Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.

səhifə3/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   18

 

23 fevral 1918: Müsavat, Menşevik, Daşnaksutyun partiyaları aksiyalarının 

nümayəndələrindən  ibarət  olan  Zaqafqaziya  Seymi  öz  işinə  başladı.  Zaqafqaziya 

Seymində Azərbaycanın siyasi partiyalarının 44 nümayəndəsi var idi. 



26  fevral  1918:  Seymin  Azərbaycan  fraksiyası  Azərbaycan  və  onun 

ətrafındakı vəziyyəti dərindən təhlil etdi. Qafqaz cəbhəsindən qayıdan erməni hərbi 

birləşmələrinin Bakıda dayanması, ingilislərin Cənubi Azərbaycana doğru hərəkət 

etməsi nəticəsində Bakı üçün yaranan təhlükəni götür-qoy etdilər. 



1  mart  1918:  Almaniya  Orduları  Baş  Qərargahından  mayor  Gienanth 

Alman  Orduları  Baş  İdarəsinə  olan  məlumatında  (1.  03.18.)  etibarlı  mənbələrdən 

Ənvər paşanın qardaşı Nuri paşanın Trablus Qərbə (Libiyaya) geri dönməyəcəyini, 

onun əvəzinə gizli bir vəzifə ilə Qafqaza gedəcəyini öyrəndiyini bildirirdi. 



3 mart 1918: Şaumyan Stalinə bu tarixdə yazdığı məktubda Bakının sürətlə 

hərbiləşdirilməsinin  zəruriliyini  vurğulayaraq  Qafqaz  Ordusunun  Bakıda 

mərkəzləşməsini,  hərbi  donanmanın  yenidən  gücləndirilməsini  təklif  edirdi. 

Daşnakları  silahlandırmaq  barədə  həmin  məktubda  yazırdı:  “xahiş  edirəm, 

daşnaklar üçün top məsələsini elə rəsmiləşdirərsiniz ki, məsələnin qəti həlli burada 

məndən asılı olsun”. Bakıda bu zaman dünya müharibəsi cəbhələrindən qayıdan 8 

min  silahlı  erməni  toplanmışdı.  Bununla  bərabər  Qafqaz  cəbhəsindən,  habelə 

İrandan  dönən  rus  əsgərləri  də  Bakıya  yığışmışdılar.  Mart  qırğını  ərəfəsində 

Bakıda 20 minlik düşmən qüvvəsi cəmləşmişdi. 

12  mart  1918:  Rus  və  erməni  qüvvələrinin  əlində  olan  Ərzurum  Kazım 

Qarabəkir paşanın komandanlığı altında türk ordusu tərəfindən azad edildi. 



14 mart 1918: Trabzon konfransı  açıldı. Osmanlı dövlətinin Qars, Ərdəhan 

və  Batum  üzərindəki  tələbləri  Sovet  Rusiyası  tərəfindən  əməli  şəkildə  qəbul 

edilməyincə  III  ordu  komandanı  Vehib  Paşa  Ənvər  Paşanın  əmriylə  erməni 

birlikləri  üzərinə  hücuma  keçdi  və  1914-cü  il  türk-rus  sərhədlərinə  ulaşdı.  Türk 

ordusunun  irəliləyişi  qarşısında  3  mart  1918-ci  ildə  Sovet  Rusiyası  Brest-Litovsk   

Andlaşmasını  imzaladı.  Bu  müqaviləyə  görə  Qars,  Ərdəhan  və  Batum  Türkiyəyə 

qaytarıldı. Brest-Litovsk müqaviləsinin tələblərinin tətbiqi üçün Vehib Paşa erməni 

və  gürcü  birliklərinə  nota  verərək  (10  mart  1918)  onların  bu  vilayətlərdən 

çəkilməsini  istədi.  Fəqət  gürcülər  Batumun,  ermənilər  Qarsın  Osmanlı  dövlətinə 

verilməsinə  razı  olmadılar.  Odur  ki,  Qars,  Ərdəhan  və  Batumun  müqəddəratına 

dair məsələyə Trabzon görüşməsində baxılmalı idi. 

Nuri paşa Azərbaycana gəlmək üçün səhər tezdən İstanbuldan Mosula yoloa 

düşdü.  

23 mart 1918: Rus orsdusu Cənubi Azərbaycandan çıxarıldı. Lakin general 

N.Baratov  və  kazak  alayı  komandanı  polkovnik  L.Biçeraxov  özünün  800-900 

nəfərlik Kuban və Terek kazakları ilə hələlik orada idi. 

24  mart  1918:  Denstervillin  planına  uyğun  olaraq  Biçeraxov  qüvvələri 

Qəzvini tutdu. 




 

25  mart  1918:  Tüm  generallıq  verilməklə  Qafqaz  İslam  Ordusu 

komandanlığına yüksələn, eyni zamanda padişah Mehmet Reşat tərəfindən Qafqaz 

İslam  Ordusu  komandanı  olduğu  və  Qafqazlarda  padişah  adına  əsgəri  və  siyasi 

fəaliyyətdə  buluna  biləcəyini  bildirən  fərman  verilən  Nuri  Paşa  Mosula  gəldi. 

Onun tərəfindən seçilən 20 zabit də İstanbuldan Mosula yetişdi. 



28  mart  1918:  Lənkərana  yola  düşməkdə  olan  və  şəxsi  heyəti 

müsəlmanlardan  ibarət  olan  “Evelina”  gəmisi  bolşeviklər  tərəfindən  tərkisilah 

edildi.  Mürtəce  Bakı  Soveti  hökuməti  silahları  qaytarmasına  söz  versə  də  bunun 

əksinə  olaraq  qarşıda  gözlənilən  döyüşlərə  rəhbərlik  etmək  uçün  bolşeviklər 

inqilabi  müdafiə  komitəsi  yaratdılar.  Komitəyə  S.Şaumyan,  A.Çaparidze 

Q.Korqanov, İ.Suxartsov, S.Saakyan, M.Yolçiyan daxil oldu. 

 30 mart-1 aprel  1918:  Erməni  bolşevik  birləşmələri  Bakıda  20000 

müsəlmanı  qətl  etdilər.  Eyni  tarixlərdə  bir  çox  qəzalarda  bu  soyqırımlar  həyata 

keçirildi. Şamaxı qırğınında qətl edilən 8000 kişidən 1653-ü qadınlar, 695-i uşaqlar 

idi. Ermənilər İrəvan bölgəsində 206 kəndi silib yox etdilər. 150 min adam qaçqın 

idi.  Beləliklə  qanlı  mart  qırğınlarında  erməni-bolşevik  cəlladları  50000-dən  artıq 

türkün qanını axıtdı. 



2  aprel  1918:  Bakıdakı  mart  qırğını  barədə  Seymə  məlumat  verildi.  Mart 

hadisələrindən  sarsılmış  Azərbaycan  fraksiyası  Bakıda  bolşevik  təcavüzünə  qarşı 

təcili tədbirlər görülməsini tələb etdi, əks təqdirdə seymi baykot edəcəklərini elan 

etdilər. 



3 aprel 1918: Türk qoşun birləşmələri tərəfindən Ərdəhan azad olundu. 

3  aprel  1918:  Aprelin  3-ü  ilə  16  arası  Şamaxı  şəhəri  və  ətraf  kəndlərə 

ermənilər hücum etdi. Ermənilər yaşayan Mədrəsə kəndindən Şamaxı topa tutuldu. 

Erməni  milli  birliklərinə  Stepan  Lalayev  başçılıq  edirdi.  Qanlı  əməliyyatlar 

nəticəsində  Şamaxı  və  onun  58  kəndi  alovlar  içində  yandırıldı  Bakı  Sovetinin 

erməni  qoşunları  tərəfindən  7  min  adam  öldürüldü.  Həmin  ilin  iyun  ayında 

Kommuna ordusunun Gəncəyə istiqamət alan birləşmələri əhalinin salamat qalmış 

hissələrini də qana qərq etdilər. 

5 aprel  1918: Osmanlı dövlətinin hərbiyyə naziri Ənvər paşa Qafqaz İslam 

Ordusunun təşkili və vəzifəsinə dair təlimatnaməni təsdiq etdi. Bu yeni yaradılacaq 

ordunun qarşısında dayanan vəzifələrinin fəaliyyət istiqamətlərini müəyyənləşdirən 

sənəd idi. 



8 aprel 1918: Nuri paşa Mosuldan Azərbaycana yola çıxdı. Onunla bərabər 

VI ordudan 149 zabit, 488 gizir və əsgər qüvvəsi müəyyənləşib yola salındı. Səfər 

zamanı  ərzaq  və  s.  çətinlikləri  nəzərə  alıb  bütün  qüvvə  20-30  nəfərlik  dəstələrə 

bölünmüşdü. 



14  aprel  1918:  III  Ordu  komandanı  Vehib  paşanın  komandanlığı  altında 

Batum azad edildi. Türkiyə 40 ildən sonra yenidən Batumu özünə qaytardı. 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə