Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə44/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   285

 

 

93 



ixtisaslaşma  əmsalı,  ölkənin,  ölkələr  qruplarının  beynəlxalq,  o  cümlədən 

ayrı-ayrı mallarla ticarətdə xüsusi çəkisi BƏB-də iştirakın göstəriciləridir.  

İnkişaf  etmiş  ölkələr  dünya  ticarətində  daha  yüksək  xüsusi  çəkiyə 

malikdir.  Ötən  onilliklərdə  dünya  ticarətinin  2/3  hissəsi  onların  payına 

düşmüşdür (1990-cı ildə 70,4%, 2000-ci ildə 75,7%). 

Qeyd olunmalıdır ki, bu və ya digər ölkənin, yaxud ölkələr qrupunun 

dünya  ticarətində  malik  olduğu  xüsusi  çəki  özlüyündə  onların  BƏB-də 

iştirakı  barədə  tam  təsəvvür  yaratmır.  BƏB-də  iştirakın  dərəcəsi  ölkələrin 

təsərrüfatında  xarici  fəaliyyət  sahəsinin  rolu  ilə  qırılmaz  surətdə  bağlıdır. 

Təcrübədə  bu  göstərici  çox  vaxt  ixrac  və  idxal  kvotaları,  yəni  ixracın  və 

idxalın  həcminin  ÜDM-ə  nisbəti  əsasında  qiymətləndirilir.  Dünya 

təsərrüfatında  mübadilə  sahəsinin  rolu  əhəmiyyətli  dərəcədə  artaraq, 

ümumdünya məhsulunun 1/2 hissəsinə çatmışdır (cədvəl 4.3).  

 

Cədvəl 4.3. Dünya iqtisadiyyatında ixrac kvotası (AQP üzrə) 



  

 

1987-1996 

1997-2006 

2007-2010 

Dünya 


17,2 

18,4 


25,4 

 

Mənbə: World Economic Outlook. April 2006, 2010. IMF. 

 

Bu  göstəricilərə  əsasən,  inkişaf  etmiş  ölkələrin  BƏB-də  iştirak 



səviyyəsi  inkişaf  etməkdə  olan  ölkələrlə  müqayisədə  yüksəkdir  (2009-cu 

ildə  müvafiq  olaraq  27,5%  və  16,6%).  İxrac  kvotası  cari  qiymətlərlə 

hesablandıqda, bu göstərici inkişaf etməkdə olan ölkələrə nisbətən daha da 

yüksəlir. 

Ölkələrin  BƏB-də  iştirakının  daha  bir  göstəricisi  -  beynəlxalq 

ixtisaslaşmanın  ixraca  nisbəti  -  ölkənin,  yaxud  ölkələr  qrupunun  dünya 

təsərrüfatının  ixrac  kvotasına  olan  nisbəti  kimi  hesablanır.  Bu  əmsalın 

səviyyəsi ixrac kvotaları göstəricilərinə təqribən müvafiqdir. 



_____________________________________________________ 

BƏB-in milli istehsala təsiri 

 

Dərinləşən  ixtisaslaşma  və  kooperasiya  bir-biri  ilə  rəqabət  aparan 



istehsalların inkişafının əsasında durur. Ölkələr məhsulların bütün növlərini 

deyil, yalnız müəyyən çeşidini ixrac edir. Şirkətlər hər bir yardımçı sahədə 

məmulatların,  qovşaqların,  yaxud  detalların  müəyyən  qrupunu  seçir  və 

bütün səylərini onların istehsalı üzərində cəmləşdirir. Bu məmulatlar ixrac, 

həmin sahənin onlara lazım olan məmulatları isə idxal olunur. Məmulatların 

istehsalı  miqyasının  genişlənməsi  və  seriyalarla  buraxılması  ilə  əlaqədar 

olaraq  istehsal  xərclərinin  azalması  sayəsində  şirkətlər  böyük  məbləğdə 

mənfəət  əldə  edir.  Məhsuldar  qüvvələrin  inkişafında  baş  verən  bu  təzahür 




 

 

94 



miqyas  hesabına  qənaət  iqtisadiyyatı,  yaxud  artan  fayda  adı  almışdır. 

İstehsal  bu  əsasda  genişlənərkən,  məhsul  vahidinə  çəkilən  xərclərin 

çoxalması buraxılış həcminin vahiddən çox artması ilə nəticələnir. Miqyas 

hesabına qənaət iqtisadiyyatı sahədaxili ixtisaslaşmada daha aydın görünür. 

Avtomobillər,  məişət  elektrik  texnikası,  fərdi  kompyuterlər  (kütləvi 

tələbat  malları)  kimi  məhsullar  üzrə  istehsal  xərclərinin,  əmək 

məhsuldarlığının  və  ticarət  axınlarının  təhlili  göstərir  ki,  miqyas  hesabına 

qənaət iqtisadiyyatı onların rəqabət qabiliyyətinin yüksəldilməsinin mühüm 

amillərindəndir.  Hesablanmışdır  ki,  emal  sənayesi  sahələrində  məhsul 

buraxılışının  2  dəfə  artması  xərclərin  xüsusi  çəkisini  10%-dən  çox  aşağı 

salır. Bu, işçilərin təcrübə və təhsil səviyyəsinin yüksəlməsi, materiallardan 

və xidmətlərdən qənaətlə istifadə olunması, texnologiyaların təkmilləşməsi, 

məhsul 

buraxılışının  həcmi  genişləndirilərkən  avadanlığa  kapital 



qoyuluşlarının geri qayıtma müddətinin qısalması sayəsində əldə edilir. Son 

onilliklər  ərzində  miqyas  hesabına  qənaət  iqtisadiyyatı  elmtutumlu  bir  sıra 

sahələrdə artsa da, onun inkişafının müəyyən hüdudları vardır.  

Sahələr çərçivəsində istehsal miqyası şərtləri ilə xarici ticarət heç də 

bütün iştirakçı ölkələr üçün qarşılıqlı faydalı deyil. Müəyyən sahədə istehsal 

həcmi çox olan ölkənin xərcləri nisbətən aşağıdır. Öz növbəsində, hər-hansı 

malı  ucuz  qiymətə  sata  bilən  ölkə  bir  qayda  olaraq,  onu  daha  böyük 

miqdarda  buraxmağa  çalışır.  Sahə  səviyyəsində  miqyas  hesabına  qənaət 

iqtisadiyyatı  xarici  ticarətin  yönümünü  təsbit  edir.  Əvvəlcədən  bu  və  ya 

digər  malın  iri  istehsalçısı  olan  ölkələr  istehsal  xərclərini  daim  aşağı 

səviyyədə  saxlaya  bildikləri  üçün,  demək  olar  ki,  həmişə  öz  mövqelərini 

qoruyub saxlaya bilir. 

İstehsalın miqyası əsasında ticarət ölkənin rifahına nisbi üstünlüklər 

əsasında  ticarətlə  müqayisədə  daha  güclü  müsbət  təsir  göstərir.  Müəyyən 

sahələrin  bir  neçə  ölkədə  təmərküzləşməsi  istehsalın  miqyasını  və 

səmərəliliyini  artırmağa  imkan  verir.  Ancaq  bu,  başqa  ölkələrin  rifahının 

pisləşməsinə gətirib çıxara bilər. Məhsulu çoxdan istehsal edənin qiymətinin 

onu yeni buraxmağa başlayanın xərclərindən aşağı olması açıq iqtisadiyyat 

şəraitində  həmin  istehsalın  başqa  ölkələrdə  yayılmasına  maneələr  yaradır. 

Sahə  səviyyəsində  miqyas  hesabına  qənaət  iqtisadiyyatı,  adətən,  ölkələrin 

müxtəlif 

sahələrdə 

tarixən 

müəyyən 


olunmuş 

ixtisaslaşmasını 

möhkəmləndirir.  

Lakin bu vəziyyət mütləq əhəmiyyət daşımayaraq, qaçılmaz xarakter 

daşımır.  İxtisaslaşma  prosesinin  güclənməsinə,  onun  strukturunun 

dəyişməsinə  buraxılan  məhsulun  nomenklaturunun  ETT-nin  təsiri  altında 

dəyişməsi  böyük  təsir  göstərir.  Elmdə  baş  verən  keyfiyyət  dəyişiklikləri 

onun  nəticələrinin  təcrübədə  tətbiqi  müddətinin  qısalmasında,  sənaye 

məmulatlarının tez bir zamanda mənəvi aşınmasında öz əksini tapır. Müasir 

dövrdə  elmtutumlu  sahələrdə  məhsulun  həyat  dövrü  üç-beş  il,  emal 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə