Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə69/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   285

 

 

147 



Beynəlxalq  pul  bazarlarına  bir  gündən  bir  ilədək  aparılan  depozit-

ssuda  əməliyyatları  daxildir.  Kreditin  əsas  şərtləri  telefonla  razılaşdırılır. 

Ortamüddətli  kreditlər  beş  ildən  yeddi  ilədək  olan  müddəti  əhatə  edir. 

Təcrübədə  qısamüddətli  kreditlər  sonradan  ortamüddətli  və  uzunmüddətli 

kreditlərə  çevrildiyinə  görə,  onlarla  ortamüddətli  kreditlər  arasındakı  fərq 

get-gedə öz mənasını itirir. 

Qısamüddətli  kreditlər  bazarı  dünya  maliyyə  sisteminin  ən  sürətlə 

inkişaf edən sektorudur. Beynəlxalq əqdlər, adətən, müqavilədə iştirak edən 

ən  azı  bir  tərəf  üçün  əməliyyatların  xarici  valyutada  aparılmasını  nəzərdə 

tutur.  Xarici  valyuta  ilə  aparılan  əməliyyatlar  xarici  valyuta  bazarını  təşkil 

etdiyinə  görə,  pul  bazarı  valyuta  bazarları  ilə  qırılmaz  əlaqədə  fəaliyyət 

göstərir.  

Bir  çox  valyuta  əqdləri  sırf  maliyyə,  möhtəkirlik  xarakteri  daşıyır. 

Möhtəkirlik  əməliyyatları  dedikdə,  maliyyə  alətlərinin  alındığı  və  satıldığı 

qiymətlər  arasında  fərq  hesabına  mənfəət  əldə  olunması  başa  düşülür.  Sırf 

maliyyə əməliyyatlarının güclənməsinin bir sıra şərtləri mövcuddur: 

(1) BVF üzvlərinin 70%-ə yaxını valyuta məzənnəsinin 

tənzimlənməsinin  müxtəlif  metodlarından  istifadə  edir.  Bu, 

valyuta  məzənnəsi  ilə  onun  alıcılıq  qabiliyyəti  arasında  fərqin 

meydana  çıxmasına  və  get-gedə  artmasına  səbəb  olur. 

Məzənnələr  yüksəldilmiş,  yaxud  aşağı  salınmış  xarakterdə  ola 

bilər; 

(2)  valyuta  birjalarında  əməliyyatlar  girov  (marja) 



ticarəti  qaydaları  üzrə  aparılır.  Bu  zaman  əqdin  bağlanılması 

üçün hesaba müqavilənin tam dəyərinin deyil, yalnız depozitin 

köçürülməsi  kifayətdir.  Marja  ticarəti  diler  xidmətlərinin 

göstərilməsi  vasitəsilə  investorlara  böyük  həcmdə  valyuta  ilə 

möhtəkirlik  etmək  imkanı  yaradır  (Britaniyada  valyuta 

əməliyyatlarının əksəriyyəti 5% və daha yüksək məbləğdə girov 

qoyulması şərti ilə aparılır). 

Valyuta  məzənnələrinin  dəyişməsi  hesabına  mənfəət  əldə  etmək 

imkanları  valyuta  əməliyyatlarının  sürətlə  artımına  səbəb  olmuşdur. 

Mübadilə  əməliyyatlarının  gündəlik  həcmi  2  trilyon  dollardan  artıqdır 

(1998-ci  il).  1980-ci  ilə  nisbətən  ixracın  həcmi  2,8  dəfə  artdığı  halda,  bu 

əməliyyatların həcmi 50 dəfə artmışdır. Məzənnələrin kəskin enib-qalxdığı 

vəziyyətdə əməliyyatların mütləq həcminin bu cür artımı milli pul sistemləri 

qarşısında ölkənin dünya təsərrüfatı əlaqələrində tutduğu mövqeyinə uyğun 

olan  məbləğdə  rəsmi  valyuta  ehtiyatları  yaratmaq  tələbini  qoyur.  Qeyd 

olunmalıdır  ki,  bir  çox  ölkələrin  bank  sistemləri  öz  həcminə  görə  ABŞ-ın 

orta ölçülü regional bankından geri qalır. 

Pul və valyuta bazarlarından başqa, pul vəsaitlərinin müxtəlif tipli və 




 

 

148 



müddətli  qiymətli  kağızların  buraxılması  yolu  ilə  cəlb  olunduğu  bilavasitə 

maliyyə,  yaxud  fond  bazarı  fərqləndirilir.  Bu  bazar  istiqrazlar,  səhmlər, 

kommersiya  vekselləri  və  başqa  qiymətli  kağızlar  bazarlarına  bölünür. 

Bunları  ilkin  bazara  aid  edirlər.  İlkin  bazarın  tərkibində  beynəlxalq 

istiqrazlar  seqmenti  xüsusi  rol  oynayır.  Ortamüddətli  və  uzunmüddətli 

kapitalın  mənbəyi  kimi,  bu  seqment  səhmlərlə  aparılan  əməliyyatların 

həcmini 6 dəfəyə yaxın ötüb keçir. 

Dünya fond bazarının kapitallaşması (qiymətli kağızların dəyəri) iri 

məbləğlə  ifadə  olunaraq,  MDM-in  həcmini  3,7  dəfə  üstələyir.  Bu  bazarda 

qiymətli kağızların həcminin sürətli artımı tələb və təklifin strukturunda baş 

verən dəyişikliklərlə əlaqədardır. 



Maliyyə  derivativlərinin,  yaxud  maliyyə  riskləri  ilə  ticarətin  alətləri 

bazarının  mühüm  yer  tutduğu  təkrar  bazar  da  inkişaf  etmişdir.  Bu  alətlər 

maliyyə  əməliyyatları  ilə  əlaqədar  olan  itkiləri  və  əqdlərin  bağlanması 

zamanı  qeyri-müəyyənliyi  azaldır.  Göstərilən  alətlərin  qiymətləri  başqa 

maliyyə, yaxud real aktivə bağıdır. 

________________________________________ 

Avrobazar 

 

Xarici və  beynəlxalq kapital bazarları məskunlaşmış bütün qitələrin 

eksterritorial  mərkəzlərini  birləşdirən  avrobazarın  bir  hissəsidir.  Onların 

vəhdəti  təkcə  depozit-ssuda  əməliyyatlarının  ümumi  şərtləri  ilə  deyil, 

həmçinin  onların  qarşılıqlı  təsiri  ilə  təmin  olunur.  Avrobazar 

telekommunikasiya  şəbəkəsi  vasitəsilə  bütün  sutka  ərzində  işləyir.  Onun 

əsasını bir neçə yüz iri bank təşkil edir. 

Depozit-ssuda əməliyyatları avrovalyutalarda həyata keçirilir. 



Avrovalyuta  -  mənşə  ölkəsindən  kənarda  olan  kredit  idarəsində 

yerləşdirilmiş və beləliklə də həmin ölkənin valyuta orqanlarının nəzarəti və 

yurisdiksiyası altına düşməyən istənilən pul vahididir. Avrovalyuta - şəxslər 

tərəfindən  malların  və  xidmətlərin  dəyərinin  ödənilməsi,  valyuta 

əməliyyatlarının  aparılması,  yaxud  pulların  depozitə  qoyulması  üçün  milli 

pul  vahidində  olan  vəsaitləri  başqa  ölkənin  kredit  idarəsinə  köçürüldüyü 

vaxt yaranır. 

Bu  cür  saxlanılan  və  istifadə  olunan  əsas  pul  vahidi  dollar 

(əməliyyatların  60%-dən  çoxu),  habelə  avro,  yena,  funt  sterlinqdir. 

Avrobazarın  həcminin  2/3  hissəsi  ABŞ  dollarının  payına  düşdüyünə  görə, 

onu çox vaxt avrodollar adlandırırlar. "Avro" söz önlüyünün olması heç də 

valyutaların  mütləq  Avropa  banklarında  açılmış  xarici  hesablarda 

investisiyaya yönəldiyini ifadə etmir. Adının əksinə olaraq, bu vəsaitlər dün-

yanın  bir  çox  regionlarında  yerləşən  eksterritorial  maliyyə  mərkəzlərində 

yerləşə bilər. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə