Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə23/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   285

 

 

49 



məhvi sənayecə inkişaf etmiş ölkələrdə və bütövlüklə dünyada əhalinin hər 

nəfərinə düşən gəlirlərin məbləğinin azalması ilə nəticələndi. 

1920-ci illərin sonunda - 1930-cu illərin əvvəlində baş verən İqtisadi 

böhran  (Böyük  depressiya)  sənayecə  inkişaf  etmiş  ölkələrdə  istehsalın 

kəskin (18%) azalması ilə müşayiət olunurdu. 1929-1932-ci illərdə ABŞ-ın 

ümumi məhsulu 28%, sənaye istehsalı 44,7% azalmış, müvafiq göstəricilər 

Fransada 11% və 25,6%, Almaniyada 15,8% və 40,8%, Britaniyada 5,1% və 

11,4% olmuşdur. İri müstəmləkələri olan ölkələrdə bu göstəricilər nisbətən 

aşağı idi. 

Müharibələrarası  onilliklərdə  tələbatın  aşağı  düşməsi  ilə  əlaqədar 

olaraq, uzun müddət ərzində kənd təsərrüfatı və mineral mənşəli xammalın 

təklifinin  artıqlığı  müşahidə  edilirdi.  Buna  görə  də,  kənd  təsərrüfatı  və 

mineral  xammal  istehsalçılarının  gəlirlərinin  nisbətən  azalmış,  onların 

sənaye  məhsullarını  almaq  və  kapital  qoyuluşlarını  həyata  keçirmək 

imkanları məhdudlaşmışdı. 

İqtisadi  pozuntular  Qərb  ölkələrində  proteksionizm  dalğası  yaratdı. 

Xarici ticarət tarifləri kəskin qaldırıldı. Qızıl-valyuta standartından tamamilə 

imtina  olunması,  valyuta  bloklarının  yaradılması  kapitalın  sərbəst  axınını 

pozdu,  istehsal  amillərinin  hərəkətini  aparıcı  ölkələrin  çərçivəsi  ilə 

məhdudlaşdırdı. 

Bu  dövrdə  dünyada  ixracın  templəri  kəskin  surətdə  aşağı  düşmüş, 

bəzi  ölkələrdə  isə  mənfi  dinamika  müşahidə  olunmuşdu.  İqtisadi  böhran 

dünya təsərrüfatında ölkələrin bir-birindən ayrılması meyillərini gücləndirdi, 

mal  ixracının  həcmini  azaltdı,  istehsalın  və  satışın  milli  sahələrinin 

əhəmiyyətini  artırdı.  Nəticədə  xarici  ticarət,  kapitalın  hərəkəti  istehsalla 

müqayisədə  daha  sürətlə  zəifləməyə  başladı.  Ayrılma  meyilləri  1940-cı 

illərin ortalarına, İkinci Dünya müharibəsi başa çatanadək davam etdi. 

_____________________________________________________ 

İki iqtisadi sistemin yaranması mərhələsi (1950-1980-ci illər)  

 

Bu  onilliklərdə  milli  təsərrüfatların  qarşılıqlı  əlaqələri  1913-cü  ilin 

səviyyəsində bərpa olundu. Artıq 1973-cü ildə dünyada ixrac kvotası MDM-

in 10,5%-nə, 1980-ci ildə xarici aktivlərin bu göstəriciyə nisbəti isə 17,5%-

nə (AQP üzrə) çatdı (1913-cü ilin müvafiq göstəriciləri 7,9% və 17,5% idi). 

Birləşmə,  vahid  dünya  təsərrüfatı  sisteminin  bərpası  prosesi  sosial-

iqtisadi parçalanma şəraitində gedirdi. İkinci Dünya müharibəsindən sonra, 

1940-cı  illərdə  tamamilə  başqa  sosial-iqtisadi  təməl:  sosial  bərabərlik, 

sənayenin,  xidmət  sahələrinin  milliləşdirilməsi,  kənd  təsərrüfatının 

kollektivləşdirilməsi  əsasında  inkişaf  edən,  milli  təsərrüfatlar  çərçivəsində 

mərkəzləşdirilmiş  idarəçilik  sistemi  olan  dünya  sosializm  təsərrüfatı 

sisteminin  -  yaranması  nəticəsində  dünya  təsərrüfatının  sosial  strukturu 




 

 

50 



dəyişdi.  Xarici  iqtisadi  münasibətlərin  sinfi  yanaşma  əsasında  qurulması 

əvvəllər  bütöv  olmuş  dünya  təsərrüfatının  dairəsini  daraltsa  da,  dünya 

bazarını dağıtmadı. 

Dünya  sosializm  təsərrüfatının  xüsusiləşməsinə  baxmayaraq,  həm 

sosializm, həm  də kapitalizm ölkələrinin  ehtiyacları onların arasında xarici 

iqtisadi münasibətlərin saxlanılmasını təmin edirdi. Qarşılıqlı münasibətlərin 

xarakteri  mürəkkəb  və  ziddiyyətli  idi.  İctimai  sistemləri  müxtəlif  olan 

dövlətlər arasında təsərrüfat əlaqələri qarşıdurmalar və yarışma ilə müşayiət 

olunur, özü də bu məqamlar üstünlük təşkil edirdi. Sosialist ölkələri dünyada 

ticarət  mübadiləsində  nəzərəçarpan  yer  tutmuşdu.  Belə  ki,  1960-cı  ildə 

dünyada  ixracın  ümumi  həcminin  11,7%-i  Avropanın  sosialist  ölkələrinin 

payına düşürdü (1950-ci ildə - 8,1%). 

Dünya  təsərrüfatının  göstərilən  mərhələdə  inkişafı  dünya  kapitalist 

iqtisadiyyatında  sahibkarlıq  kapitalının  ixracının  sürətli  artımı  şəraitində 

keçirdi.  Bu  vaxt  ərzində  xarici  istehsalın  artması  dünya  təsərrüfatının 

təşkilati-iqtisadi  parametrlərinə  həlledici  təsir  göstərmişdi.  İstehsal 

münasibətlərində  əməyin  ayrı-ayrı  hissələrə  bölünməsinin  daşıyıcısı  olan 

TMK aparıcı qüvvəyə çevrildi. Onlar özündə məhsulun istehsalını, satışını, 

hesablaşmaları,  kreditləşməni  birləşdirən  beynəlmiləl  istehsal  kompleksləri 

yaratdılar. 

İki  ictimai  quruluş  sisteminin  qarşıdurması  şəraitində  kapitalist 

ölkələri  arasında  əlaqələr  möhkəmləndi.  İkinci  Dünya  müharibəsi  illərində 

iqtisadi  qüdrətini  artıran  ABŞ  Qərbi  Avropanın  iqtisadi  intibahına  yardım 

göstərirdi.  Bu  prosesdə  geosiyasi  mülahizələr  də  böyük  rol  oynayırdı. 

Marşall planı başa çatdırıldıqdan sonra (1951-ci il) müstəmləkə imperiyaları 

dağıldıqca, inkişaf etməkdə olan ölkələri Qərbin nüfuz dairəsində saxlamaq 

məqsədi  ilə  yardım  proqramları  onlara  doğru  yönəldildi.  1960-cı  illərin 

ortalarında  müstəmləkə  sisteminin  ləğvi  dünya  təsərrüfatında  indiyədək 

xüsusi  yer  tutan  inkişaf  etməkdə  olan  ölkələrin  böyük  bir  qrupunu 

beynəlxalq  həyatın  ön  səhnəsinə  çıxardı.  Müstəmləkələr  və  metropoliyalar 

arasında  mövcud  olmuş  müstəmləkə  tipli  münasibətlər  başqa  xarakterli 

əlaqələrlə  əvəz  edildi.  İnkişaf  etməkdə  olan  ölkələrin  kəskin  daxili 

problemləri, onların iqtisadi geriliyi, keçmiş müstəmləkələrlə metropoliyalar 

arasında  yaranmış təsərrüfat əlaqələrinin qırılmaq təhlükəsi "Şimal-Cənub" 

münasibətlərinin  saxlanılması  və  inkişaf  etdirilməsinin  başlıca  amilləri 

olmuşdu.  Bu  münasibətlər  sahibkarlıq  kapitalının  azadlığa  çıxmış  ölkələrə 

aparılması,  ikitərəfli  və  çoxtərəfli  əsasda  yardım  proqramlarının  həyata 

keçirilməsi yolu inkişaf etdirilirdi. 

Milli  təsərrüfatların  qarşılıqlı  fəaliyyətinin  güclənməsi  istehsal 

amillərinin hərəkəti qarşısındakı maneələrin get-gedə azalması ilə müşayiət 

olunurdu.  1940-1980-ci  illərdə  xarici  iqtisadi  əlaqələr  ölkələrin  ayrı-ayrı 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə