Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə59/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   285

 

 

125 



(embarqonun tətbiqi, ifrat dərəcədə kəmiyyət və tarif məhdudiyyətlərinin 

qoyulması, müxtəlif malların qiymətlərinin süni surətdə bahalaşdırılması, 

yaxud  ucuzlaşdırılması),  kommersiya  fəaliyyəti  praktikasını  pozmaqla, 

texnologiyaların  beynəlxalq  miqyasda  hərəkəti  qarşısında  maneələrin 

yaradılması və s. 

Ölkənin  valyutasına  bilərəkdən  zərər  vurulması  onun  valyuta 

rejiminin  pozulması,  valyuta  məzənnəsinin  aşağı  salınması  üzrə 

manipulyasiyaların  aparılması,  ölkənin  xarici  bank  hesablarının  don-

durulması,  kredit  məhdudiyyətlərinin  qoyulması  yolu  ilə  həyata  keçirilə 

bilər.  Kapitalın  hərəkəti  də  onun  müəyyən  ölkədən  təşkil  olunmuş 

qaydada  təcili  çıxarılması,  xarici  investorların  mülkiyyətinin  kompen-

sasiya ödənilmədən müsadirə olunması və ya milliləşdirilməsi yolu ilə də 

məqsədyönlü şəkildə pozula bilər. 

Elmi  və  fiziki  əmək  sahələrinin  ən  yüksək  ixtisaslı  işçilərinin 

məqsədyönlü şəkildə axınının təşkili, bağlanmış müqavilələrə zidd olaraq 

nəqliyyat  sahəsində  mövcud  olan  sistemin  pozulması  da  beynəlxalq 

iqtisadi təhlükəsizliyin pozulmasına aiddir. 

Ətraf mühitlə və transmilli hərəkətlərlə (narkotiklərlə ticarət və s.) 

bağlı olan, müxtəlif ölkələrin iqtisadiyyatına zərər vuran və ciddi maddi 

itkilərlə nəticələnən problemlərin sayı da artmaqdadır. 

Müasir  dünya  praktikasında  iqtisadi  təhlükəsizliyin  təmin 

olunmasının aşağıdakı əsas üsulları məlumdur: 

(1)  arzuolunmaz  hərəkətlərin  müxtəlif  təzyiq  vasitələri  ilə 

qarşısının alınması, təhlükəsizliyi pozana qarşı dövlət səviyyəsində əməli 

təsir göstərilməsi. Bunların sırasına güc təsirini tamamlayan, yaxud əlavə 

olaraq  tətbiq  edilən,  onu  rəsmiləşdirən  və  qanuniləşdirən  siyasi  proses 

daxildir.  Bütün  bu  tədbirlər  onları  tətbiq  edən  ölkənin  müəyyən 

səviyyədə iqtisadi qüdrətə malik olmasını tələb edir; 

(2)  regional  və  beynəlxalq  səviyyədə  müxtəlif  növ  birliklərin  və 

blokların təşkili yolu ilə qüvvələr arasında tarazlığın yaradılması. Amma güc 

tətbiqi məcburiyyətin zəif vasitəsidir. Əvvəllər müxtəlif milli iqtisadiyyatlar 

arasındakı  əlaqələrin  səviyyəsi  aşağı  olduğundan,  güc  tətbiqinin  dəyəri 

nisbətən  aşağı,  ondan  istifadə  isə  yolverilən  hesab  edilirdi.  Hazırda  ölkələr 

arasında güc tətbiqi baha başa gəlir. Qarşılıqlı iqtisadi asılılıq, adətən hər iki 

tərəf  üçün  üstünlüklərlə  bağlıdır  və  münasibətlərin  qırılması  müxtəlif 

dərəcədə olsa da, ikitərəfli zərərlə nəticələnir. 

Milli  iqtisadi  təhlükəsizlik  ölkə  iqtisadiyyatında  daxili  təkrar 

istehsal  prosesinin  normal  fəaliyyətini  pozmaqla,  əhalinin  əldə  olunmuş 

rifah səviyyəsini sarsıtmaqla cəmiyyətdə sosial gərginlik yaradan, habelə 

dövlətin  özünün  varlığına  təhlükə  törədən  arzuolunmaz  daxili  və  xarici 

təsirlərdən qorunma dərəcəsini ifadə edir. 



 

 

126 



Ümumilikdə  isə,  təhlükəsizliyin  əsas  məsələsi  iqtisadi  potensial, 

müxtəlif  təsərrüfatların  qüvvələri  arasındakı  nisbətlərdir.  Cəmiyyətin 

məhsuldar  qüvvələrinin,  milli  sərvətin  həcminin  məcmusundan  ibarət 

olan  iqtisadi  potensial  dövlətin  dünya  iqtisadi  sistemində  fəaliyyət 

göstərmək, ona müəyyən təsir göstərmək qabiliyyətini əks etdirir. İqtisadi 

təhlükəsizliyin  təmin  olunması  qapalı,  avtargiya  xarakterli  milli  təsər-

rüfatın  yaradılmasını  deyil,  milli  iqtisadi  maraqlara  qarşılıqlı  surətdə 

hörmət  göstərilməsini,  dünya  iqtisadiyyatının  fəaliyyətinin  müəyyən 

olunmuş  normalarına  əməl  edilməsini  nəzərdə  tutur.  Bu  mənada  milli 

iqtisadiyyatın  təhlükəsizliyinin  təmin  edilməsi  problemi  (iqtisadiyyatın 

idarə  olunmaması,  suverenlik  uğrunda  müharibələr,  iqtisadi  əlaqələrin 

etibarsızlığı)  Şərqi  və  Cənubi-Şərqi  Avropa  ölkələri,  inkişaf  etməkdə 

olan bir sıra ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. 

Milli  iqtisadi  təhlükəsizliyin  daxili  və  xarici  təzahürləri  vardır. 

İqtisadi  inkişaf  səviyyəsi  yüksək,  əsas  resurslar  və  bir  çox  məhsullarla 

özünütəminatı  isə  zəif  olan  ölkələrdə  milli  iqtisadi  təhlükəsizlik  xarici 

iqtisadi  əlaqələrin  kifayət  dərəcədə  etibarlı  diversifikasiyası  vasitəsilə 

təmin  edilir.  İqtisadi  inkişaf  səviyyəsi  nisbətən  aşağı  olan  ölkələr  üçün 

əsas  növ  resurslar  və  məhsullar  ilə  özünütəminat  məsələləri  mühüm 

əhəmiyyətə malikdir. 

Milli iqtisadi təhlükəsizliyin təmin edilməsi milli təsərrüfatların və 

ümumilikdə  dünya  iqtisadiyyatının  sabit  fəaliyyəti  üçün  əlverişli  ilkin 

şərait  yaradır.  Təsərrüfatçılığın  planetar  miqyasda  qloballaşması 

prosesləri  yalnız  beynəlxalq  və  milli  iqtisadi  təhlükəsizliyin  təmin 

olunması və qorunması şəraitində inkişaf edə bilər. 

 

Mövzu üzrə suallar 

 

1.  İqtisadi  fəaliyyətin  beynəlmiləlləşməsi  və  qloballaş-

ması anlayışlarını xarakterizə edin. Onların fərqini izah edin. 

2. XX əsrin əvvəllərində sahibkarlıq fəaliyyətinin dünya 

miqyasında  yayılması  sahəsində  baş  verən  proseslərlə  müasir 

dövrdə gedən proseslərin səviyyələrini müqayisə edin. 

3.  Qloballaşma  proseslərinin  iqtisadi  inkişafa  və  milli 

təsərrüfatların vəziyyətinə necə təsir göstərdiyini təhlil edin. 

4.  Qarşılıqlı  asılılığın  mexanizmini  izah  edin  (xarici 

ticarət multiplikatoru). 

5.  Dövlətlərin  iqtisadi  təhlükəsizliyinin  təmin  edilməsi 

üzrə əsas tədbirlər hansılardır?  




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə