Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə73/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   285

 

 

156 



Maliyyə  böhranının  yaranması  və  yayılması  bir  sıra  amillərlə 

şərtləndirilir. Adətən, maliyyə böhranının şərti maliyyə sisteminin müəyyən 

həlqələrində  müxtəlif  növ  aktivlərin  nisbətləri  arasında  pozuntuların, 

uğursuzluqların  mövcudluğudur.  Belə  ki,  şirkətdə  müvəffəqiyyətsizlik 

əlamətləri  müşahidə  edildikdə,  yaxud  bilərəkdən  yaradılmış  vəziyyətdə 

səhmdarların  öz  səhmlərini  bazara  çıxarmaqla  onlardan  can  qurtarmağa 

çalışması  birja  məzənnələrində  aşağı  düşmə  meyilləri  ilə  nəticələnə  bilər. 

Bankların  etibarlılığına  şübhələr  yarandıqda,  əmanətçilər  öz  əmanətlərini 

tezliklə  geri  götürməyə  cəhd  göstərirlər.  Lakin  bankların  likvid  vəsaitləri 

məhdud  olduğuna  görə,  onlar  əmanətlərin  böyük  bir  hissəsini  eyni  vaxtda 

qaytara bilmir. Təsərrüfat sisteminin elementləri bir-biri ilə qarşılıqlı əlaqədə 

olduğundan,  maliyyə  böhranı  ilə  nəticələnən  zəncirvari  reaksiya  baş  verə 

bilər.  Xarici  kapitalla  yanaşı,  bəlkə  ondan  da  tez  milli  kapital  ölkədən 

qaçmağa  başlayır.  Ölkədən  kapitalın  axını  və  qaçması  xarici  valyutaya 

tələbatın  artmasına  gətirib  çıxarır.  Valyuta  ehtiyatları  böyük  olduqda  belə, 

getdikcə  artan  tələbat  ödənilməyə  bilər.  İnformasiya  texnikasından  geniş 

istifadə olunması da milli maliyyə bazarlarında baş verən böhranların tez bir 

zamanda beynəlxalq xarakter almasına səbəb olmuşdur. 

Son  onilliklərdə  maliyyə  böhranlarının  daxili  səbəblərinin  üzərinə 

böyük həcmdə kapital axınlarının sərhədləri aşması ilə əlaqədar olan, dövlət 

tənzimləməsinin  zəifləməsi  nəticəsində  ölkənin  maliyyə  vəziyyətini 

pisləşdirə  bilən  xarici  amillər  də  əlavə  olunur.  Kapitalın  hərəkətinin  dünya 

miqyasında  yayılması,  ofşor  əməliyyatlarının  genişlənməsi,  dövlətin 

tənzimləyici  rolunun  zəifləməsi  dünya  maliyyə  sistemində  sırf  möhtəkirlik 

xarakterli  hərəkətlərin  yerinə  yetirilməsi  imkanlarını  artırmışdır.  Bu 

əməliyyatlar  maliyyə  göstəricilərindən  (valyuta  məzənnəsi,  səhmlərin 

məzənnəsi,  uçot  dərəcələri)  qərəzlə  istifadə  olunması  sayəsində  əlavə 

mənfəət əldə etmək məqsədi  güdür.  Bunun  üçün 10 və 100 milyard  dollar 

məbləğində vəsaitlər səfərbər olunur və bu cür imkanlar mövcuddur. 

Dünyada möhtəkirlik əməliyyatları üzrə ixtisaslaşmış 8 mindən artıq 



hecinq  fondları  mövcuddur  və  onların  əksəriyyətinin  aktivləri  ABŞ-da 

yerləşir.  Onlar  əlbir  hərəkət  etməklə,  istənilən  mərkəzdə  möhtəkirlik 

mənfəətinin əldə olunmasına imkan verən 100 milyardlarla likvid vəsaitləri 

toplayırlar. BVF-in qiymətləndirmələrinə görə, 5-6 ən böyük fond istənilən 

milli  valyutaya,  yaxud  fond  bazarına  hücum  etmək  üçün  900  milyard 

dollaradək  vəsait səfərbər etməyə  qadirdir. Maliyyə  mərkəzlərinin  çoxu bu 

cür təzyiqə davam gətirmək iqtidarında deyil. 

 

 



 

 



 

 

157 



___________________________________________________ 

Maliyyə böhranlarının nəticələri 

 

Ötən  əsrin  son  25  ili  maliyyə  böhranlarının  sayının  çoxalması  ilə 

xarakterizə olunur. Özü də, bu böhranlar inkişaf etmiş ölkələrlə müqayisədə 

inkişaf etməkdə olan ölkələrdə daha tez-tez baş verir. Belə ki, 1990-cı illərdə 

60-dan  çox,  o  cümlədən  bazarları  inkişaf  edən  41  ölkədə  maliyyə  böhranı 

baş  vermişdir.  Ən  güclü  maliyyə  sarsıntıları  ilə  Braziliyanın,  Meksikanın, 

Argentinanın,  Cənubi  Koreyanın,  Cənubi-Şərqi  Asiyanın,  Rusiyanın, 

Yaponiyanın  maliyyə  sistemləri  üzləşmişdir.  İnkişaf  etmiş  ölkələrin  milli 

təsərrüfatları da əsrimizin əvvəllərində güclü fəlakətlərlə qarşılaşmışdır. 

Maliyyə böhranları dünyada iqtisadi inkişafın qeyri-sabit, iyerarxiya 

formasında  olmasını,  böhranlı  ölkələrdə  kapitalın  səfərbərliyi  və 

yerləşdirilməsi,  valyuta  ehtiyatlarının  idarə  olunması  sahələrində  qeyri-

mütənasibliklərin  mövcudluğunu  əks  etdirmişdir.  Sübut  olundu  ki,  bu 

böhranların ən mühüm səbəbi xarici ssuda kapitalının kütləvi şəkildə, özü də 

qısa müddətə cəlb olunmasıdır. Böhran başlamazdan əvvəl inkişaf etməkdə 

olan ölkələrdə qısamüddətli borc öhdəliklərinin ümumi xarici borca nisbəti, 

bu vəziyyətə düşməyən ölkələrlə müqayisədə 2 dəfə yüksək olmuşdur. 

Qısamüddətli  borc  öhdəliklərinin  və  xarici  valyuta  ilə  təmin  olun-

muş,  yaxud  indeksləşdirilmiş  passivlərin  böyük  bir  hissəsinin  toplanması 

milli  pul-kredit  sistemlərinin  dayanıqlığını  zəiflədirdi.  İri  məbləğdə  xarici 

qeyri-mütənasibliklər  (ödəmələrin  mənfi  saldosu,  faizlər  üzrə  böyük 

məbləğdə  ödənişlər,  qısamüddətli  borcların  payının  yüksək  olması,  xarici 

passivlərin  aktivləri  üstələməsi  və  s.)  təsərrüfatların  xaricdə  baş  verən 

hadisələrə, o cümlədən inkişaf etmiş ölkələrin dalğavari inkişafında, beynəl-

xalq  maliyyə  bazarlarında  və  aparıcı  valyutaların  mübadilə  məzənnələrinin 

strukturunda baş verən dəyişikliklərə qarşı həssaslığını artırır. 

Maliyyə  böhranı  maddi  istehsal  sektoruna,  kapital  yığımına  mənfi 

təsir  göstərir.  İşçi  qüvvəsinin  məşğulluğu  ən  kəskin  problemlərdən  birinə 

çevrilir. 1990-cı illərdə böhran  keçirən ölkələr öz  illik ÜDM-nin 14%-dək 

itirirdi  və  onların  böhrandan  əvvəlki  iqtisadi  inkişafı  səviyyəsinə  çatması 

üçün  6  ilədək  vaxt  tələb  olunurdu.  Böhran  baş  verən  ölkələrdə  tədiyyə 

balansının ÜDM-ə nisbətən kəsiri böhran keçirməyən ölkələrlə müqayisədə 

2% yüksək olurdu. 1990-cı illərin böhranları dünya təsərrüfatının istehsal və 

pul-kredit  sektorlarının  inkişafına  mənfi  təsir  göstərmişdir.  2008-ci  ildə 

başlayan  və  ümumdünya  miqyası  alan  maliyyə  böhranı  böyük  iqtisadi 

itkilərlə  nəticələnmişdir.  Böhran  keçirən  təsərrüfatlarda  istehsal  həcminin 

sürətlə  azalması  xarici  ticarətin  artım  tempinin  səngiməsi  və  daha  sonra 

ixtisarı,  valyuta  məzənnələrinin  dəyişməsi  səbəbindən  rəqabətin 

kəskinləşməsi ilə nəticələndi (valyuta müharibələri).  



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə