Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə55/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   285

 

 

117 



cəmləşmişdir,  planetimizin  başqa  hissələrində  isə  adda-budda  xarakter 

daşıyır. 

Beynəlxalq  istehsalın  bir  qədər  artmasına  baxmayaraq,  BXKQ 

dünyada  daxili  istehsalın  nisbətən  kiçik  hissəsini  təmin  edir.  Bu  zaman 

xarici  müəssisələrin fəaliyyəti, ilk növbədə, onları  qəbul  edən ölkələrin, 

yaxud  regionların  daxili  bazarına  xidmət  göstərilməsinə  yönəlmişdir. 

Belə ki, Amerikanın TMK-nın xarici müəssisələrinin mallarının satışının 

63%-i  və  göstərdiyi  xidmətlərin  82%-i  yerli,  lokal  xarakter  daşıyır. 

Yalnız az sayda korporasiya dünya miqyaslı istehsal və satış şəbəkəsinə 

malikdir.  Bunlar  əsasən  avtomobil,  elektron  və  neft  şirkətləri,  habelə 

rabitə, nəqliyyatın ayrı-ayrı (dəniz nəqliyyatı və aviasiya) növləridir. 

Sahibkarlıq  kapitalının  hərəkətinin  qloballaşma  dərəcəsini  dərk 

etmək üçün bu prosesin miqyasının tarixi baxımdan müqayisəsi lazımdır. 

Beynəlxalq  istehsalın  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəlindəki  nisbi 

göstəricilərinin,  demək  olar  ki,  hamısını  yalnız  1990-cı  illərin  ikinci 

yarısında geridə qoymaqla təzələmək mümkün olmuşdur. 



_________________________________________________ 

Xarici ticarət mübadiləsinin göstəriciləri  

 

Xarici  ticarət  mübadiləsi  sürətli  templərlə  inkişaf  etmişdir.  XX 

əsrin ikinci yarısında onun inkişaf templəri MDM-in artımından 2,8 dəfə 

yüksək  olmuşdur.  Bu  dövrdə  XIX  əsrin  sonunda  -  XX  əsrin  əvvəlində 

mövcud  olmuş,  lakin  1920-1930-cu  illərdə  pozulmuş  meyil  bərpa 

edilmişdir.  Aparılan  hesablamalara  görə,  1990-cı  illərdə  ixrac  həcminin 

ÜDM-ə nisbəti 1913-cü ilin səviyyəsini 1,5 dəfə üstələmişdir. Lakin XX 

əsrin ikinci  yarısında dünya ticarətinin  sürətli  artımı  əsasən  yüksəlməyə 

meyil  göstərən  regiondaxili  ticarət  sayəsində  əldə  olunmuşdur.  Belə  ki, 

dünyada  ixracatın  həcmində  Aİ  ölkələrinin  regiondaxili  ticarətinin  payı 

1960-cı ildəki 23%-dən 2007-ci ildə 26%-dək artmış, Şimali Amerikanın 

payı  10,5%-dən  7%-dək  azalmış,  ASEAN-nın  payı  1%-dən  6%-dək 

artmışdır. Qloballaşma prosesləri regionlaşma ilə qonşuluqdadır. 

_________________________________________________ 

Ssuda kapitalının hərəkətinin göstəriciləri 

 

Dünya təsərrüfatı sisteminin qarşılıqlı əlaqəsinin digər tərəfi ssuda 



kapitalının hərəkəti, beynəlxalq kredit bazarlarının fəaliyyəti ilə bağlıdır. 

1980-1990-cı 

illərdə  beynəlxalq  kapital  bazarlarında  aparılan 

əməliyyatların  mütləq  həcmi  sürətlə  artırdı  və  müvafiq  göstəricilər 

onların  bütün  sektorlarında  yüksəlirdi.  Burada  nəzərə  alınmalıdır  ki, 

statistik göstəricilər qiymətli kağızların məzənnəsinin, faiz dərəcələrinin 

yüksəlməsini  nəzərə  aldığına  görə,  əqdlərin  fiziki  həcminin  artımı 



 

 

118 



nisbətən aşağı olmuşdur. 

Kapitallar  bazarlarında  aparılan  beynəlxalq  əməliyyatların  nisbi 

göstəriciləri  də  sürətlə  artırdı.  Sərhədləri  aşıb  keçən  əməliyyatların  və 

ÜDM-in  həcmləri  arasındakı  nisbət  də  kapitallar  bazarının  bey-

nəlmiləlləşməsi  və  dünya  miqyasında  yayılması  meyillərinin  möv-

cudluğunu  sübut  edir.  Belə  ki,  dünya  üzrə  xarici  aktivlərin  məbləği 

MDM-in  104,3%-ə,  inkişaf  etmiş  ölkələrdə  isə  ÜDM-in  215%-ə 

çatmışdır və bu göstəricilər 1970-ci il səviyyəsindən xeyli yüksəkdir. 

Eyni zamanda empirik tədqiqatlar inkişaf etmiş aparıcı dövlətlərin 

investorlarının  indiyədək  öz  ölkələrinə  bağlı  olduğunu,  aktivlərinin 

beynəlxalq 

diversifikasiyasına  nisbətən  məhdud  məbləğdə  yol 

verdiklərini  göstərir.  Onlar  aktivlərinin  əsas  hissəsini  milli  qiymətli 

kağızlar  formasında  saxlayırlar.  Bunu  xarici  investorların  Qərb  ölkələ-

rinin  dövlət  borcunda  malik  olduqları  pay  da  sübut  edir.  Qiymət-

ləndirmələrə  əsasən,  XX  əsrin  əvvəlində  ssuda  kapitalı  bazarlarının 

beynəlmiləlləşmə səviyyəsi əsrin sonuna nisbətən daha yüksək olmuşdur. 

Bunun bir səbəbi də həmin vaxt qızıl standartının mövcudluğu olmuşdur. 

Beləliklə,  XX  əsr  ərzində  dünya  təsərrüfatı  sisteminin  istehsal 

vahidliyi  güclənmişdirmi?  Avropanın  aparıcı  ölkələrində  birbaşa 

investisiyaların ixracının ÜDM-ə, ümumi kapital qoyuluşlarına nisbətinin 

qiymətləndirilməsi bu payın XXI əsrin əvvəlində XX əsrin başlanğıcı ilə 

müqayisədə artmasını göstərir. Malların beynəlxalq miqyasda hərəkətinin 

nisbi  göstəriciləri  də  xeyli  dəyişmişdir.  Aparıcı  sənaye  ölkələrində 

malların  ixracının  və  idxalının  ÜDM-ə  nisbəti  1913-cü  ilin  səviyyəsini 

əhəmiyyətli  dərəcədə  ötüb  keçir.  Bu  cür  vəziyyət  inkişaf  etməkdə  olan, 

periferiya  ölkələri  üçün  də  səciyyəvidir.  Qloballaşma  proseslərini 

qiymətləndirərkən, keçən əsr ərzində milli təsərrüfatların xırdalanmasının 

baş verməsini də nəzərə almaq lazımdır. Əsrin yalnız ikinci yarısı ərzində 

onların  sayı  2  dəfədən  çox  artmışdır.  Nisbətən  iri  qurumların  əvəzində, 

əksər  hallarda  xarici  istehsal  amilləri  olmadan  öz  resursları  hesabına 

inkişaf edə bilməyən milli təsərrüfatlar meydana çıxmışdır.  



__________________________________________________ 

İşçi qüvvəsinin hərəkəti  

 

İstənilən  təsərrüfat  sisteminin  ən  vacib  istehsal  amillərindən  biri 



kimi  işçi  qüvvəsi  çıxış  edir.  Onun  beynəlxalq  miqyasda  hərəkəti  sahib-

karlıq  və  ssuda  kapitallarının,  əmtəə  bazarlarının  beynəlmiləlləşməsi  ilə 

müqayisədə  geri  qalır.  XX  əsrin  sonunda  işçi  qüvvəsinin  beynəlxalq 

miqyasda  səfərbər  olunma  dərəcəsi  XIX  əsrin  ikinci  yarısı  ilə 

müqayisədə  çox  aşağı  olsa  da,  insanların  milli  sərhədlərin  hüdudlarını 

müvəqqəti  tərk  etməsi,  beynəlxalq  turizm  xeyli  artmışdır  (dünya 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə