Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə62/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   285

 

 

131 



Əmanətlər normasının 1985-1995-ci illərdəki 24,2%-dən 2004-2010-

cu illərdəki 28,6%-ə çatdığı inkişaf etməkdə olan ölkələrdə isə bu proses əks 

istiqamətdə inkişaf edirdi. 2000-ci illərdə ölkələrin  bu qrupunda  əmanətlərin 

artımı əhəmiyyətli dərəcədə Çin tərəfindən təmin edilmişdi. 

1970-ci  illər  istisna  edilməklə,  dünya  təsərrüfatında  kapital 

qoyuluşlarının  orta  illik  həcmi  dünyada  əmanətlərin  dinamikasına  uyğun 

olaraq  dəyişirdi.  1950-ci  ildən  1970-ci  ilədək  investisiya  kvotası  müntəzəm 

qaydada yüksələrək, 1973-cü ildə MDM-in təqribən 27%-nə çatmışdı. 1982-

1990-cı  illərdə  bu  göstərici  23,4%-dək  aşağı  düşmüş  və  bu  enmə  sonrakı 

onilliklərdə də davam etmişdir (cədvəl 7.1). 

 

Cədvəl 7.1. Dünya iqtisadiyyatında əmanətlər və kapital 



qoyuluşları normaları,  

MDM-ə nisbətən %, (AQP üzrə hesablama)  

  

 

 



1974-1981 

1982-1990 

1991-1999 

2000-2010 

Əmanətlər 

24,9 

22,4 


22,4 

22,0 


Kapital qoyuluşları 

24,7 


23,4 

22,8 


22,0 

 

Mənbə:  World  Economic  Outlook  IMF.  October  1996,  September 

2005, April 2010. 

 

Dünya  üzrə  kapital  qoyuluşlarının  dinamikasındakı  dəyişikliklər 



iqtisadi dalğanın hərəkətinə uyğun olaraq, yüksəliş dövrlərində artır, tənəzzül 

dövrlərində isə aşağı düşürdü. Başqa səbəblər də mövcud idi. 1980-ci illərdə 

dünya təsərrüfatında real uçot dərəcələrinin artımı baş vermişdir. Onlar aşağı 

və çox vaxt mənfi real kəmiyyətdən tarixdə ən yüksək həddə qalxaraq, 1990-

cı  illərin  ortalarınadək  bu  səviyyədə  qaldı.  Real  uçot  dərəcələrinin  yüksək 

səviyyəsi  əmanətlər  normasının  artımı  ilə  müşayiət  olunmurdu.  Bu  göstərici 

bütün inkişaf etmiş ölkələrdə aşağı düşmüşdü. 

İnvestisiya  kvotalarının  aşağı  düşməsinə  faiz  dərəcələri  və  verilən 

kreditlərin  həcmindən  başqa,  qiymətlərin  dəyişməsi  də  təsir  göstərir. 

İnvestisiya  mallarının  qiyməti  istehlak  mallarının  qiymətinə  nisbətən 

ucuzlaşırsa, əmanətlərin səviyyəsi dəyişmədikdə belə, investisiyalara reallıqda 

daha çox vəsait yönəltmək mümkündür. 1973-cü ildən investisiya mallarının 

qiyməti başqa malların və xidmətlərin qiymətləri ilə müqayisədə aşağı düşsə 

də,  investisiya  xərclərini  payının  azaldığı  halda,  kapital  qoyuluşlarının  real 

həcmi saxlanıla bilmişdı. Buna görə də hesablamalar müqayisəli qiymətlərlə 

və  valyuta  məzənnələri  ilə  aparıldıqda,  investisiya  kvotasının  kəmiyyəti  cari 

qiymətlərlə aparılan hesablamaların nəticəsinə nisbətən aşağı düşür. 

Göstərilən səbəblərdən başqa, investisiya kvotasının aşağı düşməsinə 

aktivlərin, xüsusilə  də  mənzillərin qiymətlərinin  yüksəlməsi nəticəsində  özəl 

sektora  verilən  kreditlərin  məbləğinin  artması  təsir  göstərmişdir. 




 

 

132 



Qiymətləndirmələrə  görə,  ÜDM-də  kreditlərin  payının  10%  artması  inkişaf 

etmiş ölkələrdə əmanətlərin payının 0,5%, inkişaf etməkdə olan ölkələrdə isə 

0,9% azalmasına gətirib çıxarır. 

_____________________________________________________ 

Ölkələrin əsas qruplarının yığım prosesində rolu 

 

İdeal  halda  götürüldükdə,  dünya  təsərrüfatında  əmanətlərin  S  və 

kapital  qoyuluşlarının  I  səviyyələri  eyni  olmalıdır  (Sw  =  Iw).  Rəsmiyyət 

baxımından,  onlar  bir-birindən  asılı  olmayaraq  formalaşdığına  və 

hesablandığına  görə,  eyni  olmaya  bilərlər.  İnvestorların  şəxsi  əmanətləri  ilə 

təmin  olunmayan  kapital  qoyuluşları  başqa  sektorların  əmanətləri  hesabına 

maliyyələşdirilir. Deməli, dünya üzrə kapital qoyuluşları normasının istənilən 

artımı  özəl  sektorun,  yaxud  dövlətin  gəlirlərinin  istehlakdan  yığım  xeyrinə 

yenidən bölüşdürülməsi vasitəsilə təmin edilir. 

Milli  səviyyədə  əmanətlər  və  kapital  qoyuluşları  fərqləndirilir.  Əgər 

ölkədə kapital qoyuluşlarının arzuolunan həcmi daxili əmanətlərin məbləğini 

üstələyirsə, bu fərqin yerinin doldurulması üçün xarici əmanətlərdən istifadə 

oluna  bilər.  Vəsaitlər  beynəlxalq  maliyyə  sistemi  vasitəsilə  köçürülür. 

Nəticədə, ölkənin istehlaka və yığıma yönəltdiyi vəsaitlərin həcmi milli gəlirin 

yol verdiyi imkanlardan artıq ola bilər. 

Əvvəllər  əmanətlərin  və  kapital  qoyuluşlarının  milli  səviyyələri 

qarşılıqlı əlaqələndirilirdi. Bu, əmanətlərin səviyyəsinin dəyişməsinin kapital 

qoyuluşlarının  səviyyəsində  müvafiq  surətdə  əks  olunduğunu  bildirirdi.  Son 

onilliklər  ərzində  kapitalın  hərəkətinin  liberallaşdırılması  ilə  əlaqədar  olaraq, 

daxili  əmanətlər  və  kapital  qoyuluşları  arasındakı  bu  cür  qarşılıqlı  əlaqə 

zəifləmişdir.  Təsərrüfatların  ayrı-ayrı  qrupları  daxilində  investisiyaların  və 

əmanətlərin  payı  üst-üstə  düşmür.  Ölkələrin  əsas  qruplarında  kapital 

qoyuluşlarının böyük əksəriyyəti onların öz əmanətləri ilə təmin edilir. 

İnkişaf  etmiş  ölkələrdə  kapital  qoyuluşlarının  həcmi  əmanətlərdən 

çoxdur, inkişaf etməkdə  olan  ölkələrdə  isə  əmanətlər  kapital  qoyuluşlarının 

həcmini üstələyərək, onların 100,4-113%-i səviyyəsindədir. Bu, inkişaf etmiş 

ölkələrdə  kapital  qoyuluşlarının  maliyyələşdirilməsində  periferiya  ölkələ-

rindən cəlb olunan xarici kapitalın nəzərəçarpacaq rol oynadığını göstərir. 

Xarici  kapitalın  axınının  güclənməsi  heç  də  bütün  hallarda  kapital 

qoyuluşlarının  artması  ilə  nəticələnmir.  Ayrı-ayrı  ölkələrdə  xarici  kapital 

daxili əmanətləri əvəz edə, yəni istehlakı maliyyələşdirə və ixracdan müvafiq 

daxilolmaları xarici borca xidmət göstərilməsinə, mənfəətin və dividendlərin 

köçürülməsinə yayındıra bilər. Əgər ölkə idxal olunan kapitaldan məhsuldar 

tərzdə istifadə edə bilmirsə, iqtisadi inkişaf səngiyə bilər. 

Milli  təsərrüfatlar  qrupları  dünyada  əmanətlərin  formalaşmasında 

müxtəlif dərəcədə iştirak  edir. Onların payı  əksər hallarda MDM-in istehsal 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə