Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə52/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   285

 

 

110 



çox  yük  daşımalarının  tələb  olunduğunu  sübut  edir.  Bunun  səbəbi  inkişaf 

etmiş ölkələrin iqtisadiyyatında böyük həcmdə yük daşımaları tələb etməyən 

xidmət  sahələrinin  payının  nəqliyyat  cəhətdən  intensiv  olan  ağır  maşınqa-

yırmanın payına nisbətən çox olmasıdır. 

Xarici  ticarət  əlaqələrinin  həyata  keçirilməsində  də  nəqliyyatın  rolu 

ölkələrin müxtəlif qrupları üzrə fərqlənir. Onun göstəricisi qismində fraxtın 



Ts  ixrac,  yaxud  idxal  olunan  malların  dəyərinə  Xg  nisbətini  ifadə  edən 

nəqliyyat tərkib hissəsi Qt çıxış edir: 

 

 



 

 

İstehsal  prosesinin  nəqliyyat  tərkib  hissəsi  beynəlxalq  istehsalın 



ixtisaslaşmasına  və  kooperasiyasına  fəal  təsir  göstərir.  Əlavə  nəqliyyat 

xərcləri  istehsalın  ixtisaslaşmasından  və  kooperasiyasından  əldə  olunan 

faydanı üstələdikdə, bunların səmərəliliyi xeyli aşağı düşür. 

Beynəlxalq  mal  göndərişləri  həcminə  nisbətən,  nəqliyyat  xərcləri 

nəzərəçarpan kəmiyyətlə ifadə olunur. 2004-cü ildə nəqliyyat xərcləri dünya 

üzrə mal göndərişlərinin dəyərinin 6,1%-nə bərabər olmuşdur, bu isə 1970-

ci illərin səviyyəsindən təqribən 2 dəfə aşağıdır. Nəqliyyat xərcləri ayrı-ayrı 

regionlar  və  mallar  üzrə  də  fərqlənir.  Bu  xərclər  inkişaf  etmiş  ölkələrlə 

müqayisədə inkişaf etməkdə olan ölkələrdə 70% yüksək, Afrikada isə dünya 

üzrə orta göstəricidən 2 dəfə çoxdur. Kənd təsərrüfatı məhsulları və mineral 

xammalın dəyərində nəqliyyat xərcləri daha yüksəkdir. 

Bir çox ölkələr üçün nəqliyyat xərcləri tarif rüsumları ilə müqayisədə 

daha  böyükdür.  Məsələn,  Böyük  Səhradan  Cənubda  yerləşən  ölkələrdə 

malların ixracı zamanı nəqliyyat xərcləri tarif rüsumlarından 5 dəfə artıqdır. 

Qeyd olunan nisbətlər, ilk növbədə ölkələrin inkişaf səviyyəsindəki, 

onların  nəqliyyat  yollarının  vəziyyətindəki  fərqlərlə,  dünyada  nəqliyyat 

xidmətləri  qiymətlərinin  və  tariflərinin  artım  dinamikası  ilə,  habelə 

"nəqliyyat tərkib hissəsinin" xüsusi çəkisinin xammalın qiymətində yüksək, 

hazır məmulatların qiymətlərində isə aşağı olması ilə izah edilir. 

____________________________________________ 

Daşımaların strukturu 

 

Dünyada  nəqliyyatın  inkişafı  nəqliyyat  yollarının  inkişafı,  yük  və 

sərnişin  daşımalarının  artması  ilə  səciyyələnir.  ABŞ-ın  timsalında  demək 

olar  ki,  iqtisadiyyat  inkişaf  etdikcə,  yük  daşımalarının  dinamikası  aşağı 

düşür, sərnişin daşımaları isə artır. 

Daşınan  yüklərin miqdarına (çəkisinə) görə bütün nəqliyyat növləri 

arasında  1-ci  yeri  avtomobil,  sonrakı  yerləri  isə  dəmir  yolu,  dəniz,  boru-

kəmər,  daxili  su  və  hava  nəqliyyat  növləri  tutur.  Avtomobil  nəqliyyatı 




 

 

111 



vasitəsilə yük daşımalarının sürətli artımı nəqliyyatın başqa növləri, xüsusilə 

də  dəmir  yolu  və  daxili  su  yolları  ilə  daşımaların  ixtisar  olunması  ilə 

nəticələnir. Bunun bir çox, o cümlədən həmin nəqliyyat növləri şəbəkəsinin 

şaxəli  olmaması,  malları  yenidən  boşaldıb-yükləmədən  "qapıdan-qapıya" 

çatdırmaq imkanlarının yoxluğu kimi səbəbləri mövcuddur. 

Sənaye  istehsalının  təmərküzləşməsi  1960-cı  illərədək  dəmir 

yollarının  və  daxili  su  yollarının  inteqrasiyasına  imkan  yaradırdı.  Amma 

istehsalın  fraqmentlərə  parçalanması,  tələbatın  diversifikasiyası  və 

məmulatların  çeşidinin  genişlənməsi  avtomobil  nəqliyyatının  rolunun 

artmasına gətirib çıxarmışdır. Dəmir yolu nəqliyyatından dənəvər və kütləvi 

yüklərin  daşınması  üçün  istifadə  edilir.  ABŞ-da  dəmir  yolu  ilə  yük 

daşımalarının 80%-i bu cür yüklərin, bunun isə 38%-i daş kömürünün, 12%-

i kənd təsərrüfatı məhsullarının payına düşür. 

Dünya üzrə yük daşımalarında ayrı-ayrı nəqliyyat növlərinin tutduğu 

mövqe də dəyişir. Yük dövriyyəsinin həcminə (t/km) görə dəniz nəqliyyatı 

liderdir və onun payı 80% təşkil edir. Dəniz nəqliyyatının yük dövriyyəsində 

1-ci  yer  tutması  həm  əmtəə  dövriyyəsinin  əhəmiyyətli  dərəcədə 

sürətlənməsi,  həm  də  dəniz  daşımalarının  orta  məsafəsinin  7  min  km-dən 

artıq olması ilə izah edilir. 

Yerüstü  və  dəniz  nəqliyyatı  vasitələri  ilə  daşımaların  dəyərinin 

müqayisəsi  yerüstü daşımaların dəniz daşımalarından təqribən 7 dəfə baha 

olduğunu  göstərir.  Bu  vəziyyət  dəniz  sahilindən  uzaqda  yerləşən  ölkələrin 

ticarət əlaqələrinin inkişafına mənfi təsir göstərir. Qiymətləndirmələrə görə, 

dənizə çıxışı olmayan ölkələrin nəqliyyata çəkdiyi xərclər sahilyanı ölkələrin 

xərclərindən  təqribən  1,5  dəfə  artıqdır.  Birbaşa  nəqliyyat  xərcləri  ticarətə 

tariflər kimi təsir göstərir. Onların 10% artması ticarətin həcmini 20% azalda 

bilər. 

Hava nəqliyyatının əhəmiyyəti getdikcə artır. Məsələn, ABŞ-a idxal 



olunan malların ümumi dəyərində hava  yolu ilə gətirilənlərin payı 1985-ci 

ildəki  7%-dən  2001-ci  ildə  23%-dək  artmışdır.  İnkişaf  etməkdə  olan 

ölkələrdə ixrac olunan malların dəyər ifadəsi ilə 30%-ni aviasiya təmin edir. 

Magistral  və  yerli  nəqliyyatın  intensiv  inkişafı  çoxnövlü  nəqliyyat 

strukturunun yaranması və nəqliyyatın müxtəlif növlərinin qarşılıqlı əlaqədə 

fəaliyyət göstərməsi ilə nəticələnmişdir. Buna konteyner daşımalarının təşki-

li mühüm təsir göstərir. Konteynerlərə doldurulan mallar nəqletmənin müx-

təlif  mərhələlərində  nəqliyyatın  ayrı-ayrı  növləri  ilə  daşındıqda  belə,  aralıq 

anbar əməliyyatları olmadan malgöndərəndən alıcıya çatdırılır. Eyni zaman-

da, konteynerlərdən istifadə olunması nəqliyyatın istismarının səmərəliliyini 

artırmağa, əmək məhsuldarlığını kəskin yüksəltməyə imkan yaratmışdır. 

Konteynerləşdirmə və mütərəqqi nəqliyyat texnologiyalarının tətbiqi 



beynəlxalq qarışıq daşımaların (intermodal, çoxmodallı, yaxud kombinələş-

miş)  meydana  çıxması  ilə  nəticələnmişdir.  Müxtəlif  nəqliyyat  növlərinin 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə