Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə48/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   285

 

 

101 



ticarətin  səviyyəsi  55%-dən  50%-ə,  MERKOCUR-da  isə  20%-dən  15%-ə 

düşmüşdür.  ASEAN  daxilində  bu  məsələdə  zəif  irəliləyiş  müşahidə 

olunmuşdur (cədvəl 4.5). 

 

Cədvəl 4.5. Regiondaxili ticarətin xüsusi çəkisi, (ixraca nisbətən 



%) 

  

 



1980 

1990 

2000 

2004 

2008 

Aİ - 25 


61,0 

67,1 


67,2 

67,0 


67,2 

NAFTA 


33,6 

41,4 


55,7 

55,2 


49,5 

MERKOSUR 

11,6 

8,9 


20,0 

12,0 


15,4 

ASEAN 


17,4 

19,0 


23,0 

22,0 


25,4 

 

Mənbə: UNCTAD. Handbook of Statistics 2002, 2005, 2009. 

 

Bunun  əksi  olan  meyil  də  mövcuddur.  Bir  sıra  ölkələrin  dünya 



təsərrüfatında  tutduğu  mövqeyinin  dəyişməsi,  iqtisadi  əlaqələrinin 

intensivləşməsi,  əlaqələrin  bloklar  əsasında  qurulmasına  və  saxlanmasına 

ilkin mərhələdə mövcud olan marağın zəifləməsi ilə nəticələnir. Buna görə 

də  onlar  münasibətlərin  çərçivəsini  genişləndirməyə,  başqa  birliklərlə 

müstəqil,  yaxud  qruplaşmaya  daxil  olan  bütün  ölkələrlə  birgə  əlaqələr 

yaratmağa səy göstərirlər. Bu proseslərin nəticəsində müxtəlif qruplaşmalar 

arasında münasibətlərin yeni mexanizmləri meydana çıxır. 

İnteqrasiya qruplaşmalarının, ticarət bloklarının və ayrı-ayrı ölkələrin 

qarşılıqlı  münasibətləri  əsasən  gömrük  və  kredit  sahələrini  əhatə  edir. 

Məsələn,  Aİ  Avropa  Azad  Ticarət  Assosiasiyasına  (AATA)  daxil  olan 

ölkələrlə  emal  sənayesi  məhsullarının  ticarətini  rüsumsuz  həyata  keçirir. 

Keçmişdə Avropa metropoliyalarının müstəmləkə imperiyalarına daxil olan 

ölkələrin  əksəriyyəti  ilə  assosiasiya  olunmaq  barədə  sazişlər  bağlanmış, 

inkişaf etməkdə olan ölkələrin qruplaşmaları və ayrı-ayrı ölkələrlə ikitərəfli 

münasibətlər rəsmiləşdirilmişdir. ABŞ-ın İsrail, İordaniya, Sinqapur, Çili və 

Mərkəzi  Amerikanın  bir  çox  ölkələri  ilə  sərbəst  ticarət  haqqında 

razılaşmaları vardır. 

Regionlararası  təşkilatların,  o  cümlədən  1989-cu  ildə  yaradılmış, 

dövlətlərarası Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 

fəaliyyəti  də  beynəlxalq  əməkdaşlığın  genişlənməsində  rol  oynayır.  APEC 

konsepsiyasının  əsasında  açıq  regionçuluq,  yəni  regiondaxili  iqtisadi 

münasibətlərin liberallaşdırılması üzrə tədbirlərin üçüncü ölkələrə də şamil 

edilməsi  durur.  Üzv  ölkələr  əməkdaşlığın  çevik,  xarakterinə  görə  şəbəkə 

formalarına  istiqamətlənir,  qarşılıqlı  fəaliyyəti  (ilk  növbədə  özəl  sektorda) 

stimullaşdırır. İştirakçılarının tərkibinə görə APEC regional iqtisadi birliklər 

arasında fərqlənir: burada həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan 

ölkələr birləşmişdir. 



 

 

102 



Azad  ticarət  zonaları,  gömrük  ittifaqları  formalarında  birliklərlə 

yanaşı,  təsərrüfatların  yaxınlaşması  prosesində  xammal  istehsal  və  ixrac 

edən ölkələrin birlikləri müəyyən rol oynayır və onların arasında Neft İxrac 

Edən Ölkələr Birliyi (OPEC), habelə azad iqtisadi zonalar xüsusi yer tutur. 

Xammal istehsalçılarının assosiasiyaları iqtisadiyyatında bu sahənin 

mühüm rol oynadığı, bəzilərinin ixracında isə həcmi 60%-ə çatan və valyuta 

daxilolmalarının  əsas  mənbəyini  təşkil  edən  inkişaf  etməkdə  olan  ölkələr 

tərəfindən  yaradılmışdır.  Assosiasiyalar  xammala  görə  aşağı  qiymətlər 

siyasəti  yürüdən  güclü  TMK-ya  müqavimət  göstərmək  məqsədi  ilə  təşkil 

olunurdu.  Onların  yaradılması  hüququ  BMT-nin  Baş  Assambleyasının 

qətnamələri ilə təsdiq edilmişdir. 

Müxtəlif regional iqtisadi birliklərə daxil olan dövlətlərdə  yaradılan 

sərbəst  iqtisadi  zonalar  da  buna  bənzər  rol  oynayır.  2006-cı  ildə  dünyada 

təqribən 3,5 min sərbəst iqtisadi zona mövcud olmuşdur (1986-cı ildə 176). 

Onların məcmu xarici ticarət dövriyyəsi dünyada ticarət həcminin 10%-dən 

artıqdır.  Geniş  yayılmış  fikrə  görə,  sərbəst  iqtisadi  zona  milli  ərazinin  bir 

hissəsi  kimi  qalmaqla,  fiskal  rejim  baxımından  dövlət  sərhədlərindən 

kənarda  yerləşən  ərazi  kimi  qəbul  edilən  rüsumsuz  ticarət  və  anbar 

ərazisidir. Bu zonaların ən səciyyəvi cəhəti xarici kapitalın fəaliyyətinə, ilk 

növbədə  isə  mənfəətin  və  kapitalın  köçürülməsinə  demək  olar  ki,  heç  bir 

məhdudiyyət  qoyulmamasıdır  ("suverenliklə  ticarət").  İnfrastrukturla 

təminat, işçi qüvvəsinin ilkin hazırlığı məsələlərinin həlli adətən qəbul edən 

ölkənin üzərinə düşdüyünə görə, sərbəst iqtisadi zonaların yaradılması daha 

çox TMK-nın ehtiyaclarına uyğundur. 

Beləliklə,  öz  təzahürünü  beynəlxalq  sahibkarlıq  kapitalının  çarpaz-

laşmasında, əmək bölgüsündə, inteqrasiyada tapan qarşılıqlı iqtisadi əlaqələr 

müxtəlif  ölkələrin  təsərrüfatları  arasında  birgə  fəaliyyətin  güclənməsi  ilə 

nəticələnir. 



 

4.4. Dünya təkrar istehsal prosesinin uyğunsuzluqları 

 

Milli  təsərrüfatlar  arasında  qarşılıqlı  əlaqələrin  genişlənməsi, 

beynəlxalq  istehsalın  inkişafı  milli  iqtisadiyyatlar  və  ümumiyyətlə,  dünya 

təsərrüfatı  çərçivələrində  təkrar  istehsal  proseslərinə  ciddi  təsir  göstərir. 

Daxili  tarazlığın  pozulması  və  milli  təsərrüfatların  qeyri-bərabər  vəziyyəti 

dünya  təsərrüfatı  sistemində  təkrar  istehsalın  nisbətləri  arasında  uyğunsuz-

luqların meydana çıxması ilə nəticələnir. Bu öz əksini tədiyyə balanslarında, 

valyuta  məzənnələrində,  yığım  və  istehlak  proseslərində,  maliyyə 

bazarlarının vəziyyətində tapır. 

Cari  əməliyyatlar  üzrə  tədiyyə  balansının  vəziyyəti  ölkənin  xarici 

iqtisadi  əlaqələr  sistemində  tutduğu  yeri  müəyyənləşdirir.  Müsbət  saldo 

ölkənin  istehsal  etdiyi  malları  və  xidmətləri  xaricdən  almaqdan  daha  çox, 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə