L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

 
43 
16)  Uratlar  -  uraturiya  purin  mübadiləsinin  pozulması  nəticəsində 
həddən  artıq  sidik  turşusu  və  onun  duzlarının  –  uratların  toplanması  və 
böyrəklərlə  xaric  edilməsidir.  Sidik  turşusu  purin  mübadiləsinin  son 
məhsulu  hesab  olunur.  Uşaq  orqanizmində  o,  adenin,  quanin,  hipoksantin 
və  ksantinin  oksidləşməsi  nəticəsində  yaranır.  Sidik  turşusunun  digər 
mənbəyi nuklein turşuları və zülallardır. Orqanizmdən sidik turşusu  əsasən 
böyrəklər və MBT vasitəsi ilə xaric olur. Uşaqlar arasında (1,3 - 7,6%) urat 
nefropatiyası urolitiaza səbəb ola bilər. 
17)  Fosfatlar  -  fosfatlara  çox  zaman  qarışıq  daşların  tərkib  hissəsi 
kimi, xüsusi ilə sidik sisteminin infeksiyaları, kalkulyoz pielonefrit zamanı 
rast  gəlmək  olar.  Birincili  və  ya  həqiqi  fosfaturiya  fosfor  və  kalsium 
mübadiləsi  pozğunluğu  ilə  gedən  xəstəliklərdə  rast  gəlinir.  İkincili 
fosfaturiyanın əsas səbəbi isə sidik sisteminin xroniki infeksiyalarıdır. 
Sidiyin kəmiyyətə görə müayinəsi
Neçiporenko  sınağı  –  müayinə  üçün  sidiyin  səhərki  porsiyası 
götürülür. Normada 1 ml sidikdə 1000-ə qədər eritrosit, 2000-4000 leykosit 
və 20-ə qədər silindr olmalıdır. 
Rengenoloji müayinə metodu: 
Ekskretor  uroqrafiya  -  (metodun  imkanları  –  böyrək  və  sidikçıxarıcı 
yolların  anatomik  və  funksional  vəziyyətinin  qiymətləndirilməsi; 
urodinamikanın qiymətləndirilməsi; pataloji prosesə dinamikada nəzarət) 
Göstərişlər: 
- sidikçıxarıcı yolların infeksiyaları; 
- qarında şiş; 
- qarında səbəbsiz ağrılar; 
- hipertenziya; 
- böyrək anomaliyaları ilə müştərək gedən anadangəlmə anomaliya-
lar; 
- cinsiyyət üzvlərinin anomaliyaları; 
- nefrolitiaz; 
- qlomerulonefritli xəstələrin müalicəsinin qeyri-effektivliyi; 


 
44 
-  USM  müayinəsinin  nəticələrinə  görə  sidik  sisteminin  anomaliya-
larına şübhə olarsa; 
 Əks göstərişlər: 
- azotemiya ilə gedən ağır böyrək xəstəlikləri; 
- böyrəyin qatılaşdırma qabiliyyətinin aşkar pozulması; 
-  qaraciyərin  funksional  çatmamazlığı  ilə  nəticələnən  ağır  zədələn-
mələri; 
- yoda qarşı yüksək həssaslıq; 
- kollaps, şok; 
Radioizotop  müayinə  metodu:  Radioizotop    renoqrafiya    (metodun 
imkanları  –  böyrək  qan  dövranının,  proksimal  kanalcıqların  sekretor 
funksiyasının, yuxarı sidik yollarında urodinamikanın qiymətləndirilməsi) 
Göstərişlər: 
- böyrək funksiyalarının aydın müayinəsi; 
-  böyrək  və  sidikçıxarıcı  sistemin  pataloji  dəyişikliklərin  olub-
olmamasını aydınlaşdırmaq üçün skrininq müayinə; 
- patoloji prosesə dinamikada nəzarət;   
Ultrasəs  müayinə  (USM)  –  bu  müayinə  böyrəklərin  ölçülərini, 
onların  yerləşməsini,  formasını,  strukturunu,  funksional  vəziyyətini 
qiymətləndirməyə,  həmçinin  sidik  kisəsini,  qarın  boşluğundakı  ödemləri, 
böyrəyin qan dövranını qiymətləndirməyə imkan verir. USM vasitəsi ilə bir 
çox  böyrək  xəstəlikləri  –  pielonefrit,  böyrəkdə  şiş,  vərəm,  hematoma, 
obstruktiv  proseslərlə,  irinli  ocaqlar  (abses,  karbunkul)  və  s.  arasında 
diferensial diaqnoz aparmaq olar.  
USM-nə göstərişlər: 
-  sidik sisteminin skrininq diaqnostikası; 
-  böyrəklərin  anadangəlmə  anomaliyasına  şübhə  -  anomaliyanın 
növünün aşkar edilməsi; 
-  hidronefroz, 
uretrohidronefroz, 
meqaureter 
patalogiyalarına 
şübhələndikdə,  obstruksiyanın  səviyyəsini,  dərəcəsini,  mərhələsini 
müəyyənləşdirmək üçün; 


 
45 
-  “lal böyrək” – böyrəyin olub-olmamasını aşkar etmək üçün; 
-  “xırda 
böyrək” 
– 
böyrəyin 
ikincili 
büzüşməsi, 
böyrək 
hipoplaziyasının diferensial diaqnostikası; 
-  böyrəklərin diffuz xəstəlikləri; 
-  həcmli proseslərə şübhələndikdə; 
-  polikistoz; 
-  qarın boşluğunun və bel qurşağının küt travmaları; 
-  böyrəkdaşı xəstəliyinə şübhələndikdə; 
-  arterial hipertenziya; 
-  enurez – onun uroloji mənşəli olmasını inkar etmək üçün; 
-  sidik kisəsinin patologiyasına şübhələndikdə; 
-  patoloji hərəkətlilik, nefroptoz; 
-  böyrək,  sidik  axarları  və  sidik  kisəsi  müalicəsinin  gedişinə  və  ya 
cərrahi müalicəsindən sonrakı dövrə dinamikada nəzarət; 
-  nefrotik  sindrom    zamanı  boşluq  ödemlərini  (assit,  hidrotoraks, 
hidroperikard) aşkar etmək  üçün; 
-  böyrəklərin punksion biopsiyası zamanı optimal nahiyəni təyin etmək 
üçün; 
-  sidik ifrazından sonra qalıq sidiyi müəyyən etmək üçün; 
-  exogenliyinə görə böyrəklərin funksional vəziyyətini aydınlaşdırmaq; 
Əks göstərişlər – yoxdur. 
 Ultrasəs  doppleroqrafiya  (USD)  –  qan  damarlarında  qanın 
hərəkətini öyrənməyə imkan verir ki, bunu da real zaman çərçivəsində həm 
qrafiki, həm səsli, həm də kəmiyyətcə nümayiş etdirmək olur. Bu  müayinə 
metodu  xəstələrdə  qan  damarlarında  qanın  hərəkətini  öyrənmək  üçün  ən 
təhlükəsiz metod sayılır. 
Müxtəlif  nefro-uroloji  xəstəlikləri  olan  uşaqlarda  böyrəyin 
hemodinamikasını  öyrənmək  üçün  USD  vacib  müayinə  metodu  sayılır.  Bu 
müayinə  təkcə  böyrək  arteriyası  kötüyündə  deyil,  həmçinin  daha  xırda 
böyrək  arteriyalarında  –  seqmentar,  payarası,  qövs  və  paycıqarası 
arteriyalarda qan dövranını öyrənməyə imkan verir. 


 
46 
USD  əsasən  qlomerulonefrit,  tubulointerstisial  nefrit,  həmçinin 
böyrəyin  polikistoz  xəstəliyi  və  irsi  nefritlərdə  böyrək  qan  dövranını 
müayinə etməyə imkan verir. 
Punksion  biopsiya  –  bu  müayinə  üsulu  xəstəliyin  morfoloji 
diaqnozunu 
dəqiqləşdirmək, 
patogenetik 
terapiyanın 
tətbiqinin 
mümkünlüyünü,  xəstəliyin  gedişini  və  proqnozunu  qiymətləndirməyə 
imkan verir. 
Göstərişlər: 
- naməlum etiologiyalı proteinuriya və hematuriya; 
- naməlum mənşəli hipertenziya; 
- hipetenziya və ya hematuriya ilə müştərək nefrotik sindrom; nefrotik 
sindromun steroid terapiyanın qeyri-effektiv forma; 
- nefropatiyanın torpid gedişi zamanı; 
- böyrək toxumasının dizembriogenezinə şübhələndikdə; 
- qlomerulonefritin istənilən variantında müalicənin qeyri-effektivliyi; 
- böyrək amiloidozuna şübhələndikdə; 
-  nefrosklerozda  –  dərəcəsindən  aslı  olaraq  proqnozun  müəyyənləş-
dirilməsi; 
Kompyuter    tomoqrafiyası  (KT)  və  nüvə-maqnit  rezonansı 
(NMR)- 
Bu  müayinə  metodları  USM-si  vasitəsilə  aşkar  edilən  dəyişiklikləri 
dəqiqləşdirmək  üçün  aparılır.  KT  və  NMR  vasitəsi  ilə  sidik  yollarının 
obstuksiyasını  (əgər  o  kliniki  olaraq  müəyyən  olunmursa),  böyrək 
hidronefrozunu, 
analgetik 
nefropatiyalarda 
böyrək 
məməcikləri 
kənarlarının kalsifikasiya əlamətlərini, residivləşən pielonefriti inkar etmək 
və USM metodunun informativ olmadığı hallarda aparılır. 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə