Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə56/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   285

 

 

119 



əhalisinin 10%-i). 

Dünya  təsərrüfatının  formalaşması  mərhələsində  əhalinin 

Avropadan Şimali Amerikaya və Avstraliyaya irimiqyaslı miqrasiyası, 60 

milyon  nəfər  baş  vermişdir.  Miqrantların  sayı  bəzi  Avropa  ölkələrinin 

əhalisinin  5-7%-nə  bərabər  idi.  Planetimizin  cənub  rayonlarında  da 

əhalinin  irimiqyaslı  hərəkəti  müşahidə  olunurdu.  Bəzi  ehtimallara  görə, 

sıx  məskunlaşmış  Çin  və  Hindistandan  əhalinin  sıxlığı  nisbətən  az  olan 

qonşu ərazilərə köçməsi də təqribən yuxarıdakı göstərici kimi olmuşdur. 

Göstərilənlər  1870-1913-cü  illərdə  dünya  əhalisinin  10%-ə  yaxın 

hissəsinin  beynəlxalq  miqyasda  hərəkət  etməsi  barədə  fikir  söyləməyə 

əsas verir. 

XX  əsrin  ikinci  yarısında  ölkələr  işçi  qüvvəsinin  beynəlxalq 

miqrasiyası  sahəsində  siyasətdə  məhdudiyyətlər  tətbiq  etməyə  başladı. 

Nəticədə  işçi  qüvvəsinin  hərəkət  miqyası  kapital  və  əmtəə  axınlarından 

geri qaldı. İndi dünya əhalisinin yalnız 3%-i doğulduğu ölkədən kənarda 

yaşayır,  dünya  üzrə  əmtəə  ixracının  həcmi  isə  AQP  üzrə  hesablamalara 

görə, MDM-in 30%-nə yaxınlaşmışdır (2008-ci ildə - 28,4%). 

Planetar  miqyasda  vahid  istehsal  prosesinin  formalaşması  barədə 

məlumatların  təhlili  göstərir  ki,  sahibkarlıq  fəaliyyətinin  qloballaşması, 

dünya  miqyasında  yayılması  ümumilikdə  bir  meyil  kimi  təzahür  edir. 

Ötən  əsr  ərzində  bu  proses  qeyri-bərabər,  ehtimal  ki,  dalğavari  şəkildə 

getmişdir. 1920-1930-cu illərdə avtargiya meyilləri üstünlük təşkil edirdi, 

İkinci  Dünya  müharibəsi  isə  təsərrüfat  münasibətlərini  tamamilə 

pozmuşdu.  Əsrin  ikinci  yarısında  beynəlxalq  istehsalın  regionlar 

çərçivəsində  inkişaf  etməsi  meyilləri  üstünlük  təşkil  edirdi  və  bu 

istiqamət dövriyyə sahəsində də nəzərə çarpırdı. Beləliklə, demək olar ki, 

milli  sahibkarlıq  sisteminin  xırdalanması  nəticəsində  təsərrüfatların 

inkişafında  qloballaşmadan  (dünya  miqyasında  yayılmadan)  daha  çox 

regionlaşma prosesləri baş vermişdir. 

Dünya təsərrüfatı sisteminin bütövləşmə prosesi hələ başa çatma-

mışdır. Bunu hətta inkişaf etmiş ölkələr altsistemində belə, təsərrüfatların 

inkişafının dalğa fazalarının vaxt etibarilə üst-üstə düşməməsi, daxili və 

beynəlxalq qiymətlərin səviyyələri arasındakı fərq (2:1) göstərir. Müasir 

dövrdə milli təsərrüfatlar istehsalın, bölgünün, mübadilənin və istehlakın 

təşkilinin  əsas  mərkəzləri  kimi  qalmaqdadır.  Onlar  milli,  dövlət  sər-

hədləri  hüdudlarında  məhsul  istehsalının  və  istehsal  münasibətlərinin 

tarixən  formalaşmış  sistemlərini  təmsil  edirlər.  BƏB-in  miqyası  və 

dərəcəsi də milli təsərrüfatların inkişafının səviyyəsindən, onların sahə və 

ərazi strukturunun, daxili əmək bölgüsünün xarakterindən asılıdır. 

 

 



 

 

120 



6.2. Qloballaşma prosesləri və milli təsərrüfatların vəziyyəti  

  

 Nəzəriyyəyə  görə,  tam  rəqabət,  şərtlərin  eyni  olduğu  şəraitdə 



sahibkarlıq fəaliyyətinin qloballaşması ayrı-ayrı ölkələrin iqtisadiyyatının 

inkişafına  müsbət  təsir  göstərir.  Belə  hesab  olunur  ki,  bu  proses 

sayəsində miqyas hesabına qənaət əldə olunur, istehsal amilləri dünyada 

daha  səmərəli  yerləşdirilir,  elm  və  texnikanın  nailiyyətlərindən  istifadə 

etmək  imkanları  artır.  1980-1990-cı  illərin  təcrübəsi  isə  göstərdi  ki, 

dünya  təsərrüfatının  qloballaşmasından  faydalanan  ilk  növbədə  TMK-

dan alət  kimi  istifadə edən inkişaf etmiş  aparıcı  ölkələrdir. ÜTT-nin  ya-

ratdığı komissiyanın 2004-cü ildəki məruzəsində qloballaşmadan həddən 

az insanın bəhrələndiyi, əksəriyyətin onun inkişaf prosesində səs hüququ-

na malik olmadığı və gedişinə təsir göstərə bilmədiyi qeyd olunmuşdur. 

Bu cür müddəalar Stolpner-Samuelson teoremi və istehsal amilləri 

qiymətinin tarazlaşması teoremi ilə də müəyyən olunmuşdur. Bu teorem-

lər açıq ticarət şəraitində istehsalçıların ayrı-ayrı qruplarının vəziyyətinin 

pisləşdiyini nəzərdə tutur. Qısamüddətli dövrdə  nisbi üstünlüklərə malik 

olmayan  sahələrdə  istifadə  edilən  xüsusi  istehsal  amillərinin  sahibləri 

zərər çəkirlər. Uzunmüddətli dövrdə isə həmin sahələrdə intensiv istifadə 

olunan bütün növ amillərin sahibləri də bu qrupla birləşirlər. 

Məhsuldar qüvvələrin qloballaşması şəraitində aparıcı  dövlətlərin 

TMK-nı  öz  aktivlərini  daha  səmərəli  yerləşdirə  bilir.  İstehsalın 

sənayeləşməsinin  əvvəlki  mərhələlərində  istehsal  xərclərinin  ixtisarı  ilə 

yanaşı,  istehsalın  miqyasının  artmasından  və  beynəlxalq  əmək 

bölgüsündən əlavə fayda əldə etmək səyləri ilə əlaqədar olaraq ötürülmə, 

üstəlik, tranzaksiya xərcləri nisbətən az da olsa, artırdı. Gələcəkdə TMK-

nın beynəlxalq əməliyyatlarının səmərəliliyinin artması üçün malların və 

xidmətlərin  şəbəkə  strukturları  çərçivəsində  hərəkəti  qarşısında  mövcud 

olan milli, sahə və korporativ maneələrin aradan qaldırılması tələb olunur 

(Kouz  teoremi).  Bu  prosesdə  müvəffəqiyyət  öz  kapitalı  ilə  əməliyyat 

aparmaq  sərbəstliyi  və  bu  əməliyyatları  idarə  edə  bilən  müvafiq 

mərkəzlər yaratmaqla əldə oluna bilər. 

Təəccüblü  deyil  ki,  qloballaşma  konsepsiyası  açıq-aydın  Qərb 

mənşəli,  yönümünə  görə  Amerika-mərkəzçi  xarakterdədir.  Siyasi 

baxımdan  o,  iqtisadiyyatı  inkişaf  etmiş  ölkələrin  dünyada  öz  dominant 

mövqeyini  möhkəmləndirmək  üçün  istifadə  etdikləri  alətdir.  Konsep-

siyada  qlobal  miqyasda  hərəkət  edə  bilən  və  bütün  vacib  sahələrdə 

özünün dünya maraqları olan  yeganə  dövlətin mövcudluğu da öz  əksini 

tapmışdır. 

Son  onilliklər  ərzində  kommunikasiyalar  sahəsində  baş  vermiş 

texniki  irəliləyişlərin  təsiri  altında  beynəlxalq  rəqabət  istehsalçılara  və 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə