Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə31/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   285

 

 

65 



___________________________________________ 

Milli təsərrüfatların qarşılıqlı asılılığı konsepsiyaları 

 

1970-ci  illərin  ortalarından  dünya  iqtisadiyyatının  problemləri  get-



gedə  daha  çox  istehsalın  beynəlmiləlləşməsinə,  strukturun  yenidən 

qurulmasına  elmi-texniki  tərəqqinin  müxtəlif  dərəcədə  təsir  göstərməsinə 

əsaslanan  milli  təsərrüfatların  qarşılıqlı  asılılığı  konsepsiyaları  ilə 

əlaqələndirilir.  Qarşılıqlı  asılılıq  və  əməkdaşlıq  problemi  bir-biri  ilə 

çarpazlaşan  müxtəlif  səviyyələrdə:  qlobal,  mərkəzlərlə  əyalətlər  arasında, 

altsistemlərin daxilində - nəzərdən keçirilir. Qlobal qarşılıqlı asılılıq termini 

Amerika  politoloqu  S.Hoffman  tərəfindən  tətbiq  olunmuş,  onun 

konsepsiyası  isə  R.Kuper  tərəfindən  açıqlanmışdır.  Qarşılıqlı  asılılıq 

səviyyəsinin  yüksəlməsi  nəticəsində  tədiyyə  balansına  göstərilən  xarici 

təsirlərin  sayının  və  gücünün  artması,  hökumətləri  xarici  tarazlığın 

saxlanması  probleminə  daha  çox  diqqət  yetirməyə,  dövlətləri  sərəncamda 

olan alətlər məcmusundan istifadəni əlaqələndirməyə vadar edir. 

 

_______________________________________________ 

Bərabər əməkdaşlıq konsepsiyası 

 

Bərabər  əməkdaşlıq  konsepsiyası  1970-ci  illərin  əvvəlinə  yaxın 

bərqərar  olmuşdur.  Bu  konsepsiya  L.Pirson  tərəfindən  Qərb  ölkələrinin 

inkişaf etməkdə olan ölkələrlə münasibətdə həyata keçirdikləri strategiyanın 

qiymətləndirilməsi  üçün  DB-nin  himayəsi  altında  hazırladığı  məruzədə  öz 

əksini  tapmışdır.  Bu  nəzəriyyə  inkişaf  etməkdə  olan  ölkələrin  səyinə 

əsaslanaraq yardım siyasətinin, ticarətin, investisiyaların vahid strategiyada 

birləşdirilməsini  nəzərdə  tuturdu.  Bərabər  əməkdaşlıq  konsepsiyası  inkişaf 

etməkdə  olan  ölkələrin  və  Qərbin  tarazlaşmış  qarşılıqlı  asılılıq  sisteminin 

yaradılmasını  təbliğ  edərək,  dünya  təsərrüfatının  iki  altsistemi  arasında 

mövcud olan böyük fərqi ört-basdır edirdi. 

Bu  konsepsiya  bir  çox  hallarda  iqtisadi  inkişaf  problemləri  ilə 

əlaqələndirilir.  İqtisadiyyatın  tarazlaşdırılmamış  və  pərakəndə  halda  artımı 

dünyanın  inkişafında  kəskin  problemlər  yaradır.  Burada  əsas  çıxış  yolu 

dünya təsərrüfatının üzvi surətdə artmasında, altsistemlərin və sosial-iqtisadi 

inkişaf  səviyyələri  fərqlənən  ölkələrin  qarşılıqlı  asılılıq  problemlərinin  həll 

olunmasıdır.  Bu  isə  istehsal  resurslarının  idarə  olunmasının  qlobal 

sisteminin yaradılmasını nəzərdə tutur. 

İnkişafa  ənənəvidən  müasir  istehsala  və  sənaye  cəmiyyəti 

çərçivəsində keyfiyyətcə fərqlənən yüksəlişə keçid, sistemli şəkildə qarşılıqlı 

təsir  kimi  yanaşan  əvvəlki  inkişaf  konsepsiyasını,  üzvi  inkişaf  anlayışının 

təfsiri  əvəz  etdi.  Bu  istiqamət  diqqəti  Qərb  ölkələrində  uzunmüddətli 




 

 

66 



struktur  dəyişikliklərinin  həyata  keçirilməsinin,  yüksək  səviyyədə  və  zəif 

inkişaf etmiş ölkələr arasında fərqlərin azaldılmasının zəruriliyinə yönəldir. 

Qarşılıqlı  asılılıq,  bərabər  əməkdaşlıq  konsepsiyaları  bütün  cəmiyyətin 

birləşməsinin,  dünya  təsərrüfatı  sisteminin  inkişafının  müxtəlif  cəhətlərini 

nəzərdən  keçirən  qloballaşma  nəzəriyyələrində  müəyyən  dərəcədə  əks 

olunmuşdur. 

Qloballaşma nəzəriyyələri müxtəlifdir. 1990-cı illərin ortalarından bu 

konsepsiyanın ölkələrin mövcud sosial və mədəni şəraitini nəzərə almadan, 

sərbəst bazar mexanizmlərindən maksimum dərəcədə istifadə etməklə dünya 

miqyasında  sürətli  iqtisadi  və  başqa  inteqrasiyaya  yönəlmiş  sahibkarlıq 

fəaliyyətinin  beynəlmiləlləşməsinin  variantı  olan  neo-liberal  təfsiri  geniş 

yayılmağa başladı. Beynəlxalq siyasi iqtisad məktəbinin dünyanın iqtisadi, 

hüquqi  və  siyasi  məkanının  inkişafını,  dünyada  sahibkarlıq  qaydalarının 

təşəkkül tapmasını güc münasibətləri və dövlətlərarası münaqişələr nöqteyi-

nəzərindən təfsir edən konsepsiyası da nüfuza malikdir. Marksizm istiqaməti 

qloballaşmaya beynəlmiləlləşmənin əsasən varlı ölkələrə xeyir gətirən yeni 

mərhələsi kimi yanaşır. 

 

Mövzu üzrə suallar: 

 

1.  Qədim  dünyada  və  Orta  əsrlərdə  istehsalın  təşkilinin 



sosial  və  istehsalat  sistemlərini  təsvir  edin.  Onların  əsas 

cəhətlərini göstərin. 

2.  İndi  inkişaf  etməkdə  olan  ölkələrin  Qərbi  Avropadan 

iqtisadi  geriliyi  nə  vaxt  özünü  biruzə  verməyə  başladı?  Bu 

geriliyə səbəb olan şərtləri və amilləri sadalayın. 

3.  "Dünya  bazarı"  və  "dünya  təsərrüfatı"  anlayışları  bir-

birindən fərqlənirmi? Öz nöqteyi-nəzərinizi əsaslandırın. 

4. XIX və XX əsrlərdə dünya təsərrüfatının qeyri-bərabər 

iqtisadi inkişafının əsas əlamətlərini göstərin. 

5. Dünya təsərrüfatının vəziyyətini və inkişafını izah edən 

əsas konsepsiyaları təhlil edin. 

 



 

 

67 



Fəsil 3 

_____________________________________________________ 

Dünya təsərrüfatının mexanizmi 

 

 

Dünya təsərrüfatı daim qeyri-taraz vəziyyətdə olan mürəkkəb, özü-

özünə  təşkilatlanan  sistemdir.  Burada  möhkəm  əlaqələr  yoxdur  və  daimi 

dəyişikliklər hökmranlıq etsə də, tarazlığa doğru meyillər mövcuddur. Özü-

özünə  təşkilatlanan  sistem  kimi,  qlobal  təsərrüfat  daxili  tarazlığın  qorunub 

saxlanması mexanizminə və özünü inkişaf etdirmə qabiliyyətinə malikdir. 

 

3.1. Dünya təsərrüfatı mexanizmi anlayışı və onun alətləri  



__________________________________________ 

Mexanizm və onun funksiyaları 

 

Dünya  təsərrüfatı  mexanizmi  ən  ümumi  şəkildə  məhsuldar 

qüvvələrdən  (istehsal  amillərindən)  istifadə  olunması  sistemi,  tənzimləmə 

formalarının  və  metodlarının,  iqtisadi  proseslərin  planetar  miqyasda 

fəallaşmasının  stimullaşdırılması,  habelə  məhsulun  istehsalını,  bölgüsünü, 

mübadiləsini  və  istehlakını,  iqtisadi  inkişafın  dinamikasını  və  keyfiyyət 

parametrlərini  müəyyənləşdirən  təşkilati-hüquqi  qaydaların  məcmusu  kimi 

təsəvvür oluna bilər. 

Təsərrüfat  mexanizmi  kapitalın  müxtəlif  formalarının  və  işçi 

qüvvəsinin  qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərməsini  təmin  edir,  iqtisadi 

inkişafın tipini müəyyənləşdirir. 

Həm  dünya,  həm  də  milli  təsərrüfatların  mexanizmlərinin  əsas 

funksiyalarına öz əksini izafi dəyərin yaradılmasında və mənimsənilməsində 

tapan  mülkiyyət  hüququnun  iqtisadi  reallaşdırılması  daxildir.  Mülkiyyət 

hüququ  kapitalın  hərəkətinin  konkret  formalarında,  izafi  dəyərin  müvafiq 

artırılmış  formalarını  yaradan  sahədaxili  və  sahələrarası  rəqabətdə 

reallaşdırılır.  Təsərrüfat  mexanizminin  elementləri  əlavə  olunmamış 

mülkiyyət hüququ potensialda, reallaşmamış vəziyyətdə qalır. 

 Təsərrüfat  mexanizminin  mühüm  funksiyalarından  biri  dünyada 



istehsalın  nisbətlərini  tənzimləməkdir.  Bu  tənzimləmənin  zərurəti  həmin 

nisbətlərin  daimi  kənarlaşmalar  yolu  ilə  bərqərar  olunmasından  irəli  gəlir. 

Mövcud  nisbətlər  əks  istiqamətlərdə  dəyişə  bilən  müəyyən  kəmiyyətlər 

toplusunda ifadə olunur. 



Məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsi  ilə  istehsal  münasibətlərinin 

konkret  formaları  arasında  yaranan  ziddiyyətlərin  həlli  də  təsərrüfat 

mexanizminin funksiyasıdır. İstehsal münasibətləri (mülkiyyət formasından 

asılı  olaraq,  təkrar  istehsal  prosesində  insanlar  arasında  obyektiv  surətdə 

yaranan)  məhsuldar  qüvvələrin  səviyyəsinə  ciddi  təsir  göstərir.  İstehsal 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə