Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   18   19   20   21   22   23   24   25   26

82
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
qardaşı İsmayıl babamla birlikdə ona qulluq ediblər. Lakin çox təəs-
süf ki, uzun müddət müalicə etmələrinə baxmayaraq yaralı əsgər və-
fat edib və onu Qaraman kəndində indiki kənd kitabxanasına yaxın 
ərazidə dəfn ediblər.
 
Şakir Abdullayev (1936-cı ildə anadan olub), Ismayıllının Molla-
ishaqlı kəndinin sakini: Mən 47 il rus dili və ədəbiyyat müəllimi işlə-
mişəm, hal-hazırda təqaüddəyəm. 1918-ci ildə ermənilər bu kəndi talan 
ediblər. Mənim anam 115 il yaşayıb. Mən ondan soruşanda ki, buranın 
tavanı nəyə görə belə qaradır, deyirdi ki, ermənilər burada ocaq yandırıb 
viran qoymuşdular. Atam-anam köçüb getmişdilər Ağdaş rayonunun 
Ərəbkükəl kəndinə.  Mən də iki-üç dəfə uzunqulaqla o kəndə getmişəm. 
Onlar Molla Mikayıl adlı bir kişinin evində qalırmışlar ta ki, türklər gəlib 
buranı azad edənə kimi. 
Türklər bura gələndə soruşublar ki, Burada Həccə gedənlər kimlər-
di? Hacı Mürsəl, Hacı Abdulla, Hacı Əlisa bildiriblər ki, onlar Həcc zi-
yarətində olublar. Türklər öz yorulmuş atlarını veriblər hacılara, onların 


83
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
atlarını götürüb gediblər ermənilərlə döyüşməyə. Çıxıblar yola, “Göyün 
yoxuşu” adlı yer var, ora çıxanda soruşublar ki, ermənilər hardadı, bu 
anda Hacıhətəmlinin ağacı deyilən yer var, o tərəfdən atəş açılıb. Türkər 
burdan nişan alıb düz erməni topunun lüləsini vurublar. 
Ermənilər  müsəlman  əhalini  Qalagah  kəndindəki  kilsəyə  doldura-
raq öldürürmüşlər. Görün ermənilər nə qədər nankor millətdir ki, öz 
cinayətlərini ört-basdır etmək üçün sovet dövründə Qalagah kəndində 
abidə qoyublar ki, guya türklər bunlara qarşı soyqrım ediblər. Amma 
bütün əhali bilir ki,  türklər onların başladığı soyqrımın qarşısını almaq 
məqsədi ilə gəlmişdilər. 
Türklər eyni zamanda bizə döyüş mədəniyyətini də öyrədiblər. On-
lar bura gələndə özlərinə bir azərbaycanlı bələdçi götürüb deyiblər ki, 
gedək ermənilərin yerini bizə göstər. Ermənilər güllə atarkən azərbay-
canlı başını sağa-sola yellədərək irəliləyirmiş. Türklər onu danlayıblar 
ki,  nə bilirsən güllə hansı tərəfdən gələcək, başını qoru!
Bizim kənddə rəhmətlik Qədir kişi olub. O, bir erməni qadınını yer 
təndirində gizlədərək saxlayıb, ölümdən xilas edib. Sonra Abuzər kişi 
vardı, həm də bizim qohumumuz idi. O, bir erməni qadını ilə evlənmiş-
di. Abuzər kişi deyir ki, ermənilərin yaşadığı Soltan kəndinə  iki ermə-
ni bir körpəli qadını qabaqlarına salıb döyə-döyə gətirdiklərinin şahidi 
olub. Onlar qadını çarmıxa çəkib, qaynayan samovarı belinə bağlamaq 
istədikdə, Abuzər kişi bunun qarşısını alıb. O, ermənilərin ağsaqqalla-
rına deyir ki, nə vəhşi adamlarsınız, belə etsəniz bu dəqiqə gedib sizin 
qızınızı boşayacam. Ondan sonra ermənilər qadını sağ buraxıblar. 
Atam Qubadov Paşa Qubad oğlu erməni quldurlarına qarşı döyüş-
lərdə fəal iştirak edib. Qubadla, Zülfüqar Paşa  kişinin babaları olub. 
Zülfüqar yüzbaşı olub. Üzdə olan insanlar olduqları üçün onları er-
mənilər öldürüblər. Ermənilər ətraf kəndlərin əhalisini Qalagah kən-
dindəki  kilsəyə  doldurub,  orada  öldürürmüşlər. Atam  öz  dəstəsilə 
Qalagaha hücum edərək ermənilərlə döyüşmüş və kilsədəki əhalinin 
azad etmişdir. Atamın ermənilərə qarşı döyüşlərdə iştirak etməyinin 


84
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
əsas səbəblərindən biri əmisinin ermənilər tərəfindən qəddarcasına 
öldürülməsi  olub.  O,  danışırdı  ki,  ermənilər  onun  əmisinin  başını 
kəsib Qalagah kəndində (ermənilar yaşayan kənd) Qazavan deyilən 
yer var idi, aparıb orda qoyublar payanın başına. Deyiblər ki, kimin 
türklərdən acığı var gəlib başa güllə vursun. Ermənilər də başlayıb 
güllələməyə. Türklər gələndən sonra,  atam əmisinin və babalarının 
qısasını ermənilərdən alıb. Ermənilərin yaşadığı Qalagah kəndində 
daş  basdırılmışdı,  sovet  hökuməti  dağılandan  sonra  özüm  o  daşı 
çıxartdım. Onun üstündə yazılmışdı ki, Paşa ermənilərin düşmənidir. 
Orda 100-ə yaxın erməni öldürülüb. Hətta 1988-ci ildən sonra məlum 
hadisələr səbəbindən ermənilər yığışıb köçəndə Soltan kəndində bir 
erməni vardı, adı Samvel idi. O demişdi ki, mən o zaman rahat ölərəm 
ki, Paşanın oğlanlarından birinin qanını içim. Mən bunu eşidib ge-
dib onu tapdım, dedim ki, sənin qanın mənim əlimdədir, amma mən 
sənə dəymirəm, get ay allahsız. Getdi, yolda partlayıb ölmüşdü.
Atam  dini  təhsil  almışdı,  hətta  sovet  dövründə  hər  gün  hündür 
bir yerə çıxıb azan verirdi. Sovet rejimi dinə qarşı olduğundan ata-
ma qarşı çox təzyiqlər olub. Hətta İsmayıllı rayonunun “Zəhmətkeş” 
qəzetində onun azan verməsini tənqid edən Yusif Xurrəm  imzası ilə 
“Molla Paşa çıxıb başa” adlı məqalə də çap olunmuşdu. Lakin atam 
daim kənd sakinlərinə deyirdi ki, qorxmayın, çəkinməyin, Allah var! 
Böyüklərə hörməti də o aşılayırdı. Hamıya deyirdi ki, elə yerdə otur 
ki, gəlib səni narahat etməsinlər. Qan işini batıran adam olub.
Hazırda həyətdəki ata evimizin 200 ildən çox yaşı var. Kəndin ilk 
evlərindən biri olub. 1918-ci ildə  atam 3 yaralı türk əsgərini həmin 
evdə  saxlayaraq  uzun  müddət  müalicə  etdirib.  Lakin  yaralıları  sa-
ğaltmaq mümkün olmayıb. Onları əvvəl həmin həyətdəki tut ağacı-
nın yanında dəfn ediblər. Azərbaycan Respublikası dövlət müstəqil-
liyini bərpa etdikdən sonra türk əsgərlərin nəşi kənd qəbirstanlığına 
köçürülüb və onlara abidə qoyulub. 


85
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
İsmayıllının Hacı Hətəmli kəndində türk əsgərlərinin müalicə olunduğu ev


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə