Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə38/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   285

 

 

80 



___________________________________________________ 

Sahibkarların beynəlxalq təşkilatları 

 

Dünya təsərrüfatı sisteminin fəaliyyətinə dövlətlərarası təşkilatlar və 

regional  inteqrasiya  birliklərindən  başqa,  özəl  səviyyədə  fəaliyyət  göstərən 

təşkilatlar da təsir göstərir. Onların sayı bir neçə mindir. Onlar həm regional, 

həm  də  qlobal  səviyyələri  əhatə  edir.  Dünya  səviyyəsində  belə  orqan  kimi 

1973-cü  ildə  "Çeyz  Manhattan  Bank"ın  sədri  D.Rokfellerin  iştirakı  ilə 

yaradılmış Üçtərəfli Komissiya fəaliyyət göstərir. 300-dən çox üzvü olan bu 

təşkilat  özündə  ABŞ-ın,  Qərbi  Avropanın,  Yaponiyanın  iri  TMK-nı,  siyasi 

dairələrinin nümayəndələrini, iqtisadçıları birləşdirir. Onun idarəetmə orqanı 

35 nəfərdən ibarət İcra Komitəsidir. Üçtərəfli Komissiyanın rəsmi məqsəd-

ləri inkişaf etmiş ölkələrin əməkdaşlığının güclənməsinə yardım etməkdir. 

Komissiyanın fəaliyyətinin istiqamətlərindən biri - Qərb ölkələrinin 

qarşısına  çıxan  iqtisadi  və  siyasi  problemlərin  təhlil  edildiyi  məruzələrin 

hazırlanmasıdır. Bu məruzələrdə həmin ölkələrin hakim dairələrinə müraciət 

olunaraq, problemlərin həllinə dair tövsiyələr işlənib hazırlanır. 

Bəzi xarici tədqiqatçılar Qərb aləminin ən qüdrətli nümayəndələrinin 

Üçtərəfli  Komissiya  ilə  əlaqədə  olduqlarını  təsdiq  edirlər.  Adi  qeyri-

hökumət  qurumlarından  heç  biri  bu  Komissiyaya  sənayecə  inkişaf  etmiş 

ölkələr sistemində unikal yer tutmağa imkan verən nüfuzetmə vasitələrinə, 

müasir  dünyanın  hakim  dairələri  ilə  qarşılıqlı  əlaqələrə  malik  deyil. 

Qiymətləndirmələrə  görə,  bu  orqanın  siyasətə  göstərdiyi  təsir  onu  ABŞ, 

Qərbi  Avropa,  Yaponiya  və  bütün  dünya  üçbucağının  "kölgə  kabineti" 

hesab etməyə əsas verir. 

Regional səviyyədə bir neçə təşkilat fəaliyyət göstərir. 1954-cü ildən 

Avropa və  Amerika korporasiyalarının rəhbərlərinin və siyasi rəhbərlərinin 

Davos,  Bilderberq  görüşləri  keçirilir.  Şimali  və  Cənubi  Amerikanın, 

Asiyanın,  Okeaniyanın  1000  ən  iri  korporasiyalarının  nümayəndələrinin 

təmsil  olunduğu  Sakit  Okean  İqtisadi  Şurası  1967-ci  ildən  Sakit  okean 

hövzəsində aparıcı təşkilat kimi çıxış edir. Bu təşkilatlar vasitəsilə regional 

sahibkarlığın liderləri öz regionlarının və bütün dünyanın gündəmdə olan ən 

vacib məsələlərini həll edirlər. 

_____________________________________________________ 



Dünya təsərrüfatı mexanizminin fəaliyyətinin xarakteri 

 

Təsərrüfat  mexanizminin  təşkilati  strukturunun  təhlili  göstərir  ki, 

tələbin  əhəmiyyətli  hissəsi  TMK-nın  firmadaxili  ticarəti,  dövlətin 

proteksionizm  tədbirləri,  dövlət  və  dövlətlərarası  sifarişlər  və  proqramlar, 

hökumətlərarası  təşkilatların  məqsədyönlü  hərəkətləri  əsasında  formalaş-

dığına  görə,  dünya  təsərrüfatı  müəyyən  dərəcədə  idarə  olunandır.  Amma 

dünya  sistemində  sahibkarlıq  fəaliyyətini  tənzimləyən  strategiyalar, 



 

 

81 



qurumlar  əsasən  milli  xarakterdə  olması,  qlobal  mexanizmlər  isə  yüksək 

dərəcədə fraqmentarlığı, dağınıqlığı ilə fərqlənir. 

Müasir  təsərrüfatda  tənzimlənən  rəqabətin  tənzimlənməyən,  sərbəst 

rəqabətlə  yanaşı  mövcud  olması  səciyyəvidir.  Rəqabətin  hər  iki  növü  çox 

zaman  eyni  agentlərin  təsərrüfat  formaları  olmaqla,  bir-biri  ilə  sıx 

əlaqədədir. Tənzimlənən sistemin qeyri-müəyyənliyi tənzimləmə prosesində 

də şərti hala salır. Qlobal iqtisadi sistemin müxtəlif təsirlərə qarşı reaksiyası 

birmənalı  olmadığına  görə,  tənzimləmə  tədbirlərinin  səmərəliliyi  sistemin 

həssaslığından  və  onun  obyektiv  ehtiyaclarına  uyğunluğundan  asılıdır. 

Qlobal təsərrüfat sistemi tarazlığa meyil göstərsə də, qeyri-mütənasiblikləri 

inkar etməyərək, onlarla qonşuluqdadır. 

ETT  və  istehsalın  beynəlmiləlləşməsi  dünya  təsərrüfatında  təkrar 

istehsal prosesinin qeyri-müəyyənliyin artmasına  səbəb olur. Ehtimal  edilir 

ki,  dünya  təsərrüfatı  mexanizminin  yeni  şəraitə  uyğunlaşması 

tənzimləmənin inkişafı, onun rolunun yüksəldilməsi yolu ilə baş verməlidir. 

Bu cür inkişaf təkcə beynəlxalq deyil, planetar miqyasda getməlidir. Roma 

klubunun  1991-ci  ildəki  "Birinci  qlobal  inqilab"  adlı  məruzəsində 

göstərilirdi ki, bazar qüvvələri qısamüddətli planda bir çox insani və sosial 

ehtiyacları ödəmək qabiliyyətinə malik deyil. Dünya üçün ümumi olan bir 

çox problemlər bazar qüvvələrinə ümumiyyətlə tabe deyil və buna görə də 

düzəlişlərin  aparılması  vacibdir.  B.Şnayder  və  A.Kinq  (Roma  klubu)  belə 

hesab  edirlər  ki,  əsas  məqsəd,  bir  tərəfdən  həddən  artıq  avtoritar  və 

sistematik  planlaşdırma,  digər  tərəfdən  isə,  kapitalizmin  bizə  məlum  olan 

bütün qəddarlıqları və azğınlığı arasında tarazlığa nail olmaqdır.  

İqtisadi sistemin möhkəmlənmə meyillərini meydana çıxaran amillər 

hansılardır?  Bu,  ilk  növbədə,  istehsalın  və  kapitalın  beynəlmiləlləşməsinin 

çox  irəli  getmiş  prosesi,  milli  iqtisadiyyatların  açıqlığıdır.  Göstərilən  amil 

milli  iqtisadiyyatların,  sahələrin  və  ayrı-ayrı  korporasiyaların  qarşılıqlı 

asılılığını  gücləndirir  və  buna  müvafiq  olaraq  məhsuldar  qüvvələrin  idarə 

edilməsinin  beynəlmiləlləşməsinə  obyektiv  ehtiyac  yaradır.  Bu  ehtiyac 

dünya təsərrüfatının inkişafının qeyri-sabit, münaqişəli xarakterini şiddətlən-

dirən  qlobal  problemlərin  ümumiliyindən  və  kəskinliyindən  də  irəli  gəlir. 

Sənaye ölkələri ilə inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişaf səviyyələri 

arasındakı  fərqlərin,  struktur  böhranlarının  aradan  qaldırılması,  dünya 

miqyasında  yayılmış  inflyasiya  və  işsizliklə  mübarizə  vəzifələri  də  birgə 

qərarların  qəbul  olunmasını  tələb  edir.  İqtisadi  siyasətin  əlaqələndirilməsi 

zərurəti  dünyada  istehsal  proseslərinin  sinxronlaşdırılması  meyillərinin 

güclənməsi  ilə  də  bağlıdır.  Dövlətlərin  böhrana  qarşı  və  dalğa  əleyhinə 

siyasətinin  uyğunlaşdırılması,  onların  iqtisadi  inkişaf  proqramlarında 

müvafiq  düzəlişlərin  aparılması,  başqa  ölkələrin  iqtisadiyyatına  və 

ümumilikdə  dünya  təsərrüfatına  mənfi  təsir  göstərə  biləcək  hərəkətlərinin 

qarşısının mümkün qədər alınması zərurəti də məhz bundan irəli gəlir. 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə