Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə46/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   285

 

 

97 



Təcrübə və nəzəri tədqiqatlar (C.Vayner) bazarın regional inteqrasiya 

yolu  ilə  genişləndirilməsinin  üzv-ölkələrdə  istehsalın  miqyasında 

əhəmiyyətli  dərəcədə  qənaət  əldə  etməyə  imkan  verdiyini  göstərir.  Bu 

zaman  inteqrasiya  birliyinə  daxil  olan  ölkələr  eyni  çeşiddə  məhsul 

buraxırlarsa,  onlar  rəqabətin  güclənməsi  nəticəsində  istehsalın  səmərə-

liliyinin  artmasından  əlavə  fayda  əldə  edirlər.  Belə  şəraitdə  səmərəliliyi 

aşağı olan istehsallar ixtisar olunaraq, nisbi üstünlüklərə malik olan, rəqabət 

qabiliyyətlilər 

genişləndirilir. 

Ticarət 


münasibətlərində 

azadlığın 

genişlənməsinin bu elementi ticarətin yaradılması adlanır.  

İnteqrasiya  birliklərinin  yaradılması  onun  inkişafının  müəyyən 

mərhələlərində  (gömrük  ittifaqı)  üçüncü  ölkələrin  istehsalçılarının  eyni 

malları  daha  ucuz  qiymətlə  satışa  çıxara  bildiklərinə  görə  əks  effekt  də 

doğura  bilər.  İnteqrasiya  proseslərinin  proteksionizm  meyilləri  ticarətdə 

kənarlaşmalar adını almışdır. Bu, ticarətin üçüncü ölkələrdən birliyin üzvü 

olan  ölkələrə  yönəldilməsinə  aiddir.  Əgər  mənfi  təsir  (ticarətdə 



kənarlaşmaların  effekti)  kəmiyyətinə  görə  müsbət  təsirdən  (ticarətin 

yaradılması  effektindən)  yüksək  olarsa,  inteqrasiya  birliyinə  daxil  olan 

ölkələrin rifahı pisləşə bilər. 

Belə hesab edilir ki, tarifləri və məhdudiyyətləri əvvəlcədən  yüksək 

olan  ölkələr  üçün  regional  iqtisadi  birliyin  yaradılması,  adətən,  ticarətin 

genişlənməsinə  səbəb  olur.  Üçüncü  ölkələrlə  ticarətdə  tariflərin  və  digər 

məhdudiyyətlərin aşağı səviyyədə olması ticarətdə kənarlaşmalar effektinin 

də  zəifləməsinə  və  inteqrasiyanın  daha  faydalı  olmasına  gətirib  çıxarır. 

Birliyə  istehsal  xərcləri  aşağı  olan  ölkələr  də  daxildirsə,  ticarətdə 

kənarlaşmalar  prosesi  baş  vermir.  Ümumilikdə  isə,  inteqrasiya  birliyi 

daxilində  qarşılıqlı  münasibətlərin  konkret  formaları  iştirakçı  ölkələrin 

təsərrüfatlarının  inkişaf  səviyyəsindən  asılıdır.  Bu  ölkələrin  xüsusiyyətləri 

birləşdirici  proseslərin  formalarına  və  hərəkətverici  qüvvələrinə  müvafiq 

təsir göstərir. 

__________________________________________________ 

Regional iqtisadi inteqrasiyanın tipləri və formaları 

 

İqtisadi  inteqrasiyanın  inkişafı  bir  neçə  tipdə  və  formada  baş  verir. 

Regional  iqtisadi  inteqrasiyanın  iki  tipi  fərqləndirilir:  (1)  dövlətlərarası 

iqtisadi  inteqrasiya  və  (2)  mikro  səviyyədə,  yaxud  XBKQ  nəticəsində 

inteqrasiya. Dövlətlərarası inteqrasiya birlikləri üstünlük təşkil edir. 

Dövlətlərarası  inteqrasiya  birlikləri  qarşılıqlı  ticarətdə  maneələri 

aradan  qaldırmaq  məqsədi  ilə  yaradılan  azad  ticarət  zonaları;  yuxarıda 

göstərilən  məqsəddən  əlavə,  daxili  bazarı  üçüncü  ölkələrin  rəqabətindən 

qorumaq  üçün  gömrük  və  vergi  tədbirlərinin  həyata  keçirilməsini  nəzərdə 

tutan  gömrük  ittifaqları  formalarında  təzahür  olunur.  Sonradan  inteqrasiya 

prosesi  öz  inkişafında  malların,  xidmətlərin  və  kapitalların  sərbəst  hərəkət 




 

 

98 



etdiyi  ümumi  bazar,  ticarət  şərtlərinin,  kapitalın  və  işçi  qüvvəsinin 

hərəkətinin  hüquqi  və  iqtisadi-texniki  şərtlərinin  eyniləşdirilməsini  nəzərdə 

tutan  vahid  bazar  və  nəhayət,  valyuta  və  iqtisadi  ittifaqlarının  yaradılması 

formasını alır. Vahid bazar əsasən mübadilə sahəsini tənzimləyirsə, iqtisadi 

ittifaqın  yaradılması  təsərrüfatın  bütün  sahələrinin  fəaliyyətinin 

eyniləşdirilməsini, 

ona  üzv  olan  ölkələrin  iqtisadi  siyasətinin 

əlaqələndirilməsini və ümumi qanunvericiliyin yaradılmasını nəzərdə tutur. 

Bu,  yerinə  yetirilməsi  hamı  üçün  mütləq  olan  qərarlar  qəbul  edə  bilən 

dövlətlərüstü  orqanların  yaradılmasını  və  dövlətlərin  müvafiq  funksiyaları 

yerinə yetirməkdən imtinasını ehtimal edir. 

Dünya  təsərrüfatında  regional  inteqrasiya  qruplarının  yaradılması 

prosesi sürətlənmişdir. 1970-ci illərdə dünyada müxtəlif tipli 20 inteqrasiya 

birliyi  mövcud  idisə,  2000-ci  illərin  əvvəlində  onların  sayı  30-dan  çox 

olmuşdur.  Ümumilikdə  isə  200-dən  artıq  müxtəlif  növ  regional  birlik 

mövcuddur.  Onların  əksəriyyəti  inkişafın  ən  aşağı  mərhələsində:  milli 

iqtisadi  siyasətlərin  uzlaşdırılmasını,  yaxud  eyniləşdirilməsini  nəzərdə 

tutmayan preferensiya ticarət sazişləri, azad ticarət zonaları şəklindədir. 

İnteqrasiya  prosesləri  birləşən  ölkələr  arasında  iqtisadi  və  siyasi 

suverenliyin  məhdudlaşdırılmasının  hüdudları  məsələləri  üzrə  kəskin 

ziddiyyətlər  yaradır  və  bu,  ilk  növbədə,  kapitalın  hakim  qruplaşmalarının 

daxili bazarda mövqelərinə görə narahatçılığını ifadə edir. 

İnkişaf etmiş ölkələrdə inteqrasiya prosesləri ən çox Avropada (Avropa 

İttifaqı)  və  Şimali  Amerikada  (NAFTA)  inkişaf  etmişdir.  Dövlətlərarası 

təsərrüfat birliyi kimi daha irəli gedən Aİ-də inteqrasiya prosesləri makroiqtisadi 

sahəni və struktur yenidənqurma vasitələrini əhatə edir. 

 

Şimali Amerikada inteqrasiya prosesləri 

 

Şimali  Amerikada  baş  verən  inteqrasiya  prosesləri  Avropa 



modelindən  fərqlənir.  Burada  XBKQ-nin  təsiri  altında  mikro-səviyyədə 

regional kompleksin, yaxud inteqrasiyanın yaradılması və inkişafı üçün ilkin 

şərtlər  çoxdan mövcud idi. Bunlara  ABŞ-Kanada sərhədindən kapitalın və 

işçi  qüvvəsinin  sərbəst  hərəkət  rejimini,  valyutaların  qeyri-məhdud 

dönərliyini aid  etmək olar. Mövcud hal regional iqtisadi inteqrasiyanın bir 

çox məsələlərini onların müqavilə-hüquq rəsmiləşdirilməsi aparılmadan həll 

etməyə  imkan  verirdi.  Qarşılıqlı  əmtəə  dövriyyəsinin  gömrük  reqlamenti 

azad  ticarət  zonası  şərtlərindən  xeyli  uzaq  olsa  da,  əməyin  regiondaxili 

bölgüsü  üçün  kifayət  qədər  geniş  məkan  açırdı.  ABŞ  ilə  Kanada  arasında 

azad ticarət zonasının yaradılması haqqında saziş 1988-ci ildə bağlanmışdır. 

1992-ci ildə ABŞ, Kanada və Meksika 15 il ərzində (2007-ci ilədək) üç ölkə 

arasında  yalnız  malların  və  kapitalların  sərbəst  hərəkət  etməsini  nəzərdə 

tutan Şimali Amerika azad ticarət zonasının yaradılması haqqında müqavilə 

imzaladılar. 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə