Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə65/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   285

 

 

137 



hallarda  investisiyaların  növbəti  prosesini  ləngidir.  Yeni  texnoloji  bazaya 

keçid,  texniki  təkmilləşdirmələrin  tətbiqi,  bazarların  genişlənməsi,  istehsal 

xərclərinin aşağı düşməsi kapital qoyuluşlarının gəlirliyinin artmasına müsbət 

təsir göstərir. 

Təklifin başqa amillərinin əmanətlərə və yığıma təsiri o qədər də aydın 

nəzərə  çarpmır.  Əsas  ləngidici  amil  öz  təzahürünü  uçot  dərəcələrinin 

səviyyəsində  və  qiymətli  kağızların  yerləşdirilməsinin  dəyərində  tapan  cəlb 

olunmuş kapitalın dəyəridir. 1980-ci illərin sonundan etibarən uçot dərəcələri 

və  qiymətli  kağızların  kotirovkaları  aşağı  düşmüşdür.  Amma  kapitalın 

dəyərinin  aşağı  düşməsi  kapital  qoyuluşlarının  həcminin  artması  ilə 

nəticələnmədi. Müxtəlif ölkələrdə vergiqoymanın səviyyəsi kapitalın dəyərləri 

arasındakı fərqləri aradan qaldırdı. Buna görə də vergilər çıxılanadək mənfəət 

norması investisiyalar haqqında hansı qərarın qəbul ediləcəyinə həlledici təsir 

göstərir.  Əsas  və  dövriyyə  fondlarının  artırılması  üzrə  xərclər  məhz  əldə 

olunan  mənfəət  hesabına  ödənilir.  Uzun  müddət  üçün  nəzərdə  tutulmuş 

investisiya  layihələri  ilə  müqayisədə  qısa  müddət  fəaliyyət  göstərəcək 

investisiya layihələrində fondların dəyəri o qədər də mühüm əhəmiyyət kəsb 

etmir. 


Fərdi əmanətlərin dinamikasının təhlili zamanı çox vaxt müəssisələrin 

və  ev  təsərrüfatlarının  yığımlarının  müstəqil,  yaxud  birlikdə  hərəkət  etməsi 

barədə sual  yaranır. Məlumatlar göstərir ki, bəzi ölkələrdə  bu  əmanətlər bir-

birini  əvəz  edir.  Müəssisələrin  yığımının  artması,  adətən,  kapitalın  dəyərini 

artırır,  bu  isə,  zənginlik  effekti  vasitəsilə  istehlaka  təsir  göstərməklə,  ev 

təsərrüfatlarının əmanətlərinin azalmasına gətirib çıxarır. Konkret nümunələr 

müəssisələrin  yığımları  ilə  ev  təsərrüfatlarının  əmanətləri  arasında  tərs 

asılılığın olduğunu təsdiq etsə də, əvəzolunma əmsalı cüzidir. 



_______________________________________________ 

Dövlət sektoru 

 

Əmanətlərin  səbəbləri  hökumətlərin  məqsədyönlü  fəaliyyəti  ilə 

müəyyən  olunur.  Hökumətin  və  yerli  hakimiyyət  orqanlarının  yığımları  Sg 

dövlətin istehlakı Cg, ev təsərrüfatlarına köçürmələr Jg və faizlərin ödənilməsi 



Zg çıxılmaqla, ümumi vergi daxilolmaları T hesabına formalaşır: 

 

Sg = (Th + Tb) - Cg - Jg - Zg 

burada: 

Th  və  Tb  -  ev  təsərrüfatlarından  və  sahibkarlıq  sektorundan  vergi 

daxilolmalarıdır. 

 

Ölkələrin  çoxunda  dövlət  sektoru  debitordur,  dövlət  büdcəsi  kəsirlə 



icra olunur, yaxud əmanətlərin kəmiyyəti mənfidir. 1980-ci illərin sonunadək 


 

 

138 



dövlət  büdcələrinin  kəsirli  olması  ümummilli  miqyasda  və  dünya 

təsərrüfatında  dövlət  kapital  qoyuluşlarının  kifayət  qədər  yüksək  olmasını 

təmin edirdi. Amma bu proses dövlət borcunun get-gedə artmasına səbəb olur 

və  yığım  üçün  potensial  imkanları  məhdudlaşdırırdı.  Buna  görə  də  dövlət 

yığımlarının  həcmi  milli  gəlirin  yenidən  bölgüsündən  və  dövlət  borcunun 

məbləğindən asılıdır. 

Əvvəllər  belə  hesab  olunurdu  ki,  dövlət  xərcləri  özəl  xərcləri 

bütövlüklə  əvəz  edir  (Rikardonun  tam  ekvivalenti).  Ötən  əsrin  sonlarında 

başqa  konsepsiya  yayılmağa  başladı.  BVF-in  ekspertlərinin  apardığı 

qiymətləndirmələrə  görə,  hökumətlərin  maliyyə  vəziyyətindəki  dəyişikliklər 

şəxsi  əmanətlərin  yalnız  bir  qismini:  inkişaf  etməkdə  olan  ölkələrdə  orta 

hesabla 3/5 hissəsini - əvəz edə bilir, bu isə Rikardonun tam ekvivalentindən 

xeyli aşağıdır. Buna görə də büdcə kəsirinin azalması əmanətlərin səviyyəsini 

yüksəldir. Hesab olunur ki, dövlət yığımlarının həcmi iki çox mühüm dəyişən 

kəmiyyətdən:  (1)  iqtisadi  artım  tempindən  və  (2)  dövlət  sektorunda  kəsirin 

miqyasından asılıdır. 



_____________________________________________________ 

Gəlir səviyyəsi aşağı olan ölkələrdə əmanətlərin səbəbləri  

 

Əmanətlərin  yuxarıda  nəzərdən  keçirdiyimiz  səbəbləri  (əhalinin  yaş 



strukturu, gəlirlərin artması, var-dövlətin yenidən qiymətləndirilməsi, pensiya 

təminatı və sığorta, nisbi qiymətlər və s.) inkişaf səviyyəsi aşağı olan ölkələrdə 

də  mühüm  amillər  kimi  çıxış  edir.  Lakin  zəif  inkişaf  etmiş  ölkələrdə 

əmanətlərin formalaşması və istifadəsi inkişaf  etmiş ölkələrdə  gedən analoji 

proseslərdən  fərqlənir.  Bu  ölkələrdə  əmanətlərin  formalaşması  prosesi 

sənayecə inkişaf etmiş ölkələrlə müqayisədə xeyli fərqli mühitdə baş verir. Bu 

fərqlər vəsaitlərdən istifadə olunmasına, kapitalın hərəkətinin müddətlərinə, ev 

təsərrüfatlarının  önəm  verdiklərinin  xarakterinə,  istehlakın  müvəqqəti  olaraq 

yenidən bölüşdürülməsi imkanlarına təsir göstərir.  

1.  Yoxsul  ölkələrdə  ev  təsərrüfatlarının  əmanətləri  cüzidir.  Ev 

təsərrüfatlarının  əksəriyyətinin  gəlirləri  nadir  hallarda  zəruri  yaşayış 

minimumunu  üstələyir.  Məcmu  tələbatın  böyük  bir  hissəsinin  bu  tip  ev 

təsərrüfatlarının  payına  düşdüyü  ölkələrdə  onların  istehlaka  olan  tələbatını 

məhdudlaşdırmaq  çətin  olduğuna  görə,  özəl  əmanətlərin  gəlir  səviyyəsinin 

müvəqqəti  dəyişməsinə  reaksiyası  da  zəifdir.  Buna  görə  də  yüksək  gəlirli 

inkişaf  etməkdə  olan  ölkələrdə  əmanətlərin  norması  gəlirləri  aşağı  olan 

ölkələrlə müqayisədə çoxdur. 



2.  Gəlirlərinin  əksər  hissəsi  kənd  təsərrüfatında  yarandığına  görə, 

yoxsul  ölkələrdə  ev  təsərrüfatlarının  gəlirləri  daimi  deyil.  Kənd  təsərrüfatı 

məhsullarının qiymətləri dünya bazarlarındakı tələbatdan və hava şəraitindən 

asılı  olaraq  kəskin  enib-qalxır.  Bu  qeyri-müəyyənliyə  makroiqtisadi  qeyri-




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə