Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə47/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   285

 

 

99 



Regionda inteqrasiya kompleksi daha güclü tərəf olan, kapitalı qonşu 

ölkələrin  bir  sıra  sahələrində  aparıcı  mövqe  tutan  Amerika  TMK-nın 

maraqlarına uyğun olan istiqamətdə inkişaf edir. Kanadanın ixracının 80%-i 

(ölkənin ÜDM-nin 34%-ə yaxındır) ABŞ-a yönəldilir. Kanada bazarı ABŞ 

üçün ən iri bazarlardan olsa da, onun əhəmiyyəti müqayisəolunmazdır. Belə 

ki, Amerika ixracının 25%-i Kanadaya yönəldilsə də, onun ÜDM-nin 2%-ə 

yaxınını, Kanadanın ÜDM-nin isə 15%-dən çoxunu təşkil edir. Kanadanın 

11  sənaye  sahəsindən  5-nin  ABŞ-da  satdığı  məhsulun  həcmi  onun  daxili 

bazarında satdığından çoxdur. Meksikanın ixracının 85%-i ABŞ-la, ABŞ-ın 

ixracının isə yalnız 7%-i Meksika ilə bağlıdır. Kanada-Amerika və Meksika-

ABŞ  ticarətində  ABŞ  TMK-nın  filiallarının  buraxdığı  məhsullar  üstünlük 

təşkil edir. Ölkələrin iri kapitallarının gücündəki fərq özəl sahibkarlıq üçün 

"azad  əllər"lə  birləşərək,  Şimali  Amerika  inteqrasiyasının  qeyri-bərabər 

hüquqlu olmasını göstərir. 

Xarici iqtisadi əlaqələndirmənin aydın ifadə olmaması təsərrüfatların 

qovuşması  prosesinin  xüsusiyyətindən  biridir.  Şimali  Amerika  ölkələri 

arasında münasibətlərin tarixində ikitərəfli sazişlərin sayı az olmuşdur, Aİ-

yə  bənzər  dövlətlərüstü  orqanlar  yoxdur.  NAFTA-da  baş  qaldıran  xarici 

iqtisadi  problemlərin  həlli  üçün  tərkibinə  öz  ölkələrində  bu  sahəyə  görə 

məsul  nazirlərin  daxil  edildiyi  Şimali  Amerika  Ticarət  Komissiyası 

yaradılmışdır. Komissiyanın cari işi onun katibliyi tərəfindən yerinə yetirilir. 

Ölkələrdən  birinin  ixracı  digər  ölkənin  müəyyən  sahəsinə  zərər  vurursa, 

həmin  ölkə  onun  qorunması  üçün  tariflərin  endirilməsini  dayandıra  və 

gömrük tədbirləri vasitəsilə müdafiənin əvvəlki səviyyəsinə qayıda bilər. Bu 

tədbirdən yalnız 1 dəfə, 3 ildən artıq olmayan müddətə istifadə oluna bilər. 

Regional  təsərrüfat  kompleksinin  inkişafında  institusional  əsasların  zəifliyi 

iqtisadi  inteqrasiyanın  yetkin  olmadığının  sübutu  deyil.  Bu  inteqrasiya 

Kanada və Meksikanın təkrar istehsal prosesində mühüm yer tutan Amerika 

TMK-nın xarici istehsallarının təşkili şəklində həyata keçirilir. 

 

Cənubi Amerikada və Asiyada inteqrasiya prosesləri  

 

Asiyanın,  Afrikanın  və  Latın  Amerikasının  inkişaf  etməkdə  olan 



ölkələri, Avropa və Asiya arasında da təsərrüfatların yaxınlaşması prosesləri 

getməkdədir.  Burada  20-dən  artıq  regional  qruplaşma  mövcuddur.  Əmək-

daşlığın  formaları  və  sahələri  rəngarəngdir  və  heç  də  bütün  qruplaşmalar 

inteqrasiya  xarakteri  daşımır.  İnkişaf  etməkdə  olan  ölkələrin  müxtəlif 

regionlarında  təsərrüfatların  yaxınlaşmasının  əsasını  hakim  dairələrin 

iqtisadi  geriliyi  aradan  qaldırmaq  üçün  qüvvələrini  birləşdirmək  səyləri 

təşkil  edir.  Dünya  iqtisadiyyatının  bu  altsistemində  iqtisadi  qruplaşmalar 

arasında tariflərin ləğvinə müxtəlif əmtəə bazarlarının "mübadiləsi", idxalın 

regional  miqyasda  əvəzləşdirilməsi  yolu  ilə  təsərrüfatın  inkişaf  etdirilməsi 

kimi yanaşılır.  




 

 

100 



Cənubi  Amerikada  1994-cü  ildə  yaradılan  Cənub  Konusunun 

Ümumi  Bazarını  (MERKOSUR)  məqsədlərinə  görə  inteqrasiya  xarakteri 

daşıyan regional qruplaşmaya aid etmək olar. Buraya Argentina, Braziliya, 

Paraqvay, Uruqvay və Venesuela daxildir. Sazişlə qarşılıqlı ticarətdə bütün 

rüsumların  və  tarif  məhdudiyyətlərinin  ləğvi,  vahid  xarici  tarifin  tətbiq 

olunması,  sahibkarlıq  fəaliyyətinin  əsas  sahələrində  siyasətin  əlaqələn-

dirilməsi  nəzərdə  tutulmuş,  malların  mənşəyinin  müəyyənləşdirilməsinin 

eyni qaydaları təsdiq edilmişdir. İnteqrasiya proseslərinə rəhbərlik orqanları: 

tərkibinə  xarici  işlər  və  iqtisadiyyat  nazirlərinin  daxil  olduğu,  inteqrasiya 

siyasətinin ümumi istiqamətlərini müəyyən edən Ümumi Bazar Şurası, icra 

orqanı  funksiyalarını  yerinə  yetirən,  nəzdində  İnzibati  Katiblik  və  iqtisadi 

fəaliyyətin  sahələri  üzrə  texniki  komissiyaları  olan  Ümumi  Bazar  Qrupu  - 

yaradılmışdır. Qərarlar yekdillik prinsipi əsasında qəbul olunur. 

XXI  əsrin  birinci  onilliyinin  ortalarında  qarşılıqlı  ticarət  sahəsində 

sərbəstlikdə  və  xarici  tariflərdə  böyük  istisnalar  mövcud  olduğundan,  azad 

ticarət zonasının və gömrük ittifaqının yaradılması başa çatmamışdı.  

Cənubi-Şərqi Asiyada Cənubi-Şərqi Asiya Ölkələrinin Assosiasiyası 

(ASEAN) məlumdur. Bir sıra iqtisadi-ticarət qurumları Şərqi Avropada (3), 

Yaxın Şərqdə (5), Tropik Afrikada (13) yaradılmışdır. 

İnkişaf etməkdə olan ölkələrin ticarət birlikləri o  qədər də səmərəli 

olmamışdır.  Bu  birliklərə  daxil  olan  dövlətlərdə  əməyin  sahədaxili 

bölgüsünün  zəif  inkişafı,  onların  təxminən  eyni  istehsal  strukturuna  malik 

olması  istehsal  həcminin  və  qarşılıqlı  mübadilənin  artırılması  üçün  stimul 

yaratmır.  Məsələn,  ixracatı  az  sayda  xammal  məhsullarından  ibarət  olan 

ölkələrin  öz  regionunda  və  inkişaf  etməkdə  olan  başqa  ölkələrdəki  satış 

bazarları kiçikdir. Buna görə də xammal istehsal edən və sənaye inkişafının 

başlanğıc  mərhələsində  olan  ölkələr  eyni  səviyyədə  inkişaf  etmiş,  lakin 

təsərrüfat  strukturu  müxtəlif  olan  ölkələrlə  müqayisədə  regional 

inteqrasiyadan daha az fayda əldə edir. 

_________________________________________________ 

Regional inteqrasiyanın dünya təsərrüfatına təsiri  

 

Dünya təsərrüfatının inteqrasiya qruplaşmalarına bölünməsi qloballaş-



ma  proseslərinə,  sahibkarlıq  fəaliyyətinin  dünya  miqyasında  yayılmasına 

təzadlı təsir göstərir. Beynəlxalq iqtisadi birliklərin və ittifaqların yaradılması 

həmin  birləşmələr  çərçivəsində  beynəlxalq  istehsalın  inkişafına  kömək  edir. 

Amma bu, eyni zamanda müxtəlif qruplaşmalara daxil olan ölkələr arasında 

iqtisadi  münasibətlərdə  maneələr  yaradır,  əmtəə  axınlarının  iqtisadi  birliklər 

hüdudlarında  cəmləşməsinə  gətirib  çıxarır.  Regionlar  daxilində  ticarət 

haqqında  göstəricilər  bunu  sübut  edir.  Məsələn,  1980-1990-cı  illərdə  Aİ-də 

regiondaxili  ticarətin  payı  60%-dən  66%-ə  çatmış,  2000-ci  ilin  əvvəllərində 

isə  67%  səviyyəsinə  yüksəlmişdir.  2000-ci  illərdə  NAFTA-da  zonadaxili 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə