Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə50/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   285

 

 

106 



Telekommunikasiya  sahəsinin  strukturunda  baş  verən  dəyişikliklər 

informasiyadan  istifadə  olunması  üçün  yeni  imkanlar  açmışdır.  Rabitənin 

ilkin  şəbəkələri  ikinci  informasiya  şəbəkələrinin  yaradılmasının  təməlidir. 

Məlumatların  onları  alanlarla  EHM  arasında  və  EHM-lər  arasında 

ötürülməsini  həyata  keçirən  informasiya  şəbəkələri  kompyuter,  yaxud 

informasiya-hesablama  şəbəkələri  adlandırılır.  Rabitə  vasitələrinin  inkişafı, 

informasiya  şəbəkələrinin  yaradılması  dünya  informasiya  məkanının 

formalaşmasına  şərait  yaradır.  Belə  ki,  İnternet  istifadəçilərinin  sayı  sürətlə 

artaraq 1,5 milyard adamı, yaxud dünya əhalisinin 1/5 hissəsini əhatə etmişdir. 

İnformasiyadan  və  informasiya  texnikasından  istifadə  olunması, 

onların  sahibkarlıq  subyektlərinin  istehsal  sistemlərinə  uyğunlaşdırılması 

prosesi  informasiyalaşdırma  adını  almışdır.  İnformasiya  texnologiyaları 

sahibkarlıq  fəaliyyətinin  texniki  və  idarəçilik  baxımından  təkmilləş-

dirilməsinin əsas istiqamətlərindən birinə çevrilmişdir. 



_____________________________________________________ 

İnformasiyalaşdırmanın istehsal amillərindən istifadə 

olunmasına təsiri 

 

Sahibkarlıq  fəaliyyətinin  informasiyalaşdırılması  onun  bir  çox 

sahələrində məlumatların mübadiləsini sürətləndirməyə, mövcud hesablama 

sistemlərinin  əsasında  mürəkkəb  və  həddən  artıq  mürəkkəb  sistemləri 

avtomatik  surətdə  layihələndirmək,  texniki  və  ictimai  prosesləri  modelləş-

dirmək, səmərəli idarəetmə sistemləri işləyib hazırlamağa imkan yaradır. 

Rabitənin  və  informasiya  sistemlərinin  müasir  növlərinin  inkişafı 

iqtisadiyyatın səmərəliliyini daha da artırır. 

1.  İnformasiya  sistemləri  və  şəbəkələri  şirkətlərə  mallar,  xidmətlər, 

firmalar, bazarlar barədə külli miqdarda məlumatlarla əməliyyatlar aparmaq 

imkanı  verir.  Onlar  optimal  idarəçilik  qərarlarının  qəbulu  üçün  lazım  olan 

məlumatları tez bir zamanda toplamağa, sistemləşdirməyə  və təhlil etməyə 

kömək edir. Amerikada aparılan qiymətləndirmələrə görə, rabitədən keyfiy-

yətlə, operativ surətdə istifadə olunması istehsal xərclərini 6-10%, dövriyyə 

xərclərini isə 7-20% aşağı salır. Firma səviyyəsində informasiya sistemlərin-

dən  istifadənin  səmərəliliyi  material  ehtiyatlarının  3-4  dəfə,  dövriyyə 

vəsaitlərinin  7-10%  azalmasında  əksini  tapır.  Demək  olar  ki,  informasiya-

laşdırma əməkdən və kapitaldan optimal istifadə olunması vasitəsidir. 

2.  Rabitə  sistemləri,  informatika  işçi  qüvvəsindən  istifadə 

olunmasına  mühüm  təsir  göstərir.  Artıq  indiki  dövrdə  bir  çox  malların 

qiymətində  informasiya  xidmətlərinin  əlavə  olunmuş  dəyəri  (dizayn, 

qablaşdırma,  reklam,  bölgü,  idarəetmə  və  s.)  onun  80%-nə  çataraq,  əsas 

komponentinə  çevrilmişdir.  Əmtəədə  informasiya  komponentinin  bir  çox 

elementləri  onların  istehsalı  üçün  işçilərin  xüsusi  bir  yerdə  toplaşmasını 

tələb etmir. Onlar bu əməliyyatları evdə də yerinə yetirə bilərlər. Bu iş yeri 



 

 

107 



isə sahibkar üçün pulsuz başa gəlir. Bu cür tele-işlər Avropa müəssisələrinin 

və  təşkilatlarının  dövriyyəsinin  5%-ni  təşkil  edir.  Dünyada  isə  20  milyon 

nəfər bu tərzdə işləyir. 2016-cı ildə onların sayının 200 milyon nəfərdən çox 

olacağı gözlənilir. 

Qismən  məşğulluğa,  müqavilə  əsasında  əməyə  keçid  sahibkarların 

istehsal  xərclərini  azaldır  və  şirkətlərə  ənənəvi  əmək  qanunvericiliyinin 

tələblərindən yayınmaq imkanı yaradır. Sahibkarlar bu cür tele-işçilər üçün 

sosial sığorta ödənişləri aparmır, səhhətlərinə, əməyin təhlükəsizliyinə və s. 

görə narahat olmurlar. Bu işçilər onların şəxsi insan kapitalı qismində çıxış 

edirlər.  Onlar  sərbəst  peşə  ilə  məşğul  olan  şəxslər  kimi,  muzdla  işləyən 

fəhlələrlə müqayisədə ikinci növ vətəndaş hesab olunurlar. 

Beynəlxalq telekommunikasiya sistemləri bu cür işçiləri işçi qüvvəsi 

ucuz olan ölkələrdən cəlb etməyə imkan verir. Rabitənin inkişafı şirkətlərin 

məlumatların  işlənməsi  ilə  məşğul  olan  xidmətləri,  mühasibatlığı,  telefon 

mərkəzlərini  işçi  qüvvəsi  daha  ucuz  olan  ölkələrdə  yerləşdirməyə  imkan 

verir. Vaxt qurşaqlarındakı fərqdən yararlanan şirkətlər əcnəbilərdən istifadə 

etməklə, bütün sutka ərzində fasiləsiz beynəlxalq xidmətlər göstərə bilirlər. 

Bu  cür  iş  yerinin  yaradılmasına  qoyulan  hər  bir  dollar  1,12-1,14  dollar 

məbləğində  xalis  gəlir  verir.  İşçilərdən  istifadənin  bu  "ofşor"  üsulu  əmək 

idxal edən ölkədə işçi qüvvəsi bazarlarının vəziyyətinə təsir göstərir. 

Beynəlxalq elektron şəbəkələrin meydana çıxması beynəlxalq ticarət 

üçün yeni imkanlar yaradır. Burada elektron ticarət növü (malların və xid-

mətlərin elektron rabitə vasitələri ilə reklamı və satışı) xüsusi fərqləndirilir. 

Bu ticarətdə əsasən rəqəm formatına keçirilə və fayl, beynəlxalq kompyuter 

şəbəkəsi  üzrə  informasiya  toplusu  şəklində  yerləşdirilə  bilən  mallardan  və 

xidmətlərdən  istifadə  olunur.  Bunlara  proqram  təchizatını,  çap,  musiqi  və 

video  məhsulları,  informasiya  xarakterli  xidmətlər  aid  edilə  bilər.  Elektron 

ticarət sövdələşmə iştirakçıları arasındakı vaxt fərqini və məsafəni silir. 

Elektron  ticarət  əsasən  (70-85%-i)  müəssisələr  arasında  aparılan 

əməliyyatlardan  ibarətdir.  Onların  böyük  qismi  milli  təsərrüfatlar 

çərçivəsində  həyata  keçirilir.  Elektron  şəbəkə  vasitəsilə  yerinə  yetirilən 

ticarətin  həcmi  artmaqdadır.  İƏİT  ölkələrində  9  nəfərdən  çox  işçisi  olan 

firmaların  33%-i  satınalmalar  üçün,  17%-i  malları  və  xidmətləri  satmaq 

üçün  İnternetdən  istifadə  edir.  2000-ci  ildə  ABŞ-da  bütün  pərakəndə 

satışların 0,75%-i  İnternet şəbəkəsi  vasitəsilə  yerinə  yetirilmişdir. Elektron 

ticarətin  bəzi  sektorlarında  əməliyyatların  payı  daha  nəzərəçarpandır.  Belə 

ki, ABŞ və Qərbi Avropa ölkələrində səhmlər üzrə sövdələşmələrə broker 

xidmətlərinin  2%-i,  kompyuter  avadanlığının,  kitabların,  musiqi  və  video 

disklərin satışının böyük hissəsi elektron ticarət vasitəsilə yerinə yetirilir. 

Telekommunikasiya  başqa  xidmət  sahələrində,  məsələn,  təbabətdə 

get-gedə  geniş  yayılmağa  başlayır.  Naviqasiyada  və  nəqliyyat  vasitələrinin 

hərəkətinə nəzarətdə peyklərdən istifadə olunması da genişlənir. 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə