Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə42/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   285

 

 

89 



Elmi tədqiqatların aparılmasında xarici müəssisələrin  əhəmiyyəti də 

artmışdır. Elmi-Tədqiqat, Təcrübə-Konstruktor İşlərinə (ETTKİ) yönəldilən 

xərclərin 16%-i onların payına düşür. 

Beynəlxalq  istehsal  malların  və  xidmətlərin  xarici  bazarlara 

çıxarılması  mexanizmi  kimi,  beynəlxalq  ticarətə  nisbətən  daha  böyük  rol 

oynamağa  başlayır.  Xarici  müəssisələrin  satış  həcmi  dünyada  mal  və 

xidmətlər ixracının həcmini 1,5 dəfədən çox üstələyir (cədvəl 4.2.) 

Cədvəl 4.2. Dünya təsərrüfatında XBKQ-nin rolu, % 

  

 

1982 

1990 

1999 

2000 

Xarici müəssisələrdə istehsalın MDM-ə nisbəti 

5,2 

6,7 


9,9 

10,1 


XBKQ-nin ümumi kapital qoyuluşlarına nisbətən 

artımı  


2,1 

4,1 


 

 

Xarici müəssisələrin ixracının dünya üzrə ixracın 



həcminə nisbəti 

 

26,5 



 

33,9 


 

45,9 


 

33,3 


Dünyada  ETTKİ  işlərinə  çəkilən  xərclərə 

nisbətən xarici şirkətlərin xərcləri  

 

..... 


 

10,3 


 

13,5 


 

15,9 


 

Mənbə: UNCTAD. World Investment Report 2005, 2009, 2010. UN. N.Y. 

 

 

Xarici sahibkarlıq kapitalı bir çox ölkələrin iqtisadiyyatına dərindən 



nüfuz edərək, təkrar istehsal prosesinin tərkib hissəsinə çevrilmişdir. Onun 

mövqelərinin  qiymətləndirilməsi  üçün  bu  və  ya  digər  milli  təsərrüfatın 

transmilliləşməsi  indeksindən  istifadə  olunur.  Bu  indeks  özündə  dörd 

göstəricinin faizlə orta kəmiyyətini ifadə edir: (1) XBKQ-nin axınının əsas 

kapital  qoyuluşlarının  ümumi  həcminə  nisbəti;  (2)  toplanmış  XBKQ-nin 

ümumi  həcminin  ÜDM-ə  nisbəti;  (3)  xarici  şirkətlərin  satışının  satışların 

ümumi  həcminə  nisbəti  və  (4)  xarici  firmalarda  çalışan  işçilərin  sayının 

onları qəbul edən ölkədə işçilərin ümumi sayına nisbəti. 

İnkişaf  etmiş  ölkələrdə  transmilliləşmə  əmsalı  13%-ə  bərabər  olsa 

da, müxtəlif ölkələr onların təsərrüfatında xarici kapitalın tutduğu yerə görə 

bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Transmilliləşmə indeksi yüksək 

(20%-dən  çox)  olan  ölkələr  qrupuna  Belçika  (70%),  Lüksemburq  (65%), 

Sinqapur,  İrlandiya,  Estoniya,  Niderland,  İsveç,  Yeni  Zelandiya  daxildir. 

Bunlar  əsasən  inkişaf  etmiş  kiçik  ölkələrdir  və  onların  bəzilərində  indeks 

60%-dən  yüksəkdir.  Tərkibinə  görə  ən  böyük  qrup  transmilliləşmə  indeksi 

12-20%  olan  ölkələrdən  ibarətdir.  Bunlar  Avstraliya,  Britaniya,  Kanada, 

İspaniya və s. ölkələrdir. Bəzi ölkələrdə transmilliləşmə səviyyəsi aşağıdır: 

Yaponiya və Cənubi Koreyada bu göstərici 5%-dən azdır. Bu ölkələr yüksək 

inkişaf səviyyəsinə geniş miqyasda XBKQ cəlb etmədən nail olmuşlar. 

Beynəlxalq  istehsal  inkişaf  etməkdə  olan  bir  çox  ölkələrin 

təsərrüfatında  böyük  rol  oynayır.  İnkişaf  etməkdə  olan  ölkələrdə 

transmilliləşmə  əmsalı  14%-dən  yüksəkdir:  Çilidə  -  30%,  Nigeriya, 




 

 

90 



Malaziya,  İndoneziya,  CAR-da  -  20%-dən  yüksək,  RF-da  -12%,  Çində  - 

8%, Hindistanda - 4%. 

Beynəlxalq  istehsalın  inkişafı  təkcə  birbaşa  investisiyalarla  deyil, 

beynəlxalq  əməkdaşlığın  qeyri-səhmdar  formasında  olan  bir  sıra  başqa 

formaları ilə də əlaqədədir. Bunlara TMK-ya xarici şirkətlərin işində iştirak 

etməyə  və  patentdən  istifadəyə  görə  mənfəət  və  ayırmalar  əldə  etməyə 

imkan  verən  lisenziya  razılaşmaları;  TMK-ya  ödəniş,  yaxud  kapitalda  pay 

iştirakı əvəzində xarici şirkətlərin idarəçiliyinin təşkilinə və texniki xidmət 

göstərilməsinə  imkan  yaradan  idarəetmə  barədə  sazişlər  aiddir.  Bunun 

nəticəsində  ayrı-ayrı  ölkələrdə  TMK-nın  mövqeləri  yuxarıda  göstərdiyimiz 

göstəricilərdən də güclü ola bilər. 

__________________________________________________ 

XBKQ-nin dünya təsərrüfat sisteminin fəaliyyətinə təsiri  

  

XBKQ-nin  hərəkəti  və  buna  əsaslanan  beynəlxalq  istehsal  kapital 



dövriyyəsinin  beynəlmiləlləşməsinin  təməlini  təşkil  edir.  Əgər  pul 

kapitalının  (P)  və  əmtəə  kapitalının  (Ə)  dövriyyəsində  məhsuldar  kapital 

(M)  öz  dövriyyəsində  milli  təsərrüfat  hüdudunda  qala  bilirsə,  onun 

beynəlmiləlləşməsi  zamanı  dövriyyənin  iki  başqa  fazası  da  beynəlxalq 

miqyas alır: 

 

 

P...Ə... M ...Ə'...P' 

 

Beynəlxalq istehsal əməyin müxtəlif: maddi-texniki, iqtisadi, hüquqi 

cəhətlərdən  ictimailəşməsi  səviyyəsini  yüksəldir.  Beynəlxalq  istehsal  - 

dünya  təsərrüfatında  daxili  əlaqələri  gücləndirən  sistemdir.  TMK-nın 

mənfəət  əldə  etmək  strategiyası  iqtisadiyyatın  tənzimlənməsinin  milli 

sistemlərindəki fərqlərdən istifadə olunmasına əsaslanır. Zərərin azaldılması 

üçün  dövlətlərin  milli  vergi,  gömrük,  kredit  və  başqa  sahələrdəki  fərqləri 

yumşaltmağa  çalışması,  kapitalı  ixrac  və  idxal  edən  ölkələr  arasında 

əlaqələrin əsasını genişləndirir. 

Sahibkarlıq kapitalının hərəkəti və beynəlxalq istehsalın inkişafı ayrı-

ayrı  və  regionların  iqtisadi  qüdrətində  və  nüfuzunda  mövcud  olan 

uyğunsuzluqları  gücləndirir.  İstehsalın  xaricə  köçürülməsi  ayrı-ayrı 

regionların  dünyada  istehsalın  yerləşdirilməsində  rolu  və  bunun  üzərində 

nəzarətin  həyata  keçirilməsində  payları  arasında  uyğunsuzluğun  yaranması 

ilə  nəticələnir.  Aparıcı  ölkələrin  şirkətləri  öz  milli  ərazilərində  yerləşəndən 

daha  çox  istehsal  güclərinə  nəzarət  edir.  Buna  görə  də,  inkişaf  etmiş  və 

inkişaf  etməkdə  olan  ölkələrin  gücləri  arasında  həqiqi  nisbətlər  əksər 

hallarda  onların  ÜDM-nin  və  sənaye  istehsalının  həcminə  uyğun  olmur. 

Sonuncu məqam ÜDM-ə bu dövlətlərdə yaradılsa da, əslində onlara mənsub 

olmayan  məhsulların  daxil  olunması  faktını  nəzərə  almır.  Xarici  istehsalın 

miqyasının  nəzərə  alınması  isə  ölkələrin  müasir  dünya  təsərrüfatında 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə