65
___________________________________________
Milli təsərrüfatların qarşılıqlı asılılığı konsepsiyaları
1970-ci illərin ortalarından dünya iqtisadiyyatının problemləri get-
gedə daha çox istehsalın beynəlmiləlləşməsinə, strukturun yenidən
qurulmasına elmi-texniki tərəqqinin müxtəlif dərəcədə təsir göstərməsinə
əsaslanan milli təsərrüfatların qarşılıqlı asılılığı konsepsiyaları ilə
əlaqələndirilir. Qarşılıqlı asılılıq və əməkdaşlıq problemi bir-biri ilə
çarpazlaşan müxtəlif səviyyələrdə: qlobal, mərkəzlərlə əyalətlər arasında,
altsistemlərin daxilində - nəzərdən keçirilir. Qlobal qarşılıqlı asılılıq termini
Amerika politoloqu S.Hoffman tərəfindən tətbiq olunmuş, onun
konsepsiyası isə R.Kuper tərəfindən açıqlanmışdır. Qarşılıqlı asılılıq
səviyyəsinin yüksəlməsi nəticəsində tədiyyə balansına göstərilən xarici
təsirlərin sayının və gücünün artması, hökumətləri xarici tarazlığın
saxlanması probleminə daha çox diqqət yetirməyə, dövlətləri sərəncamda
olan alətlər məcmusundan istifadəni əlaqələndirməyə vadar edir.
_______________________________________________
Bərabər əməkdaşlıq konsepsiyası
Bərabər əməkdaşlıq konsepsiyası 1970-ci illərin əvvəlinə yaxın
bərqərar olmuşdur. Bu konsepsiya L.Pirson tərəfindən Qərb ölkələrinin
inkişaf etməkdə olan ölkələrlə münasibətdə həyata keçirdikləri strategiyanın
qiymətləndirilməsi üçün DB-nin himayəsi altında hazırladığı məruzədə öz
əksini tapmışdır. Bu nəzəriyyə inkişaf etməkdə olan ölkələrin səyinə
əsaslanaraq yardım siyasətinin, ticarətin, investisiyaların vahid strategiyada
birləşdirilməsini nəzərdə tuturdu. Bərabər əməkdaşlıq konsepsiyası inkişaf
etməkdə olan ölkələrin və Qərbin tarazlaşmış qarşılıqlı asılılıq sisteminin
yaradılmasını təbliğ edərək, dünya təsərrüfatının iki altsistemi arasında
mövcud olan böyük fərqi ört-basdır edirdi.
Bu konsepsiya bir çox hallarda iqtisadi inkişaf problemləri ilə
əlaqələndirilir. İqtisadiyyatın tarazlaşdırılmamış və pərakəndə halda artımı
dünyanın inkişafında kəskin problemlər yaradır. Burada əsas çıxış yolu
dünya təsərrüfatının üzvi surətdə artmasında, altsistemlərin və sosial-iqtisadi
inkişaf səviyyələri fərqlənən ölkələrin qarşılıqlı asılılıq problemlərinin həll
olunmasıdır. Bu isə istehsal resurslarının idarə olunmasının qlobal
sisteminin yaradılmasını nəzərdə tutur.
İnkişafa ənənəvidən müasir istehsala və sənaye cəmiyyəti
çərçivəsində keyfiyyətcə fərqlənən yüksəlişə keçid, sistemli şəkildə qarşılıqlı
təsir kimi yanaşan əvvəlki inkişaf konsepsiyasını, üzvi inkişaf anlayışının
təfsiri əvəz etdi. Bu istiqamət diqqəti Qərb ölkələrində uzunmüddətli
66
struktur dəyişikliklərinin həyata keçirilməsinin, yüksək səviyyədə və zəif
inkişaf etmiş ölkələr arasında fərqlərin azaldılmasının zəruriliyinə yönəldir.
Qarşılıqlı asılılıq, bərabər əməkdaşlıq konsepsiyaları bütün cəmiyyətin
birləşməsinin, dünya təsərrüfatı sisteminin inkişafının müxtəlif cəhətlərini
nəzərdən keçirən qloballaşma nəzəriyyələrində müəyyən dərəcədə əks
olunmuşdur.
Qloballaşma nəzəriyyələri müxtəlifdir. 1990-cı illərin ortalarından bu
konsepsiyanın ölkələrin mövcud sosial və mədəni şəraitini nəzərə almadan,
sərbəst bazar mexanizmlərindən maksimum dərəcədə istifadə etməklə dünya
miqyasında sürətli iqtisadi və başqa inteqrasiyaya yönəlmiş sahibkarlıq
fəaliyyətinin beynəlmiləlləşməsinin variantı olan neo-liberal təfsiri geniş
yayılmağa başladı. Beynəlxalq siyasi iqtisad məktəbinin dünyanın iqtisadi,
hüquqi və siyasi məkanının inkişafını, dünyada sahibkarlıq qaydalarının
təşəkkül tapmasını güc münasibətləri və dövlətlərarası münaqişələr nöqteyi-
nəzərindən təfsir edən konsepsiyası da nüfuza malikdir. Marksizm istiqaməti
qloballaşmaya beynəlmiləlləşmənin əsasən varlı ölkələrə xeyir gətirən yeni
mərhələsi kimi yanaşır.
Mövzu üzrə suallar:
1. Qədim dünyada və Orta əsrlərdə istehsalın təşkilinin
sosial və istehsalat sistemlərini təsvir edin. Onların əsas
cəhətlərini göstərin.
2. İndi inkişaf etməkdə olan ölkələrin Qərbi Avropadan
iqtisadi geriliyi nə vaxt özünü biruzə verməyə başladı? Bu
geriliyə səbəb olan şərtləri və amilləri sadalayın.
3. "Dünya bazarı" və "dünya təsərrüfatı" anlayışları bir-
birindən fərqlənirmi? Öz nöqteyi-nəzərinizi əsaslandırın.
4. XIX və XX əsrlərdə dünya təsərrüfatının qeyri-bərabər
iqtisadi inkişafının əsas əlamətlərini göstərin.
5. Dünya təsərrüfatının vəziyyətini və inkişafını izah edən
əsas konsepsiyaları təhlil edin.
67
Fəsil 3
_____________________________________________________
Dünya təsərrüfatının mexanizmi
Dünya təsərrüfatı daim qeyri-taraz vəziyyətdə olan mürəkkəb, özü-
özünə təşkilatlanan sistemdir. Burada möhkəm əlaqələr yoxdur və daimi
dəyişikliklər hökmranlıq etsə də, tarazlığa doğru meyillər mövcuddur. Özü-
özünə təşkilatlanan sistem kimi, qlobal təsərrüfat daxili tarazlığın qorunub
saxlanması mexanizminə və özünü inkişaf etdirmə qabiliyyətinə malikdir.
3.1. Dünya təsərrüfatı mexanizmi anlayışı və onun alətləri
__________________________________________
Mexanizm və onun funksiyaları
Dünya təsərrüfatı mexanizmi ən ümumi şəkildə məhsuldar
qüvvələrdən (istehsal amillərindən) istifadə olunması sistemi, tənzimləmə
formalarının və metodlarının, iqtisadi proseslərin planetar miqyasda
fəallaşmasının stimullaşdırılması, habelə məhsulun istehsalını, bölgüsünü,
mübadiləsini və istehlakını, iqtisadi inkişafın dinamikasını və keyfiyyət
parametrlərini müəyyənləşdirən təşkilati-hüquqi qaydaların məcmusu kimi
təsəvvür oluna bilər.
Təsərrüfat mexanizmi kapitalın müxtəlif formalarının və işçi
qüvvəsinin qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir, iqtisadi
inkişafın tipini müəyyənləşdirir.
Həm dünya, həm də milli təsərrüfatların mexanizmlərinin əsas
funksiyalarına öz əksini izafi dəyərin yaradılmasında və mənimsənilməsində
tapan mülkiyyət hüququnun iqtisadi reallaşdırılması daxildir. Mülkiyyət
hüququ kapitalın hərəkətinin konkret formalarında, izafi dəyərin müvafiq
artırılmış formalarını yaradan sahədaxili və sahələrarası rəqabətdə
reallaşdırılır. Təsərrüfat mexanizminin elementləri əlavə olunmamış
mülkiyyət hüququ potensialda, reallaşmamış vəziyyətdə qalır.
Təsərrüfat mexanizminin mühüm funksiyalarından biri dünyada
istehsalın nisbətlərini tənzimləməkdir. Bu tənzimləmənin zərurəti həmin
nisbətlərin daimi kənarlaşmalar yolu ilə bərqərar olunmasından irəli gəlir.
Mövcud nisbətlər əks istiqamətlərdə dəyişə bilən müəyyən kəmiyyətlər
toplusunda ifadə olunur.
Məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə istehsal münasibətlərinin
konkret formaları arasında yaranan ziddiyyətlərin həlli də təsərrüfat
mexanizminin funksiyasıdır. İstehsal münasibətləri (mülkiyyət formasından
asılı olaraq, təkrar istehsal prosesində insanlar arasında obyektiv surətdə
yaranan) məhsuldar qüvvələrin səviyyəsinə ciddi təsir göstərir. İstehsal
Dostları ilə paylaş: |