Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə51/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   285

 

 

108 



İnformasiya  texnologiyalarının  tətbiqi  şirkətlərin  strukturuna  təsir 

göstərir.  XX  əsrin  sonuncu  1/4  hissəsində  tranzaksiya  xərclərinin  (axtarış, 

kontraktlar,  istehsalın  əlaqələndirilməsi)  təsiri  altında  şirkətlərin  iriləşdiril-

məsi,  onların  çərçivəsində  istehsalın  kombinələşdirilməsi  və  diversifi-

kasiyası  meyilləri  aydın  görünməyə  başlamışdı.  İnformasiya  şəbəkələrinin 

yaradılması tələb və təklif haqqında məlumatların əldə olunmasını, dövriyyə 

və əsas vəsaitlərin idarə edilməsini asanlaşdırır, bir-biri ilə texnoloji bağlılığı 

olmayan xırda və orta şirkətlərin inkişafına imkan yaradır. 

İnformasiyanın  ötürülməsinin  dəyərinin  kəskin  ucuzlaşması 

istehsalda  struktur  əlaqələrin  dəyişməsinə  səbəb  olmuşdur.  Əvvəllər 

istehsalın  şaquli  inteqrasiyası:  xammaldan  hazır  məhsul  buraxılışınadək  - 

üstünlük  təşkil  edirdi.  İnformasiyalaşdırmanın  inkişafı  nəticəsində  üfüqi 

əlaqələr  güclənməyə  başladı.  İstehsal  get-gedə  daha  çox  öz  yerini  tutan, 

lakin  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərən  ayrı-ayrı  özəklər: 

subpodratçılar,  malgöndərənlər,  laboratoriyalar,  idarəçilik  üzrə  məsləhətçi-

lər,  təhsil  və  tədqiqat  idarələri,  bazarın  öyrənilməsi  üzrə  firmalar,  ticarət 

təşkilatları  -  daxilində  təşkil  olunur.  Onların  qarşılıqlı  əlaqələri  dünya 

təsərrüfatının texnoloji inkişafına xidmət göstərən dəyər zəncirləri yaradır. 

Təsərrüfatın  rabitə  vasitələri  ilə  təchizatı  da  yüksəlmişdir.  Bu  gün 

əhalinin hər 100 nəfərinə 20 daimi və 51 şanvari telefon xətti düşür. Bu, Yer 

kürəsi  əhalisinin  yarısından  çoxunun  telefon  rabitəsindən  istifadə  etməsi 

deməkdir.  Təsərrüfatın  informasiyalaşdırılması  şərtləri  onun,  ilk  növbədə, 

sənaye  ölkələrində  inkişaf  etməsini  müəyyənləşdirir.  İƏİT  ölkələrində 

əhalinin  yarısının,  inkişaf  etməkdə  olan  ölkələrdə  isə  hər  səkkiz  nəfərdən 

birinin  birdən  artıq  daimi  telefon  nömrəsi  vardır.  İnternet  istifadəçilərinin 

72%-i inkişaf etmiş ölkələrdə yaşayır. 

 

5.2. Nəqliyyat sistemi 

 

Nəqliyyat  kommunikasiya  sisteminə  aid  edilir.  Cəmiyyətin 



inkişafının  ilkin  mərhələlərində  nəqliyyat  özündə  bütün  mübadilə 

proseslərini ehtiva etmiş, sonradan isə maddi obyektlərin yerdəyişməsi üzrə 

ixtisaslaşmağa  başlamışdır.  Hazırda  onun  əsas  funksiyası  təkrar  istehsal 

prosesində  istehsal  amillərini  birləşdirməkdən  və  onların  bazara 

çıxarılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, nəqliyyat istehsalçıları, 

alıcıları və satıcıları ayıran zaman və məkanı birləşdirir. İqtisadi baxımdan 

nəqliyyat istehsal və istehlak arasında zaman və məkan fərqini azaldır. 

__________________________________________________ 

Nəqliyyat: ümumi cəhətləri 

 

Nəqliyyat  məhsuldar  qüvvələrin  yerləşməsinə  təsir  göstərən  əsas 

amillərdən  biri  kimi  çıxış  edir.  O,  təkrar  istehsal  prosesinin  bir  hissəsi 

olmaqla,  istehsal  resurslarından  səmərəli  istifadə  olunmasını  təmin  edir. 




 

 

109 



Əmək  bölgüsü  yalnız  malların,  xidmətlərin  və  işçi  qüvvəsinin 

yerdəyişməsinin  dəyərini  aşağı  salmağa  imkan  yaratdığı  halda  baş  tutur. 

Fraxt  dərəcələrinin  və  müxtəlif  malların  nisbi  qiymətləri  istehsal 

vasitələrindən və işçi qüvvəsindən istifadənin mühüm şərtləridir. 

İqtisadi  inkişafın  təmin  olunmasında  nəqliyyatın  rolu  danılmazdır. 

Məhsul istehsalının artımının buraxılışın həcmindən və ixtisaslaşmadan asılı 

olması  çoxlu  xammal,  böyük  həcmli  bazar,  daha  çox  həcmdə  nəqliyyat 

işlərinin  yerinə  yetirilməsini  tələb  edir.  Buna  görə  də  nəqliyyat  milli  və 

dünya  təsərrüfatlarının  vəziyyətinin  həssas  barometridir.  Eyni  zamanda, 

nəqliyyat  vasitələrinin  və  tikinti  materiallarının  iri  istehlakçısı  olmaqla 

nəqliyyat ÜDM-in formalaşmasına təsir göstərir. 

MDM-də  nəqliyyatın  payı  6-7%,  məşğulluqda  isə  5-6%  təşkil  edir. 

Bu məlumatlara iqtisadiyyatda nəqliyyat xidmətlərinin əhəmiyyətini artıran 

fərdi  və  firmadaxili  nəqliyyat  daxil  deyil.  Bir  qayda  olaraq,  milli  gəlir 

artdıqca, ÜDM-də nəqliyyatın payı azalır. Asiya, Latın Amerikası və Afrika 

ölkələrində bu pay daha çoxdur. 

İstehsalın  müasir  miqyasında  hər  il  bir  nəfərə  düşən  məhsul 

istehsalının həcmi inkişaf etmiş ölkələrdə təqribən 20-25 ton, dünya üzrə isə 

10  tona  yaxındır.  Eyni  zamanda,  ictimai  məhsulun  hər  tonu  müəssisə 

daxilində  texnoloji  və  dövriyyə  sahəsində  daşımalar  nəzərə  alınmadan, 

beynəlxalq dəniz daşımaları daxil olmaqla təqribən 860 t/km nəqliyyat işini 

tələb  edir.  Beynəlxalq  dəniz  daşımaları  nəzərə  alınmadıqda,  bu  rəqəm  550 

t/km-dır. 

İnsanların  mütəhərrikliyi  də  yüksəlmişdir.  1900-cı  ildə  ABŞ-da  bir 

vətəndaş əsasən işə getmək üçün ildə orta hesabla 698 km məsafə qət edirdi. 

1980-ci  illərdə  insanın  bütün  nəqliyyat  növləri  nəzərə  alınmaqla  hərəkəti 

ildə  19,2  min  km-ə  çataraq,  əsrin  əvvəlindən  27,5  dəfə  artmışdır.  Qərbi 

Avropada  bu  göstəricilər  1,5-2  dəfə  aşağıdır.  Yüksək  səviyyədə  inkişaf 

etmiş ölkələrdə insanların təsərrüfat və sosial fəallığı səfərlərin nisbətən çox 

olmasından asılıdır. Zəif inkişaf etmiş ölkələrdə insanların yerdəyişməsi ildə 

480-660  km,  yaxud  gün  ərzində  2  km,  ən  çox  inkişaf  etmiş  periferiya 

ölkələrində  isə  bundan  20  dəfə  artıqdır.  Ölkə  orta  inkişaf  səviyyəsinə 

çatdıqdan sonra insanların mütəhərrikliyi yüksəlməyə başlayır. 

İqtisadi inkişafda daşımaların rolunu təhlil etmək üçün ÜDM ilə yük 



dövriyyəsinin nisbəti, əhalinin hər nəfərinə düşən gəlirin məbləğinə nisbətən 

nəqliyyata tələbatın elastikliyi və s. göstəricilərdən istifadə olunur. 

ÜDM ilə yük dövriyyəsi (t/km) arasında ən aşağı nisbət Y/tk inkişaf 

etmiş ölkələrdədir. Burada ÜDM-in bir dollarına təqribən 2,4 t/km, inkişaf 

səviyyəsi aşağı olan ölkələrdə isə bundan 2 dəfə çox yük daşımaları düşür. 

Tələbin elastikliyində də nisbətlər təqribən bu cürdür. Göstəricilər arasındakı 

fərq kifayət qədər nəzərə çarpır. Onlar eyni kəmiyyətdə iqtisadi artıma nail 

olmaq üçün inkişaf etmiş ölkələrlə müqayisədə nisbətən zəif ölkələrdə daha 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə