Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə49/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   285

 

 

103 



ixrac  etdiyini  göstərir.  Əsrimizin  birinci  onilliyində  ondan  çox  ölkə  "var-

dövlətinə  uyğun  olmayaraq  yaşayırdılar".  Onların  sırasında  ən  güclü 

iqtisadiyyatı  olan  ölkələr:  ABŞ,  Britaniya,  Fransa,  İtaliya,  İspaniya  və 

inkişaf  etməkdə  olan  ölkələrin  əksəriyyəti  (90-dan  artıq)  -  var  idi. 

Ümumilikdə  isə,  inkişaf  etməkdə  olan  ölkələrdə,  xüsusilə  də  Asiya 

ölkələrində  cari  əməliyyatlar  üzrə  saldo  aktivdir.  Tədiyyə  balansının  cari 

əməliyyatları  üzrə  kəsirin  uzun  müddət  ərzində  mövcudluğu  xarici 

öhdəliklərin yığılıb artmasına və onlara xidmət göstərilməsində çətinliklərin 

meydana  çıxmasına  səbəb  ola  bilər.  Bu  qeyri-mütənasiblikləri  yaradan 

səbəblər  milli  təsərrüfatlar  çərçivəsində  əmanətlər  və  yığımlar  arasında 

fərqlərin artmasıdır. 

 

Mövzu üzrə suallar 



 

1.  Təkrar  istehsal  prosesinin  qlobal  miqyasda  vəhdətinin 

yaranmasının səbəblərini izah edin. Xarici birbaşa investisiyaların 

dünyada məhsul istehsalındakı rolunu açıqlayın 

2.  Beynəlxalq  əmək  bölgüsü  anlayışının  mənasını  açın; 

altsistemlərin  və  ayrı-ayrı  ölkələrin  BƏB-də  iştiraketmə 

dərəcəsini səciyyələndirin. 

3.  "Miqyas  hesabına  qənaət  iqtisadiyyatı"  effekti  ilk 

növbədə hansı sahələrdə meydana çıxır? 

4.  "Beynəlxalq  iqtisadi  inteqrasiya"  terminini  izah  edin. 

Beynəlxalq iqtisadi inteqrasiya formalarını göstərin. 

5. İqtisadi inteqrasiya qruplaşmalarının yaradılması dünya 

təsərrüfatının inteqrasiyasına yardım edirmi? 

 



 

 

104 



Fəsil 5 

__________________________________________________ 

Kommunikasiya sistemləri dünya təkrar istehsal prosesində  

 

Dünya  miqyaslı  istehsal  sistemlərinin  meydana  çıxması  beynəlxalq 

istehsala  cəlb  olunmuş  şirkətlərin  fəaliyyət  məkanının  genişlənməsi  ilə 

nəticələnir.  TMK-nın  beynəlxalq  istehsalı  əksər  hallarda  istehsalın  və 

bölgünün  kompleks,  inkişaf  etmiş  və  yüksək  dərəcədə  əlaqələndirilmiş 

zənciri kimi təşkil olunur. Beynəlxalq şirkətlərin fəaliyyətinin iki təməli olan 



şaquli  inteqrasiya  və  xarici  əlaqələr  şaxələnmiş  kommunikasiya  sistemi 

olmadan inkişaf edə bilməz. 

Kommunikasiya sistemləri, o cümlədən rabitə,  yüklərin və sərnişin-

lərin  daşınması  dünyada  mallara  və  xidmətlərə  olan  tələbatın  məkan  baxı-

mından  strukturundan  asılıdır.  İstehsalın  və  bölgünün  təkmilləşdirilməsi 

prosesində  informasiya,  rabitə  və  nəqliyyat  sahələri  istehsalçılar  və 

istehlakçılar üçün istehsalın, bölgünün və istehlakın ənənəvi metodlarını və 

konsepsiyalarını  dəyişmək  imkanları  açır.  Onlar  məhsuldar  qüvvələrin 

regional  üstünlüklərindən  istifadə  etməyə  yardım  göstərir,  bütün  iqtisadi 

sistemi təkrar istehsal səviyyəsində bütöv halda əlaqələndirir. 

Rabitə  və  nəqliyyat  ÜDM-in  yaradılmasında  mühüm  rol  oynayır. 

İnkişaf  etmiş  ölkələrdə  ÜDM-in  9,5%-i,  orta  səviyyədə  inkişaf  etmiş 

ölkələrdə  6,8%-i,  gəliri  aşağı olan  ölkələrdə isə 5,4%-i təsərrüfatçılığın bu 

sahələrində  yaradılır.  Dünya  təsərrüfatının  ayrı-ayrı  ölkələr  qruplarında 

məhsuldar qüvvələrin inkişaf səviyyəsi  yüksəldikcə, ictimai münasibətlərin 

intensivləşdirilməsi  vasitəsi  kimi  çıxış  edən,  istehsal  amillərinin  səfərbər 

olunmasına, onların daha səmərəli yerləşdirilməsinə xidmət göstərən rabitə 

və nəqliyyatın cəmiyyətdəki sosial proseslərə təsiri də güclənir. 

Beynəlxalq istehsal sistemlərinin tərkib hissəsi olmaqla, nəqliyyat və 

rabitə xarici iqtisadi əlaqələrin inkişafında fəal iştirak edir. Qeyd olunmalıdır 

ki,  1997-2007-ci  illər  ərzində  kommersiya  xidmətlərinin  ümumi  həcmində 

nəqliyyatın  payı  bir  qədər  azalmış  (27%-dən  23,7%-ə),  informasiya  və 

kommunikasiya  xidmətlərinin  payı  isə  36,2%-dən  42,1%-dək  artmışdır. 

İxrac  olunan  malların  və  xidmətlərin  ümumi  həcminin  təqribən  15%-ni 

nəqliyyat və rabitə xidmətləri təşkil edir. 

__________________________________________________ 

5.1. Rabitə və informasiya sistemləri 

 

Rabitə  və  informasiya  sistemləri  qlobal  miqyasda  təkrar  istehsal 

prosesinin  mühüm  elementi  olmaqla,  ümumi  məqsədli  təyinatla  birləşmiş, 

müxtəlif növ informasiyanın işlənməsi, saxlanılması, ötürülməsi, bölgüsü ilə 

məşğul  olan  sahələrin  məcmusudur.  Onlar  təsərrüfat  proseslərinin  idarə 

olunmasının  mərkəz  oxunu  təşkil  edirlər.  Rabitə  -  sürətlə  inkişaf  edən 




 

 

105 



informasiya  sahəsinin  həm  milli,  həm  də  qlobal  səviyyələrində  mühüm 

tərkib hissəsidir. 

Təsərrüfat  komplekslərinin  strukturunun  mürəkkəbləşməsi,  onun 

sahələri,  ayrı-ayrı  müəssisələr  arasında  həm  milli,  həm  də  beynəlxalq 

miqyasda  yüksək  dərəcədə  qarşılıqlı  asılılıq  idarəçilik  sistemlərinin 

optimallaşdırılmasını  tələb  edir.  Sürətlə  dəyişən  şəraitdə  iqtisadi  qərarların 

qəbul  olunmasının  operativliyinin,  informasiyanın  dəqiqliyinin  və  vaxtında 

əldə  edilməsinin  mühüm  əhəmiyyəti  rabitənin  də  tezliklə  inkişafını  və 

təkmilləşdirilməsini  tələb  edir.  Onun  inkişaf  templəri  dünyada  məhsul 

istehsalı templərini əhəmiyyətli dərəcədə üstələyir. Rabitə dünyada ən böyük 

sahibkarlıq  fəaliyyəti  sahəsinə  çevrilir.  Rabitə  vasitələrinin  satışı  və 

məlumatların,  təsvirlərin  yayılması  ilə  bağlı  xidmətlər  MDM-in  3,9%-ni 

təşkil  edir,  özü  də  bunun  40%-dən  çoxu  telekommunikasiya  xidmətlərinin 

payına düşür. 

Təklif olunan xidmətlərdən, texniki bazasından asılı olaraq rabitə iki 

əsas növə - poçt və elektrik rabitəsinə bölünür. Poçt rabitəsi müəssisələrinin 

istehsal  fəaliyyəti  -  göndərənlərdən  məktubların,  bağlamaların,  pul 

köçürmələrinin, dövrü mətbuatın qəbul edilməsi, işlənilməsi və ünvanlanan 

şəxslərə  çatdırılması  və  digər  xidmətlərin  göstərilməsi  -  tabeli  xarakter 

daşıyır.  Rabitə  xidmətlərində  elektrik  rabitəsi:  işarələrin,  siqnalların,  yazılı 

mətnlərin,  təsvirlərin  və  başqa  növ  məlumatların  naqillər,  radio,  optik  və 

başqa  elektrik sistemləri  vasitəsilə  ötürülməsi  və qəbul edilməsi -  əsas  yer 

tutur.  Elektrik  rabitəsinə  telefon,  videotelefon,  teleqraf,  faks  rabitəsi,  radio 

yayımı,  televiziya,  elektron  poçt,  məlumatların  ötürülməsi,  işlənilməsi  və 

saxlanılması daxildir. 

______________________________________________ 

Struktur irəliləyişlər 

 

XX  əsrin  son  üçüncü  hissəsində  elektron  texnikanın,  peyk 

rabitəsinin,  optik-lifli  kabellərin,  rəqəmsal  texnologiyanın  tətbiqi  ilə  bağlı 

olaraq,  rabitənin  yeni  istehsal-texniki  bazaya  keçməsi  informasiya 

xidmətlərinin çeşidini kəskin genişləndirdi. 

Yeni  texnika  və  texnologiyanın  tətbiqi  təkcə  rabitə  xidmətlərinin 

həcmini  artırmağa  deyil,  həmçinin  ötürücü  qurğuların  gücünün  yüksəlməsi 

sayəsində  istehsal  xərclərini  azaltmağa  imkan  verdi.  Bunun  nəticəsində 

dünyanın informasiya xidmətləri bazarında rəqabət get-gedə güclənir, ən iri 

şirkətlərin  informasiya  texnologiyalarına  çəkdiyi  xərclər  sürətli  templərlə 

artaraq,  gəlirlərinin  1-4%-dək  çatır.  Son  onilliklərin  təcrübəsi  göstərir  ki, 

hətta ən iri şirkətlər belə, təklikdə rabitənin bütün elementlərini inkişaf etdirə 

bilməz.  1990-cı  illərin  əvvəlində  telekommunikasiya  xidmətləri  bazarını 

bölən  və  gələcəkdə  kartel  birliklərinə  çevrilmək  potensialı  olan  iri 

beynəlxalq telekommunikasiya ittifaqlarının yaradılmasına başlanmışdır.  



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə