Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə61/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   285

 

 

129 



nisbət BVF tədqiqatçıları tərəfindən 0,5% hüdudunda qiymətləndirilir. Bütün 

bunlar  iqtisadi  artımın  güclənməsinin  yığımda  ilkin  sıçrayış  olmadan  belə 

mümkün olması barədə fikir söyləməyə əsas verir. Öz növbəsində, bu müddəa 

sürətlə inkişaf edən ölkədə yığımın əsas hissəsinin daxili mənbələr hesabına 

formalaşacağını nəzərdə tutur. 

_____________________________________________________ 

Kapital qoyuluşları və əmək məhsuldarlığı  

 

Əmək  məhsuldarlığı  mövcud  olan  fondların  həcmindən  və  istehsal 



fondlarından istifadənin səmərəliliyindən birbaşa asılıdır. Kapital qoyuluşları 

ilə  əmək məhsuldarlığı  arasında  qarşılıqlı  əlaqənin  xarakteri birmənalı  deyil. 

Əsas  kapital  hər  biri  xüsusi  natural  formaya  malik  olan  və  spesifik  istehsal 

funksiyalarını  yerinə  yetirən  müxtəlif,  çoxsaylı  növlərin  məcmusundan 

yaranır. Eyni dəyərə malik olan, lakin strukturu kəskin fərqlənən əsas fondlar 

istehsalda  müxtəlif  səmərə  verir.  Onların  hər  birinə  ETT,  idarəçiliyin 

çevikliyi,  işçi  qüvvəsindən  istifadə  olunması,  işçinin  təhsil  və  ixtisas 

səviyyəsi,  işsizlik  dərəcəsi  təsir  göstərir.  Buna  baxmayaraq,  istehsal 

fondlarının bir məşğul işçiyə düşən həcminin artması əmək məhsuldarlığının 

yüksəlməsinin fundamental mənbəyi kimi tanınır. Belə ki, R.Solounun modeli 

göstərir ki, gəlirlərinin mühüm hissəsini kapital qoyuluşlarına yönəldən ölkə 

əməyin  kapitalla  silahlanmasında  yüksək  dayanıqlığa  nail  olacaq  və  bunun 

sayəsində əhalinin hər nəfərinə düşən gəlirini yüksəldə biləcəkdir. 

1950-1960-cı  illərdə  kapital  qoyuluşları  ilə  əmək  məhsuldarlığı 

arasında  qarşılıqlı  əlaqənin  güclənməsi  müşahidə  olunurdu.  Dalğa  və 

konyunktura amillərinin dövrün müxtəlif mərhələlərində və vaxt kəsiklərində 

kapitalla  silahlanma  və  əmək  məhsuldarlığı  göstəricilərinin  dəyişməsində 

fərqlər  yaratmaqla  onların  nisbi  dinamikalarında  nəzərəçarpacaq  düzəlişlər 

etməsinə baxmayaraq, orta hesabla götürüldükdə, bu və ya digər istiqamətdə 

kənarlaşmalar cüzi olmuş və onlar təqribən eyni templərlə artmışdır. 

Dünya iqtisadiyyatında əmək məhsuldarlığı 1960-cı illərdə, MDM-də 

kapital  qoyuluşlarının  payı  artdığı  dövrdə  sürətlə  yüksəlirdi.  Bu  cür  inkişaf 

iqtisadiyyatın  uzun  sürən  yüksəlişi  dövründə  yeni  texnikaya  vəsait 

qoyuluşlarından yüksək fayda əldə edilməsi, mallar və xidmətlərin çeşidinin 

genişlənməsi,  istehsal  strukturunun  sürətli  inkişafı  ilə  müşayiət  olunan 

canlanma  və  artım  fazaları  ilə  üst-üstə  düşmüşdü.  Növbəti  onilliklərdə 

investisiyalar və əmək məhsuldarlığının dinamikaları arasında əlaqə nisbətən 

zəif  olmuşdur.  1980-ci  illərdə  MDM-in  bir  işləyən  üzrə  hesablanmış  həcmi 

ildə  1,3%,  1990-cı  illərdə  -  0,85%  artmışdı.  Əmək  məhsuldarlığının  dünya 

miqyasında yüksəlməsində inkişaf etmiş ölkələr əsas rol oynamışdır. İnkişaf 

etməkdə  olan ölkələrdə əmək məhsuldarlığının dinamikası ziddiyyətli tərzdə 

dəyişmişdir. 1970-ci illərdə artım müşahidə olunmuş, sonra isə nisbətən enmə 




 

 

130 



baş  vermişdir.  Kapital  qoyuluşları  ilə  əmək  məhsuldarlığı  arasında  mənfi 

korrelyasiya  çox  vaxt  amortizasiya  səviyyəsinin  aşağı  olması  ilə  əlaqədar, 

investisiyaların  əsas  kütləsinin  yenidənqurmaya  deyil,  yeni  obyektlərin  inşa-

sına  yönəlməsi  nəticəsində  yaranır.  Belə  vəziyyətdə  kapital  qoyuluşlarının 

faydalılıq əmsalı, onların səmərəliliyi aşağı düşür. 

Bütövlükdə isə, istehsal  vasitələrinin  daim  yenilənməsi və  artması iş 

şəraitini  yaxşılaşdırmaqla  yanaşı  işçi  qüvvəsi  məsrəflərinin  səmərəliliyini 

yüksəldir.  İstehsal  vasitələrinin  təkmilləşdirilməsi  onların  qiymətinin  işçi 

qüvvəsinin  dəyəri  ilə  müqayisədə  nisbətən  ucuzlaşması  ilə  nəticələnir. 

Beləliklə,  canlı  əməyin  maddiləşmiş  əməklə  əvəz  olunması  üçün  iqtisadi 

şərait yaradılır. 

Yığımın  mühüm  xüsusiyyətlərindən  biri  də  bu  prosesin  elm  və 

texnikanın  inkişafı  ilə  üzvi  surətdə  bağlılığıdır.  Toplanmış  əsas  kapital 

bütövlükdə  "insan  biliklərinin  maddiləşmiş  qüvvəsini"  təcəssüm  edir.  Onun 

ümumi fonda əlavə edilməsi ETT-nin ən yeni nailiyyətlərinin tətbiq edilməsi 

deməkdir. Yetkin iqtisadiyyat bu baxımdan üstünlüklərə malikdir. İri həcmdə 

əsas  kapitala  malik  olan,  inkişafın  intensiv  formalarından  istifadə  edən  bu 

iqtisadiyyat köhnəlmiş istehsal vasitələrindən vaxtında azad olmaqla, tez bir 

zamanda yenilikləri mənimsəmək imkanına malikdir. 

 

7.2. Dünyada əmanətlərin və yığımların səviyyələri  

 

Əmanətlər  və  yığımlar  bir-biri  ilə  qırılmaz  əlaqədədir.  Adətən, 



əmanətlər yığımlardan əvvəl baş verir və özündə pul kapitalının formalaşması 

prosesini təcəssüm etdirir. Bu prosesdə kredit idarələri mühüm rol oynayır. 



_____________________________________________________ 

Əmanətlərin və yığımların səviyyələrində baş verən dəyişikliklər 

 

Son  onilliklərdə  əmanətlərin  və  kapital  qoyuluşlarının  dinamikası 



qeyri-bərabər olmuş, səviyyələri dəyişmişdir. Dünyada əmanətlərin səviyyəsi 

1950-1960-cı  illərdə  rəvan  yüksəlmiş,  1970-ci  illərdə  enerji  böhranı  ilə 

əlaqədar olaraq kəskin artmış, 1980-1990-cı illərdə isə əhəmiyyətli dərəcədə 

aşağı  düşmüşdür.  Valyutaların  alıcılıq  qabiliyyəti  əsasında  hesablandıqda, 

dünyada  əmanətlər  norması  1960-1972-ci  illərdə  23%,  1973-1980-ci  illərdə 

25%,  1981-1990-cı  illərdə  isə  23,3%  olmuş,  2000-2010-cu  illərdə  22%-dək 

aşağı düşmüşdür. 

Dünyada  əmanətlər  normasının  aşağı  düşməsi  onun  inkişaf  etmiş 

ölkələrdə, xüsusilə də ABŞ-da enməsi nəticəsində baş vermişdir. Bu ölkələr 

qrupunda  əmanətlərin  payının  aşağı  düşməsi,  ilk  növbədə,  onun  ev 

təsərrüfatları sektorunda azalması nəticəsində baş vermişdir. 

 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə