L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   2   3   4   5   6   7   8   9   10   ...   74

 
25 
Sidiklə  zəif  turşuların  və  əsasların  xaric  edilməsi  onların 
yumaqcıqlardan 
süzülməsindən, 
proksimal 
kanalcıqlarda 
reabsorbsiyasından  və  sekresiyasından,  həmçinin  “ionsuz  diffuziya”  –  dan 
(bunun  təsiri  distal  kanalcıqlarda  və  toplayıcı  borularda  daha  güclüdür) 
asılıdır. Bu birləşmələr mühitin pH-dan aslı olaraq iki formada mövcud ola 
bilər – ionlaşmamış və ionlaşmış halda.  
Hüceyrə  membranları  ionlaşdırılmamış  maddələr  üçün  daha  yüksək 
keçiriciliyə  malikdir.  Bir  çox  zəif  turşular  qələvi  reaksiyalı  sidiklə  böyük 
surətlə  xaric  olunurlar,  zəif  əsaslar  -  əksinə,  turş  sidiklə  asan  ekskresiya 
edilirlər.  Əgər  kanalcıq  mayesinin  pH-ı  turşuluğa  doğru  yönəlibsə,  əsaslar 
ionlaşmış  olurlar  və  onlar  zəif  reabsorbsiya  olunduğundan  əksərən  sidiklə 
qovulurlar.  pH-8,1  olan  mühitdə  zəif  əsas  olan  nikotin  50%  ionlaşır,  bu 
maddə turş sidiklə (pH ~ 5) 2-4 dəfə tez xaric olunur, nəinki qələvi sidiklə 
(pH-7,8).  İonsuz  diffuziya  ammoniumun,  barbituratların  və  digər 
maddələrin xaric olmasına təsir edir. 
Yumaqcıqlardan süzülmüş zülalların  ən çoxu proksimal kanalcıqların 
hüceyrələri ilə reabsorbsiya olunur. Normal halda bir sutkada sidiklə 20-60 
mq  zülal  xaric  edilir.  Böyrək  xəstəlikləri  zamanı  bu  miqdar  artaraq,  hətta 
50 q-a qədər çata bilər. Zülalların ekskresiyasının artması (proteinuriya) ya 
reabsorbsiyanın  pozulmasından,  ya  da  zülalların  süzülməsinin  artmasından 
aslıdır. 
Elektrolitlərdən, qlükozadan və amin turşulardan fərqli olaraq (bunlar 
apikal  membrandan  keçərək  dəyişilmədən  bazal  plazmatik  membrana  çatır 
və  qana  keçirlər)  zülalların  keçməsi  başqa  yolla  təmin  edilir.  Zülal 
hüceyrəyə  pinositoz  yolu  ilə  daxil  olaraq,  hüceyrə  membranı  səthindən 
absorbsiya  olunur  və  burada,  son  mərhələdə  pinositoz  vakuolları  törənir. 
Bu  vakuollar  hüceyrənin  bazal  hissəsinə  doğru  hərəkət  edirlər:  nüvə  ətrafı 
sahədə  lövhəyə  bənzər  kompleks  (Holci  aparatı)  yerləşdiyi  yerdə  zülal 
molekulları  bir  sıra  proteolitik  fermentlərin  fəallığına  malik  lizosimlə 
birləşə  bilərlər.  Burada  zülal  molekulları  parçalanır  və  onlardan  törənən 
kiçik  molekulalı  fraqmentlər  bazal  plazmatik  membrandan  qana  keçirlər. 


 
26 
Qeyd  etmək  lazımdır  ki,  transport  prosesində  zülalların  hamısı 
parçalanmaya məruz qalmır, onların bir hissəsi dəyişilmədən qana keçir. 
 
Kanalcıq reabsorbsiyasının miqdarca təyini: 
Maddələrin  geri  sorulması,  yəni  onların  kanalcıq  mənfəzindən 
böyrəklərin  interstisial  toxumasına  və  qana  transportu  (reabsorbsiya), 
həmin maddələrin yumaqcıqlardan süzülmüş miqdarı  və sidiklə xaric olan 
miqdarı  arasındakı  fərqlə  müəyyənləşir.  Proksimal  kanalcıq  hüceyrələrinin 
reabsorbsiya  qabiliyyətini  qiymətləndirməkdə  qlükozanın  transportunun 
maksimal  həddinin təyin  edilməsinin  (Tmg)  mühüm  əhəmiyyəti  vardır.  Bu 
kəmiyyəti,  kanalcıqlarda  qlükozanı  transport  edən  sistemin  tam  doyması 
şəraitində  ölçürlər.  Bunun  üçün  qana  qlükoza  daxil  edərək  onun 
konsentrasiyasını  o  dərəcəyə  qədər  artırırlar  ki,  sidiklə  xeyli  miqdarda 
qlükoza  xaric  edilsin.  Tmg  kəmiyyəti  qlükozanı  transport  edən  sistemin 
tam  yükləndiyini  göstərir.  Kişilərdə  o  ədəd  orta  hesabla  375  mq/dəq., 
qadınlarda – 303 mq/dəq. olur. 
Patoloji  şəraitdə  bu  rəqəm  azalır.  Bu  da,  ya  proksimal  kanalcıq 
hüceyrələrinin  reabsorbsiya  qabiliyyətinin  zəiflədiyinə,  ya  da  işləyən 
nefronların  sayca  azalmasına  işarədir.  Bu  məsələni  aydanlaşdırmaq  üçün 
100 ml yumaqcıq filtratının Tmg-sini hesablamaq tələb olunur.  
Kanalcıq sekresiyası: 
Orqanizmdən  mübadilə  məhsullarının  və  yad  maddələrin  xaric 
olmasına  böyük  əhəmiyyəti  olan  prosesi  o  maddələrin  qandan  böyrək 
kanalcıqlarına  konsentrasiya,  yaxud  elketrokimyəvi  qradiyentin  əksinə 
olaraq, sekresiya olunmasıdır. Sekresiya, üzvü  əsasların və ionların tezliklə 
ekskresiyasına  imkan  yaradır.  Üzvü  turşular  (fenolu  qırmızı,  paraamin 
hippur  turşumu,  diodrast,  penisillin  və  s.)  və  əsaslar  kanalcıqların 
proksimal  şöbəsində,  ionlar  (kalium)  distal  şöbələrin  uc  hissələrində  və 
toplayıcı borularda sekresiya olunurlar. 
Üzvü  turşuların  sekresiya  mexanizmini  paraaminhippur  turşusunun 
(PAH) misalında nəzərdən keçirək. İnsanların qanına PAH yetirdikdə onun 


 
27 
orqanizmdən  xaric  olması  yumaqcıqlardakı  filtrasiyadan  və  kanalcıq 
sekresiyasından  asılı  olacaq.  Maddənin  (PAH)  sekresiyası  maksimal 
səviyyəyə  çatdıqda  sekresiya  prosesi  PAH-ın  plazmada  miqdarından  asılı 
olmayaraq  sabit  olur.  Üzvü  birləşmələrin  transportunda  sekretor  prosesin 
kanalcıqların  hüceyrə  membranında  (interstisial  mayeyə  səmtlənən) 
daşıyıcı (A) vardır və bu daşıyıcı PAH-la çox sıx oxşarlığa  malikdir. PAH 
iştirak  edən  mühitdə  onunla  A-PAH  kompleksi  yaranır.  Bu  kompleks 
membranda  hərəkət  edərək  onun  daxili  səthində  parçalanır.  PAH-ı  azad 
edəndən  sonra  daşıyıcı  –  A  yenidən  membranın  xarici  səthində  hərəkət 
imkanı qazanır və yeni PAH molekulu ilə birləşir. Bu proses enerji itkisi ilə 
müşayiət  olunur.  Enerji  təminatı  isə  fəal  transport  yerlərində  həmişə 
mövcuddur. 
Tənəffüsün sianidlərlə kəskin zəiflədilməsi, dinitrofenolla tənəffüsün 
və  oksidləşmə  ilə  fosforlaşdırmanın  əlaqəsinin  kəsilməsi  sekresiyanı 
zəiflədir,  yaxud,  tamamilə  dayandırır.  Normal  fizioloji  şəraitdə 
sekresiyanın  səviyyəsi  membrandakı  daşıyıcının  miqdarından  asılıdır. 
PAH-ın  sekresiyası  onun  qanda  konsentrasiyasının  artması  ilə  mütənasib 
olaraq  güclənir  və  bu  vəziyyət  daşıyıcının  molekullarının  hamısı  PAH-la 
doyana  qədər  davam  edir.  PAH-n  transportunun  maksimal  sürəti,  bu 
turşunun  transport  ediləcək  dərəcədə  miqdarı,  daşıyıcı  molekullarının 
miqdarına  bərabər  olduqda  qeyd  edilir.  Hüceyrəyə  daxil  olan  PAH 
sitoplazmada  apikal  membrana  doğru  hərəkət  edir  və  oradan  xüsusi 
mexanizm vasitəsi ilə kanalcıq mənfəzinə keçir. 
Son  vaxtlar  öyrənilmişdir  ki,  böyrəklərdə  üzvü  turşuların sekresiyası 
adaptiv xarakter daşıyır. Əgər, bir neçə gün aramsız orqanizmə PAH (elə də  
penisillin,  yaxud  digər  sekresiya  olunan  maddə)  yeridilərsə,  onların 
sekresiyasının artdığı müşahidə olunar. 
Buna  səbəb  proksimal  kanalcıqlarının  hüceyrələrində  zülal  sintezi 
sisteminin  iştirakı  ilə  üzvü  maddələrin  membrandan  keçirmə  prosesinin 
komponentlərinin hazırlanmasıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə