Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə63/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   285

 

 

133 



göstəricilərinə  müvafiqdir.  Göstəricilər  cari  valyuta  məzənnələri  əsasında 

hesablandıqda, 2000-ci ildən başlayaraq, əmanətlərin və kapital qoyuluşlarının 

70%-ə yaxını inkişaf etmiş ölkələrin, 30%-dən çoxu isə inkişaf etməkdə olan 

ölkələrin payına düşmüş, özü də sonuncu onillikdə inkişaf etmiş ölkələrin payı 

aşağı düşmüşdür. AQP üzrə hesablamalar isə  əmanətlərin təqribən  45%-nin 

inkişaf  etmiş  ölkələrdə,  55%-nin  isə  inkişaf  etməkdə  olan  ölkələrdə 

formalaşdığını göstərir. 

_____________________________________________________ 

Əmanətlərin və yığımların mənbələri  

 

Makro  və  mikro  səviyyələrdə  əmanətlər  və  yığımlar  müxtəlif 



institusional vahidlər (ev təsərrüfatları, müəssisələr və hökumətlər) tərəfindən 

həyata keçirilir: 

 

S = Sh + Se + Sg 

burada: 


 Sh - ev təsərrüfatlarının əmanətləri; 

  

Se - müəssisələrin əmanətləri; 

  

Sg - dövlətlərin əmanətləri. 

 

Milli  əmanətlərin  50%-dən  çoxunu  şirkətlər  təmin  edir.  Onların 



kapital  qoyuluşlarının  və  əmanətlərinin  iki  mənbəyi  vardır:  amortizasiya  və 

şirkətlərin  bölüşdürülməmiş  mənfəəti.  Şirkətlərin  yığımlarının  strukturunda 

istehlak  olunmuş  əsas  kapitalın  əvəz  olunmasına  yönəldilən  xərclərin 

(amortizasiyanın) payı kifayət dərəcədə sabitdir. Böhran dövrlərində artaraq, 

yüksəliş  dövründə  isə  ixtisar  olunaraq,  onun  orta  həcmi  investisiyaların 

yarısından  bir  qədər  çoxdur.  Əsas  kapitalın  yenilənməsinin  ən  mühüm 

vasitələrindən biri kimi çıxış etməklə, amortizasiya istehsalın genişlənməsinə 

və  real  kapitalın  artırılmasına  imkanlar  yaradır.  Şərti  hesablanmış 

amortizasiya çox vaxt xalis yığım fondu kimi istifadə olunur. 

Bölüşdürülməmiş  mənfəət  hesabına  formalaşan  xalis  kapital 

qoyuluşları  şirkətlərin  bilavasitə  istehsal  fondlarını  artırır.  Ssuda  kapitalları 

bazarına  çıxışı  zəif  olan  firmalar  bölüşdürülməmiş  mənfəətin  səviyyəsini 

yüksəkdə  saxlamağa  və  dividendləri  az  məbləğdə  ödəməyə  çalışır.  İnkişaf 

etmiş ölkələrdə kapital qoyuluşlarının əsas kütləsini (50-80%) şirkətlər təmin 

etsələr  də,  xalis  yığımlar  kapital  qoyuluşlarının  ümumi  həcminin  13-17%-i 

hüdudlarında enib-qalxır, yəni onların əsasını amortizasiya təşkil edir. 



Ev  təsərrüfatlarının  əmanətləri  ümumi  əmanətlərin  40%-dən  az 

hissəsini təmin  edir.  İnkişaf  etmiş ölkələrdə  bu  pay azalır.  Bu meyil  bir sıra 

amillərin təsirinin nəticəsidir. Belə ki, istehlak kreditinin liberallaşdırılması iri 

həcmli  satınalmalar  üçün  əmanət  qoyuluşlarının  azalmasına  gətirib 




 

 

134 



çıxarmışdır.  Əmanətlərdə  ev  təsərrüfatlarının  rolu  müxtəlif  ölkələrdə  kəskin 

fərqlənir. 



Dövlətlərin  əmanətləri  müəyyən  dərəcədə  rol  oynayır.  Dövlət 

istiqrazlarının  buraxılmasına  ehtiyacın  azalması  səbəbindən,  1980-ci  illərin 

sonundan onların artımı müşahidə olunur. Kifayət qədər sərt monetar siyasət 

sayəsində inkişaf etmiş ölkələrin dövlət büdcələrindəki qeyri-mütənasibliklər 

xeyli azalmışdır. 2000-ci illərdə inkişaf etmiş ölkələrin büdcə kəsiri artaraq, 

2005-2010-cu illərdə onların ÜDM-nin 4,3%-dən artıq olmuş (1993-2004-cü 

illərdə 3,2%), bu isə əmanətlərin səviyyəsini aşağı salmışdır. 

İstiqrazlara tələbin aşağı düşməsinin səbəblərindən biri investisiyaların 

azalması olduğuna görə, büdcə kəsirlərinin ixtisarı dövlət kapital qoyuluşları-

nın artımı ilə nəticələnmədi. Bir çox ölkələrdə məhz bu cür vəziyyət yaran-

mışdı.  Onların  daxili  və  xarici  qeyri-mütənasibliklərə  azalmasına  yönəlmiş 

səyləri  daxili  əmanətlərə  müsbət  təsir  göstərsə  də,  ictimai  bölmənin  kapital 

qoyuluşları  ixtisar  olunmuşdu.  Dövlət  investisiyalarının  azaldılması  büdcə 

kəsirini  yalnız  vergilərdən  daxilolmaların  artırılması,  yaxud  hərbi  xərclərin 

ixtisar olunması hallarında olduğu kimi, aşağı salmağa imkan verirdi. 

 

7.3. Əmanətlərin və yığımların dəyişməsinin səbəbləri 



__________________________________________________ 

Ümumi yanaşmalar 

 

Dünya təsərrüfatında və onun müxtəlif altsistemlərində əmanətlərin və 

yığımların  dinamikası  əhəmiyyətli  dəyişikliklərə  məruz  qalmışdır.  İqtisadi 

ədəbiyyatda  əmanətlərin  dəyişməsi  səbəblərinin  müəyyənləşdirilməsinə  iki 

əsas yanaşma fərqləndirilir. 

Birinci yanaşma mövcud və gələcək istehlak arasında seçimə əsaslanır 

(İ.Fişer).  Fişer  modeli  göstərir  ki,  istehlak  təkcə  cari  gəlirlərdən  asılı 

olmayaraq,  istehlakçının  bütün  ömrü  ərzində  gəlirlərinin  həcmi  barədə 

ümidləri ilə müəyyən olunur. Fiziki şəxslər maksimum dərəcədə faydalanmaq 

məqsədi  ilə  vaxt  amilini  nəzərə  almaqla  seçdikləri  nemətlərin  dəyərlilik 

səviyyəsini uçot dərəcəsi ilə müqayisə edir və istehlakı vaxtla uyğunlaşdırırlar. 

Bu  halda  uçot  dərəcəsi  əmanətləri  və  investisiyaları  tənzimləyən  əsas  alət 

qismində xidmət edir.  



Digər yanaşma cari gəlirlər və istehlak arasında sıx əlaqənin olduğunu, 

gəlirlərin qalıqlarının  əmanətə  çevrildiyini  qeyd edir.  Bu konsepsiyaya  görə, 

əmanətlər  və  kapital  qoyuluşları  gəlirlərin  hərəkətindən  asılıdır,  uçot 

dərəcələrinin təsiri isə çox zəifdir. 

Göstərilən səbəblər əmanətlərə birgə təsir göstərir. Bu prosesə başqa 

amillər, habelə iqtisadi və sosial mühitin şərtləri təsir edir. BVF-in tədqiqatları 

ənənəvi  dəyişən  kəmiyyətlərin  əksəriyyətinin  əmanətlərə  əhəmiyyətli 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə