32
Azərbaycan tarixinin qəhrəmanlıq
səhifəsi
(44,s.15)
1918-ci ildə digər müsəlman kəndləri kimi Bico kəndi də taleyin
ümidinə buraxılmışdı. O zaman Şamaxıda yaşayan, nüfuz sahibi
Babaş əfəndi Mikayılzadənin məsləhəti ilə Şahalı yüzbaşı Biconun
müdafiəsi üçün qadınları və uşaqları dərələrdə gizlətmişdi. Erməni
quldurlar Bağırlı, Ləngəbiz və Qəşəd kəndlərini viran qoyub Bico-
ya yaxınlaşdıqda Şahalı yüzbaşı quldur dəstəsinin qarşısına çıxmış,
kəndə girməyəcəkləri təqdirdə onlara mal-qara, qızıl təklif etmişdi.
Ermənilər razılaşmayıb onsuz da kəndi ələ keçirib talan edəcəkləri-
ni bildirmişdilər. Balta, yaba, xəncər, dəryaz və bir neçə tüfənglə si-
lahlanan bicolular Pirəmşaq deyilən ərazidə təxminən 400 nəfərdən
ibarət erməni hərbi dəstəsinin qarşısına çıxmışdılar. Kəndin yaşlı in-
sanlarının söylədiklərinə görə, bu döyüşdə tüfəngdən açılan ilk atəşlə
erməni hərbi dəstəsinin başçısı öldürülmüş, düşmənin çaşbaş düşdü-
yünü görən bicolular hücuma keçmişdilər. Özləri də tələfat vermələ-
rinə baxmayaraq, onlar erməni silahlı dəstəsini darmadağın etmişlər.
Pirəmşaq döyüşündə ermənilərdən cəmi altısı qalsa da, dördü Bico
kəndinin yaxınlığında öldürülmüş, ikisi isə Şamaxıya gələrək, Bakı-
dan kömək istəmişdi. (49, 2 Aprel 2013)
Zəka Mirzəyevin “Pirəmşaq döyüşü” adlı məqaləsindən (49, 2
Aprel 2013) belə məlum olur ki, bu döyüşdə Bico kəndinin müdafiə-
çiləri 400 erməni əsgərindən 398 nəfərini məhv edə bilmişlər. Lakin
bəzi kitab və məqalələrdə qeyd olunur ki, “Pirəmşaq döyüşü”ndə-
ki atışma nəticəsində 6 nəfər erməni qulduru qaçaraq canını qurtara
bilmişdi. Bəzi mənbələrdə isə qeyd olunur ki, bu döyüşdə bir neçə
müsəlman və erməni ölmüşdür. Kənd ziyalılarının verdiyi məlumata
görə, Pirəmşaq döyüşündə hər iki tərəfdən xeyli adam qırılıb. Kəndə
qarət məqsədi ilə basqın edən ermənilər Bico kəndinin bu cür kəskin
müqavimət göstərəcəyini heç ağıllarına belə gətirməmişlər. Çünki
Türkiyə sərhədlərindən başlayaraq müsəlman kəndlərini qarət edə-e-
də gələn bu quldurlara Şamxor (hazırda Şəmkir) döyüşündən başqa
35
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Bolşevik-daşnak qüvvələrinin 1918-ci ilin iyununda hədəflərindən
biri Göyçay qəzasının Kürdəmir qəsəbəsi olub. Kürdəmirin işğalı düş-
mən üçün mühüm strateji əhəmiyyət kəsb edirdi. Həmin dövrdə iri də-
miryol qovşağı olan Kürdəmir stansiyasının yanında 200 evdən ibarət
böyük ticarət qəsəbəsi salınmışdı və burada Şamaxı, Göyçay, Kürdəmir
və Bakının tanınmış tacirlərinin evləri və iri ticarət tikililəri - mağazalar,
anbarlar, dükanlar və s. var idi. Stansiyadan 3 kilometr aralı yerləşən,
Göyçay qəzasının ən böyük və zəngin müsəlman yaşayış məntəqəsi sa-
yılan 2 min evlik Kürdəmir kəndinin əhalisi isə əsasən üzümçülük, bağ-
çılıq və pambıqçılıqla məşğul idi. İstər ticarət mərkəzi kimi Kürdəmir
qəsəbəsinin, istərsə də Kürdəmir kəndinin iqtisadi baxımdan vəziyyəti
olduqca yüksək, əhalinin həyat tərzi isə çox firavan idi. (49, 31 mart 2017)
KÜRDƏMIR ISTIQAMƏTINDƏ CƏRƏYAN
EDƏN HADISƏLƏR
Mənbə: Mustafa Görüryılmaz, Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006