Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə41/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   285

 

 

87 



1990-cı illərdə və əsrimizin birinci onilliyində XBKQ kəskin surətdə 

artmışdır.  2000-2009-cu  illərdə  onun  illik  həcmi  1  trilyon  dollara  yaxın 

olmuşdur.  Dünya  təsərrüfatında  toplanmış  XBKQ-nin  həcmi  2000-ci  illə 

müqayisədə  2,2  dəfə  artaraq,  2009-cu  ildə  17,8  trilyon  dollara  çatmışdır 

(2000-ci ildə - 8 trilyon, 1990-cı ildə - 2,1 trilyon). Milli bazarların tədricən 

açılması  birbaşa  kapital  qoyuluşlarının  ölkədən  çıxarılması  üçün  imkanlar 

açmışdır.  Nəqliyyat  və  rabitədə  texniki  irəliləyişlər,  informasiyanın 

yayılması  şirkətlərin  beynəlxalq  miqyasda  fəaliyyətinə  yeni  imkanlar  açır. 

Bu genişlənmə orta şirkətlərin də beynəlxalq istehsalı təşkil etməsinə şərait 

yaradır.  Nəticədə  XBKQ-nin  həcmi  və  TMK-nın  sayı  nəzərəçarpan 

dərəcədə  artmışdır.  Toplanan  XBKQ-nin  həcminin  artması  təkcə  birbaşa 

kapital  qoyuluşlarının  hərəkətini  deyil,  həm  də  bir  sıra  ölkələrdə  onun 

hesablanması metodikasının dəyişməsini əks etdirirdi. 

İnkişaf  etmiş  ölkələrin  TMK-nı  məhsuldar  kapitalın  əsas 



ixracatçıları  kimi  çıxış  edir.  XBKQ-nin  ixracının  48-55%-i  cəmi  beş 

ölkənin - ABŞ, Yaponiya, Britaniya, Almaniya və Fransanın payına düşür. 

Kapital  ixracı  təkcə  inkişaf  etmiş  aparıcı  dövlətlər  tərəfindən  deyil, 

həm də Asiya və Latın Amerikasının iqtisadi baxımdan irəli getmiş ölkələri 

(Braziliya,  Çin,  Hindistan,  Meksika),  RF  tərəfindən  həyata  keçirilir.  Bu 

ölkələrin  ən  iri  şirkətləri  kapital  ixracını  öz  fəaliyyət  dairələrini 

genişləndirmək, daha böyük məbləğdə mənfəətin əldə olunması üçün onları 

qəbul 


edən 

ölkənin  əmək  resurslarından,  yaxud  elmi-texniki 

nailiyyətlərindən  istifadə  etmək  məqsədi  ilə  həyata  keçirir.  1970-ci  illərin 

ortalarından  kapital  iri  neft  ixracatçıları  olan  Yaxın  və  Orta  Şərq  ölkə-

lərindən  çıxarılır.  Bütövlükdə,  çıxarılan  birbaşa  kapital  qoyuluşlarının 

ümumi həcminin 8-13%-i periferiya ölkələrinin payına düşür. 



____________________________________________________ 

Beynəlxalq istehsalın sahələr və regionlar üzrə təmərküzləşməsi 

 

ETT-nin  təsiri  altında  beynəlxalq  istehsalın  sahələrinin  və 



sektorlarının  inkişaf  priopitetləri  dəyişir.  Son  onilliklərdə  TMK-nın 

xidmətlər sektorunda fəallığı artmış və 2007-2008-ci illərdə birbaşa kapital 

qoyuluşlarının 60,5%-i buraya yönəldilmişdir (1970-ci ildə - 31%). 

TMK-nın  ticarətdə  və  yardımçı  əməliyyatlarda  xidmətləri  daha 

sürətlə  artırdı.  Sahibkarlara  xidmətlərin  göstərilməsi,  maliyyə  sahəsi  və 

ticarət  XBKQ-nin  əsas  istiqamətləridir.  Emal  sənayesi  ikinci  mövqeyə 

çəkilmişdir (XBKQ-nin ümumi həcminin 24,6%-i). Sənaye aktivlərinin əsas 

hissəsi sahələrin dörd qrupunda: yeyinti, kimya, elektrik maşınqayırması və 

elektronika, metallurgiya sənayelərində cəmləşmişdir. 

Şirkətlərin  ilkin  sektorda  beynəlxalq  fəallığı  kəskin  surətdə  aşağı 

düşmüşdür (1970-ci ildəki 23%-dən 6,8%-dək). Bu dəyişiklik əsasən inkişaf 

etmiş  ölkələrə  kapital  qoyuluşlarının  hesabına  baş  vermişdir.  İnkişaf 




 

 

88 



etməkdə  olan  ölkələrdə  xarici  investisiyaların  sahə  strukturu  da  kökündən 

dəyişmişdir.  Burada  emal  sənayesinin  payı  23,4%,  hasilat  sahələrinin  payı 

isə 7,0%-dək təşkil edir. 

Regional baxımından sahibkarlıq kapitalının hərəkəti  əsasən inkişaf 

etmiş ölkələr arasında baş vermişdir. XBKQ-nin 90%-i məhz bu ölkələrdə 

cəmləşir (cədvəl 4.1). 

 

Cədvəl 4.1. XBKQ-nin məcmu həcmi (trilyon dollar) 



 

1990 

2000 

2009 

Dünya 


2,1 

7,4 


17,7 

İnkişaf etmiş ölkələr 

1,8 

5,6 


12,6 

 

Mənbə: UNCTAD. World Investment 2010. 

 

 

Kapitalın intensiv surətdə qovuşması beynəlxalq istehsalın ilk növbədə 



inkişaf  etmiş  ölkələrdə  təmərküzləşməsinə,  bu  ölkələrin  sahibkarlıq 

strukturlarının,  şirkətlərinin  fəaliyyətinin  çarpazlaşmasına  gətirib  çıxarır. 

Təsərrüfatında  xarici  kapitalın  rolu  cüzi  olan  Yaponiya  istisna  edilməklə, 

başqa ölkələrin iqtisadiyyatında yerli və "yad" şirkətlər sıx qarşılıqlı əlaqədə 

fəaliyyət  göstərir  və  rəqabət  aparırlar.  Bunlar  ilk  növbədə  Şimali  Amerika 

ölkələri  -  ABŞ  və  Kanada,  Aİ  dövlətləridir.  XBKQ-nin  dünya  üzrə  ümumi 

həcminin təqribən 29%-i inkişaf etmiş ölkələrə investisiya kimi yatırılmışdır.  

_____________________________________________  

Beynəlxalq istehsalın miqyası 

 

 

Miqyası  çıxarılmış  kapital  üzərində  mülkiyyətlə  müəyyən  olunan 



xarici  istehsal  təkcə  ayrı-ayrı  ölkələrin  deyil,  bütövlükdə  dünya 

iqtisadiyyatının təsərrüfat strukturunun ən mühüm komponentlərindən birinə 

çevrilmişdir.  Qiymətləndirmələrə  görə,  2008-ci  ildə  xarici  şirkətlərin 

istehsalı MDM-in 10%-i (1980-ci ildə 5%-i), o cümlədən emal sənayesinin 

18%-i, xidmətlər sektorunun 4%-i həcmində olmuşdur. 

Dünyada  işçi  qüvvəsinin  təqribən  3-4%-i  TMK-nın  xarici 

müəssisələrində  çalışır,  lakin  kənd  təsərrüfatında  məşğul  olanlar  nəzərə 

alınmasa,  bu  rəqəm  10%-dək  artar.  Məşğulluğa  dolayı  təsirlər  (xammal, 

komponentlərin və s. alınması) nəzərə alınmaqla, bu ümumi rəqəm ən azı 2 

dəfə artacaqdır. 

Beynəlxalq  istehsalın  inkişafı  yığımların  dünya  təsərrüfatı 

çərçivəsində  yenidən  bölgüsünə  gətirib  çıxarır.  XBKQ-nin  əsas  kapitala 

yönəldilən  vəsaitlərin  ümumi  həcminə  nisbətinin  onilliklər  ərzində 

yüksəlməsi bu prosesi dolayısı ilə sübut edir: 1970-ci ildə bu nisbət 2,2%, 

1980-ci ildə - 3,8%, 1990-cı ildə - 7,5%, 2000-2009-cu illərdə - 10,3% ol-

muşdur. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə