Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə58/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   285

 

 

123 



amilidir. Əgər bir ölkədə ÜDM-in artması başqa ölkənin gəlirlərini 0,5% 

çoxaldırsa,  sonuncunun  başçıları  xaricdə  tələbin  artacağına  arxalanaraq, 

ölkə  daxilində  istehsalın  stimullaşdırılması  üçün  xüsusi  tədbirlər  həyata 

keçirməyə bilərlər. 

İqtisadi  artımın  ötürülməsi,  yaxud  qarşılıqlı  asılılığın  effektinin 

ölçüləri  İƏİT  tərəfindən  beynəlxalq  rabitənin  ekonometrik  modeli 

əsasında hesablanmışdır (1979). Hesablamalar göstərmişdir ki, xərclərin 

1%  çoxalması  daxili  gəlirlərin  ABŞ-da  1,47%,  Almaniyada  -  0,23%, 

Yaponiyada - 0,25%, Kanadada - 0,68%, İƏİT ölkələrində isə ümumilik-

də  0,74%  artmasına  gətirib  çıxarır.  Sonuncu  qiymətləndirmələr  göstərir 

ki,  əsas  ticarət  tərəfdaşı  olan  ölkələrdə  ÜDM-in  1%  artması  idxal  edən 

ölkənin daxili istehsalını 0,8% yüksəldə bilər. 

Bunun  əksi  olan  effekt  də  başqa  ölkələrin  iqtisadiyyatları  üçün 

mühüm nəticələrə səbəb ola bilər. Əgər bir ölkə faiz və vergi dərəcələrini 

yüksəltməklə  öz  pul,  kredit,  yaxud  vergi  siyasətini  sərtləşdirməyə 

("sıxışdırmağa")  doğru  dəyişdirirsə,  bunun  aralıq  nəticəsi  gəlirlər  və 

məşğulluq  səviyyələrinin  aşağı  düşməsi  ilə  əlaqədar,  ölkə  daxilində 

istehsal  edilən  mallara  və  göstərilən  xidmətlərə  tələbin  azalması 

olacaqdır.  Tələbin  azalmasının  bir  hissəsinin  xarici  malların  payına 

düşməsi idxalın ixtisarı ilə nəticələnəcəkdir. Bu isə, öz növbəsində, başqa 

ölkələrin  iqtisadiyyatının  inkişaf  templərinin  zəifləməsi,  onların  gös-

tərilən  dövlətdən  idxala  olan  ehtiyacının  ixtisarı  ilə  nəticələnərək,  onun 

iqtisadiyyatının  daha  da  məhdudlaşmasına  səbəb  olacaqdır.  Növbəti 

ixtisar  idxalı  daha  da  azaldacaq  və  başqa  ölkələrin  təsərrüfatında  baş 

verən tənəzzülü dərinləşdirəcəkdir. 

Qarşılıqlı  asılılıq  bir  çox  hallarda  milli  iqtisadiyyatlar  üçün  çətin 

problemlər  yaradır.  Belə  ki,  iqtisadiyyatın  ixracyönümlü  olması  ölkəni 

dünya  bazarlarındakı  rəqabətdən,  orada  qiymətlərin  dəyişməsindən, 

tələbin  enib-qalxmasından  asılı  vəziyyətə  salır.  Bu,  iqtisadiyyatı  dar 

ixtisaslaşmış kiçik ölkələr üçün xüsusilə təhlükəlidir. İdxaldan asılılıq da 

çox  təhlükəlidir.  Dünya  qiymətlərinin  qalxması,  ixracatçı  ölkələrdə 

xaricə  mal  göndərişlərinə  məhdudiyyətlərin  qoyulması  idxalçı  ölkəyə 

arzuedilməz təsir göstərir. 

Bu  baxımdan  ölkələrin  iqtisadi  qüdrətinə,  iqtisadi  inkişaf 

səviyyəsinə, dünya iqtisadiyyatında oynadıqları rola görə fərqləndirilməsi 

böyük əhəmiyyət kəsb edir. Dünya iqtisadi sisteminin mövcud vəziyyəti 

aparıcı  ölkələrə,  yaxud  ölkələr  qrupuna  birtərəfli  üstünlüklər  təmin  edir. 

Belə  hesab  edilir  ki,  çox  zaman  gəlirlərin  səviyyəsinə  ucuz  işçi 

qüvvəsindən,  yeni  texnologiyadan,  yaxud  səmərəli  idarəetmədən  daha 

çox,  iqtisadi  qüdrətin  olması  təsir  göstərir.  Dünya  iqtisadiyyatının 

nisbətən  zəif  iştirakçıları  öz  maraqlarının  müdafiəsini  təmin  edə 



 

 

124 



bilmirlər. Belə vəziyyətdə bütün ölkələrin bir-birindən asılılığından daha 

çox, bir ölkənin daha güclü olan başqa ölkədən asılı olduğu hal yaranır. 



___________________________________________________ 

İqtisadi təhlükəsizlik 

 

Aparıcı  dövlətlər  özləri  üçün  uzunmüddətli  iqtisadi  strateji 



üstünlüklər  təmin  edə  bilir.  Bunun  üçün  xarici  iqtisadi  müharibələrin, 

milli  infrastrukturların  zəiflədilməsi,  məqsədyönlü  geosiyasi  vəziy-

yətlərin  yaradılması  üsullarından  istifadə  olunur.  Təkrar  istehsal  proses-

lərinin  tempinə  tab  gətirə  bilməyən  ölkələr  dünyada  işgüzar  fəallıqdan 

kənarda  qalır,  köməkçi  rol  oynayır.  Xarici  iqtisadi  əlaqələr  vasitəsilə 

nisbətən zəif ölkələrin milli  sərvətləri dünyada təkrar istehsal prosesinin 

təmin  olunmasına  yardım  göstərsə  də,  özləri  dünya  gəlirlərinin 

bölgüsündən kənarda qalır. 

Müxtəlif  ölkələrin  qeyri-bərabər  inkişafı  və  onların  beynəlxalq 

iqtisadi  münasibətlərdə  eyni  hüquqla  iştirak  edə  bilməməsi  tərəflərin 

tutduğu  mövqelərdə  fərqlərin  əmələ  gəlməsinə  səbəb  olur,  təzyiq  gös-

tərilməsi və hətta iqtisadi şantaj üçün imkanlar açır. Çox zaman "yoxsul" 

və  "varlı"  ölkələrin  beynəlxalq  ticarət-iqtisadiyyat  və  valyuta-maliyyə 

münasibətləri  məhz  belə  tərzdə  qurulur.  Bütün  bunlar  isə  dünyada 

iqtisadi təhlükəsizliyin olmadığını göstərir. 

Əvvəllər  ölkələrdə  təhlükəsizliyin  bir-birindən  aydın  fərqlənən, 

müxtəlif alətlər vasitəsilə təmin olunan iki sahəsi mövcud idi. XX əsrin 

sonlarında  bu  sərhədlər  silinməyə  başladı.  Əvvəllər  daxili  sabitliyə  nail 

olan  ölkə  özünü  xaricdə  qoruya  bilirdi.  İndi  isə  beynəlxalq  sahə  daxili 

sahəyə çox güclü təsir göstərərək, onu laxladır. 

İqtisadi  təhlükəsizlik  (beynəlxalq  və  milli)  ümumdünya  xarakteri 

daşıyır və bütün dövlətlərin maraqlarına müxtəlif dərəcədə toxunur. İlkin 

olaraq  iqtisadi  təhlükəsizlik  problemi  inkişaf  etməkdə  olan  ölkələr 

arasında qaldırılmışdı. Bu məsələ öz əksini kollektiv iqtisadi təhlükəsiz-

liyin  Braziliya  konsepsiyasında  (1974)  tapmışdır.  1984-cü  ildə  iqtisadi 

təhlükəsizlik  problemi  QİYŞ  üzvü  olan  ölkələrin  iqtisadi  müşavirəsi 

tərəfindən qaldırılmış, 1985-ci ildə isə SSRİ ilk dəfə olaraq bu məsələni 

BMT-nin gündəliyinə daxil edə bilmişdi. 

Beynəlxalq  iqtisadi  təhlükəsizlik  dedikdə,  bir  ölkənin  başqa 

ölkələrin  maraqlarına  bilərəkdən  zərər  vurmasını  istisna  edən  qarşılıqlı 

iqtisadi münasibətlərin qurulması başa düşülür. Bu, müvafiq beynəlxalq-

hüquqi mexanizmin yaradılmasını nəzərdə tutur. 

İqtisadi  təhlükəsizlik  problemi  daha  çox  Qərb-Cənub,  Qərb-Şərq 

münasibətlərində  inkişaf  etməkdə  olan  ölkələrin  və  Şərqi  Avropa 

dövlətlərinin  maraqlarına  toxunur.  Dünya  təcrübəsi  göstərir  ki,  zərər 

müxtəlif  yollarla:  beynəlxalq  ticarətin  normal  vəziyyətinin  pozulması 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə