Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə67/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   285

 

 

141 



Cədvəl 7.2. İƏİT ölkələrinin özəl bölməsində orta mənfəət 

norması, % 

 

1970-1979 

1980-1989 

1990-1998 

14,1 


13,7 

17,5 


 

Mənbə: OECD Economic Outlook. June 1997. 



 

BVF-in  tədqiqatçılarının  başqa  qiymətləndirmələrinə  görə,  1994-

2003-cü illərdə kapital üzrə mənfəət norması (əlavə olunmuş dəyərin kapitalın 

ümumi  həcminə  nisbəti)  inkişaf  etmiş  yeddi  ölkədə  7,8%,  inkişaf  etməkdə 

olan  ölkələrdə  isə  bir  qədər  yüksək  -  13,3%  olmuşdur.  Ən  yüksək  mənfəət 

norması  Şərqi  və  Cənubi-Şərqi  Asiya  ölkələrində  müşahidə  edilmiş  və  bu 

amil xarici kapitalın buraya kütləvi miqyasda axınına səbəb olmuşdur.  

 

Mövzu üzrə suallar 

 

1. Yığım və iqtisadi inkişaf templər arasında birbaşa əlaqə 



mövcuddurmu? İzah edin. 

2. 


Amortizasiya 

ayırmalarının 

məbləği 

əmək 


məhsuldarlığının artımına necə təsir göstərir?  

3.  Bütövlükdə  dünya  iqtisadiyyatında  və  onun 

altsistemlərində kapital qoyuluşlarının dinamikasını təhlil edin. 

4. Yığımın dinamikasına hansı amillər təsir göstərir? 

5. Dünya təsərrüfatında və onun altsistemlərində əmanətlər 

və yığımların həcmində və dinamikasında fərqlər mövcuddurmu?  

6. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yığımın 

formalaşma mənbələri üzrə strukturu necədir? 

7.  Həyat  dövrü  konsepsiyasının  şəxsi  əmanətlərə 

münasibətdə mahiyyəti nədən ibarətdir? 

8. İnkişaf etməkdə olan ölkələrdə kapital yığımında qeyri-

rəsmi sektorun rolunu izah edin. 

9.  Əmanətlər  və  yığım  proseslərində  faiz  dərəcələrinin  və 

mənfəət normasının rolunu xarakterizə edin.  

10. Son onilliklərdə mənfəət norması necə inkişaf edirdi? 

 

 



 

 

 



 


 

 

142 



 

 

 

 

 

 

 

 

II BÖLMƏ 

 

 

DÜNYA BAZARLARI. 

QLOBAL PROBLEMLƏR 

 

  




 

 

143 



Fəsil 8 

__________________________________________________ 

Beynəlxalq maliyyələşdirmə 

 

 

Qeyd  etdiyimiz  kimi,  dünyada  istehsalın  inkişafı  pul  və  əmtəə 



formasında  kapitaldan  daim  əhəmiyyətli  həcmdə  istifadə  olunmasını  tələb 

edir.  Bu  kapital  milli  və  xarici  mənbələrdən  daxil  olur.  Daxili  vəsaitlərin 

çatışmamazlığı, kapitalın özü-özünə artmaq meyli onun müxtəlif növlərinin 

iri həcmdə ölkələr arasında hərəkətinə səbəb olur. 

Milli  kapital  kimi,  xarici  kapital  da  dünya  miqyasında  istehsal 

prosesinin ardıcıllığını və genişlənməsini, vəsaitlərin istehsalın az rentabelli 

sahələrindən  daha  mənfəətli  sektorlarına  axması  nəticəsində  dünya 

təsərrüfatı  strukturunun  yenidən  qurulmasını  təmin  edir.  Bundan  başqa,  o, 

istehsal  təyinatlı  yığımların  həcmini  artırır.  Beynəlxalq  maliyyələşdirmə 

kapitalın  təmərküzləşməsinə  və  mərkəzləşməsinə  (konsolidə  olunmasına) 

yardım göstərir. 

Beynəlxalq  kapitalın  inkişafının  güclü  təkanverici  amili  bir  çox 

inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  dövlət  maliyyəsində  baş 

verən  qeyri-mütənasibliklərdir.  Dövlət  büdcələrinin  maliyyələşdirilməsi 

mexanizmi beynəlxalq xarakter almışdır. 

Kapitalın  beynəlxalq  miqyasda  hərəkəti  şirkətlərin  və  ölkələrin 

rəqabət mübarizəsində  mühüm alətlərindən biridir. Amma  o  eyni zamanda 

dünya təsərrüfatında dərin uyğunsuzluqlar yarada bilər. 

 

8.1. Beynəlxalq maliyyələşdirmənin ümumi icmalı 

____________________________________________ 

Ümumi anlayışlar 

 

Beynəlxalq  maliyyələşdirmə  -  mənfəətin  təkrar  əldə  edilməsi  üçün 

lazım  olan  kapitalın  verilməsi  və  alınması  ilə  bağlı  yaranan  iqtisadi 

münasibətlərdir. Bu münasibətlər xarici aktivlər və onlar üzrə hesablaşmalar 

ilə  əlaqədar  bir  neçə  ölkənin  rezidentlərinin  iştirak  etdiyi  əqdlər  sistemini 

təşkil edir. 

BVF  beynəlxalq  maliyyələşdirməni  cari  tədiyyə  balansları  üzrə 

hesablaşmaların, birbaşa kapital qoyuluşlarının ölkədən axmasının, valyuta 

ehtiyatları ilə xalis  əməliyyatların aparılmasının, valyuta  ehtiyatlarında baş 

verən  dəyişikliklər  və  "səhvlər  və  buraxılmalar"  maddəsinə  daxil  olan 

əməliyyatları nəzərə almadan, xalis xarici aktivlərin ödənilməsi üçün lazım 

olan vəsaitlərin ümumi məbləği kimi müəyyən edir. 

Tədqiqatın  məqsədlərindən  asılı  olaraq,  beynəlxalq  maliyyələş-

dirmənin  strukturu  müxtəlif  mövqelərdən:  (1)  subyektlər  (qurumlar,  yaxud 



 

 

144 



idarələr) və ya (2) bazarın alətləri üzrə nəzərdən keçirilə bilər. 

Beynəlxalq  kapital  bazarlarının  alətləri,  yaxud  əmtəəsi  dedikdə, 

xarici  valyutada  ifadə  olunmuş  istənilən  maliyyə  tələbnaməsi  (valyuta, 

istiqraz,  səhm,  köçürmə  vekselləri  və  s.)  nəzərdə  tutulur.  Onların  sayının 

sürətlə artması hətta ən qısa müddət ərzində sərbəstləşən kapitaldan mənfəət 

əldə etməyə imkan yaradır. 

Alətlərin  bir  hissəsi  borc  münasibətlərini  təsdiq  edən  qiymətli 

kağızlardır (istiqrazlar). Digər hissə isə mülkiyyət titulu (səhmlər) olmaqla, 

sahibinin  müəssisənin  mülkiyyətində  pay  iştirakını  təsdiqləyir.  Alətlərin 

üçüncü  hissəsi  əvvəl  göstərilən  iki  hissədən  törəmə  olmaqla,  onlar  üzrə 

əqdləri  sığortalayır.  Bunlar  iqtisadi  əsasını  real  kapital  deyil,  derivativlər 

təşkil edən səhmlər, istiqrazlardır.  

Alətlər  kapitalın  hərəkətinin  müəyyən  formalarını  təmsil  edir. 

Kapitalın  hərəkətinin  əsas  formalarına  bunlar  aiddir:  (1)  ssuda  kapitalı 

(beynəlxalq  istiqrazlar,  bank  kreditləri),  (2)  sahibkarlıq  kapitalı  (portfel  və 

birbaşa kapital qoyuluşları - səhmlər), (3) iqtisadi yardım. 

Əsrimizin  birinci  onilliyində  kapital  kütləsinin  əsas  hissəsi  ssuda 

kapitalı formasında təqdim olunurdu. 

Ssuda  kapitalı  müddətlilik,  qaytarılma  və  faizlərin  ödənilməsi  şərti 

ilə pul və əmtəə formasında verilən vəsaitlərdir. 

Bununla 

əlaqədar  olaraq,  beynəlxalq  maliyyə  bazarlarına 

qısamüddətli  və  uzunmüddətli  əməliyyatlar,  yaxud  ssudalar  bazarları  aid 

edilir  (ssuda  kapitalları  bazarı).  Ssuda  kapitalının  strukturunda  istiqrazlar 

üzrə borclar əsas yer tutur (cədvəl 8.1). 2000-ci illərin məlumatlarına görə, 

dünyada cəlb olunan kapitalın cəmi 12%-i borcların payına düşmüşdü. 



 

Cədvəl 8.1. Dünya üzrə şəxsi kapitalın hərəkətinin strukturu, ildə 



orta hesabla, % 

 

Kapitalın formaları 

1990-1993 

2000-2003 

2006-2008 

İstiqraz vərəqələri və başqa borc öhdəlikləri 

43,5 

27,9 


26,8 

Borclar 


15,9 

10,5 


12,2 

Birbaşa kapital qoyuluşları 

22,8 

29,2 


28,0 

Səhmlər 


3,0 

13,5 


7,9 

Cəmi milyard dollar 

777,7 

3156,2 


6823,0 

 

Mənbə:  Balance  of  Payments  Statistics.  Part  II.  Yearbook  2005, 



2009, İMF 

 

Kapitalın bölgüsü mülkiyyət formalarına: özəl və payı az olan dövlət 



kapitalına  görə  də  aparılır.  Dövlət  kapitalının  hərəkətində  iqtisadi  yardım 

aparıcı yer tutur. 

 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə