Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

72
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
tviçlə birlikdə şərqşünaslıq məktəbinin təşkil edilməsində bilavasitə 
yaxından iştirak edib. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy ad-
landırılır. Sadıq bəy Ağabəyzadənin  Ukraynada  şərqşünaslıq elmi-
nin inkişafında xüsusi xidməti olub.
Böyük elmi yaradıcılığı olan Sadıq bəy Ağabəyzadə polyak dilində 
özünün bir türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qram-
matikası (fonetika və morfologiya) dərsliyini nəşr etdirmişdi.   
Ukraynada böyük nüfuza sahib olan Sadıq bəy Ağabəyzadə  Bö-
yük Vətən müharibəsi zamanında alman-faşist işğalçıları tərəfindən 
sıxışdırılır. Hörmətli alimi evindən çıxararaq heç bir şəraiti olmayan 
zirzəmi tipli evdə yerləşdirirlər. Yaşının ahıl çağında soyuqlayan Sa-
dıq bəy ağır xəstələnir və 9 oktyabr 1944-cü ildə Lvov şəhəri alman 
işğalçılarından azad edildikdən sonra gözlərini əbədi olaraq yumur. 
Lvov  şəhərində  dəfn  olunan  Sadıq  bəy Ağazadənin  məzarı  hal-ha-
zırda həmin şəhərin Liçakovski qəbristanlığının  84-cü sırasındadır. 
Orada yaşayan azərbaycanlılar vətənin ləyaqətli övladı general-ma-
yor Məhəmməd Sadıq bəy Ağabəyzadənin məzarını tez-tez ziyarət 
edir və qəbrini çiçəklərlə bəzəyirlər.
Ukrayna torpağında Lvov şəhərinin küçələrindən biri Sadıq bəy 
Ağazadənin adını daşıyır. 
Generalın  fəaliyyəti,  xüsusilə  də  Göyçay  döyüşlərində  iştirakı 
haqqında  hələlik  əlimizdə  samballı  mənbələr  olmasa  da,  onun  bu 
döyüşlərin fəal iştirakçılarından biri olması ehtimalı böyükdür. Ge-
neral haqqında  Pərixanım Mikayılqızının məqaləsində (2016 http://
presarxiv.gov.az/)  və biblioqraf G. Bədirovanin 2016-cı ildə yazdığı 
”Göyçaylı generallar” kitabında M.S.Ağabəyzadənin Göyçay döyü-
şündə  iştirakı  haqqında  fikirlər  səslənməsə  də  onun  tərcümeyi-ha-
lındakı faktlar bu ehtimala əsas verir. Həmin yazılarda qeyd olunan 
“1916-ci  ildə  Ukrayna  cəbhəsinə    yollanan  Sadıq  bəy  bu  müharibə 
bitdikdən sonra doğma eli Göyçaya qayıdır. Dörd il orduda xidmət 
etdikdən sonra 1918-ci ildə yenidən  Göyçaya qayıdan Sadıq bəy təqa-


73
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
üddə olduğu illərini valideynlərinin yanında keçirmək istəyir” kimi 
faktlar deməyə əsas verir ki, Göyçaylı general bu döyüşdə fəal iştirak 
edib. Çünki 1918-ci ildə yenidən Göyçayda yaşayan  peşəkar hərbçi-
nin öz doğma şəhəri uğrunda qanlı döyüşlər getdiyi bir vaxtda bu 
hadisələrdən kənarda qalması qeyri-mümkün idi. Onun məhz Azər-
baycan Xalq Cümhiriyyətinin 21 döyüş generalından biri kimi tarixə 
düşməsi də məhz bu xidmətlərin nəticəsidir. Fikrimizcə M.S.Ağabəy-
zadə kimi görkəmli şəxsiyyətlər haqqında tədqiqatların davam etdi-
rilməsinə ciddi ehtiyac var. Məhz bu tədqiqatlar nəticəsində Göyçay 
uğrunda  gedən  döyüşlərdə  qəhrəmanlıqlar  göstərmiş  çoxlu  sayda 
şəxsiyyətləri üzə çıxarıb, xalqa təqdim etməklə yanaşı, Azərbaycan 
tarixinin qəhrəmanlıq səhifələrini də zənginləşdirmək olar.  


74
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
GÖYÇAY DÖYÜŞLƏRI HAQQINDA 
ŞIFAHI TARIX
Musa Yaqub: Anamın anasının Göyçay döyüşü, ermənilərin Göy-
çay və ətraf ərazilərə hücumları haqqında söylədiklərindən bəzi fi-
kirlər yadımda qalıb. İndi İsmayıllı rayonunun ərazisində yerləşən, 
əvvəllər isə Göyçay qəzasının ərazisində olan ermənilərin yaşadıqları 
kəndlər var idi. Bunlar Kəlvənd, Gənzə, Soltankənd, Qalakənd,  Ru-
şan, Tubu kənd, Keyvəndi, Keşqurd  kəndləri idi. Müsəlman əhaliyə 
qarşı qatı çinayətlər etmiş Əsiryan, Əmiryan Keşqurd  kəndindən idi. 
Ermənilərə qarşı döyüşlərdə Lahıc misgərlərinin düzəltdikləri toplar-
dan istifadə olunurdu. Ermənilər Buynuz kəndinə hücuma keçərkən 
kənd əhalisi evlərini tərk edərək Baba dağı istiqamətində irəliləyiblər. 
Bir gecə Sığnaq adlı yerdə daldalandıqdan sonra təhlükə sovuşduğu 
üçün kəndə qayıdıblar. Qafqaz İslam Ordusu bu ərazilərə gələrkən 
ermənilər qorxudan əsməyə başlamış, kənd əhalisi sıravi erməniləri 
qorumuşlar. Hətta Qalagahdan ermənilər qaçarkən kənddə qalmış 4 
azyaşlı erməni qızını yerli əhali qorumuşdur. Onlardan ikisi Qalaçıq, 
ikisi isə Çayqovuşan kəndlərində yaşamış,  həddi-buluğa çatdıqdan 
sonra  müsəlmanlarla  ailə  qurmuşlar.  Həmin  ailələrin  övladları  bu 
gün də öz kəndlərində firavan yaşayırlar. Tarixən xalqımıza qarşı qatı 
düşmənçilik edən, dəfələrlə müsəlman əhaliyə qarşı soyqırım həyata 
keçirən ermənilərə qarşı bu cür davranış Azərbaycan xalqının  əsil 
hümanizm,  insanpərvərlik,  tolerant  xalq  olduğunu  bir  daha  sübut 
edir. 
Cəbrayıl Usubov – general-mayor: Mən kəndimizin yaşlı əhali-
sindən, xüsusilə də atamın və babamın xatirələrindən Qafqaz İslam 
Ordusunun Kürdəmir istiqamətində göstərdiyi qəhrəmanlıqlar barə-
də çox eşitmişəm. Mənim adım da həmin hadisələrin şahidi olmuş 
Cəbrayıl babamın şərəfinə qoyulub. Kürdəmir və ətraf ərazilər 1918-


75
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
ci il hadisələrinin getdiyi qaynar nöqtələrdən olub. Kürdəmirin yer-
ləşdiyi ərazi strateji cəhətdən çox əlverişli olduğundan düşmən bura 
xüsusi diqqət verirdi. O, zaman Kürdəmir Göyçay qəzasının ərazisin-
də yerləşirdi. Düşmən qəza mərkəzi olan Göyçayın üzərinə hücuma 
keçmək üçün ilk növbədə Kürdəmir və onun ətrafını işğal etməli idi. 
Yaxın ərazilərdə yaşayan əhalinin gözünü qorxutmaq, onların müqa-
vimət  əzmini  qırmaq  üçün  bolşevik-daşnak  qüvvələri  Kürdəmirdə 
1918-ci ilin mart qırğınlarının davamı olan iyun qırğınlarını həyata 
keçirmişdi.  
Bizim  Kürdəmirin  Atakişilər  kəndində  XX  əsrin  əvvəllərindən 
qalmış  böyük  evimiz,  geniş  həyətimiz  olub.  Bu  kənd  Kürdəmirlə 
Ağsu arasında yerləşir. Mən özüm də həmin evdə yaşamışam, lakin  
1972-ci ildə ev tam köhnəldiyinə görə sökülüb. Qafqaz İslam Ordu-
su döyüşə-döyüşə düşməni geri oturdaraq bizim kəndi azad etdik-
 Hacı Hətəmlidə türk əsgərlərinin dəfn olunduğu tut ağacının qarşısı


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə