Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə72/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   285

 

 

153 



1980-ci illərdə bir qədər aşağı düşdükdən sonra 10%-ə çatmışdır. Ən böyük 

həcmdə  kapital  alan  ölkələr  Səudiyyə  Ərəbistanı,  Türkiyə  və  Meksika 

olmuşdur. 

Beynəlxalq  kapital  bazarlarında  əsas  kreditorların  tərkibində 

dəyişikliklər  baş  vermişdir.  Əvvəllər  bu  qisimdə  inkişaf  etmiş  ölkələrin 

sahibkarlıq  subyektləri  çıxış  edirdi.  2000-ci  illərdə  onlara  bir  sıra  inkişaf 

etməkdə  olan  ölkələr:  ÇXR,  Səudiyyə  Ərəbistanı,  Rusiya  Federasiyası  da 

qoşulmuşdur.  ÇXR  ən  iri  kreditora  çevrilmişdir:  2008-ci  ildə  xalis  kapital 

ixracının 23,4%-i onun payına düşmüş və ölkə bu göstəriciyə görə Almaniya 

və  Yaponiyanı  xeyli  geridə  qoymuşdur.  1990-cı  illərdə  inkişaf  etmiş 

ölkələrin  tədiyyə  balanslarının  cari  maddələri  üzrə  müsbət  saldosu  170 

milyard  dollardan  çox  olmuş  və  bu,  onların  xalis  kreditorlar  kimi  çıxış 

etməsinə  imkan  vermişdir.  İnkişaf  etməkdə  olan  ölkələr  cari  əməliyyatları 

25-121  milyard  dollar  məbləğində  böyük  kəsirlə  başa  vururdu.  2000-ci 

illərdə inkişaf etməkdə olan ölkələrin cari əməliyyatlar üzrə saldosu müsbət, 

inkişaf etmiş ölkələrdə isə mənfi olmuşdur. 

Kreditorlar  kreditlərin  və  borcların  verilməsinin  mümkünlüyünü 

böyük  ehtiyatla  təhlil  edirlər.  Ödəniş  qabiliyyəti  maliyyə  vəsaitlərinin 

verilməsinin  ən  ciddi  məhdudlaşdırıcı  amilidir.  Bu,  inkişaf  etməkdə  olan 

ölkələrə xalis kapital axınının azalması ilə nəticələnir. 



________________________________________________ 

Faiz dərəcələri  

 

Beynəlxalq  kapital  bazarlarında  vəsaitlər  müəyyən  şərtlərlə  alınır. 



Beynəlxalq  kapital  bazarlarında  kreditlərin  verilməsi  şərtləri  müxtəlif 

göstəricilərin  mürəkkəb  kompleksindən  ibarətdir.  Amma  onlardan  ən 

əsasları "qiymət", müddətlər və hesablaşma valyutasıdır. Kreditin "qiyməti" 

faiz dərəcəsi əsasında əmələ gəlir. 

Vəsait  qoyuluşlarının  harada  -  öz  ölkəsində,  yaxud  xaricdə  həyata 

keçirilməsi barədə qərar qəbul edərkən, ölkə daxilindəki faiz dərəcəsi xaricə 

investisiya qoyuluşundan əldə edilməsi gözlənilən gəlirlə müqayisə olunur:  

 

 

 

burada: 


 r

d

 - ölkə daxilində faiz dərəcəsi; 

 r

f

 - başqa ölkədə faiz dərəcəsi; 



 E

t

 t anında milli valyutanın mübadilə məzənnəsi; 

 E



t+1 

- gələcəkdə t+1 anında xarici valyutanın mübadilə məzənnəsi; 

 U - gözlənilən gəlirdir. 



 

 

154 



 

Fərq müsbətdirsə, vəsaitləri ölkə daxilində qoymaq daha münasibdir. 

Fərqin  mənfi  olması  xaricə  qoyulan  vəsaitin  daha  çox  gəlir  gətirəcəyini 

göstərir. 

Faiz dərəcələrinin strukturu və  hərəkəti beynəlxalq ssuda kapitalları 

bazarlarının  inkişafının  əsas  qanunauyğunluqlarını  əks  etdirir.  Dünya 

təsərrüfatında  konyunkturun  cüzi  dəyişməsinə  tez  bir  zamanda  reaksiya 

verməklə,  faiz  dərəcəsi  daxili  və  xarici  kredit  bazarlarında  yaranmış 

vəziyyəti obyektiv qiymətləndirməyə və onların yaxın perspektivdə inkişafı 

barədə  nəticə  çıxarmağa  imkan  yaradır.  Faiz  dərəcəsindən  müəyyən 

səmərəliliklə  makro  və  mikro  iqtisadi  proseslərə  təsir  göstərilməsinin  aləti 

kimi istifadə oluna bilər. 

Kapitallar  bazarlarının  beynəlmiləlləşməsinin  güclənməsi  orta 

hesabla götürülmüş vahiddən, yəni sintetik qlobal faiz dərəcəsindən istifadə 

olunmasını nəzərdə tutur. Həm qısamüddətli, həm  də uzunmüddətli qlobal 

faiz dərəcələri 1980-1990-cı illərdə  əvvəlki  onilliklərlə müqayisədə  kifayət 

qədər yüksək olmuşdur. 

Dünya  üzrə  uzunmüddətli  real  faiz  dərəcələri  orta  hesabla  1960-cı 

illərdə  3%  olmuş,  1970-ci  illərdə  0,5%-dək  aşağı  düşmüş,  sonra  yenidən 

yüksəlmişdir. 1990-cı illərdə bu dərəcə 3,5%, 1999-2006-cı illərdə 2,3%-ə 

bərabər olmuşdur.  

Qısamüddətli real faiz dərəcələri 1960-cı illərdə 1,25%, 1973-1980-

ci  illərdə  mənfi  1,25%-dək  aşağı  düşmüşdür.  1990-cı  illərin  sonunda 

qısamüddətli real faiz dərəcələri 2,5%, 1999-2006-cı illərdə 1,3% olmuşdur. 

Real  faiz  dərəcələrinin  səviyyəsinin  aşağı  düşməsi  dövlət  borcunun 

artması ilə müşayiət olunurdu. Belə ki, 1990-cı illərdə inkişaf etmiş ölkələrin 

dövlət borcu onların ÜDM-nin 70%-i, 2000-2005-ci illərdə 72,5%-i, 2006-

2010-cu illərdə 82,5%-i həcmində olmuşdur. Faiz dərəcələrinə orta hesabla 

artan mənfəət güclü təsir göstərmişdir. 

Real faiz dərəcələrinin aşağı düşməsi isə, inkişaf etmiş ölkələrin bir 

çoxunda  beynəlxalq  borclar  üzrə  yükün  yüngülləşdiyi,  tədiyyə  balansının 

cari əməliyyatları üzrə müsbət saldonun yarandığı dövrə təsadüf edir. 



 

8.5. Maliyyə böhranları  

 

Dünyada  valyuta-kredit  münasibətlərinin  inkişafı  maliyyə  böhran-



larının  baş  verməsi  ilə  müşayiət  olunur.  Dünya  təsərrüfatı  yarananadək 

maliyyə  sarsıntıları  ayrı-ayrı  ölkələrin  milli  sistemlərini  əhatə  edirdi.  Ötən 

əsrdə  bu  böhranlar  beynəlxalq  xarakter  almağa  başladı.  Maliyyə 

böhranlarının  beynəlxalq  xarakteri  bazar  iqtisadiyyatının  inkişafının  uzun 

müddət sürən dalğasının aşağı fazasına aid olan 1930-cu və 1990-cı illərdə 



 

 

155 



özünü  daha  parlaq  şəkildə  göstərdi.  Maliyyə  böhranları  əhəmiyyətli 

dərəcədə  dünya  təsərrüfatı  sistemində  baş  verən  struktur  dəyişikliklərinin 

inikası olmuşdur. Uzun sürən tarixi dövr ərzində onların dərinliyi və miqyası 

dəyişmişdir. 



Maliyyə  böhranlarının  mümkünlüyü  kapitalın  hərəkətinin,  bazarın 

fəaliyyətinin  xarakterindən  irəli  gəlir.  Kapitallar  bazarlarında  bağlanılan 

əqdlər  gələcəkdə  yaradılmalı  olan  dəyərin  maliyyələşdirilməsi  deməkdir. 

Buna görə də pul axınları mövcud olan (avanslaşdırılmış) və gələcək dəyər 

(mənfəət) arasındakı real vaxt fərqi ərzində  gəlirlərin əldə olunması barədə 

"ümidlərə" xidmət edir. Bu ona görə baş verir ki, maliyyə bazarında maliyyə 

aktivlərinə  (alətlərinə)  dair  mülkiyyət  tələbləri  gəlir  verməyə  qadir  olan 

mülkiyyətin meydana çıxmasından xeyli əvvəl sənədlərlə rəsmiləşdirilir. Bir 

sıra  hallarda  tələblər  eyni  zamanda  müxtəlif  əməliyyatlarda  iştirak  edən 

çoxsaylı  bazar  iştirakçıları  arasında  rəsmiləşdirilir.  Gələcək  gəlirlər  və 

likvidliyin  axtarılması  arasındakı  vaxt  fərqi  vəsaitlərin  kreditora 

qaytarılmaması riskini yaradır. Risklərin sığortalanmasının mövcud sistemi 

təkmillikdən çox uzaq olduğuna görə, bir həlqənin qırılması başqa əqdlərin 

pozulmasına,  çox  zaman  isə,  milli  və  beynəlxalq  bazarlarda  böhran 

yaranmasına gətirib çıxarır. 

Beynəlxalq  maliyyə  böhranı  dedikdə,  bir  sıra  ölkələrdə  maliyyə-

kredit sistemində baş verən dərin pozuntular nəticəsində beynəlxalq valyuta-

kredit  sistemlərində  kəskin  qeyri-mütənasibliklər  in  və  fəaliyyətində 

fasilələrin  yaranması başa düşülür.  Bu böhranlar dünya maliyyə  sisteminin 

müxtəlif  sahələrini,  adətən,  eyni  vaxtda  bürüyür.  Maliyyə  böhranlarının 

mərkəzi  pul  kapitalı,  onların  birbaşa  təzahür  etdiyi  sahələr  isə  kredit 

idarələri, dövlət maliyyəsidir. 



Dalğavari  və  xüsusi  beynəlxalq  maliyyə  böhranları  fərqləndirilir. 

Birincisi  istehsalda  baş  verəcək  iqtisadi  böhranın  nişanəsidir,  ikincisi  isə 

dalğanın hərəkətindən asılı olmayaraq, xüsusi səbəblər üzündən yaransa da, 

əks olunma yolu ilə təsərrüfata və xarici iqtisadi əlaqələrə təsir göstərir.  



_____________________________________________________ 

Maliyyə böhranlarının təzahürünün formaları 

 

Maliyyə  böhranının  nişanələri  aşağıdakılardır:  (1)  valyuta 

məzənnələrinin  kəskin  surətdə  aşağı  düşməsi  və  faiz  dərəcələrinin  sürətlə 

artması;  (2)  bankların  başqa  kredit  idarələrində  olan  depozitlərini  kütləvi 

qaydada  geri  götürməsi,  öz  hesablarından  nağd  pulun  verilməsinin 

məhdudlaşdırılması,  yaxud  dayandırılması  (bank  böhranı);  (3)  şirkətlər 

arasında  maliyyə  alətləri  vasitəsilə  hesablaşmalar  sisteminin  normal 

fəaliyyətinin  pozulması  (hesablaşmaların  böhranı);  (4)  pul  tədavülünün 

böhranı; (5) borc böhranı. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə