Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə68/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   285

 

 

145 



_________________________________________________ 

 Beynəlxalq maliyyə münasibətlərinin xarakteri 

 

XX  əsrin  son  25  ili  beynəlxalq  maliyyə  bazarlarında  aparılan 



əməliyyatların həcminin sürətlə artması ilə səciyyələnmişdir. 1980-2007-ci 

illərdə ölkələr arasında hərəkət edən kapitalın həcmi MDM-in 4%-dən 17%-

dək artmışdır. Bu dövrdə ixracın həcmi 3 dəfə, MDM-in həcmi isə bundan 

az artdığı halda, kapitalın hərəkətinin ayrı-ayrı növləri üzrə artım 16-63 dəfə 

olmuşdur.  Sonuncu  dəfə  dünya  ticarətinin  ikiqat  artımı  17  il  ərzində  baş 

vermişdisə,  beynəlxalq  maliyyə  axınlarının  həcmi  orta  hesabla  hər  4  ildən 

bir 2 dəfə artırdı. 

Bu  məlumatlar  maliyyə  münasibətlərinin  dünya  təsərrüfatının  iri 

müstəqil  sektoruna  çevrildiyinə  dəlalət  edir.  1970-ci  illərin  ortalarınadək 

maliyyə  əməliyyatları  istehsalın  və  xarici  ticarətin  inkişafı  ilə  sıx  əlaqədar 

idi. İndi isə maliyyənin maddi (əşya) iqtisadiyyatla əlaqəsi zəifləmiş, o, özü-

özünə  inkişaf  edən  sahəyə  çevrilmişdir.  İxrac-idxal  əqdləri  ilə  bağlı  olan 

valyuta  mübadiləsinin  həcmi  1980-ci  illərdəki  10%-dən  2000-ci  illərin 

əvvəllərində cəmi 2%-ə düşmüşdür. 

Beynəlxalq  maliyyə  bazarlarının  fəaliyyəti  pul  sistemlərindən,  ayrı-

ayrı  ölkələrin  tədiyyə  balansının  vəziyyətindən,  aparıcı  ölkələrin  inkişaf 

modellərindən asılı olaraq daim dəyişən mühitdə baş verir. İştirakçılarının və 

alətlərinin müxtəlifliyi səbəbindən, beynəlxalq maliyyə əməliyyatları prosesi 

ardıcıl davam edir. 

İstehsalın  beynəlmiləlləşməsi,  kapitalların  sərbəst  hərəkəti, 

informasiya  texnologiyalarının  təkmilləşməsi  nəticəsində  vəsaitlərin  milli 

sərhədlərdən  daim  keçməsi  bu  münasibətləri  dünya  təsərrüfatı  sisteminin 

ayrılmaz hissəsinə çevirmişdir. Ötən əsrin son 30 ilindən başlayaraq inkişaf 

etmiş  ölkələrdə  maliyyə  bazarlarının  lokal  strukturlar  kimi  deyil,  ümumi 

şərtlərin,  əlaqələrin  və  inkişaf  qanunauyğunluqlarının  məcmusu  kimi 

fəaliyyət  göstərməsi  dünya  maliyyə-kredit  sisteminin  formalaşdığı  barədə 

fikir  söyləməyə  əsas  verir.  Beynəlxalq  maliyyə  əməliyyatları  ayrı-ayrı 

ölkələrin maliyyə sistemlərinin şəklini dəyişən, onları inkişaf etdirən qüvvə 

kimi  çıxış  edir.  Kölgə  fəaliyyətinin  inkişafı,  risklərin  yüksəlməsi  üçün  də 

şərait yaranmışdır. 

________________________________________________ 

Beynəlxalq maliyyə mərkəzləri 

 

Kapitalın yenidən bölüşdürülməsinin və yerdəyişməsinin beynəlxalq 



funksiyalarının  yerinə  yetirilməsi  əsasən  xarici  bankların  və  şirkətlərin 

kapitalını  cəlb  etmək  məqsədilə  qeyri-rezidentlərin  fəaliyyətinin  maliyyə 

tənzimlənməsinin  güzəştli  rejimini  yaradan  ölkələr  və  ərazilər  üçün 



 

 

146 



səciyyəvidir.  Həmin  yerlərdə  xarici  hüquqi  və  fiziki  şəxslərlə  iş  üzrə 

ixtisaslaşmış  kredit  idarələri  onlar  üçün  daxili  bazarın  rezidentlərinin 

hesablarından  ayrılmış  və  sahibinə  vergi  güzəştləri,  valyuta  nəzarətindən 

azadolma  və  başqa  üstünlüklər  təmin  edən  xüsusi  (xarici)  hesablar  açır, 

əməliyyatları  bu  hesablardan  aparır.  Beləliklə,  kapitalların  daxili  bazarı 

xarici,  beynəlxalq  bazarlardan  təcrid  olunur,  ölkə  ərazisində  yerləşən  və 

beynəlxalq  əməliyyatlarla  məşğul  olan  kredit  idarələri  isə  onun 

iqtisadiyyatının tərkib hissəsi hesab edilmir. Ölkənin ərazisində yerləşməklə, 

onlar  qeyri-rezidentlərlə,  valyuta  nəzarəti  qaydaları  yol  verdikdə  isə,  ayrı-

ayrı  hallarda  həm  də  rezidentlərlə  həmin  əraziyə  münasibətdə  xaric  olan 

əməliyyatları  həyata  keçirirlər.  Buna  görə  də  beynəlxalq  maliyyələşmənin 

bu  cür  mərkəzləri  ofşor,  yəni  eksterritorial,  ölkənin  yurisdiksiyasında 

olmayan adlandırılır. 

Ofşor bank fəaliyyəti maliyyə sistemində mühüm yer tutur. 2003-cü 

ilin  ortalarında  ABŞ  və  Yaponiyanın  bu  cür  bazarları  istisna  olmaqla, 

bankların  ofşorlarda  yerləşmiş  borclarının  həcmi  ümumi  xarici  bank 

borclarının 27%-nə çatmışdı, bu isə, MDM-in həcminin 9%-nə bərabər idi. 

Əvvəllər  beynəlxalq  maliyyə  mərkəzinin  yaranması  üçün  inkişaf 

etmiş  milli  bank  sisteminin,  iri  fond  birjasının  və  sabit  pul  vahidinin 

mövcudluğu tələb olunurdu. Son onilliklərdə isə bunun üçün çevik maliyyə 

qanunvericiliyinin,  xarici  bankların  şöbələrini  və  filiallarını  açmaq 

hüququnun olması, gəlirlərin vergidən azad edilməsi, yaxud bunun güzəştli 

xarakteri,  birja  və  bank  əməliyyatlarının  aparılması  proseduralarının 

sadələşdirilməsi  kifayətdir.  İndi  Nyu-York,  London,  Tokio,  Paris,  Sürix 

kimi  eksterritorial  mərkəzlərlə  yanaşı,  beynəlxalq  maliyyə  bazarlarında 

Sinqapur,  Honkonq  (Syanqan),  Bəhreyn,  Şanxay,  Mumbay,  Kipr,  Panama 

və s. mühüm rol oynayır. 

Yeni  maliyyə  mərkəzlərinin  yaranmasına  baxmayaraq,  ənənəvi 

olaraq Nyu-York, London, Tokio aparıcı mövqelərini saxlayır. Onlar kredit 

müəssisələrinin  filialları  və  törəmə  şirkətləri  vasitəsilə  sıx  əlaqələr 

yaratmaqla,  hamıdan  yüksəkdə  dururlar.  Burada  da  ABŞ  dünya  üzrə 

maliyyə  fəallığının  mərkəzi  olmaqla,  əməliyyatların  dinamikasını  və 

strukturunu müəyyən edir. 

 

8.2. Ssuda kapitallarının əsas bazarlarının xüsusiyyətləri 



_____________________________________________________ 

Beynəlxalq kapitallar bazarı 

 

Müasir  beynəlxalq  kapitallar  bazarı  1960-cı  illərin  əvvəlinə  yaxın 

yaranmışdır.  Bu  bazar  səfərbər  olunan  resursların  müddətinə  görə 

qısamüddətli kapitallar bazarına, yaxud pul bazarına və kapitallar bazarını 

təşkil edən ortamüddətli və uzunmüddətli kapitallar bazarına bölünür. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə