Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə57/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   285

 

 

121 



milli təsərrüfatlara əvvəllər olduğundan daha güclü təsir göstərir. Təkrar 

istehsal  şərtlərindəki  bu  dəyişikliklər  ticarətin  və  kapitalın  hərəkətinin 

liberallaşdırılması  ilə  birlikdə  güclü  sahibkarlıq  subyektləri  olmayan 

ölkələrdə  yeni  sahələrin  təşəkkül  tapmasını,  demək  olar  ki,  tam 

blokadaya alır. 

Qloballaşma milli bazarlarda rəqabəti kəskinləşdirməklə, nisbətən 

zəif  inkişaf  etmiş  ölkələrin  təsərrüfatlarının  möhkəmlənməsinə  imkan 

vermir.  İqtisadi  inkişaf  səviyyəsi  nisbətən  aşağı  olan  ölkələrdə 

təsərrüfatın istehsal strukturu məhduddur, sahibkarlıq subyektləri kifayət 

qədər  güclü  deyil,  təsərrüfat  assosiasiyalarının  yaradılması  üçün  institu-

sional  qurumlar  inkişaf  etməmişdir,  kapital  bazarlarına  çıxış  zəifdir  və 

onlarda  sosial  xidmətlər,  o  cümlədən  istehsalçılara  qulluqların  göstəril-

məsi  şəbəkəsi  yoxdur.  Bu  ölkələr  inkişaf  etmiş  dövlətlərdən  olan 

rəqiblərinə  ya  tamamilə  müqavimət  göstərə  bilmir,  ya  da  buna  qismən 

nail  olur.  Zəif  iqtisadiyyatlara  nüfuz  edərək,  transmilli  kapital  onlara 

məhdud  sayda,  TMK-nın  maraqlarına  cavab  verən  təsərrüfat  funksiya-

larını  yerinə  yetirilməsini  aşılayır.  Yalnız  bəzi  əlverişli  hallarda  iqtisadi 

münasibətlərin  liberallaşması  təsərrüfatın  inkişafına  kömək  edə,  xarici 

kapital hesabına inkişafın adda-budda ocaqlarını yarada bilər. 

TMK-nın  milli  inkişafın  sosial  yönümünü  özlərinə  tabe  etməyə 

çalışması  bütün  tərəflərin  - həm  onların  yerləşdiyi, həm  də onları  qəbul 

edən  ölkələrin  sosial  vəziyyətində  əks  olunur.  Bunun  nəticələrindən  biri 

əmək  bazarında  təşkilatlanmış  işçi  qüvvəsinin  get-gedə  nüfuzdan 

düşməsidir.  Dünya  təsərrüfatının  bir  tam  kimi  sərbəst  işçi  bazarına 

ehtiyacı olsa da, bu bazar işçi qüvvəsinin ölkələr arasında sərbəst hərəkəti 

nəticəsində deyil, işçi qüvvəsindən istifadə üçün ən əlverişli olan şərtlərin 

TMK  tərəfindən  seçilməsi  nəticəsində  yaradılır.  Beynəlxalq  rəqabətin 

güclənməsi  işəgötürənləri  əmək  praktikasını  dəyişməyə,  o  cümlədən 

daimi məşğulluğu qeyri-sabit, qeyri-rəsmi, təsadüfi və kontrakt üzrə işlə 

əvəzləməyə sövq edir. 

Milli  təsərrüfatların  açıqlığının  güclənməsi  ilə  müşayiət  olunan 

iqtisadi sistemlərin qloballaşması TMK-ya və TMB-a iri həcmdə maliyyə 

vəsaitlərini  qısa  müddətdə  bir  mərkəzdən  digərinə  köçürməyə  imkan 

verir  və  bununla  da  zəifləmiş  milli  iqtisadiyyat  maliyyə  böhranı 

vəziyyətinə düşür. 

İnkişaf  etmiş  dövlətlərin  tarixi  göstərir  ki,  qloballaşmanın 

üstünlükləri  ölkə  iqtisadi  və  institusional  inkişafın  müəyyən  yüksək 

həddinə çatdıqdan sonra reallaşır. Həmin dövlətlər buna proteksionizmin 

müəyyən  üsullarından  istifadə  olunması,  institusional  və  infrastruktur 

əsasların fəal surətdə yaradılması sayəsində nail olmuşlar. Müasir dövrdə 

qloballaşmanın təsirinə səmərəli tərzdə davam gətirmək üçün dövlət milli 



 

 

122 



imkanlarını genişləndirməli, iqtisadi fəaliyyəti tənzimləməli, əsas ictimai 

xidmətlərin göstərilməsini təmin etməlidir. 

Qloballaşmanın  faydalarının  milli  təsərrüfatlar  arasında  bölüş-

dürülməsi  zamanı  birtərəfli  üstünlüklərin  mövcudluğu  dünya  iqtisa-

diyyatının  üzvi  inkişafını  çətinləşdirir,  bir  sıra  ölkələrin  və  regionların 

iqtisadi tərəqqidə geri və hətta ondan kənarda qalmasına səbəb olur. Buna 

görə də BMT-nin Sənaye İnkişafı üzrə Təşkilatının (UNIDO) ekspertləri 

qloballaşmanı  "dünya  iqtisadiyyatının  restruktizasiyası  kimi  müəyyən 

etmiş, bu prosesdə dünya miqyasında rəqabət aparmaq üçün sənayeləşmə 

sahəsində  ifrat  həddə  çatmış  millətlərlə geridə  qalan millətlər arasındakı 

uçurumun  genişləndiyini"  göstərmişlər.  Bununla  bağlı  olaraq  qlo-

ballaşma  proseslərinin  iqtisadi  inkişafı  sürətləndirməyə  və  dünyada 

yoxsulluğu  azaltmağa,  milli  təsərrüfatların  iqtisadi,  sosial  və  ekoloji 

dayanıqlığını təmin etməyə yönəlməsinin vacibliyi etiraf edilir. 



 

6.3. Qarşılıqlı asılılıq və iqtisadi təhlükəsizlik 

__________________________________________________ 

Qarşılıqlı asılılığın mexanizmi  

 

Təsərrüfatçılığın  beynəlmiləlləşməsi  təkrar  istehsal  proseslərinin 



dünya  səviyyəsində  bir-birindən  asılılığının  yaranması  ilə  nəticə-

lənmişdir. Mübadilənin beynəlmiləlləşdiyi şəraitdə ölkənin milli gəlirinin 

çoxalması  onun  malları  və  xidmətləri  idxal  etmək  imkanlarının  artması 

ilə nəticələnir. 

İstehsal prosesləri qarşılıqlı əlaqədə olduğundan, bir ölkədə gəlirin 

və  idxalın,  buna  müvafiq  olaraq  müqabil  ölkədə  gəlirin  artması  üçüncü 

ölkələrdə  də  idxala  tələb  yaradır.  Beləliklə,  bir  ölkənin  gəlirlərinin 

yüksəlməsi  nəticəsində  yaranan  bu  cür  effekt  ilkin  olaraq  bir  ölkədə 

tələbin genişlənməsinə cavab reaksiyası kimi, başqa ölkələrdə də məcmu 

tələbin artmasına səbəb olur.  

Bu effekt iqtisadi siyasətdə istifadə oluna bilər. İqtisadi baxımdan 

iri hesab olunan ölkənin pul və vergi siyasətləri vasitəsilə daxili istehsalı 

və buna müvafiq olaraq idxalı stimullaşdırması müqabil ölkənin ixracını 

artıra bilər. Bu isə, dünyada istehsalın və məşğulluğun artmasına gətirib 

çıxarır  ("lokomotiv  nəzəriyyəsi").  Bir  ölkədə  baş  verən  canlanmanın 

müqabil  ölkəyə  təsir  dərəcəsi  onun  həmin  ölkənin  ümumi  idxalının 

həcmindəki  payı  ilə  yanaşı,  həyata  keçirilən  ixracın  bu  ölkənin  gəlir-

lərinin  sonrakı  artımında  necə  əks  olunmasından  da  asılıdır.  Qarşılıqlı 

asılılıq effektini müəyyən etmək üçün, bir ölkədə ÜDM-in 1% artmasının 

başqa ölkənin gəlirini nə qədər çoxaltdığını bilmək lazımdır. Belə hesab 

olunur  ki,  ÜDM-in  0,5%  artımı  iqtisadiyyatın  canlanmasının  mühüm 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə