Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə54/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   285

 

 

114 



gəlirlərinin  azalmasına  səbəb  olur.  Aparılan  qiymətləndirmələrə  görə, 

kommunikasiya sistemlərinin yaxşılaşdırılması MDM-i 4% artıra bilər. 

 

Mövzu üzrə suallar: 

 

1.  Təsərrüfatın  inkişafı,  informasiyalaşdırma  və  nəq-



liyyatın səviyyələri arasındakı nisbətlər nə cürdür?  

2. XX əsrin ikinci yarısında elektrik rabitəsinin hansı əsas 

növləri yaranmışdır? 

3. Təsərrüfatın inkişafında informasiyalaşdırmanın rolunu 

səciyyələndirin. 

4.  Dünya  nəqliyyat  sisteminin  səciyyəvi  cəhətlərini  izah 

edin. 

 

 



 

 

 



 

 


 

 

115 



Fəsil 6 

_____________________________________________________ 

İstehsalın və kapitalın qloballaşması 

 

 

Dünya təsərrüfatının yaranması və inkişafı məhsuldar qüvvələrin, 



istehsal  amillərinin  ayrı-ayrı  dövlətlər  çərçivəsindən  kənara  çıxmasını 

nəzərdə tutur. İqtisadiyyat elmində bu proseslər müxtəlif, lakin bir-biri ilə 

sıx  bağlılığı  olan,  dünya  təsərrüfatı  sisteminin  inkişafında  müxtəlif 

mərhələləri  ifadə  edən  beynəlmiləlləşmə  və  qloballaşma  məfhumları  ilə 

adlandırılır. 

 

6.1. Təsərrüfat proseslərinin qloballaşması anlayışı və dərəcəsi 

 

Milli  təsərrüfatların  beynəlmiləlləşməsi,  ilk  növbədə,  beynəlxalq 



bazarların  inkişafı  ilə  bağlıdır.  O,  mübadilə  və  istehlakın  beynəlxalq 

sahəsini  əhatə  edərək,  dövlətlərarası  iqtisadi  münasibətlərin  bütün 

formalarının  inkişafının  əsasını  təşkil  edir.  Sahibkarlıq  fəaliyyətinin 

beynəlmiləlləşməsi  -  müxtəlif  ölkələrin xarici  iqtisadi  əlaqələr  sahəsində 

qarşılıqlı əlaqələrinin güclənməsi prosesidir. Milli təsərrüfatların beynəl-

miləlləşməsi  hələ  sənaye  inqilabı,  əmtəənin  ölkənin  daxili  ehtiyac-

larından  artıq  həcmdə  istehsal  edilməyə  başlanması  dövründən  inkişaf 

etməyə  başlamışdır.  Göstərilən  proses  beynəlxalq  əmək  bölgüsünü 

dərinləşdirmiş,  bu  isə,  öz  növbəsində,  milli  təsərrüfatların  qarşılıqlı 

əlaqədə fəaliyyəti üçün zəmin yaratmışdır. 

Mübadilə və istehlak sahələrinin inkişafı beynəlxalq iqtisadi infra-

strukturun,  o  cümlədən  nəqliyyat  şəbəkəsinin,  rabitənin,  informasiyanın 

yaradılması  ilə  müşayiət  olunurdu.  Beynəlxalq  ticarət  əlaqələrinin 

təşəkkül tapması ödəniş münasibətlərinin  yaranmasına, ssuda kapitalının 

beynəlxalq  miqyasda  hərəkətinə  səbəb  oldu.  Maşın  texnikasının,  nəq-

liyyat vasitələrinin, rabitənin təkmilləşdirilməsi müxtəlif ölkələrdə təcrid 

olunmuş istehsalları BƏB-in üstünlüklərinə uyğun olaraq yerləşdirməklə, 

istehsal  prosesini  müxtəlif  mərhələlərə  ayırmağa  imkan  yaratdı.  Bu, 

sahibkarlıq  kapitalının  beynəlxalq  miqyasda  hərəkəti  nəticəsində 

mümkün oldu.  İstehsal  dünya, qlobal təsərrüfat  üçün zəmin  yaratmaqla, 

bilavasitə beynəlmiləlləşdi.  

Bu  mövqedən  yanaşıldıqda,  milli  təsərrüfatların  qloballaşması 

(dünya  miqyasında  yayılması)  istehsal  vasitələrindən  beynəlxalq 

məkanda  istifadə  olunduğu  şəraitdə  beynəlxalq  məhsuldar  qüvvələrin, 

istehsal  amillərinin  yaradılması  və  istifadəsi  başa  kimi  düşülməlidir. 

Dünya  miqyasında  yayılma  ayrı-ayrı  şirkətlər  tərəfindən  başqa 




 

 

116 



dövlətlərdə  sahibkarlıq  obyektlərinin  yaradılmasında  və  müxtəlif  milli 

təsərrüfatlar  arasında  istehsal  əlaqələrinin  dövlətlərüstü  formalarının 

inkişafında  təzahür  olunur.  Bu  halda  dünya  təsərrüfat  sistemində 

qarşılıqlı əlaqələr daimi, dayanıqlı və çoxtərəfli xarakter alır. 

İqtisadi  həyatda  beynəlmiləlləşmə  və  qloballaşma  prosesləri  bir-

biri ilə qarşılıqlı əlaqədə baş verdiyinə görə, çox vaxt bu terminlər dəqiq 

fərqləndirilmir  və  qloballaşma  deyildikdə  iqtisadi,  yaxud  dövlət 

sərhədləri  ilə  bölünmüş  bazarların  məkan  baxımından  birləşməsi  və  ya 

beynəlmiləlləşmənin  müəyyən  dövrdə  ən  yüksək  dərəcəsi  nəzərdə 

tutulur.  Başqa  sözlə,  qloballaşma  -  vahid  dünya  bazarının  yaranması 

prosesidir.  Belə  halda  qloballaşmanın  əsas  xüsusiyyətləri  beynəlxalq 

ticarətin  liberallaşdırılması,  BXKQ-nın  genişlənməsi  və  milli  sərhədləri 

aşıb  keçən  nəhəng  maliyyə  axınlarının  meydana  çıxması  ilə 

əlaqələndirilir.  Qloballaşma,  dünya  miqyasında  yayılma  proseslərinin 

təhlili dünya təsərrüfatı sisteminin vahidliyini, burada milli təsərrüfatların 

rolunu,  habelə  bu  prosesin  milli  təsərrüfatların  vəziyyətinə  göstərdiyi 

təsiri müəyyənləşdirməyə imkan verir. 

_____________________________________________________ 

Təsərrüfat proseslərinin qloballaşması, dünya miqyasında 

yayılma dərəcəsi  

 

Təsərrüfatçılığın qloballaşması prosesi təhlil olunarkən mütləq və 



nisbi  göstəricilərdən  istifadə  olunur.  Bu  göstəricilər  ilk  növbədə  xarici 

kapital  tərəfindən  nəzarət  olunan  müəssisələrdə  sahibkarlıq,  ssuda 

kapitalının hərəkəti və istehsalla əlaqədardır. Qeyd olunmalıdır ki, dünya 

təsərrüfatı  bütövlükdə  və  onun  tərkib  hissələri  dinamik,  daim  inkişaf 

edən  kateqoriya  olduğuna  görə,  təhlil  məqsədləri  üçün  istehsal 

amillərinin  (kapitalın,  əmtəənin,  işçi  qüvvəsinin)  beynəlxalq  hərəkətinin 

nisbi göstəriciləri daha münasibdir. 

_____________________________________________________ 

Xarici birbaşa kapital qoyuluşlarının hərəkəti göstəriciləri  

 

İstehsal  amillərinin  planetar  miqyasda  formalaşması  prosesinin 



əsasını  sahibkarlıq  kapitalının  (əsasən,  birbaşa  kapital  qoyuluşlarının) 

hərəkəti  təşkil  edir.  3-cü  fəsildə  qeyd  etdiyimiz  kimi,  XX  əsrin  ikinci 

yarısında kapitalın birbaşa investisiyalar formasında ixracı kəskin surətdə 

(1960-1980-ci  illərdə  7,6  dəfə,  1980-2000-ci  illərdə  16,4  dəfə)  artmış, 

onların  məcmu  həcmi  isə  MDM-ə  nisbətdə  1980-ci  ildəki  6,5%-dən 

2006-2008-ci  ildəki  28,1%-dək  yüksəlmişdir.  XBKQ-nin  əsas  obyekti 

inkişaf  etmiş  ölkələr  (yığılan  həcmin  70%-i)  olmuşdur.  Beynəlxalq 

istehsal  əsasən  iki  rayonda  -  Qərbi  Avropada  və  Şimali  Amerikada 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə