Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə66/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   285

 

 

139 



sabitlik  də  əlavə  olunur.  Ümumiyyətlə,  zəhmətlə  əldə  olunacaq  gələcək 

gəlirlər  barədə  güclü  qərarsızlıq  əmanətlər  üçün  xəbərdaredici  səbəbləri 

artırmalıdır.  Amma  qeyri-sabitlik  şəraitində  güclənən  qərarsızlıq,  adətən,  ev 

təsərrüfatlarının əmanətlərinə əks istiqamətdə təsir göstərir. 



3.  İnkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  ev  təsərrüfatları 

gəlirlərinin  axınları  arasındakı  fərqlər  pensiya  təcrübəsi  ilə  də  müəyyən-

ləşdirilir.  Ömrün  qısalığı,  istehsalın  və  pensiya  sistemlərinin  təşkilinin 

xüsusiyyətləri  səbəbindən  inkişaf  etməkdə  olan  ölkələrdə  yaşayan  şəxslər 

pensiyanı az müddət ərzində alır və qocalıq dövrü üçün əmanət toplanmasında 

maraqlı  deyillər.  Sosial  sistemləri  olmayan,  yaxud  zəif  olan  ölkələrdə 

qocalığın  təminatı  əmanət  toplanması  üçün  mühüm  səbəb  ola  bilər.  Lakin 

yuxarıda  qeyd  olunan  cəhətlərə  başqaları  da  əlavə  olunur.  Ənənəvi  sosial 

münasibətlərin  qalması,  bəzi  ölkələrdə  isə  üstünlüyü  nəsillər  arasında  güclü 

əlaqələr yaradır. Buna görə də istehlakın planlaşdırılması daha uzun müddəti 

əhatə edir. 

4.  Ev  təsərrüfatlarının  əmanətləri  kredit  sisteminin  inkişaf  etmədiyi, 

rəsmi  sektorda  kredit  əməliyyatlarının  çeşidinin  məhdud  olduğu  şəraitdə 

formalaşır.  Bir  sıra  kənd  yerlərində  kredit  idarələri,  ümumiyyətlə,  yoxdur. 

Xırda  sahibkarların  təşkil  olunmuş  kapital  bazarına,  demək  olar  ki,  çıxışı 

yoxdur və onların istehsalı genişləndirmək imkanları həddən artıq məhduddur. 

Əmanətlərin toplanmasında  qeyri-rəsmi  sistem  mühüm  rol  oynayır.  Bir  çox 

regionlarda  ssuda  əməliyyatlarının  yerinə  yetirilməsində  yerli  sələmçilərin 

mövqeləri nəinki zəifləmiş, hətta möhkəmlənmişdi. Nəticədə külli məbləğdə 

vəsait  istehsaldan  kənarlaşdırılaraq,  müstəqil  xarakter  alır  və  sələm 

əməliyyatlarında  dondurulur.  Sələm  faizinin  və  rentanın  toplanması 

təsərrüfatın  inkişafı  qarşısında  iqtisadi  hədd  qoyur.  Bu,  əmanətləri 

möhtəkirlik,  sələmçilik  sahəsinə,  zinət  əşyalarının  toplanmasına  cəlb  edir, 

başqa sözlə, izafi yığım yaradır. 

5.  Yoxsul  ölkələrdə  ictimai  bölmənin  əmanətlərinin  formalaşmasının 

xüsusiyyətləri  də  vardır.  Bu  fərqlər  qeyri-maliyyə  dövlət  müəssisələrinin 

rolunda,  maliyyə  sisteminin  inkişafının  səviyyəsində,  vergilərin  yığılması 

sistemində,  gəlir  bazasının  tərkibində,  xaricdən  daxilolmaların  və  xarici 

borcun  əhəmiyyətində  təzahür olunur.  İnkişaf  səviyyəsi  aşağı olan  ölkələrdə 

ictimai  bölmədə  xalis  mənfəəti  dövlət  xərcləri  hesabına  yaranan,  yəni 

büdcədən dotasiya alan istehsal müəssisələri üstünlük təşkil edir. 

6.  Yoxsul  ölkələrin  əksəriyyətində  maliyyə  infrastrukturunun  zəif 

olması üzündən vergilərin və rüsumların toplanması ciddi inzibati problemdir. 

Bu  da  ictimai  sektorun  yığımlarını  azaldır.  Xarici  şərait  dövlət  sektorunun 

yığımlarını  artırmağa  imkan  vermədikdə,  strukturun  yenidən  qurulmasının 

ağırlığı dövlət istehlakının üzərinə düşür. İctimai istehlakın azalması xərclərin 

son həddinin artmasına gətirib çıxardığı hallarda isə kəsirlə  maliyyələşdirmə 




 

 

140 



üsuluna  əl  atılır.  Göstərilən  və  digər  səbəblərin  məcmusu  zəif  inkişaf  etmiş 

ölkələrdə əmanətlərin son dərəcə aşağı səviyyədə olmasını şərtləndirir (1985-

ci ildə ÜDM-in 2,9%-i, 1995-ci ildə - 8%-i, 2000-ci ildə - 11,9%-i). Əsrimizin 

birinci onilliyində əmanətlərin səviyyəsi MDM-in 15%-dən artıq olmuşdur. 



 

7.4. Mənfəət  

 

Kapital  qoyuluşları  və  mənfəət  ayrılmazdır,  onlar  bir-birindən  ayrı 



mövcud  ola  bilməz.  Milli  təsərrüfatlar  və  dünya  miqyasında  kapital 

qoyuluşları  prosesi  yalnız  lazımi  qədər  mənfəət  təmin  edildikdə,  müsbətə 

doğru inkişaf edir. Sahibkarlıq subyektlərinin fəaliyyəti uzunmüddətli planda 

yüksək və sabit mənfəətin əldə edilməsi məqsədinə tabe olunmuşdur. Mənfəət 

kapitalist  istehsal  üsulunun  hərəkətverici  qüvvəsidir.  Mənfəət  onun 

saxlanılmasının, təkmilləşdirilməsinin və genişləndirilməsinin mənbəyidir. 

Mənfəət dedikdə, əmək vasitəsilə yaradılan, kapitalın sahibi tərəfindən 

mənimsənilən izafi, yaxud yeni dəyər başa düşülür. Mənfəətin həcmi satılmış 

malların  və  xidmətlərin  dəyəri  ilə  istehsal  xərcləri  arasındakı  fərq  kimi 

müəyyən olunur. 

Sahibkarlığın faydalılıq və gəlirlilik dərəcəsini adətən illik mənfəətin 

bütün  kapitala  (k)  nisbəti  kimi  hesablanan  mənfəət  norması 



  göstərir  və 

faizlə ifadə olunur: 

 

 

 

 

Kapital qoyuluşları kimi, mənfəət norması da milli təsərrüfatlarda və 

bütövlüklə  dünyada  işgüzar  fəallığın  vəziyyətini  əks  etdirir.  Mənfəətin 

dəyişməsi  templəri  iqtisadi  inkişafın  dalğavari  xarakteri  ilə  sıx  əlaqədardır. 

Ortamüddətli və uzunmüddətli yüksəliş dalğası dövrlərində mənfəət norması 

ən yüksək həddədək artır, inkişafın ən aşağı fazasında isə kəskin azalır. Milli 

təsərrüfatların  dalğa  çərçivəsində  enib-qalxma  amplitudası  40%-ə  çatır. 

Ümumilikdə isə, ayrı-ayrı ölkə qruplarında və dünya təsərrüfatında mənfəətin 

enib-qalxmalarının kəmiyyəti nisbətən aşağıdır. 

Ötən  əsrin  ikinci  yarısı  işgüzar  fəallığın  uzun  sürən  dövrünün  həm 

yüksəliş, həm də enmə fazalarını əhatə etmişdir. Son 25 ildə mənfəət norması 

bundan əvvəlki müvafiq dövrə nisbətən aşağı olmuşdur. Belə ki, inkişaf etmiş 

ölkələrdə  orta  mənfəət  norması  1970-1980-ci  illərdə  aşağı  düşmüş,  1990-cı 

illərdə isə 17%-dən çox olmuşdur (cədvəl 7.2).  

 

 

 



 


Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə