25
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
23 iyun 1918-ci ildə respublikanın butun ərazisində hərbi vəziy-
yət elan etdi və qardaş Türkiyənin Azərbaycana köməyinin əhə-
miyyətini xalqa izah etdi. Baxmayaraq ki, Gəncə milli qüvvələrin
əlində idi, burada da erməni təxribatları baş veirdi. Türk hərbçiləri
Gəncədə olan erməniləri tərkisilah edərkən 11 iyun 1918-ci il tarix-
də 18 türk əsgəri şəhid oldu. Ertəsi gün Qafqaz İslam
Ordusunun
komandanı Gəncə qəsəbəsində olan erməni taburu komandirinə
göndərdiyi məktubunda Osmanlı ordusunun gəlməsiylə ümumi
təhlükəsizliyin qorunması, habelə Osmanlı hökuməti ilə ermənilər
arasında sülh əldə edilməsi ilə əlaqədar olaraq erməni əhalisinin
öz silahlarını təhvil vermələrinin lazım olduğunu bildirdi. 11 iyun
gecəsi Ağstafadan qatarla hərəkət edən 28-ci tabur və bir Şnayder
dağ topçu dəstəsi, 27-ci taburdan bir piyada bölüyü 12 iyun saat
Qafqaz islam ordusu Bakıda.
Mənbə: http://www.aztv.az/readnews.php?lang=az&id=26737
26
Azərbaycan tarixinin qəhrəmanlıq
səhifəsi
13-də Gəncəyə daxil oldu.
Nuru paşa yerli əhalinin hesabına canlı qüvvələri artırmaq
üçün Azərbaycan hökuməti tərəfindən ona verilmiş səlahiyyət-
dən istifadə edərək 11 iyun 1918-ci ildə 1894-1899-cu illərdə ana-
dan olmuş gənclərin orduya səfərbər edilməsi haqqında əmr ver-
di. Nuru paşa və Əlağa Şıxlınski şəxsən qərb qəzalarının yaşayış
məntəqələrinə gedərək əhalini vətəni düşməndən müdafiə etməyə
çağırırdılar. Onların çağırışına əhali böyük ruh yüksəkliyi ilə ca-
vab verdi. Tezliklə toplanan 7 min nəfərlik Azərbaycan korpusu
Qafqaz İslam Ordusunun tərkibində döyüşlərdə qəhrəmanlıqlar
göstərməyə başladı.
D.Əhmədin “Nuru paşa Qahirədə azərbaycanlı mühacirə nələr
deyib?” adlı məqaləsində (teleqraf.az, 8 fevral 2017) Cabbar Ərtür-
kün 1956-cı ildə Kayseridə “Zafer” mətbəəsində çap etdiyi “Ana-
yurdda unudulan türklük” adlı kitabından Nuru paşanın aşağıda-
kı fikirləri verilib:
“...Türklüyün yalnız Osmanlı imperatorluğu içində olduğunu
zənn edirdim...İran torpaqları içərisində Savuçbulaq qəsəbəsinə
gəldiyimiz gün təəccübdən özümə gələ bilmədim. Şəhərdə hər kəs
türkcə danışırdı. Bunların başqa dillərinin olub-olmadığını tədqiq
etmək üçün bir neçə zabit göndərdim və ana dillərinin türkcə ol-
duğunu öyrəndim. Ondan sonra Qafqaz dağlarının ötəsinə qədər
getdiyim yurdların hamısı türklərlə dolu idi. Buralardakı türklük
nədən unudulmuşdu, heç cür anlamadım...
Yüz nəfərə qədər zabit və əsgərlərimlə Gəncəyə vardım. Dərhal
türklərin təşkilatlanması ilə məşğul oldum. Ruslar türk kəndliləri
silahdan başları çıxmasın deyə onları əsgəri xidmətə aparmırdı-
lar... Fəqət rus ordusunda bir çox türk zabiti ilə rastlaşdım. Onlar
zəngin təbəqənin uşaqlarından ibarət bir zümrə idilər və ruslar
bunların qabiliyyətlərindən istifadə etməyə ehtiyac duymuşdular.
Fəqət kəndli və işçilərdən bir nəfər də əsgərlikdən başı çıxan yox