L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   2   3   4   5   6   7   8   9   ...   74

 
10 
9  sm  bayır  tərəfdədir.  Paxla  şəklindədirlər,  çəkiləri  120-150  qr,  uzunluğu 
11-12 sm-dir (şəkil 1, 2).  
 
                
 
Şəkil 2. Yenidoğulmuş və erkən yaşlı uşaqların böyrəkləri. 
 
Yenidoğulmuş və erkən yaşlı uşaqlarda böyrəklərin anatoma-fizioloji 
xüsusiyyətlərinə aşağıdakılar aiddir: 

  Yenidoğulmuşlarda və südəmər uşaqlarda böyrəklərin səthi qabarıqlı, 
xarici  səthləri  paylara  bölünmüş,  böyrək  ləyəni  enli  və  ampula  şək-
lindədir. 

  Sidik axarları ilk uşaqlıq dövründə nisbətən geniş və  qıvrımdır. 

  Sidik  kisəsi  silindrəbənzər  və  qasıq  bitişməsindən  yuxarıda  yerləşir, 
dibi olmur 

  Yenidoğulmuşlarda  böyrəklərə plazma  axını  və  yumaqcıq  filtrasiyası 
böyüklərə nisbətən bir neçə dəfə zəif olur (şəkil 2). 
Hər bir böyrəyin en kəsiyində 2 qat ayırd edilir: xarici qabıq maddə 
və daxili beyin maddə (şəkil 3). Beyin maddə qabıq maddəyə nisbətən sıx 
və  açıq  rəngdədir,  düz  borucuqlardan  təşkil  olunduğu  üçün  zolaqlıdır. 
Beyin  maddəni  təşkil  edən  kütlə  15-35-ə  qədər  konusa  bənzər  böyrək 
piramidlərindən ibarətdir. Bunlar bir neçə sıraya düzülərək əsasları qabıq 
maddəyə  və  zirvələri  böyrək  cibinə  çevrilmişdir.  Bir  neçə  piramid  zirvəsi 


 
11 
bir  yerdə  toplaşaraq  böyrək  cibində  məməcik  –  papilla  renalis  əmələ 
gətirir.  Hər  məməciyin  zirvəsində  ductus  papillaris  adlanan  axacaqlar  fo-
ramina  papillaria  vasitəsilə  böyrəyin  kiçik  kasalarına  calix  renalis 
minores açılır. Bu dəliklərin tutduqları səth xəlbirli meydan adlanır. Qabıq 
maddə  -  piramidlərin  əsasları  qabıq  maddəyə  doğru  şüayabənzər  çıxıntılar 
procesus  medullaris  buraxır.  Bunların  rəngi  qabıq  maddədən  açıqdır  və 
düz borucuqlardan ibarətdir. Ona görə buraya şüalı hissə - pars radiata və 
qıvrım  borucuqlardan  əmələ  gələn  hissəyə  isə  qıvrım  hissə  -  pars 
convoluta deyilir (şəkil 3) 
Qabıq maddə dənəli və tutqun rəngli paycıqlardan ibarətdir. Paycıqlar 
isə  qıvrım  borucuqlardan  və  böyrək  cisimciklərindən  əmələ  gəlib  beyin 
maddəni əhatə etmişdir. Böyrək qabığı təxminən 5-7 mm qalınlığında olub, 
piramidlərin  arasına  columnae  renalis  çıxıntıları  verir,  bunlar  da  böyrək 
piramidlərini  bir  birindən  ayırır.  İnsan  orqanizmində  böyrəklər  bir  sıra 
homeostatik  funksiyaları  yerinə  yetirir.  Böyrəklərin  funksiyalarına 
aşağıdakılar aiddir:  
1)  qanın  hüceyrə  və  hüceyrəarası  mayesinin  tənzimində  iştirak  edir 
(volyumotənzim);  
2)  qan  və  orqanizmdəki  digər  mühitlərdə  osmotik  fəal  mayelərin 
tənzimində iştirak edir (osmotik tənzim);  
3) qanın plazmasındakı ionların tərkibini və orqanizmin ion balansını 
tənzim edir (ion balansının tənzimi);  
4) turşu-qələvi tənzimində iştirak edir (qanın pH-nı sabit saxlayır);  
5)  arterial  qan  təzyiqinin  tənzimində,  eritropoezdə,  qanın  laxtalan-
masında  iştirak  edən  bioloji  fəal  maddələrin  əmələ  gəlməsində  və 
qana  ifraz  edərək  hormonal  modulyasida  iştirak  edir  (inkretor 
funksiya);  
6)  zülal,  yağ  və  karbohidrat  mübadiləsində  iştirak  edir  (metabolik 
funksiya);  
7) orqanizmdəki azot mübadiləsinin son məhsulları və yad maddələr, 
üzvi  maddələrin  artığını  (qlükoza,  amin  turşular  və  s.),  qida  ilə 


 
12 
orqanizmə daxil olmuş və ya metabolizm nəticəsində əmələ gəlmiş 
maddələri xaric edir (ekskretor funksiya).  
 
 
Şəkil 3. Böyrəyin anatomik quruluşu
 
Beləliklə,  böyrəklərin  orqanizmdəki  rolu  yalnız  mübadilə  nəticəsin-
də  əmələ  gəlmiş  məhsulları,  üzvi  və  qeyri-üzvi  maddələrin  artığını 
orqanizmdən xaric etməklə bitmir. 
Böyrəklər  homeostatik  orqan  olub,  sirkulyator  homeostazda,  daxili 
mühit  mayesində  əsas  fiziki-kimyəvi  konstantaların  sabit  saxlanmasında, 
müxtəlif üzvi maddələr mübadiləsinin sabitliyində iştirak edir. Böyrəklərin 
fəaliyyətini öyrənərkən iki anlayışı bilmək vacibdir: 
1) böyrək funksiyalarını: yumaqcıqlarda qanın süzülməsi (filtrasiya), 
kanalcıqlardan  reabsorbsiya  və  bəzi  maddələrin  ifraz  olunması 
(sekresiya, ekskresiya), 
2)  bu  funksiyaları  tənzim  edən  prosesləri;  yeni  birləşmələrin  sintez 
olunması və o cümlədən, bioloji fəal maddələrin sintezi.  
Ədəbiyyatlarda  böyrəklərin  fəaliyyəti  haqda  yazarkən,  “sekresiya” 
məfhumu işlədilir ki, bunun da bir çox mənası var. Bir mənada bu məfhum 
aşağıdakı prosesləri göstərir:  
 
kapsula 
xırda kasacıqlar 
qan damarları 
böyrək cibləri 
iri kasacıqlar 
böyrək ləyəni 
böyrək ciblərində piy 
 xırda kasacıqlar 
 
Sidik axarı 
qabıq maddə 
beyin maddə  
piramida 
piramid məməciyi 
böyrək sütunları 
Medulyar şüalar 
 


 
13 
a)  maddələrin  qandan  nefron  hüceyrələri  ilə  kanalcıq  boşluğuna 
dəyişilməmiş şəkildə daşınması; 
b) bu maddələrin böyrəklər vasitəsi ilə ekskresiya (xaric) edilməsi. 
Başqa bir mənada “sekresiya” termini, bioloji fəal maddələrin böyrək 
hüceyrələrində sintez və ifraz olunmasını (məsələn, renin, prostoqlandin və 
s.)  və  onların  qana  keçməsini  göstərir.  Nəhayət,  kanalcıq  hüceyrələrində 
maddələrin sintez prosesi, onların kanalcıq boşluğuna keçərək sidiklə xaric 
olması da “sekresiya” termini kimi göstərilir.  
İnsanın  hər  böyrəyində  onun  funksional  vahidi  olan  nefronların  sayı  
2  milyona  qədərdir.  Sidiyin  yaranması  prosesi  nefronlarda  icra  olunur. 
Müasir fiziologiya diqqəti yalnız nefronların ayrı-ayrı kanalcıqlarına deyil, 
həm  də  bu  kanalcıqların  böyrəyin  hansı  yerində  -  qabıq,  yaxud  beyin 
maddəsinə yerləşməsinə böyük əhəmiyyət verir. 
Hər  bir  nefron  ikidivarlı  kapsula  ilə  başlayır  (şəkil  4).  Böyrək 
yumaqcığı 
kapsulası 
(Şumlyanski–Boumen 
kapsulası
içərisində 
kapillyarlardan ibarət  yumaqcıq yerləşir (böyrək və  ya  malpigi cisimciyi). 
Kapsulanın daxili səthi yastı epitelial hüceyrələrlə örtülüb. Burada yaranan 
boşluq  proksimal  kanalcıqların  mənfəzinə  keçir.  Kanalcıq  epiteli 
hüceyrələri  fırçalı  haşiyələrlə  fərqlənirlər  –  onlar  çoxlu  sayda  kanalcıq 
mənfəzinə  yönəlmiş  mikroxovlardan  ibarətdir.  Nefronun  bundan  sonrakı 
şöbəsi nefron ilgəyinin nazik enən hissəsidir (Henli ilgəyi). Burada ilgəyin 
divarı  alçaq  yastı  epitel  hüceyrələrindən  ibarətdir.  Kanalcıq  dərinə  enərək 
beyin  maddəsinə  daxil  olur,  180º  dönərək  ilgək  əmələ  gətirir  və  geriyə 
qabıq  maddəsinə  qayıdaraq  nefron  ilgəyinin  qalxan  hissəsini  yaradır. 
Qalxan şöbə öz nefronunun yumaqcığına qədər uzanır. Burada distal qıvrım 
kanalcıq  başlayır.  Kanalcığın  bu  hissəsi  mütləq  yumaqcığa  toxunur 
(toxunma gətirici və aparıcı arteriolaların səviyyəsində olur). 
Nefron  ilgəyinin  qalxan  şöbəsinin  və  distal  qıvrım  kanalcıqların 
hüceyrələri  (fırçalı  haşiyələrdən  mərhum)  nefronun  son  şöbəsinə  -  qısa 
əlaqələndirici  kanalcıqlara  keçir.  Bunlar  da  öz  növbəsində  toplayıcı 
borulara keçir (şəkil 4). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə