Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.

səhifə14/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   18

29 

 

5  avqust  1918:  5  avqust  hücumu  da  daxil  olmaqla  ümumən  Bakı 

ətrafındakı  döyüşlərdə  doqquz  zabit,  yüz  otuz  doqquz  sıravi  əsgər  şəhid  olmuş, 

zabitlərdən  on  doqquzu,  sıravi  əsgərlərdən  dörd  yüz  qırx  dördü  olmaqla  yaralı 

olmuşdur. 

5  avqust  1918:  Milli istiqlal şairi Əhməd Cavadın Xəlil paşaya həsr etdiyi 

şeir: 


Bən röyada nazlı yarın 

Tellərini örmüşdüm. 

Bu sevincli zamanların 

Röyasını görmüşdüm... 

 

“Azərbaycan”  qəzeti,  14  təsrini  əvvəl  (oktyabr)  1918-  ci  il  sayında  çap 



olunmuşdur. 

6 avqust 1918:  Cəbhənin müxtəlif yerlərində atışma davam etmişdir. 60-cı 

tabur biri zabit, ikisi əsgər olmaqla üç şəhid və altı nəfər yaralı vermişdir. 



6  avqust  1918:  Ordu baş qərargah rəisi Nazim ön cəbhədə olaraq buradan 

ordu  komandanı  Nuri  paşaya  5-ci  firqənin  indiyədək  canlı  qüvvəsinin  yarısını 

itirdiyini  xəbər  verməklə  yanaşı,  həmçinin  Gəncədə  saxlanılan  zabitləri  döyüşən 

qoşuna göndərməyi və köməyə hazırlanan 15-ci tümənin (diviziyanın) mükəmməl 

şəkildə göndərilməsini xahiş edir. 

7  avqust  1918:  M.Rəsulzadə  İstanbuldan  Azərbaycan  hökumətinə  “Hansı 

yolla olursa olsun, Bakı təcili alınmalıdır” xəbərini verir. 



7 avqust 1918: Həmin tarixli məktubu ilə Hərbiyyə naziri Ənvər paşa Nuri 

paşanın  sərəncamına  Qarakilsədən  Ağstafaya  min  sandıq  güllə,  5  min  ədəd  top 

mərmisindən ibarət silah-sursat göndərildiyini bildirir. 

7  avqust  1918:  Süvari  qüvvələri  Xırdalanla  Novxanı  kəndləri  arasındakı 

Masazır kəndini ələ keçiriblər. 



7  avqust  1918:  Şərq  Orduları  qrupu  komandanının  3  saylı  əmri  ilə 

“Azərbaycan  məntəqəsində  olan  bütün  zabitlərin  fəxri  olaraq  bir  dərəcə  yüksək 

rütbə daşıması” məlumatı çatdırıldı. 

7  avqust  1918:  Gecə  yaralıları  arxa  cəbhəyə  daşıyan  qatara  Puta  Ələt 

arasında atəş açılmış, 13 əsgər şəhid olmuşdur. 



8  avqust  1918:  Qafqaz  İslam  Ordusunun  hücumunu  dəf  etmək  üçün 

Mərkəzi  Xəzər  hökuməti  rəhbərləri  və  ingilis  qüvvələri  komandanlığı  birlikdə 

toplantı keçirdi. İngilislərin Bakıya qoşun çıxarmağa tələsmədikləri hiss olundu. 

8  avqust  1918:  Qafqaz  İslam  Ordusunun  iaşəsini,  habelə  silah-sursat 

ləvazimatını təchiz  etmək üçün ordunun Mənzil Müfəttişliyinə  qaimməqam Şefik 

bəy təyin olunduğu barədə əmr alındı. 

8  avqust  1918:  Sovet  Rusiyasının  Xarici  İşlər  komissarı  Q.V.Çiçerin 

Osmanlı  dövlətinin  səfiri  Qalib  Kamal  bəylə  görüşərək  Bakıya  türk  ordusunun 




30 

 

hücumunun  dayandırılmasını  tələb  etdi.  Səfir  Rusiyadakı  vəziyyətin  qarışıq 



olduğundan müqavilə şərtlərinə əməl etməyin çətinliklərini bildirdi. 

8  avqust  1918:  Alman  səfiri  Mirbax  öldürüldükdən  sonra  Moskvada 

təhlükəsizliyinin  təmin  edilməsinin  çətin  olduğunu  bildirən  Qalib  Kamal  bəy 

Moskvadan  çıxdı.  (8.Vin.l8)  Beləliklə,  İstanbulla  Moskva  arasında  diplomatik 

münasibətlər kəsildi. 



10  avqust  1918:  İngilis  ordu  hissələri  qərargahı  Qafqaz  İslam  Ordusunun 

top  atəşindən  gizlənmək  məcburiyyətində  qalıb  “Prezident  Kryüqer”  gəmisinə 

keçirildi. 

12  avqust  1918:  Erməni xalqının “milli qəhrəmanı” kimi   tanıdığı general  

G.Baqratuni Mərkəzi Xəzər Diktaturası hökumətində hərb komissarı təyin edildi. 



13 avqust 1918: Ordudan göndərilən gizli əmrdə yeni təqviyyə 

qüvvələrinin təyinatı və onların yerləşdirilməsi ilə bağlı Qarakilsədən yola salınan 

1200  döyüşkən  canlı  qüvvəyə  malik  olan  107-ci  alayın  Şərq  cəbhəsi 

komandanlığının əmrində olmaqla Salyan məntəqəsinə və Ələt-Puta sahil hissəsinə 

sövq edilməsi xəbər verildi. 

13  avqust  1918:  Şəhərdən gizlicə çıxan Bakı kommunası üzvlərinin yüklü  

19  gəmidən  ibarət  karvanı  Nargin  adası  yaxınlığında  həbs  olunub  Bakıya 

həbsxanaya gətirildi. 

13 avqust 1918: Qafqaz İslam Ordusunun Maştağa kəndi ətrafında döyüşən 

hissə və bölmələrindən təşkil edilmiş Maştağa hərbi dəstəsi adlı xüsusi taktiki qrup 

yarandı. Bunda məqsəd məntəqədəki nizami bölmələrin, eləcə də Bakı ətrafındakı 

kəndlərin  könüllü  dəstələrlə  yerli  əhali  nümayəndələrinin  ümumi  səylərini 

birləşdirmək  və  Bakının  azad  olunması  uğrunda  onların  fəaliyyətlərinin 

səmərəliliyini artırmaq idi. 



13 avqust 1918: Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın əmri ilə 

ordunun  struktur  sabitliyini  və  vahid  rəhbərliyi  saxlamaq  məqsədilə  Azərbaycan 

korpusu  ləğv  olundu;  bu  korpusun  tabeliyində  olan  bütün  hissələr  bir-başa  İslam 

Ordusu komandanlığına tabe etdirildi. 



15  avqust  1918:  Mərdəkanda  Ləzgi  süvari  alayı  tərəfindən  biri  çavuş  və 

digəri sürücü olmaqla bir minik avtomobilində iki ingilis əsir götürülmüşdür. 



15  avqust  1918:  Düşmənin  əsgər  çıxardığı  Ələt  limanı  istehkamçılar 

bölüyü tərəfindən dağıdılaraq yandırıldı.  



16 avqust 1918: Denstervilli gətirən “Prezident Kryuger” gəmisi Ənzəlidən 

yola çıxdı. 



17  avqust  1918:  Denstervilli  Bakı  limanında  Mərkəzi  Xəzər  Diktaturası 

hökumətinin  5  nəfərlik  nümayəndə  heyəti  qarşıladı.  Onun  qərargahı  “Yeni 

Avropa”da, ordunun digər xadimləri isə “Metropol” hotelində yerləşdirildi. 

17  avqust  1918:  Düşmən  (Şimali  Stafford  taburunun  bir  bölüyü  və  600 

nəfərlik erməni-rus qoşunu) Fatmayiyə sürəkli hücuma keçmiş, onun bir kilometrə 

qədər  cənubundakı  yamaclarda  irəliləməyə  müvəffəq  olmuşdu.  Onu  mütləq 





Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə