Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə71/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   285

 

 

151 



misaldır  (MDM-in  0,2%-i).  İxrac  kreditlərinin  və  birbaşa  kapital 

qoyuluşlarının  dövlət  tərəfindən  sığortalanmasının  da  mühüm  əhəmiyyəti 

vardır. 

Dünya  kapitallar  bazarının  institusional  strukturunda  dövlətlərarası 



banklar və valyuta fondları xüsusi yer tutur. Onların arasında 1930-cu ildə 

yaradılmış  və  55  ölkənin  hökumətlərarası  təşkilatı  olan  Beynəlxalq 

Hesablaşmalar  Bankı  (BHB,  Bazel,  İsveçrə)  onların  sırasındadır.  Bu  bank 

üzv  ölkələrin  mərkəzi  banklarının  bankıdır.  Bank  qarşılıqlı  hesablaşmaları 

həyata keçirir, avrobazarın vəziyyətinə nəzarət edir, bütün dünyada valyuta 

və kredit münasibətlərinin tənzimlənməsinə  yardım göstərir. Sadaladığımız 

sonuncu funksiya BHB-ni ümumdünya xarakterli ən iri beynəlxalq valyuta-

kredit  təşkilatları  olan  BVF-in  və  DB-nin  mühüm  köməkçi  orqanı  kimi 

səciyyələndirir.  BHB  beynəlxalq  bank  əməliyyatlarına  nəzarət  etmək  və 

məsləhət verməklə yanaşı, bir çox hallarda mərkəzi bankların qısa müddətə 

maliyyələşdirilməsini  (bank  uzunmüddətli  maliyyələşdirilmə  barədə 

müqavilə bağladıqdan dərhal sonra qaytarılan "aralıq" borclar) təmin edir. 

Demək  olar  ki,  bütün  ölkələrin  iştirak  etdiyi  dünya  maliyyə 

təşkilatları  (BVF,  DB)  ilə  yanaşı  bir  sıra  regionların  və  qitələrin  höku-



mətlərarası  bankları  da  mövcuddur:  Aİ  üzvlərinə  və  assosiasiya  olunmuş 

inkişaf  etməkdə  olan  ölkələrə  xidmət  göstərən  Avropa  İnvestisiya  Bankı 

(AİB,  1958);  Amerikaarası  İnkişaf  Bankı  (AAİB,  1959);  Afrika  İnkişaf 

Bankı  (AFİB,  1964);  Asiya  İnkişaf  Bankı  (ASİB,1963);  Avropa 

Yenidənqurma və İnkişaf Bankı (AYİB, 1990). 

Dünya  maliyyə  bazarı  subyektlərinin  beynəlxalq  əməliyyatlarının 

genişlənməsi  dünyada  sırf  maliyyə  əməliyyatlarının  məcmu  dövriyyəsinin 

əsas  yerə çıxması ilə nəticələndi. Onun dövriyyəsi malların və xidmətlərin 

dünya  dövriyyəsindən  dəfələrlə  tez  sürətlə  artmağa  başladı.  Artıq  1990-cı 

illərin  əvvəllərində  ödənişlər  üzrə  dövriyyənin  ümumi  həcmində  maliyyə 

xarakterli  əməliyyatların payı  1960-1970-ci illərdəki  40-50%-dən 90%-dək 

yüksəldi. 

Maliyyə  əqdləri  dünya  maliyyə  bazarında  və  onun  ayrı-ayrı 

mərkəzlərində  konyunkturun  dəyişməsindən  asılı  olaraq,  kapitalın 

yerdəyişməsindən  əlavə  mənfəət  əldə  etmək  imkanı  yaradır.  Bununla  da 

onlar  bazarın  möhtəkirliyə  yönəlməsinə,  maliyyə  əqdləri  ilə  real  iqtisadi 

əməliyyatlar arasında təhlükəli uzaqlaşmaya gətirib çıxarır. Dünya maliyyə 

sistemində mövcud olan qaydalar maliyyə qurumları aparıcı mövqelər tutan 

ölkələrin  maraqlarına  daha  çox  cavab  verir  və  onlara  zəif  ölkələrə  zərər 

vurmaqla, faydalanmaq imkanı yaradır. 

Son  onilliklər  ərzində  dünya  maliyyə  sistemində  alətlərin  sayının 

kəskin  genişlənmiş  (sekyuritizasiya),  kapitalın  təmərküzləşməsi  və 

mərkəzləşməsi  baş  vermiş,  müxtəlif  seqmentlər  və  qurumlar  arasında 



 

 

152 



əlaqələr  güclənmişdir.  Aparıcı  maliyyə  qurumlarının  miqyasının  iriləşməsi 

və  fəaliyyət  dairəsinin  genişlənməsi  ehtimal  olunan  riskləri  artırmışdır.  Ən 

iri  təşkilatların  fəaliyyətinin  əsas  seqmentlərindən  birində  baş  verən 

uğursuzluq  bütün  maliyyə  sistemində  həlli  çətin  olan  problemlər  yarada, 

ayrı-ayrı  milli  iqtisadiyyatların  və  dünya  təsərrüfatının  işinə  mənfi  təsir 

göstərə bilər. Böhran sarsıntılarının baş verməsinin əsas səbəbləri dünyada 

baş verən iqtisadi proseslər üzərində nəzarətin get-gedə TMK-nın və TMB-

in  əlində  cəmləşməsi,  çox  vaxt  onların  və  ayrı-ayrı  dövlətlərin  maraqları 

arasında təzadların yaranmasıdır. 

Daha  bir  problem  "pulların  yuyulmasıdır".  XX  əsrin  sonlarında 

cinayətkarlıq  yolu ilə əldə  olunmuş kapitalın pul  formasında dövriyyəsi  və 

qeyri-qanuni  köçürülmələri  ümumdünya  miqyası  almışdır.  Hər  il  dünya 

maliyyə  sistemində  dövr  edən  "çirkli"  pulların  məbləği  BVF  tədqiqatçıları 

tərəfindən 2,1 trilyon dollar civarında (2005) qiymətləndirilir, bu isə, MDM-

in 2-5%-ə bərabərdir. 

Pulların  "yuyulmasının"  miqyası  milli  təsərrüfatların  açılması, 

kapitalın  hərəkətinin  dünya  miqyasında  genişlənməsi,  kredit  əməliyyatları 

üzərində  nəzarətin  zəiflədilməsi  prosesləri  ilə  paralel  artırdı.  Bu,  qeyri-

qanuni  yolla  əldə  olunmuş  pul  vəsaitlərini  bütün  dünya  üzrə  səpələnmiş 

kredit  idarələri  vasitəsilə  köçürməklə  gizlətmək  imkanı  yaradır.  Bu 

əməliyyatlar həm nüfuzlu, həm də ofşor banklar tərəfindən geniş miqyasda 

aparılır. Məlumatlara görə, 60 müxtəlif yurisdiksiyaya tabe olan təqribən 60 

min ofşor bank mövcuddur. Onların təqribən 44%-i Karib dənizi hövzəsində 

və Latın Amerikasında, 28%-i Avropada yerləşir. 



 

8.4. Kredit vəsaitlərinin dünya maliyyə sistemində yerləşdirilməsi 

 

Beynəlxalq  kapital  bazarlarında  vəziyyətin  inkişafı  orada  bütün 

seqmentləri  əhatə  edən  struktur  dəyişiklikləri  proseslərinin  daim  getdiyini 

göstərir.  Ağırlıq  mərkəzini  bir  borclanma  növündən  başqasının  üzərinə 

keçirməklə,  ssuda-borc  əməliyyatlarının  mexanizminin  şəkli  dəyişdirilir. 

Dünya  maliyyə  sisteminin  dəyişməsi  kreditorlar,  vasitəçilər  və  borcalanlar 

tərəfindən güclü stimullaşdırıcı təsirin göstərilməsi ilə izah olunur. 

________________________________________ 

Borcalanlar və kreditorlar 

 

Beynəlxalq  kapital  bazarlarındakı  vəsaitlərin  əsas  hissəsi  (60-90%) 

İƏİT  ölkələrinin  borcalanları  tərəfindən  götürülür.  Onların  arasında  ən 

böyükləri  ABŞ-ın  (2000-ci  illərdə  kapitalın  43-70%-i),  Britaniyanın  (3-

4,5%), İspaniyanın, İtaliyanın, Fransanın korporasiyalarıdır. 

İnkişaf etməkdə olan ölkələrin beynəlxalq kapital bazarlarındakı payı 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə