Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə43/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   285

 

 

91 



tutduğu  real  mövqelər  haqqında  təsəvvürlərdə  nəzərəçarpan  düzəlişlərə 

səbəb olur. 

Aydındır  ki,  iqtisadi  qüdrətinə  görə  aparıcı  ölkələr  özlərinin 

inkişafını  iqtisadi  baxımdan  nisbətən  zəif  olan  ölkələrdə  qeyri-sabit 

vəziyyətin yaradılması və saxlanılması hesabına təmin edə bilər. 

 

4.2. Mübadilənin beynəlmiləlləşməsi 

 

Tarixən dünya təsərrüfatının formalaşmasının ilkin şərtləri mübadilə 

sahəsində  meydana  çıxmağa  başlamışdır.  İnkişaf  ticarət  mübadiləsindən 

lokal  beynəlxalq  bazarların  yaranmasına  doğru  getmişdir.  Sənaye  inqilabı 

dövründə  çoxsahəli  ticarətin  lokal  mərkəzlərinin  genişlənərək,  beynəlxalq 

bazarlara çevrilməsi başlandı. 



____________________________________________________ 

Beynəlxalq Əmək Bölgüsü - beynəlxalq mübadilənin əsasıdır 

 

Ölkələr arasında gedən rəqabət prosesində öz təcəssümünü ayrı-ayrı 



ölkələrdə müəyyən malların və xidmətlərin  beynəlxalq bazarlara  çıxarmaq 

üçün  mütəmadi  olaraq  daxili  ehtiyaclardan  artıq  həcmdə  istehsalında  və 

əmək fəaliyyətinin müxtəlif növlərinin məkan baxımından xüsusiləşməsində 

tapan beynəlxalq əmək bölgüsü (BƏB) sistemi yaranmışdır.  

 BƏB  istehsalın  müxtəlif  mərhələləri,  yaxud  istehsalla  istehlak 

arasında  məkan  baxımından  beynəlxalq  miqyasda  aralanma  olduğunu 

nəzərdə  tutan  beynəlxalq  ixtisaslaşmaya  əsaslanır.  Hazırda  xüsusi  (sahələr 

və  yardımçı  sahələr  arasında)  və  vahidlər,  yaxud  mallar,  detallar  və 

texnologiyalar  üzrə  (sahələr  və  yardımçı  sahələr  daxilində)  ixtisaslaşma 

beynəlxalq  ixtisaslaşmanın  əsas  növləridir.  Vahidlər  üzrə  ixtisaslaşma, 

əməyin  bölgüsü  istehsal  prosesinin  ayrı-ayrı  mərhələlərinin  (detallar, 

qovşaqlar,  dəstləşdirici  komponentlər)  və  istifadə  olunan  texnologiyaların 

məkan baxımından cəmləşdirilməsini nəzərdə tutur. 

 Beynəlxalq ixtisaslaşma istehsalın beynəlxalq kooperasiyasının ilkin 

şərti  kimi  çıxış  edir.  Onun  mövcudluğu  kooperasiya  olmadan  mümkün 

deyil.  Beynəlxalq  kooperasiya  öz  təzahürünü  daimi  əsaslarla  birgə 

əməkdaşlıqda,  yaxud  müxtəlif  sahibkarlıq  subyektlərinin  beynəlxalq 

məkanda  sıx  əlaqələndirilmiş  və  aralarında  razılaşdırılmış  tərzdə  istehsal 

proseslərində  iştirak  etməsində  tapır.  Beynəlxalq  ixtisaslaşma  ilk  növbədə 

TMK  tərəfindən  həyata  keçirilir  və  iyerarxiya  əlaqələri  sistemi  ilə 

xarakterizə  olunan  bütöv  istehsal  zəncirinin,  şəbəkəsinin  formalaşması  ilə 

nəticələnir.  Bu  iyerarxiyanın  yuxarı  mərtəbəsi  bütün  zəncirin,  şəbəkənin 

fəaliyyət  göstərmə  qaydasını  müəyyənləşdirir.  Formal  sistemdən  kənarda 

fəaliyyət göstərən yerli subpodratçılar da beynəlxalq kooperasiya əlaqələrinə 

daxil edilir. 



 

 

92 



Kooperasiya  şəraitində  beynəlxalq  ticarət  kooperasiya  üzvləri 

arasında malların və xidmətlərin əvvəlcədən razılaşdırılmış göndərişləri ilə 

məhdudlaşır.  Bu  halda  "ticarət  müstəqil  müəssisələr  arasında  həyata 

keçirilən və izafi məhsulların mübadiləsinə xidmət edən fəaliyyət kimi deyil, 

istehsalın özünün mühüm, hərtərəfli ilkin şərti və məqamı kimi çıxış edir" 

(K.Marks). 

İnkişaf etmiş ölkələrin şirkətləri arasında mal dövriyyəsinin 30%-dən 

çoxu beynəlxalq kooperasiya üzrə göndərişlərin payına düşür. Bəzi inkişaf 

etməkdə  olan  ölkələrin  beynəlxalq  istehsalın  payı  yüksək  olan  ayrı-ayrı 

sahələrində  kooperasiya  üzrə  göndərişlər  mühüm  rol  oynayır.  Sahədaxili 

ticarət əmsalı 0,15% təşkil edir. 

_____________________________________________ 

BƏB-in səbəbləri və inkişaf səviyyələri 

 

Məhsuldar  qüvvələrin  inkişafının  səviyyəsi  ölkələrin  BƏB-də 



iştirakının intensivliyini müəyyən edən mühüm amildir. Təbii-coğrafi şərait, 

milli  təsərrüfatların  istehsal  miqyasındakı  fərqlər,  əməyin  məkan  daxilində 

bölgüsünün  əldə  olunmuş  səviyyəsi  və  mövcud  imkanları  da  buna  təsir 

göstərir.  Belə  ki,  daxili  bazarın  nisbi  darısqallığı,  milli  təsərrüfatlar 

çərçivəsində  əməyin  bölgüsünü  aparmaq  imkanlarının  məhdudluğu  kiçik 

ölkələrin və onların şirkətlərinin BƏB-də fəal iştirak etməsini stimullaşdırır, 

milli istehsalın dünya bazarlarına yönələrək, ixtisaslaşmasının əhəmiyyətini 

artırırdı. 

Müasir  dövrdə  ixtisaslaşmanın  və  kooperasiyanın  artmasına  ilk 

növbədə  ETT-nin  inkişafı  ilə  bağlı  olan  amillər  və  şərtlər  təsir  göstərir. 

Bunların  arasında sənaye məmulatlarının mənəvi  aşınmasının sürətlənməsi 

ilə  bağlı  olaraq  nomenklaturunun  dəyişdirilməsi,  yeni  məhsulların 

yaradılmasının vacibliyi daha güclü təsir göstərir. Müasir texnika və istehsal 

bir  ölkənin  mallara  və  xidmətlərə  olan  ehtiyaclarının  beynəlxalq  əmək 

bölgüsü aparılmadan, öz qüvvəsi ilə təmin olunmasını mümkünsüz edir. Heç 

bir ölkə beynəlxalq mübadilədə dərinləşmiş ixtisaslaşma olmadan, istehsalın 

bütün  sahələrini  iqtisadi  baxımdan  səmərəli  təşkil  etmək  iqtidarında  deyil. 

Beynəlxalq ixtisaslaşma istehsalda və  elmi-texniki  tərəqqidə  sürətlənmənin 

ümumi şərtinə çevrilmişdir.  

Ümumilikdə,  ixtisaslaşmanın  xarakteri  üstünlüklərin  müqayisə 

olunmasından  asılıdır.  İstehsalında  yerli  işçi  qüvvəsindən  daha  səmərəli 

istifadə  edilən mallar və  xidmətlər ixrac olunur, buraxılması  üçün nisbətən 

az əmək sərf olunan mallar isə idxal edilir. 

Beynəlxalq  ixtisaslaşmanın  inkişafı  ayrı-ayrı  şirkətlərin,  ölkələrin, 

ölkələr qruplarının beynəlxalq ticarətdə iştirakı ilə müəyyən olunur. Xarici 

ticarət  həcminin  ümumi  məhsula  nisbəti,  istehsalın  ümumi  həcmində  ixrac 

və  idxal  edilən  məhsulların  payı  (ixrac  və  idxal  kvotaları),  beynəlxalq 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə