Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə70/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   285

 

 

149 



Avrobazarın əsas alətlərindən biri - beynəlxalq bank konsorsiumları 

tərəfindən buraxılan avroistiqrazlardır (avrobondlar). 

Avrobazar  nisbətən  müstəqil  və  çevik  faiz  dərəcələri  sisteminə 

malikdir.  Bu  isə,  avromərkəzlərə  müştərilərin  milli  kapitallar  bazarlarında 

kreditləşdirmə  və  vəsaitlərin  cəlb  olunması  şərtlərindən  daha  əlverişli  olan 

şərtlərlə,  depozitlər  üzrə  yüksək,  kreditlər  üzrə  aşağı  faizlər  təklif  etməyə 

imkan  verir.  Bir  sıra  böyük  ölkələrdə  uzunmüddətli  kapitalın  hərəkəti 

sahəsində  valyuta  nəzarətindən  azadolma  avromərkəzlərdə  vəsaitlərin 

təklifinin artmasının ilkin şərtlərindən olmuşdur. 

İnkişaf  etmiş  ölkələrin  əksəriyyəti  kommersiya  banklarının 

agentlərinə,  yaxud  dilerlərinə  avrokredit  qurumlarında  mövqelərə  malik 

olmağa  icazə  verir.  Avrovalyuta  bazarı  ilə  ən  sıx  əlaqələr  ABŞ-ın  ssuda 

kapitalları bazarı arasındadır. Dünya maliyyə bazarının strukturunda ABŞ-ın 

daxili kapital bazarı ən böyükdür. Bu, həm orada il ərzində alınan borcların 

məbləğinə,  həm  də  əvvəlki  borclar  üzrə  ödənilməmiş  qalıqların  ümumi 

həcminə  şamil  edilir.  Ölkədə  mövcud  olan  liberal  valyuta  nəzarəti  sistemi 

qeyri-rezidentlərin borcalma və investisiya fəaliyyətini stimullaşdırır. Kiçik 

istisnalarla,  onlar  kreditlərin  və  kapital  qoyuluşlarının  istənilən  növündən 

istifadə edə bilər. 

Avrovalyuta  bazarı  mahiyyət  etibarilə  ofşor  xarakterli  olmaqla, 

istiqrazların  və  başqa  alətlərin  yerləşdirilməsində  vasitəçilik  edir,  kapitalın 

dünyanın  müxtəlif  bölgələrinə  ixrac  olunmasında  ölkələrə  və  şirkətlərə 

yardım  göstərir.  Milli  çərçivədən  kənara  çıxan,  həcmi  nəhəng  və  yayılma 

coğrafiyası geniş olan bu bazar əksər daxili və xarici kapitallar bazarlarının 

darısqallığını  dəf  edir,  maliyyə-kredit  sahəsində  baş  verən  mühüm 

dəyişikliklərin  bir  mərkəzdən  digərinə  ötürülməsinin  xüsusi  mexanizmi 

qismində  çıxış  edərək,  onun  qloballaşmasına  şərait  yaradır.  Bu  bazar  daha 

əlverişli  şərait  axtarışında  məkan  və  zaman  sərhədlərini  aşaraq,  fasiləsiz 

fəaliyyət göstərir. 

Avrobazar  -  topdansatış  bazarıdır.  Burada  əsas  borcalanlar  dövlət 

təşkilatlarıdır  (hökumətlər,  mərkəzi  banklar).  Avrovalyutaların  4/5  hissəsi 

banklararası əməliyyatların payına düşür. 

Avrovalyuta  bazarı  ən  natamam  bazarlardandır.  Onun  əməliy-

yatlarının ofşor xarakter daşıması pul kütləsinin müxtəlif tərkib hissələrinin 

onunla əlaqələrini və ona təsirini əks etdirən pul multiplikatorlarının rolunu 

zəiflətmiş,  mərkəzi  bankların  pul  kütləsinə  nəzarət  etmək  imkanlarını 

məhdudlaşdırmışdır.  Avrovalyutaların  ayrı-ayrılıqda  mövcudluğu  pul 

multiplikatorlarının  dayanıqlığını  zəiflətdiyinə  görə,  mərkəzi  banklar  və  ya 

xüsusi  tənzimləmə  orqanları  onun  pul  tərkibinə  ciddi  nəzarət  edə  bilmir. 

Ofşor  fəaliyyətinin  tənzimlənmə  səviyyəsinin  aşağı  düşməsi  beynəlxalq 

kapital bazarlarında sabitliyin pozulması riskini artırır. 



 

 

150 



Kapitalın  ofşor  bazarları  dövlətin  tənzimləmə  funksiyasını  da 

zəiflədərək,  vergilərdən  yayınma  imkanlarını  genişləndirmişdir.  Vergi 

"limanlarından"  geniş  istifadə  olunması  ölkəni  sosial  və  iqtisadi 

infrastrukturun  qurulması  üçün  lazım  olan  vəsaitlərdən  məhrum  edir. 

Qiymətləndirmələrə  görə,  inkişaf  etməkdə  olan  ölkələrdə  vergi  borcları  50 

milyard  dollardan  az  deyil,  bu  məbləğ  isə  onlara  inkişaf  üçün  ayrılan 

yardımın həcminə bərabərdir. 

 

8.3. Dünya maliyyə sisteminin institusional strukturu  

 

Dünya  maliyyə  bazarı  institusional,  təşkilati  baxımdan  kapitalların 



ölkədən  çıxarılması,  onların  tələb  və  təklifə  uyğun  olaraq  başqa  ölkələr 

arasında yenidən bölgüsündə təşkilatçı və vasitəçi qismində çıxış edən özəl, 

dövlət və beynəlxalq kredit idarələrinin, TMK-nın məcmusudur. 

Dünya  maliyyə  sistemində  üç  əsas  qrup  iştirakçı  fəaliyyət  göstərir: 

(1) banklar və TMK, (2) beynəlxalq portfel investorları (pensiya və sığorta 

fondları, investisiya fondları), (3) rəsmi beynəlxalq borcalanlar (hökumət və 

bələdiyyə  orqanları,  beynəlxalq  və  regional  təşkilatlar).  Dünya  maliyyə 

sistemi yüksək dərəcədə inhisarlaşdırılmışdır. Onun bir çox seqmentlərində 

səfərbər olunan vəsaitlərin yarısından çoxu cəmi 10 iri birliyin payına düşür. 

İqtisadi  inkişafın  ilkin  mərhələlərində  kommersiya  bankları  üstün 

mövqe  tuturdu.  Sonradan  ixtisaslaşmış  vasitəçilərin  və  qiymətli  kağızlar 

bazarlarının  əhəmiyyəti  artmağa  başladı.  Dünyanın  aparıcı  banklarının 

gəlirlərinin əsas hissəsi maliyyə bazarının valyuta seqmentində aparılan birja 

əməliyyatlarının  nəticəsində  yaranır.  Mənfəətin  80%-i  birja  oyunlarında  - 

dolların,  avronun,  funtun  fyuçers  ticarətində  kross-məzənnələrinin  enib-

qalxması sayəsində təmin olunur. 



İnstitusional  (portfel)  investorları  dünya  maliyyə  sistemində  xüsusi 

yer  tutur. Pensiya  fondları və  sığorta şirkətləri maliyyə  sistemində  aparılan 

bütün əməliyyatlarda 1-ci  yerə çıxmışlar. Vəsaitlərin səfərbər olunmasında 

və  beynəlxalq  kapitalın  hərəkətində  qiymətli  kağızlarla  ticarətin  həyata 

keçirildiyi birjalar müəyyən rol oynayır. Beynəlxalq birja əməliyyatlarının 

nisbi həcmi az (MDM-in 0,2-4%-i) olsa da, mütləq ifadədə onlarla milyard 

dollarla ölçülür. 

Dövlət  dünya  maliyyə  sistemində  mərkəzi  və  yerli  hakimiyyət 

orqanları, xəzinədarlıq, emissiya, ixrac-idxal bankları və başqa səlahiyyətli 

orqanlarla təmsil olunur və bilavasitə kreditor, borcalan, yaxud özəl hüquqi 

şəxslərin  xarici  borc  öhdəlikləri  üzrə  zəmanətçi,  habelə  borcalan  qismində 

çıxış edə bilər. 

İkitərəfli  və  çoxtərəfli  əsasda  subsidiyaların  verilməsi  və  iqtisadi 

yardın  göstərilməsi  dövlət  tərəfindən  birbaşa  beynəlxalq  kreditləşdirməyə 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə