L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   2   3   4   5   6   7   8   9   ...   74

 
22 
qlükozanın  plazmada  konsentrasiyası  10  mmol/l  (160-180  mq%)-dən  artıq 
olduqda, o sidiklə ekskresiya olunmağa başlayır(qlükozuriya). 
Ekskresiya  həddi  olmayan  maddələr  qan  plazmasından  hər  bir 
konsentrasiyada  tam  xaric  olurlar  və  bu  prosesə  ultrafiltratın 
konsentrasiyası  da  təsir  etmir.  Belə  maddələrə  misal  olaraq  polisaxarid, 
inulin, altıatomlu spirt və mannitolu göstərmək olar.  
Kanalcıq reabsorbsiyasının mexanizmi: 
Müxtəlif  maddələrin  kanalcıqlardan  geriyə  (qana)  sorulması  fəal  və 
qeyri-fəal  daşınması  ilə  təmin  edilir.  Əgər  maddə  elektrokimyəvi  və 
konsentrasiya qradiyentinin əksinə olaraq reabsorbsiya olunursa, bu prosesə 
fəal transport deyirlər.  
Fəal daşınmanın iki növünü ayırd edirlər: birincili və ikincili.  
Maddənin  daşınması  elektrokimyəvi  qradiyentinin  əksinə  olaraq 
hüceyrə  metabolizminin  enerjisi  hesabına  icra  olunursa,  buna  birincili  fəal 
daşınma deyirlər. Bu prosesə misal olaraq [Na] ionlarının Na
+
, K
+
, ATF-aza 
fermentinin  iştirakı  ilə  ATF  enerjisindən  istifadə  edərək,  daşınmanı 
göstərmək olar.  
Əgər  maddə  konsentrasiya  qradiyentinin  əksinə  olaraq,  bu  prosesə 
hüceyrə  enerjisi  sərf  olunmadan  daşınırsa,  buna  ikincili  fəal  daşınma 
deyirlər.  Bu  mexanizmin  köməyi  ilə  qlükoza,  amin  turşuları  reabsorbsiya 
olunurlar. Bu üzvi maddələr kanalcıq divarından xüsusi keçirici (bu keçirici 
mütləq Na
+
 ionunu birləşdirməlidir) vasitəsi ilə proksimal kanalcığın divar 
hüceyrəsinə  daxil  olurlar.  Sözü  gedən  kompleks  (keçirici-üzvi  maddə  + 
Na
+
-ionu), membranın fırçalı haşiyəsində hərəkət edir və hüceyrə daxilində 
dissosasiyaya  uğrayır.  O  maddələrin  apikal  plazmatik  membrandan 
keçməsini  hüceyrə sitoplazmasında kanalcıq mənfəzinə nisbətən [Na] ionu 
konsentrasiyasının  çoxalmasını  təmin  edir.  Sitoplazmada  [Na]  ionunun  
konsentrasiyası isə Na
+
,K
+
,ATF-azanın köməkliyi ilə [Na] ionunun fasiləsiz 
fəal xaric olmasıdır.  
Suyun,  karbon  qazının,  bəzi  ionların  və  sidik  cövhərinin 
reabsorbsiyası  passiv  daşınma  ilə  icra  olunur.  Bu  prosesi  səciyyələndirən 


 
23 
maddələrin  elektrokimyəvi  konsentrasiyası  və  osmotik  qradiyentə  görə 
reabsorbsiyasıdır.  Passiv  transporta  misal  distal  qıvrım  kanalcıqlarda  Cl
-
 
ionlarının  elektrokimyəvi  qradiyentə  görə  (Na  ionlarının  fəal  transportu 
nəticəsində  yaranan)  reabsorbsiyasını  göstərmək  olar.  Osmotik  qradiyentə 
görə yalnız su reabsorbsiya olunur. Suyun sorulma sürəti kanalcıq divarının 
osmotik  keçiriciliyindən  və  osmotik  fəal  maddələrin  divarın  hər  iki 
tərəfindəki konsentrasiya fərqindən asılıdır.  
Suyun  və  həll  olunan  maddələrin  sorulması  nəticəsində  proksimal 
kanalcıqlarda  sidik  cövhərinin  konsentrasiyası  yüksəlir  (bu  maddənin  az 
miqdarı da konsentrasiya qradiyenti üzrə qana reabsorbsiya olunur). 
Molekulyar 
biologiya 
sahəsində 
nailiyyətlər 
bəzi 
hüceyrə 
mexanizmlərinin mahiyyətini, kanalcıq divarından maddələrin transportunu 
təmin  edən  səbəbi  açmağa  imkan  yaradır.  Nefronun  ayrı-ayrı  şöbələri 
hüceyrələrinin  reabsorbsiya  xüsusiyyəti  müxtəlifdir.  Eyni  hüceyrədə 
sitoplazmatik  membranın  xüsusiyyəti  də  cürbəcürdür.  Kanalcıq  mənfəzinə 
yönələn  apikal  membran  hüceyrəarası  maye  ilə  “yuyulan”  və  qan 
kapillyarları  ilə  təmas  edən  bazal  və  yanlardakı  membranlara  nisbətən 
müxtəlif  xüsusiyyətlərdir.  Bunun  nəticəsində  apikal  və  bazal  membranlar 
başqa-başqa maddələrin transportunda iştirak edir.  
Natriumun misalında ionların reabsorbsiyasının hüceyrə mexanizminə 
nəzər yetirək. Elektrodlardan birini kanalcıq mənfəzinə, ikincisini kanalcıq 
ətrafı  mayeyə  yerləşdirməklə  müəyyən  edilmişdir  ki,  proksimal  kanalcığın 
divarında potensiallar fərqi çox azdır (təqribən – 1,3 mV), distal kanalcıqda 
isə  bu  fərq  böyükdür  və  60  mV  qədər  ola  bilər.  Məlumdur  ki,  qanda 
natriumun  konsentrasiyası  kanalcıq  hüceyrələrinin  sitoplazmasına  nisbətən 
yüksəkdir.  Buna  görə  də  natriumun  reabsorbsiyası  fəal  transportla  təmin 
olunur.  Yəni,  natrium  elektrokimyəvi  potensial  qradiyentinin  əksinə 
reabsorbsiya  olunur.  Natrium  əvvəlcə  kanalcıq  epitel  hüceyrələrinə 
membran  Na
+
  kanalı  ilə  passiv  olaraq  daxil  olur.  Hüceyrələrin  daxili, 
xüsusi  ilə  membrana  yaxın  hissəsi  mənfi  yükləndiyindən  müsbət  Na
+
 
ionları  potensiallar  qradiyentinə  əsasən  hüceyrəyə  daxil  olur.  Sonra, 


 
24 
natrium  daxilində  ion  pompası  olan  bazal  plazmatik  membrana  doğru 
hərəkət  edir.  Natrium  pompasının  mühüm  komponenti  Na
+
K
+
ATF-azadır. 
Bu  ferment  natriumun  hüceyrələrdən  qana  və  eyni  zamanda  kaliumun 
hüceyrəyə  keçməsini  təmin  edir.  Natrium-kalium  ion  mübadiləsinin 
mexanizmi ürək qlikozidləri təsirindən ləngidilir.  
Süzülmüş  qlükozanın  təxminən  hamısı  kanalcıqların  proksimal 
şöbəsinin  hüceyrələrində  reabsorsiya  olunur.  Normal  şəraitdə  bir  gün 
ərzində  sidiklə  çox  az  miqdarda  qlükoza  (130  mq-dan  az)  xaric  edilir. 
Qlükozanın  geri  sorulma  prosesi  yüksək  konsentrasiya  qradiyentinə  əks 
olaraq icra olunur. Proksimal kanalcıqların apikal membran hüceyrələrində 
keçirici  ilə  birləşir,  bu  keçirici  isə  eyni  zamanda  Na
+
-  ionlarını  da 
birləşdirməlidir.  
Bunun  nəticəsində  hüceyrə  sitoplazmasına  həm  qlükoza,  həm  də 
natrium  daxil  olur.  Membran  yüksək  seçici  (selektiv)  və  bir  tərəfli 
keçiriciliyə  malik  olduğu  üçün  qlükozanı  geriyə,  hüceyrədən  kanalcıq 
mənfəzinə  buraxmır.  Qlükozanın  hüceyrədən  qana  keçməsinin  sonrakı 
mərhələsi  (bazal  plazmatik  membrandan  keçid)  asanlaşmış  diffuziya 
xarakteri daşıyır.  
Aminturşular, 
təxminən 
tamamilə 
proksimal 
kanalcıqların 
hüceyrələrində  reabsorbsiya  olunurlar.  Amin  turşularının  kanalcıq 
mənfəzindən qana keçməsinin ən azı 4 mexanizmi vardır: neytral, ikiəsaslı, 
dikarboksilli  amin  turşuları  və  amin  turşularının  xüsusi  reabsorbsiya 
sistemi  mövcuddur.  Bu  sistemlərdən  hər  biri  müəyyən  qrup  amin 
turşularının  sorulmasını  təmin  edir.  Məsələn,  iki  əsaslı  amin  turşularının 
reabsorsiya sistemi lizin, arginin, ornitin və sistinin sorulmasını təmin edir. 
Göstərilən  amin  turşularından  birinin  əlavə  miqdarda  qana  yeridilməsi 
nəticəsində  o  qrupa  daxil  olan  digər  amin  turşularının  da  xaric  olması 
başlayır.  Ayrı-ayrı  amin  turşuları  qrupunun  keçirilmə  sisteminə  müxtəlif 
hüceyrədaxili  genetik  mexanizmlər  nəzarət  edir.  Bəzi  irsi  xəstəliklərin 
əlamətləri  müəyyən  qrup  amin  turşularının  (aminoasiduriya  –  sidiklə  amin 
turşularının xaric edilməsi) ekskresiyasının artması ilə əlaqədardır.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə