki,  o  osmotik  fəal  maddələrin,  qlükozanın,  sidik 
cövhərinin, sidik turşusunun, kreatinin və s. ümumi  konsentrasiyasına görə  
plazmaya yaxındır. Yumaqcıq membranının hər iki tərəfindən bəzi ionların 
konsentrasiyası  fərqi,  qanın  plazmasında  membrandan  diffuziya  etməyən 
anionların  toplanması  nəticəsində  kationların  da  bir  hissəsinin 
saxlanmasından asılıdır. 


 
20 
Bəzi  ionların  qan  plazmasının  zülalları  ilə  birləşməsinə  düzəliş 
vermək  üçün  “ultrafiltrasiya  olunan  fraksiya”  anlayışı  təklif  olunur. 
Maddənin  qan  plazmasında  ümumi  konsentrasiyasının  zülallarla 
birləşməyən  və  yumaqcıq  süzgəcindən  sərbəst  keçən  hissəsi  həmin 
fraksiyanı təşkil edir. 
 
Kanalcıq reabsorbsiyası: 
Sidik  yaranma  prosesinin  ilk  mərhələsi  qan  plazmasının  bütün 
molekulyar komponentlərinin süzülməsi ilə nəticələnir. Süzülən maddələrin 
əksəriyyətinin  orqanizm  üçün  lazımlı  olması  reabsorbsiya  prosesini  labüd 
edir.  Yəni,  filtrasiya  mütləq  reabsorbsiya  ilə  müştərək  icra  olunmalıdır. 
Böyrəklərdə 1 sutkada 180 litr qan filtrasiyaya uğrayır. Xaric edilən sidiyin 
miqdarı isə 1-1,5 litrdir. 
Mayenin qalan hissəsi kanalcıqlarda geri sorulur. Heyvanlar üzərində 
təcrübədə  mikropipet  vasitəsi  ilə  nefronların  müxtəlif  hissələrindən  alınan  
mayenin  mikroanalizi  maddələrin  böyrək  kanalcıqlarında  reabsorbsiya 
yerini  təyin  etməyə  imkan  verir.  Nefronun  proksimal  seqmentində  amin 
turşuları,  qlükoza,  vitaminlər,  zülallar,  natriumun  çox  hissəsi, 
bikarbonatlar,  xlor  və  s.  tamamilə  reabsorbsiya  olunur.  Nefronun  sonrakı 
şöbələrində yalnız ionlar və su sorulur.  
Natrium  və  xlorun  reabsorbsiyası  həcminə  və  ona  sərf  olunan  itkiyə 
görə  ən  böyük  proses  hesab  olunur.  Suyun  və  filtratın  bir  çox 
komponentlərinin reabsorbsiyası nəticəsində ilk sidiyin həcmi kəskin azalır 
və  nefron  ilgəyinin  başlanğıc  şöbəsinə  süzülmüş  filtratın  1/3  hissəsi  daxil 
olur. Nefron  ilgəyində natriumun 25% (süzülmə nəticəsində nefrona keçən 
natrium nəzərdə tutulur), distal qıvrım kanalcıqda 9% qədəri, cəmi 1%-dən 
az  natrium  toplayıcı  borularda  reabsorbsiya  olunur,  qalan  hissəsi  sidiklə 
xaric edilir. Son sidikdə natriumun konsentrasiyası onun qan plazmasındakı 
konsentrasiyasına nisbətən 140 dəfə azala bilər. Kalium nəinki reabsorbsiya 
olunmur,  hətta  onun  miqdarı  orqanizmdə  artıqdırsa,  sekresiya  edilməsi  də 
mümkündür.  Beləliklə,  nefronların  distal  seqmentləri  və  toplayıcı  borular 


 
21 
son sidiyin həcminin və osmotik konsentrasiyasının  tənzimində mühüm rol 
oynayır.  
Əvvəllər  hesab  olunurdu  ki,  nefronun  proksimal  şöbəsində  natrium, 
kalium,  xlor  və  suyun  reabsorbsiyası  sabit  kəmiyyətdir  (obliqat 
reabsorbsiya,  yəni  mütləq,  dəyişilməz  prosesdir).  Əksinə,  distal  qıvrım 
kanalcıqlarda  və  toplayıcı  borularda  ionların  suyun  reabsorbsiyası  tənzim 
olunan  prosesdir,  onun  miqdarı  orqanizmin  funksional  vəziyyətindən  asılı 
olaraq dəyişilə bilər (fakultativ reabsorbsiya).  
Tədqiqatların  nəticələri  göstərir  ki,  efferent  sinirlərlə  gələn 
impulsların  və  fizioloji  fəal  maddələrin  təsirindən  nefronun  proksimal 
şöbəsində  də  reabsorbsiya  tənzim  olunur.  Bu  vəziyyət  qanın  və 
hüceyrəxarici mayenin həcmi artdıqda xüsusi ilə aşkar görünür. Çünki belə 
halda  proksimal  kanalcıqlarda  reabsorbsiya  zəiflədikdə  ionların  və  suyun  
ekskresiyası  güclənir  və  bunula  su-duz  müvazinəti  bərpa  olunur.  Obliqat 
reabsorbsiya  termini  suyun  reabsorbsiyasına,  o  mənada  aid  edilə  bilər  ki, 
proksimal kanalcıqlarda həmişə izoosmiya saxlanılsın və kanalcıq divarı su 
üçün həmişə keçiriciliyini saxlasın. 
Belə  halda  reabsorbsiya  olunan  suyun  həcmi  yalnız  reabsorbsiya 
olunan  osmotik  fəal  maddələrin  miqdarı  ilə  müəyyənləşir  və  bunların 
vasitəsi  ilə  osmotik  qradiyentə  görə  hərəkət  edir.  Nefronun  distal 
seqmentinin  uc  hissələrində  və  toplayıcı  borularda  kanalcıq  divarının  su 
keçiriciliyi antidiuretik hormonun vasitəsi ilə tənzim olunur. Bu vaxt suyun 
fakultativ  reabsorbsiyası  kanalcıq  divarının  osmotik  keçiriciliyind ən, 
osmotik  qradiyentin  həcmindən  və  kanalcıqlarda  mayenin  hərəkət 
sürətindən aslıdır.  
Böyrək 
kanalcıqlarında 
müxtəlif 
maddələrin 
transportunu 
səciyyələndirmək  üçün  ekskresiya  həddi  haqqında  təsəvvürün  böyük 
əhəmiyyəti  vardır.  Ekskresiya  həddi  müəyyən  maddənin  qanda  elə  bir 
konsentrasiyasına  deyilir  ki,  həmin  konsentrasiyada  olan  maddə  tam 
reabsorbsiya  olunmur.  Demək  olar  ki,  orqanizm  üçün  vacib  olan  bioloji 
maddələrin  hamısının  ekskresiya  (xaric  olma)  həddi  vardır.  Məsələn, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə