Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.

səhifə4/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   18

 

22  aprel  1918:  Müstəqil  Zaqafqaziya  Federativ  Respublikası  yaradıldı. 

Transqafqazın  müstəqil  respublika  elan  edilməsi  onun  beynəlxalq  münasibətlərin 

subyekti olması yolunda mühüm addım idi. 



22 aprel 1918: Ənvər paşa Azərbaycan nümayəndələrini Trabzonda qəbul 

etdi.  Azərbaycan  iki  qardaş  olan  Azərbaycan  və  Osmanlı  türklərinin  gələcək 

qarşılıqlı  münasibəti  barədə  Türkiyənin  siyasətini  müəyyən  edən  Ənvər  paşanın 

fıkrini bilmək istəyirdi. 



25 aprel 1918: Qars erməni və rus qüvvələrindən azad edildi. 

25  aprel  1918:  S.Şaumyan  başda  olmaqla  Bakı  Xalq  Komissarları  Soveti 

yaradılması  ilə  bolşeviklərin  mart  ayından  başlayaraq  hakimiyyət  uğrunda 

mübarizəsi uğurla həll olunub tamamlandı. 

1 may 1918: Aprelin 21-də Bakı bolşevik təşkilatı və Bakı  Sovetinin Quba 

qəzasına  göndərdiyi  hərbi  dəstələr  aprelin  23-də  sovet  hakimiyyəti  qurulduğunu 

elan  edərək  Hərbi  inqilab  komitəsi  yaratdılar.  Mayın  1-də  Azərbaycanlılara  qarşı 

quldur  Hamazaspin  və  Korqanovun  başçılıq  etdiyi  cəza  dəstələri  soyqırıma 

başladılar. Qubada qətl-qarətlər 9 gün davam etdi. Təkcə soyqırımın 1-ci günü 713 

nəfər  müsəlman  öldürülmüşdü.  Hücumun  2-ci  günü  1012  nəfər,  ümumən  3  min 

dinc sakin qəddarlıqla qətlə yetirilmişdi. 

9 may 1918:Nuri paşa heyətiylə bərabər Təbrizə daxil olur.  

11  may  1918:  Batumda  Osmanlı  dövləti  ilə  Zaqafqaziya  Seyminin 

nümayəndələrinin  iştirakı  ilə  (45  nəfərlik  nümayəndə  heyəti  göndərilmişdi) 

keçirilən konfrans başlandı. 

12  may1918:  Nuri  paşa  və  heyəti  mayın    12-də  Təbrizdən  hərəkət  edərək 

həmin  ayın  20-də  Araz  çayına  çatdı  və  heyət  çayı  sal  ilə  keçdi.  Ermənilər 

tərəfindən  tez-tez  hücumlar  edilən  Naxçıvan  və  Ordubad  bölgələrində  hərbi  və 

mülki  quruculuq  işləri  görmək  üçün  minbaşı  Xəlil  bəyi  məiyyətindəki  zabitlərlə 

həmin bölgəyə göndərdi. 

14  may  1918:  Azərbaycan  nümayəndələri  Batum  konfransında  Mavərayi 

Qafqaz  sülh  heyəti  başçısından  Bakı  Xalq  Soveti  qoşunlarının  Gəncəyə  doğru 

hərəkətinin  qarşısını  almaq  üçün  türk  qoşunlarının  Mavərayi  Qafqaz  ərazilərinə 

keçməsinə razılıq verməsini tələb etdilər. 

14  may    1918:  Bakı  istiqamətində  hərəkət  edən  ingilis  qoşunlarına  qarşı 

mübarizə üçün türk qoşunlarının Qafqaza buraxılması haqqında Türkiyə təmsilçisi 

Xəlil bəy nota təqdim etdi. 

16  may  1918:  “Vozrojdenie”  qəzeti  (16  may  1918)  yazırdı  ki,Vehib  paşa 

Mavərayi  Qafqazı,  о  cümlədən  xüsusən  Azərbaycanı  bürüyən  anarxiyam  nəzərdə 

tutaraq  demişdi  ki,  Bakını  tutmaq  və  müsəlmanları  xilas  etmək  üçün  türk 

ordusunun göndərilməsi zəruridir. 



20 may 1918: Nuri paşanın bölüyü Azərbaycanın Zəngəzur bölgəsinə daxil 

oldu və əhali tərəfindən sevinc və rəğbətlə qarşılandı. 




10 

 

22 may 1918: Q.Korqanovun Xalq Komissarları Sovetinə göndərdiyi həmin 

tarixli məktubunda qeyd edilirdi ki, kommuna ordusunun sayı 18 mindir; onun 13 

mini, əsasən də zabitlərinin isə demək olar ki, hamısı ermənidir. Orduya rəhbərlik 

H.Avetisovun, N.Qazaryanın, Hamazasbın əlində idi. 

24 may 1918: Nuri paşa Cəbrayıl-Ağdam-Tərtər xətti ilə Yevlaxa gəlmiş 24 

mayda Yevlaxda böyük qarşılanma mərasimi olmuşdu. 



25  may  1918:  Mayın 24-ü axşamı Yevlaxdan yola düşən Nuri paşa mayın 

25-də  Gəncəyə  daxil  olur.  Onun  Gəncə  əhalisi  tərəfindən  böyük  ehtişamla 

qarşılanmasını    M.Ə.Rəsulzadə  belə  təsvir  edirdi:  О  zaman  müdhiş  bir  anarşiyə 

məruz,  digər  tərəfdən  də  bolşevik  təcavüzü  ilə  təhdid  olunan  Gəncə  Nuri  paşanı 

göydən enmiş xilaskar bir mələk kimi tələqqi etmişdi”. 

26 may 1918: Azərbaycanda baş vermiş mart hadisələri Türkiyəyə də gəlib 

çatmışdı. Türkiyənin Batum konfransında sülh nümayəndə heyətinin başçısı Xəlil 

bəyin  Transqafqaz  sülh  heyətinin  başçısına  təqdim  etdiyi  (26.05.1918) 

memorandumda  deyilirdi:  Bakı  və  ətrafında  yüz  minlərcə  türk  və  müsəlmanlar 

özlərinə  inqilabçı  deyən  vicdansız  quldurların  qanlı  pəncəsində  inləyir...  Bu 

anarxiyanın Dövləti-Aliyeyi-Osmaniyyənin əhalisi ilə eyni irq və dinə mənsub bir 

əhalinin asayişinə dəxi əlaqəsi vardır. 

26  may  1918:  Transqafqaz  Seyminin  sonuncu  iclası  keçirildi.  Seymin 

buraxılması  ilə  əlaqədar  yaranmış  böhranlı  siyasi  vəziyyəti  müzakirə  etmək  üçün 

sabahı gün Azərbaycan nümayəndələri iclas keçirməyi qərarlaşdırdılar. 

27  may  1918:  Tiflisdə  Zaqafqaziya  seyminin  müsəlman  fraksiyasının 

fövqəladə iclasında Azərbaycan Milli Şurası - ümümxalq seçkisi yolu ilə seçilmiş 

deputatlardan  ibarət  qanunvericilik səlahiyyətinə malik ali hakimiyyət orqanı olan 

parlament  yaradılmışdı.  Məhəmməd  Əmin  Rəsulzadə  Milli  Şuranın  sədri  təsdiq 

olunmuşdur. 

27 may 1918:  Rusiya bolşeviklərinin Bakı şöbəsinin orqanı olan “Bakinski 

raboçi” qəzetinin həmin günkü sayında (№ 108 (224)) türk qoşunlarının Qarakilsə-

Ağstafa-Bakı şosesi ilə hərəkət etdiklərini, imzalanmış sazişə əsasən Qafqaz İslam 

Ordusunun  Bakı  və  Culfa  dəmir  yolu  ilə  sövq  edilməsinə  başlayacaqlarını  xəbər 

verirlər. 

28  may  1918:  1918-ci  il  mayın  28-də  Tiflisdə  Azərbaycan  Milli  Şurası 

Azərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etdi. Bu 

sənəd  Azərbaycan  millətinin  varlığını  bütün  dünyaya  bəyan  etdi.  Beləliklə,  ilk 

konstitusiya  aktı  olan  bu  əqdnamənin  qəbulu  ilə  Azərbaycan  dövlətçiliyi  Xalq 

Cümhuriyyəti  şəklində  qəbul  olundu.  M.Ə.Rəsulzadə  bu  barədə  yazırdı:  “28  may 

1918 Bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-Millisi, sözün siyasi mənası 

ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Belə ki, Azərbaycan kəlməsi 

sadə  coğrafi,  etnoqrafi  və  linqvist  bir  kəlmə  olmaqdan  çıxaraq  siyasi  bir  aləm 

olmuşdur.” 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə