Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə53/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   285

 

 

112 



işinin  ciddi  əlaqələndirilməsi  və  uyğunlaşdırılması  sayəsində  inteqrasiya 

olunmuş nəqliyyat sistemləri yaradılmışdır. Qarışıq daşımaların xeyli inkişaf 

etdiyini  dəniz  konteyner  daşımalarının  həcminin  artması  timsalında  aydın 

görmək  olar:  2008-ci  ildə  bütün  daşımaların  49,6%-i  məhz  onun  payına 

düşmüşdür. 

Qarışıq  daşımalar  nəqliyyat  şirkətlərini  seqmentlər  üzrə  ayrılmanı 

aradan qaldırmağa sövq edərək, bütün nəqliyyat sahəsində şaquli inteqrasiya 

proseslərinə təkan verdi. Onlar başqa səbəblərlə birlikdə daşımalarla yanaşı 

başqa  əlaqədar  əməliyyatların  aparılması  üzrə  xidmətlər  təklif  edən 

çoxnövlü,  yaxud  ümumi,  total  nəqliyyat  şirkətlərinin  yaranmasına  gətirib 

çıxardı. İndi bu şirkətlər regionaldan başlayaraq genişlənmiş coğrafi əsasda, 

qlobal miqyasda fəaliyyət göstərir. 



________________________________________________ 

Nəqliyyat sisteminin əsas cəhətləri 

 

Nəqliyyatın bütün növləri və daşımalar prosesinin milli, beynəlxalq, 



qitələrarası və dünya səviyyələrində bir-biri ilə qarşılıqlı əlaqədə olan bütün 

həlqələri  nəqliyyat  sistemini  təşkil  edir.  Amma  nəzərə  almaq  lazımdır  ki, 

informasiya şəbəkəsi kimi, nəqliyyat şəbəkəsinin də qitələr və regionlar üzrə 

fraqmentarlığı qalmaqdadır. Keçmişdə bu fraqmentarlıqdan ayrı-ayrı ölkələr 

arasında  "zəif"  yerləri  və  aralanmaları  saxlamaq  vasitəsilə  əsasən  milli 

maraqların qorunması üçün istifadə olunurdu. Qlobal nəqliyyat sistemi əsas 

etibarilə sərnişin daşımalarının təsiri altında inkişaf edir. 

Nəqliyyatın  bəzi  növlərində  milli  mülkiyyət  və  ondan  istifadə 

olunması  üst-üstə  düşmür.  Bu  xüsusiyyət  dəniz  nəqliyyatında  daha  geniş 

təzahür  olunur.  Burada  nəqliyyat  vasitələri  çox  vaxt  bayrağın  qeydiyyatı 

əsasında  təsbit  olunur.  Belə  hallarda  dünya  təsərrüfatının  inkişaf  etməkdə 

olan ölkələri qrupuna aid edilən, qeydiyyat üçün açıq olan dövlətlər mühüm 

mövqe  tutur,  inkişaf  etmiş  ölkələrin  payı  isə  28%  təşkil  edir.  Qeydiyyatın 

aparıldığı  əsas  ölkələr  Liberiya,  Panama,  Baham  adaları,  habelə  Bermud 

adaları, Kipr, Maltadır.  

"Rahat  bayraq"  altında  daşımaların  tonnajının  xüsusi  çəkisi  də  get-

gedə əhəmiyyətli dərəcədə artır: 1970-ci ildə - 21,6%, 1990-cı ildə 34% və 

2002-ci  ildə  48,5%.  Açıq  qeydiyyatdan  sənaye  ölkələrinin  gəmi  sahibləri 

daha  çox  -  onların  ümumi  tonnajının  72%-i  həcmində  -  istifadə  edirlər. 

Kifayət  qədər  uzun  müddət  ərzində  fraxt  dərəcələrinin  aşağı  salınması  və 

işçi  qüvvəsinin  dəyərinin  yüksəlməsi  aparıcı  Qərb  dövlətlərində  milli 

donanmanın həcminin ixtisar olunması və gəmilərinin "rahat bayraq" altına 

keçməsi  ilə  nəticələnmişdir.  Donanmalarının  "rahat  bayraq"  altında  üzən 

tonnajına görə ən iri faktiki sahiblər ABŞ və Yaponiyadır: müvafiq olaraq 

71,4%  və  55,6%.  Bu  tonnajdan  xarici  ticarətdə  milli  yüklərin  daşınması 

üçün istifadə olunur: Yaponiyada - 35%-dək, ABŞ-da 70%-dək. 




 

 

113 



 

Öz  gəmilərini  "rahat  bayraq"  altında  qeydiyyatdan  keçirən  gəmi 

sahibləri  vergilərin  və  əmək  haqlarının  ödənilməsində  qənaət  hesabına 

rəqabət  mübarizəsində  üstünlük  qazanırlar.  Lakin  bu  təcrübə  inkişaf  etmiş 

ölkələrin  başqa  gəmi  sahibləri  üçün  problemlər  yaradır.  Milli  şirkətlərin 

fəaliyyətinin  səmərəliliyini  dəstəkləmək  məqsədilə  bəzi  ölkələr,  məsələn, 

Britaniyanın  Men  adaları,  Aland  adaları,  Finlandiya  və  s.  açıq  zonaların 

təşkil olunması yolunu seçmişlər. 

Ümumilikdə  isə,  rəqabət,  texniki  və  texnoloji  təkmilləşdirmələr, 

əmtəənin həyat dövrünün qısalması, istehlakçıların keyfiyyətə və qiymətlərə 

münasibətdə  tələbkarlığının  güclənməsi  istehsalçıları,  nəqliyyat  və 

kommunikasiya  şirkətlərini  istehsal  xərclərini  aşağı  salmağa  sövq  edir  və 

bunun  nəticəsində  qiymətlər  ucuzlaşır.  XXI  əsrin  əvvəlindən  nəqliyyat  və 

kommunikasiya  tarifləri  real  ifadədə  12  dəfədən  çox  aşağı  düşmüşdür. 

Beynəlmiləlləşmə  prosesləri  tarif  maneələrini  azaltmışdır.  Bu  proses 

daşımaların qiymətinin aşağı salınması ilə bərabər daxili və xarici bazarlar 

arasında  "suayırıcısı"nı  azaltmış,  müəssisələrin  istehsal  xərcləri  daha  aşağı 

olan rayonlarda yerləşdirilməsi üçün imkanlar açmışdır. 



 

5.3. Rabitə və nəqliyyat sistemlərinin qarşılıqlı əlaqəsi 

 

Dünya  təsərrüfatı  sistemi  yalnız  istehsal  prosesinin  bütün 

elementlərindən  qarşılıqlı  əlaqədə  istifadə  olunduqda  uğurla  inkişaf  edə 

bilər.  Təsərrüfat  subyektləri  səviyyəsində  kommunikasiya  sistemlərindən 

qarşılıqlı  əlaqələndirilmiş  halda  istifadə  logistika  çərçivəsində  həyata 

keçirilir. 

İnkişaf  etmiş  ölkələrdə  qablaşdırma,  saxlanma,  daşınma,  ehtiyatlar, 

inzibatçılıq  və  idarəçiliklə  bağlı  olan  məsrəflər  istehsal  xərclərinin  orta 

hesabla  20%-ni  təşkil  edir.  Adətən,  logistika  ilə  bağlı  xərclərin  1/4  hissəsi 

daşınmanın,  1/5  hissəsi  saxlamanın,  1/6  hissəsi  uçotun  payına  düşür. 

Nəqliyyat  və  rabitə  vasitələrindən  sıx  əlaqədə  istifadə  olunması  təsərrüfat 

sistemlərinin,  o  cümlədən  xarici  iqtisadi  əlaqələrin  səmərəli  fəaliyyətinin 

əhəmiyyətli amillərindən birinə çevrilmişdir. 

Logistika  -  bütün  ölkələrdə  rəqabət  qabiliyyətinin  mühüm  tərkib 

hissəsidir.  O,  nəqliyyat  daşımalarının  dəyərini  və  vaxtını  ixtisar  etməklə 

yanaşı,  istehsal  xərclərini  də  azaldır.  Sahələr  səviyyəsində  logistika  vaxt 

amilinin  çox  vacib  olduğu  elektronika  və  əczaçılıq  məhsullarının,  dəbli 

paltarların satışında, avtomobil sənayesində mühüm təsir göstərir. 

Kommunikasiya  infrastrukturunun  inkişafı  və  onun  keyfiyyətinin 

yüksəlməsi  dünya  iqtisadiyyatında  milli  təsərrüfatların  vəziyyətinə  ciddi 

təsir  göstərir.  Keyfiyyətin  pis  olması  əlavə  xərclərin  artmasına, 

əməliyyatların  aparılması  vaxtının  uzanmasına,  istehsalçıların  potensial 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə