Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.

səhifə1/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   18


 

MİNAXANIM TƏKLƏLİ  



MEHMET RIHTIM 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QAFQAZ İSLAM 

ORDUSUNUN 

XRONOLOGİYASI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NURLAR 

BAKI-2008 

 



 

Elmi redaktoru: 



Dr. Firdövsiyyə Əhmədova 

 

 

 



 

 

Minaxanım, TƏKLƏLİ, Mehmet RIHTIM:  



 

QAFQAZ İSLAM ORDUSUNUN XRONOLOGİYASI 

 

 

 

 

 

 

 

 

 

Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008, 104 səh. 



 

 

 



 

 

Kitab  Azərbaycan  dövlətinin  müstəqillik  qazanmasında  və  istiqlalının 



saxlanılmasında  mühüm  rolu  olan  Qafqaz  İslam  Ordusunun  mücadilə  hərəkatı 

tarixinin  tədqiqinə  həsr  olunmuşdur.  Bu  məqsədlə  ordunun  qurtuluş  fəaliyyəti 

araşdırılmış xronoloji üslubda ardıcıllıqla, sistemə salınmışdır. 

 

 



 

 

 



 

ISBN: 9952-450-49-1 

 

© “NURLAR”, 2008 



 

 

 


 

BÖYÜK MÜBARİZƏNİN SALNAMƏSİ 

 

Qafqaz İslam Ordusunun fəaliyyət hərəkatı Azərbaycanın istiqlal tarixində 



və  bunun  kimi  də  milli  müqəddəratının  həllində  mühüm  rolu  olan  bir  hadisədir. 

Kitabın  hazırlanmasında  məqsəd  Qafqaz  İslam  Ordusunun  keçdiyi  şərəfli  yolun 

salnaməsini  müəyyənləşdirib  bərра  etmək;  bu  şanlı  ordunun  fəaliyyətinin 

başlanğıcından son ana kimi (30 oktyabr 1918-Mudros sülhündən sonra; dekabrın 

3-də  sonuncu  qatar  Azərbaycandan  çıxanadək)  mərhələ-mərhələ,  imkan  daxilində 

günbəgün, diqqətlə araşdırmaq, bu şərəfli yolu bütünlüklə göz önünə gətirməkdir. 

I Dünya müharibəsinin başlanması və müharibənin məhrumiyyətləri, həm 

də  Rusiyadakı  hakimiyyət  çevrilişləri  Qafqazlarda,  о  cümlədən  Azərbaycanda  öz 

dərin təsirini göstərməkdə idi. Bir yandan da Osmanlı - Rusiya qoşunlarının üz-üzə 

dayandıqları Qafqaz cəbhəsi çox yaxında idi. Buna görə də öz milli taleyi uğrunda 

mübarizə  meydanına  girən  Azərbaycandan  istər  Osmanlı  türk  cəbhəsi 

komandanlığına,  istərsə  də  dövlətə  tez-tez  müraciətlər  olurdu.  Ermənilərin 

müsəlmanlara;  Azərbaycanın  paytaxtı  Bakıda,  ardınca  digər  bölgələrdə  başladığı 

soyqırımlar  Osmanlı  dövlətini  nəhayət  qardaş  xalqlara  bir  an  gecikmədən  hərbi 

yardıma  keçməyə  sövq  etdi.  Təcili  olaraq  Mosul  cəbhəsindən  göndərilən  ilk 

yardımın  ardınca  mükəmməl  hərbi  yardım  olaraq  nəzərdə  tutulan  Qafqaz  İslam 

Ordusu  hissələri  Azərbaycana yetişir. Nuri paşa  komandanlığı altında  ilk dəstələr 

Cənubi  Azərbaycan  -  Naxçıvan  -  Qarabağ  yolu  ilə  Gəncəyə  daxil  olduğu  tarixlə 

eyni günlərdə Tiflisdə Milli Şura Azərbaycanın istiqlal bəyannaməsini elan edir. 

Ölkədə  möhkəmlənmiş  bolşevik-daşnak  qüvvələrinə,  habelə  sonra  gələn 

ingilis  müdaxiləçiləriylə  qarşı-qarşıya  gələn  Qafqaz  İslam  Ordusunun  Gəncədən 

başlayan mücadilə yolu Bakıya istiqamətlənmişdi. Tərkibi ermənilərdən ibarət olan 

Kommuna  qoşunlarını  Bakıyadək  sıxışdıran  Türk-İslam  Ordusu  Azərbaycanın 

əsarətdə  qalan  kənd  və  şəhərlərini  bir-birinin  ardınca  azad  edərək  Bakıya 

yaxınlaşır.  15  sentyabrda  böyük  qurbanlar  bahasına  nəhayət  azad  edilən  Bakıdan 

sonra bu xilaskar qoşunun yolu Dərbəndədir. 

Kitabda  bu  əlamətdar  hadisələr  xronoloji  dəqiqliklə  və  səliqə  ilə  tərtib 

olunmuş, bunlarla bir sırada Qafqaz İslam Ordusu qurtuluş hərəkatındakı görkəmli 

şəxsiyyətlərin də həyatlarındakı mühüm tarixlər nəzərə alınmışdır. 

Kitabın  Qafqaz  İslam  Ordusunun  Qafqazdakı  qurtuluş  hərəkatı  tarixinin 

öyrənilməsində müəyyən yeri olacağına əmin olmaq mümkündür. 

 

 



 


 

QAFQAZ İSLAM ORDUSUNUN FƏALİYYƏTİ XRONOLOGİYASI 



 

1  noyabr  1914:  Rusiya  Osmanlı  imperatorluğuna  müharibə  elan  etdi. 

Bunun ardınca onu  İngiltərə  və  Fransanın 5  noyabr 1914-dəki hərb elanları  təqib 

etdi.  Rusiyaya  lazım  olan  bəhanə  tapılmışdı:  İki  Alman  hərb  gəmisi  ingilis 

donanmasının təqibindən qurtularaq Türkiyəyə doğru qaçmış və 10 avqust 1914-də 

Çanaqqala  boğazına  girmişdi.  Gəmi  heyətinin  rəhbəri  admiral  Sişon  gizli  bir 

surətdə  səy  göstərərək  türkləri  bu  hərbə  qatmaq  istəyirdi.  Öz  vəzifəsini  icra 

etməkdə  olan  admiral  Sişon  27  oktyabr  (ekim)  tətbiqat  bəhanəsiylə  Qara  dənizə 

gəldi və tarixdə “Qara dəniz olayı” deyə anılan hadisələrə səbəb oldu. 



1  noyabr  1914:  Rus  ordusu  Qafqaz  istiqamətində  Osmanlı  dövlətinin 

sərhədlərini  keçdi.  Qars,  Ərdəhan  və  Batum  ətrafında  döyüşlərdə  hər  iki  tərəf 

böyük itki verdi. 

10  noyabr  1914:  Qafqaz  cəbhəsində  hərbi  əməliyyatlar  qızışır.  Qafqaz 

cəbhəsinə yola düşərək Tiflisdə qarşılanan Rus çarı II Nikolay Qars və Sarıqamış 

cəbhələrində  imperiyanın  Qafqaz  Ordusunun  əsgər  və  zabitləri  ilə  görüşür.  Onun 

gəlişində  məqsəd  orduda  ruh  yüksəkliyi  yaratmaq  idi.  Azərbaycan  türklərinin 

Rusiyadan narazılığı güclənir. 

9  dekabr  1914-18  yanvar  1915-ci  il:  Sarıqamış  əməliyyatı.  Türkiyənin 

hərbi  naziri  Ənvər  paşa  və  onun  ərkani  hərbi  Qafqaz  cəbhəsindəki  döyüşlərə 

ümidlə baxırdılar. Hərbi əməliyyat üçün buraya 90 minlik canlı qüvvəni birləşdirən 

3-cü türk ordusu göndərilmişdi. Qələbəyə böyük inam bəsləyən Ənvər paşa döyüş 

əməliyyatlarına  şəxsən  özü  komandanlıq  edirdi.  Plana  əsasən  rus  ordusuna  əsas 

zərbə Sarıqamış ətrafında endirilməli idi. Güclü şaxta və çovğun şəraitində gedən 

döyüşlərdə türk ordusu böyük itkilər verdi və məğlub oldu. 

Yanvar  1915:  Zaqafqaziyada  artıq hər birində 1000-1200 atıcısı və  ya atlı 

döyüşçüsü olan altı erməni könüllü bölükləri yaradıldı. Onlar rus ordusu tərkibində 

vuruşurdular. 

Fevral  1915:  Gələcəkdə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  qabaqcıl   

liderlərindən  olan  Fətəli  xan  Xoyskinin  qardaşı  oğlu  Arslan  xan  Xoyski  sərhəddi 

gizlicə  keçərək  Ərzurumda  Ənvər  paşayla  görüşmüş  və  müstəqil  Azərbaycan 

dövləti  qurmaq  naminə  bir  hərəkət  planı  təqdim  etmişdi.  Bu  cəsarətli  plana  görə 

Osmanlı  ordusu  Cənubi  Azərbaycana  girməli  və  bunun  ardıncada  Şimali 

Azərbaycanda  və  Dağıstanda  Difai  tərəfdarları  geniş  müstəqillik  hərəkatına 

başlamalı idilər. 

7  mart  1917:  52  deputatdan  ibarət  Bakı  Deputatları  Soveti  formalaşdı. 

Sovetin  tərkibi  qeyri-azərbaycanlılardan  ibarət  idi.  Bakı  Sovetinə  qiyabi  olaraq 

S.Şaumyan sədr seçildi.  



Martın  sonu  1917:  Gəncədə  Nəsib  bəy  Yusifbəyli  başdan  olmaqla  və 

Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağayevin iştirakı ilə “Türk Ədəmi mərkəziyyət” 

partiyası  yaradıldı.  Partiya  Rusiya  məkanında  federalist  respublika  ideyasını  irəli 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə