Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə64/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   285

 

 

135 



dərəcədə  daimi  təsir  etdiyini  göstərir.  İstehsalın  sürətli  artımı,  yüksək  faiz 

dərəcələri  və  xarici  ticarət  üçün  əlverişli  şəraitin  olması  şəxsi  əmanətlərin 

səviyyəsinin yüksəlməsi, büdcənin, tədiyyə balansının cari hesablarının mənfi 

saldoları,  sərvətin  artması,  ÜDM-in  adambaşına  düşən  həcminin  yüksək 

səviyyəsi isə şəxsi əmanətlərin səviyyəsinin aşağı düşməsi ilə nəticələnir. 

Kapital  qoyuluşlarına  gəldikdə  isə,  müasir  investisiyaların  təhlili 

zamanı  əsas  diqqət  ölkələrdəki  iqtisadi  və  siyasi  vəziyyətə  yönəldilir. 

Siyasətdə qeyri-müəyyənlik və makroiqtisadi qeyri-sabitlik, vergilərin səviy-

yəsi, habelə  rüşvətxorluq,  firmaların  kreditləşdirilməsi və  qeydiyyatı şərtləri, 

cinayətkarlıq (investisiya mühiti) investisiya prosesində öz əksini tapır. 



__________________________________________________ 

İnkişaf etmiş ölkələrdə əmanətlərin və yığımların səbəbləri  

 

Əmanətlərin  müxtəlif  mənbələrinin  dinamikası  üstünlük  təşkil  edən 



amillərin və şərtlərin təsiri altında formalaşır. 

___________________________________________________ 

Ev təsərrüfatlarının əmanətləri 

 

Ev  təsərrüfatlarının  əmanətlərinin  dəyişməsi  F.Modilyaninin  "həyat 

dövrü" konsepsiyası mövqeyindən nəzərdən keçirilir. Bu konsepsiyaya görə, 

insanın  müəyyən  dövr  ərzində  istehlak  səviyyəsi  onun  bütün  ömrü  boyu 

qazanmağa ümid etdiyi gəlir əsasında müəyyənləşdirilir. Həyat dövrü modeli 

nəzərdə tutur ki, ayrı-ayrı şəxslər ev təsərrüfatlarının resurslarının dəyişməsini 

və  əmanətlər  üzrə  gözlənilən  gəlirləri  nəzərə  alaraq,  istehlaklarını  vaxt 

baxımından  tarazlaşdırırlar.  Fərdin  həyatı  ərzində  əmanətlərin  səviyyəsi 

mütəmadi olaraq dəyişir və buna müvafiq olaraq əmanətlərin məcmu norması 

gəlirlərin ömür müddətində bölgüsündən birbaşa asılıdır. 

Gənclər gələcəkdə gəlirlərinin artacağına ümid bəsləyirlərsə, daha çox 

borc  almağa  meyil  göstərərək,  əmanətləri  az  məbləğdə  toplayırlar.  Orta 

yaşlılar  təqaüdə  çıxdıqdan  sonra  gəlirlərinin  azalacağını  hiss  edərək, 

əmanətlərə  hamıdan  çox  diqqət  yetirirlər.  Onlar  həyatlarının  çiçəkləndiyi 

dövrü yaşayır, yüksək gəlirlər əldə edirlər. Qocalığa əmanət toplamaq, yaxud 

varislik yaratmaq səylərinə gəlirlərdə, var-dövlətdə dəyişikliklər və gələcəkdə 

pensiya təminatı imkanları da təsir göstərir. 

Dünyanın  müxtəlif  milli  təsərrüfatlarında,  yaxud  ölkələr  qruplarında 

əmanətlərin səviyyəsinə demoqrafik  vəziyyət  mühüm təsir  göstərir.  Əhalinin 

strukturunda  cavanların  və  pensiya  yaşlıların  payı  artdıqca,  əmanətlərin 

məcmu  səviyyəsi  aşağı  düşür.  Cavanların  təhsil  səviyyəsinin  yüksəlməsi  də 

eyni  istiqamətdə təsir  göstərir.  Cavan  ailələrin sayının  artması mənzillərə  və 

uzun  müddət  istifadə  olunan  mallara  tələbatı  artırır,  bu  isə,  əmanətlərin 

normasının aşağı düşməsi ilə nəticələnir. 




 

 

136 



Sürətlə  inkişaf  edən  ölkələrdə  işləyənlər  və  təqaüdçülərin  gəlirləri 

arasında böyük fərq müşahidə olunduğuna görə, əmanətlər norması, adətən, 

daha yüksəkdir. Bu isə, yığım normasının çoxsaylı, daha çox müvəffəqiyyət 

qazanmış  işçilərin  əmanətləri  normasına  yaxınlaşması  ilə  nəticələnir.  Bu 

müddəa  Yaponiya  və  Koreyanın  1970-1980-ci  illərdəki  nümunələri  ilə 

təsdiqlənir. 



Ev  təsərrüfatlarının  zənginliyinin  dəyişməsi  də  əmanətlərə  ciddi  təsir 

göstərir.  Zənginləşmə  ev  təsərrüfatlarını  xərcləri  çoxaltmağa  və  əmanətlərin 

səviyyəsini  aşağı  salmağa  stimullaşdırır.  Xərcləri  gəlirlərindən  çox  olan  ev 

təsərrüfatları,  adətən,  aktivlərini  ləğv  etməyərək,  daha  çox  borc  alır,  bu  isə, 

borclanma səviyyəsinin yüksəlməsi ilə nəticələnir.  

Əmanətlərin dinamikası ev təsərrüfatlarının sərvətinin borclarına olan 

nisbəti,  yaxud onların xalis sərvətinin gəlirlərinə  nisbəti ilə müəyyənləşdirilə 

bilər.  Ev  təsərrüfatlarının  zənginləşməsi  prosesi  istehlakın  artmasına  və 

əmanətlərin  ixtisar  olunmasına  təsir  göstərə  bilər.  Məsələn,  BVF-in 

mütəxəssislərinin  hesablamalarına  görə,  ABŞ-da  yığım  normasının  2  faiz 

bəndi azalması, ÜDM-də zənginlik normasının artması ilə izah edilir. 

Ev  təsərrüfatlarının  əmanətlərinin  dinamikası  gəlirlərin  və  istehlakın 

strukturuna  əsas  etibarilə  sosial  təminat  vasitəsilə  təsir  göstərən  dövlət 

siyasətinin  birbaşa  təsiri  altındadır.  Dövlət  pensiyaları  və  sosial  təminat 

proqramları, adətən, şəxsi əmanətlər normasını aşağı salır. Milli gəlirin yaşlı 

əhalinin  xeyrinə  yenidən  bölgüsü  qocalığa  və  gözlənilməz  hadisələrə  görə 

əmanətlər toplamaq zərurətini azaldır. İnkişaf etmiş ölkələrdə dövlət və özəl 

pensiya sistemləri geniş yayılsalar da, əhalinin istehlakın mövcud səviyyəsini 

gələcəkdə  də  qoruyub  saxlamaq  səyləri  onları  əməkqabiliyyətli  yaşda 

əmanətləri  artırmağa  sövq  edir.  Bunu  ev  təsərrüfatlarının  gəlirlərində 

əmanətlər üzrə alınan faizlərin payının artması sübut edir. ABŞ-da yaşı 65-dən 

yuxarı olan şəxslər gəlirlərinin 53%-dən çoxunu bu faizlərdən gəlir əldə edir 

və buna görə də təqaüdçülərin əmanət toplamağa olan marağı azalır. 

Əmanətlərə  münasibət  qiymətlərin  yüksəlməsi  nəticəsində  də  dəyişə 

bilər.  İstehlak  mallarının  qiymətlərinin  müvəqqəti  artımı  şəxsləri  istehlakı 

təxirə  salmağa  məcbur  edə,  istehsal  vasitələrinin  qiymətlərinin  nisbətən 

yüksəlməsi  isə məcmu  gəlirlərin  istehlakdan investisiyalara  yönəldilməsi ilə 

nəticələnə bilər. 



_____________________________________________________ 

Müəssisələrin əmanətləri və kapital qoyuluşları 

 

Müəssisələrin  əmanətləri  və  kapital  qoyuluşları  dalğanın  dina-



mikasından  əhəmiyyətli  dərəcədə asılıdır. Şirkətin  vəsaitlərini  investisiyalara 

yönəltməsinin  əsas  amili  kapital  qoyuluşlarından  gözlənilən  mənfəətdir. 

Əmək vasitələrinin toplanmasının artıq əldə olunmuş yüksək səviyyəsi bir çox 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə