Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə30/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   285

 

 

63 



izafi iqtisadi resurslarından istifadə etmək imkanından məhrum olduqlarına, 

habelə  cəmiyyətin  qütbləşməsi,  metropoliyalar  tərəfindən  onların  daxilində 

yaradılan  və  qorunan  istismarçılıq  ziddiyyətləri  üzündən  inkişafda  geridə 

qalırlar.  Bu  ziddiyyətlərin  birləşməsi  metropoliyaların  inkişafı  prosesini 

sürətləndirir və asılı ölkələrin "subinkişafına" səbəb olur. 

Asılılığın  yaradılması  sxemi  mahiyyət  etibarilə  xətti  asılılıq  modeli 

üzərində qurulmuşdu və ölkələr arasında mütləq asılılığa gətirib çıxarırdı. O, 

inkişaf  etməkdə  olan  ölkələrin  bəzisində  baş  verən  məhdud  artımın  və 

inkişafın  izah  edilmənin  nəzəriyyə  bazasını  qapayırdı.  Təkrar  istehsal 

haqqında  konsepsiya,  yaxud  asılılığın  dəyişməsi  konsepsiyası  yaranmış 

vəziyyətdən  müəyyən  çıxış  yolu  oldu.  Bu  nəzəriyyə  dünya  periferiyasının 

bəzi  ölkələrinin,  yaxud  onların  güclü  asılılıqda  olan  sektorlarının  belə 

vəziyyətdən  çıxa  bilməsinin  mümkünlüyünü  ehtimal  edir.  Konsepsiya 

inkişaf  strategiyalarının  əsasən  xaricdən  subsidiyalaşdırılmasına  əsaslanır. 

Uzunmüddətli  perspektivdə  isə  təsərrüfatın  bu  və  ya  digər  sahəsinin 

(dövlətin)  asılılığının  aradan qaldırılması baha  başa  gəlir. Məsələn, inkişaf 

etməkdə olan ölkənin sahibkarlarına beynəlxalq yardımın göstərilməsi onun 

minerallar,  yaxud  sənaye  məhsullarının  istehsalı  sahəsində  dünya 

bazarlarındakı  mövqelərini  möhkəmlətməklə  bərabər,  maşın  və 

texnologiyaların  idxalının  artması  nəticəsində  valyuta  vəziyyətini 

gərginləşdirə,  bu  isə  öz  növbəsində  asılılığını  daha  da  gücləndirə,  yeni 

səviyyəyə  qaldıra  bilər.  Asılılıq  nəzəriyyəsinin  ideoloqlarının  fikrincə, 

əməyin  qeyri-bərabər  bölgüsü  və  inkişafda  gerilik  "inteqrasiya  olunmuş 

güc"  (ölkələr  arasında  inteqrasiya)  strategiyasının  və  beynəlxalq  əmək 

bölgüsünün şərtlərinin dəyişdirilməsi vasitəsi ilə aradan qaldırıla bilər. 



___________________________________________ 

Dünya sistemi konsepsiyası 

 

İ.Valerştayn  tərəfindən  irəli  sürülmüş  dünya  sistemi  konsepsiyası 

asılılıq nəzəriyyəsi ilə paralel, lakin ondan ayrılıqda mövcud olmuşdur. O, 

əməyin  bölgüsünün  dinamik  surətdə  dəyişməsinə  əsaslanaraq,  dünyanı 

mərkəzi (dünyəvi özəklər), periferiya və poluferiya ölkələrinə ayırır. Burada 

ayrı-ayrı  inkişaf  etmiş  ölkələrin,  sosializm  ölkələrinin  (İrlandiya, 

Portuqaliya,  Balkan  ölkələri,  keçmiş  SSRİ)  daxil  olunduğu  poluferiya 

ölkələrinin  təhlilinə  böyük  diqqət  yetirilmişdir.  Bu  konsepsiya  poluferiya 

ölkələrinin  istehsal  prosesini  fraqmentlərə  bölməyə  imkan  verən  əməyin 

beynəlxalq  bölgüsü  əsasında,  dünya  sistemi  hüdudlarında  asılı  inkişafını 

müəyyən edir. Adətən ucuz, aşağı ixtisaslı işçi qüvvəsi ilə xidmət göstərilə 

bilən  istehsal  bu  ölkələrə  köçürülür.  Konsepsiyada  dünya  sisteminin 

ziddiyyətlərinin  mərkəz  və  periferiya  arasındakı  fərqlərdən  irəli  gəldiyini 

iddia edən dövlət asılılığı barədə müddəa da vardır.  




 

 

64 



Dünya sistemi konsepsiyası F.Frobelin son onilliklər ərzində TMK-

nın  qlobal  istehsal  strategiyasının  dəyişməsinin  nəticələrinə  diqqət  yetirən 



əməyin yeni beynəlxalq bölgüsü nəzəriyyəsi (ƏYBB) ilə də sıx əlaqədardır. 

ƏYBB  tərəfdarları  da  dünya  sistemini  əmək  bölgüsündən  TMK-nın 

mənfəətini  mümkün  qədər  artırmaq  və  aparıcı  sənaye  ölkələrinin 

problemlərini  həll  etmək  üçün  istifadə  edən  mərkəzə,  periferiyaya  və 

poluferiyaya  bölürlər.  Onlar  inkişaf  etməkdə  olan  ölkələrin  mövcud 

perspektivlərini  görməsələr  də,  ölkələrin  müxtəlif  qruplarının  maraqlarının 

öyrənilməsinə diqqət yetirirlər. 

____________________________________________________ 

Artım mərhələləri konsepsiyası  

 

1960-cı  illərdə  V.Rostounun  ölkələrin  inkişafını  mərhələlər  üzrə 



nəzərdən  keçirən  artım  mərhələləri  konsepsiyası  məşhurlaşdı.  Cəmiyyət 

iqtisadi inkişaf səviyyəsinə görə bir neçə kateqoriyaya bölünür: (1) iqtisadi 

inkişafa  mane  olan  natural  təsərrüfatın  üstünlük  təşkil  etdiyi  aqrar,  feodal 

cəmiyyət  kimi  nəzərdən  keçirilən  ənənəvi  cəmiyyət;  (2)  dəyişikliklər  üçün 

zəmin  yaradıldığı  ilkin  şərtlər  dövrü,  yaxud  keçid  cəmiyyəti;  (3)  yüksəliş, 

yaxud dəyişikliklər cəmiyyəti; (4) yetkin, yaxud sənayeləşmiş cəmiyyət; (5) 

kütləvi istehlakı yüksək səviyyədə olan cəmiyyət. 

Yüksəliş mərhələsi iqtisadi inkişafı ləngidən köhnə ənənəvi adətlərin 

tamamilə  aradan  qaldırılması  ilə  səciyyələnir.  İqtisadi  tərəqqi  qüvvələri 

cəmiyyətdə  hakim  mövqe  tutur:  əmanətlərin  və  yığımın  səviyyəsi  milli 

gəlirin  5-10%-nə  çata  bilər.  Yeni  sahələr  sürətlə  inkişaf  edir.  Kənd 

təsərrüfatında bazar münasibətləri təşəkkül tapır. 

Yüksəlişdən  sonra  uzunmüddətli  sabit  artım  və  dalğavari  tərəqqi 

mərhələsi - yetkinliyə keçid başlayır. Bu mərhələ təqribən 40 il davam edir. 

Bu  zaman  yüksəliş  mərhələsində  bir  neçə  sahəyə  istinad  edən  sənaye 

kompleks şəkil alır. 

Yetkinlik  iqtisadiyyatın  ənənəvi  sahələrinin  keçidə,  vəsaitlərin  və 

resursların  geniş  spektrindən  fəal  istifadəyə  qadir  olduğu  mərhələ  kimi 

müəyyən  olunur.  Yetkin  cəmiyyət  məhsul  istehsalı  həcminin  artımının 

əhalinin  çoxalmasından  yüksək  olmasını  təmin  edir.  Sonuncu  mərhələ  isə 

uzun müddət istifadə olunan malların və xidmətlərin istehsalının başlıca rol 

oynaması ilə səciyyələnir. 

Sənaye cəmiyyətinin inkişaf mərhələləri nəzəriyyəsi sosial tərəqqini 

natural  istehsalın  və  zümrə  iyerarxiyasının  hökm  sürdüyü  geridə  qalmış 

aqrar  təsərrüfatdan  kütləvi  bazar  təsərrüfatı  olan,  sənayecə  inkişaf  etmiş 

cəmiyyətə  keçidlə  əlaqələndirir.  Mütərəqqiliyin  əsas  meyarı  isə  istehsalın 

əldə olunmuş səviyyəsi hesab olunur. 

 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə